EVÉN

is. Sibirin şimal-şərq rayonlarında yaşayan və evenklərə yaxın olan xalq və bu xalqa mənsub adam.
EVDOVŞANI
EVENCƏ
OBASTAN VİKİ
Even dili
Even dili (lamut dili) öz adlandırılması evedı toren — evenlərin dili, evenk, nanay, udegey dillərinə yaxındır. Tunqus-mancur dilləri qrupuna aiddir. == Əsas məlumatlar == Evenk dilinin qərb ləhcəsinə yakut, Kamçatka ləhcəsinə isə koryak dili təsir edib. XVII əsrdən evenk dilinə rus dili sözləri daxil olmağa başalyıb. 17 200 nəfər evenkdən ancaq 7 mini bu dilə bağlıdır. Əsasən Oxot dənizi ətrafında və Yakutiya və Maqadan vilyətində yaşayırlar. == Orfoqrafiyası == == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Дуткин Х. И. Краткий словарь-разговорник для изучающих эвенский язык. Якутск, 1992. Лебедев В. Д.Язык эвенов Якутии. Л., 1978.
Even-Bıtantay ulusu
Even-Bıtantay ulusu (saxa Эбээн-Бытантай улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Bataqay Alıta kəndidir. == Coğrafiyası == Ulus respublikanın şimalında, Şimal qütb dairəsindən cənubda yerləşir. Rayonun qərbində Verxoyansk silsiləsi, şimal-şərqdə isə Kular silsiləsi vardır. Yakutiyanın ən əlçatmaz uluslarından biridir. Ulusun sahəsi 52,3 min km-dir. Şimalda Bulun ulusu, qərbdə Jıqan ulusu, cənubdan Kobyay ulusu, şərqdən Verxoyansk ulusu ilə həmsərhəddir. Ulusun relyefi dağlıqdır. Yanvar ayının orta temperaturu: -40 °С, iyul: +16 °С olur. ulus ərazisindən axan əsas çaylar: Omola, Buxuruk, Ulaxan-Sakkırır, Xobool, Acçıgı-Sakkırır, Mandıya, Tirek və s.
Aegilops geniculata var. eventricosa
Aegilops geniculata (lat. Aegilops geniculata) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü. == Sinonim == == Arealı == Aegilops geniculata növü Kanar adaları, eləcə də Aralıq dənizi sahilləri-dan Əfqanıstana qədər yayılmışdır.
Aegilops ovata var. eventricosa
Aegilops geniculata (lat. Aegilops geniculata) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü. == Sinonim == == Arealı == Aegilops geniculata növü Kanar adaları, eləcə də Aralıq dənizi sahilləri-dan Əfqanıstana qədər yayılmışdır.
Caspian Event Organisers
Caspian Event Organisers (CEO) — şirkəti Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqres təşkilatçısıdır. Şirkətin təşkilatçılığı ilə keçirilən tədbirlər arasında: ADEX, Caspian Agro, InterFood Azerbaijan, TransLogistica Caspian, Road&Traffic, Securex Caspian, Rebuild Karabakh, Medinex, Beauty Azerbaijan, Baku Book Fair, Fərqli Fərdlər yer alır. == Caspian Agro == "Caspian Agro" sərgisi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğrultmuşdur. Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribütorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirir. == InterFood Azerbaijan == Dünyanın bir sıra ölkəsindən minlərlə peşəkar ziyarətçini qəbul edən "InterFood Azerbaijan" sərgisi Xəzəryanı regionda qida sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilmişdir. Sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq, habelə iştirakçılar ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır. == TransLogistica Caspian == "TransLogistica Caspian" sərgisi dəmir yolları, dənizçilik sənayesi, aviasiya, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır. Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları, aerodromlar və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır. == Road&Traffic == "Road and Traffic" sərgisi Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan ixtisaslaşdırılmış tədbiridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsullarınızın satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək, eləcə də Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Metropoliteni və bu sahə üzrə dövlət strukturlarının rəhbərləri ilə yanaşı, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə də görüşmək üçün nadir imkandır.
Evening (jurnal)
"Evening" (イブニング, Ibuningu) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən hər iki həftədən bir nəşr olunan seynen manqası jurnalı. Jurnal B5 formatında ağ-qara qəzet kağızı üzərində çap olunur, bir sayının qiyməti təqribən 800 ¥ (7 manat) olur. 2015-ci ildə jurnal 115.617 tirajla satılmışdır. 2010-cu ildə bu rəqəm 147.980, 2008-ci ildə 166.000 idi.
Evenk dili
Evenk dili, evenki dili (köhnə — tunqus dili) — evenklərin dili. Rusiyada, əsasən Şərqi Sibirdə — Yenisey çayının sol sahilindən Saxalin adasına qədər yayılıblar (4,8 min nəfər 2010), həmçinin Çinin şimalında Daxili Monqolustanda, Sinyan-Uyğur muxtar vilayətində və Monqolustan yaşayan 9 min nəfər solonlar da evenklərə aiddir. Even dili və negidal dili ilə yanaşı tunqus-mancur dillərinin şimal qrupuna aiddir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == İstinad == Эвенгус — сайт о языке: учебники, словарь, разговорник. Эвенкийский для начинающих — Электронная онлайн-версия обучающей программы на сайте электронного журнала "Языки и фольклор народов Сибири". (Access denied!) == Mənbə == Болдырев Б. В. Эвенкийско-русский словарь (Эвэды-лучады турэрук). — Новосибирск: Изд-во СО РАН, филиал "Гео", 2000. — Ч. 2: Р—Я. — 484 с.
Evenklər
Evenklər və ya Xamniqanlar — Şərqi Sibirin yerli əhalisi. == Evenklər haqqında == Qohum xalqlar: Mancuriyalılar, Hamnıqamlar, Samaqirlər == Tarixi == Yeniseydən Oхot dənizinə və Baykaldan Şimali Tundra çöllərinə qədər olan geniş ərazidə evenklər (tunqus) köçəri halda yaşayırdılar. Evenklərin əsas yaşayış vəziyyəti ovçuluqdan asılı olsa da, onlar maldarlıq və balıqçılıqla da məşğul olurdular. Onon və Arqun çayları boyunda yaşayan evenklər "maldar" və "atlı" tunquslara bölünürdülər. Oхot dənizi sahilində yaşayan "piyada" tunquslar isə dəniz heyvanlarının ovu ilə məşğul olurdular. Dəmirlə tanış olsalar da, onun emal üsulunu bilmirdilər. Ona görə onların silahları əsasən sümük və daşdan idi. XVIII əsr ərzində evenklərin ictimai quruluşunda yenə də nəsil-tayfa münasibətləri güclü surətdə qalmaqda davam edirdi. Evenk əyanları əllərinə çoxlu heyvan sürüləri keçirərək öz həmkəndlilərini qonşu tayfalar üzərinə hərbi yürüşlərə sövq edirdilər. Burada qurulmuş Nerçinski zavodunda çoxlu sayda kasıb evenklər işləyirdilər.
Evenlər
Evenlər (even эвен; kişi.cinsi — even, qadın.cins — evenka) — Sibir ərazisində yayılmış Tunqus-mancur dillərinə aid dilə malik xalq. Qohum xalqlar: Evenklər == Yayılması və sayları == Ümumi sayları 20 min nəfər təşkil edir. 2002-ci ildə siyahıya alınmaya görə Saxa ərazisində 11,657, Maqadan vilayəti ərazisində 2527, Kamçatka vilayətində 177, Çukotka Muxtar Dairəsi 1407 və Xabarovsk diyarında 1272 nəfər even yaşayırUkrayna ərazisində 2001 il siyahıya alınmasına görə burada 104 even yaşayır1930—1934 illərdə Uzaq şərqdə Oxoxt-Even milli dairəsi mövcud olmuşdur. 2002 ilə olam məlumatlar Saxa Respublikası: Yakutsk şəhəri - 1213 nəf Qataqay-Alıta kəndi - 726 nəf Topolinoye kəndi - 671 nəf Sebyan Kyoel - 648 nəf Çokurdax kəndi - 363 nəf Sasır kəndi - 354 nəf Kustur kəndi - 296 nəf Andeyoşkino kəndi - 271 nəf Deputatskiy - 270 nəf Berezovka kəndi - 267 nəf Sayılık kəndi - 261 nəf Saskılax - 247 nəf Tiksi qəsəbəsi - 233 nəf Xonuu kəndi - 212 nəf Kazaçe kəndi - 179 nəf Xayır kəndi - 178 nəf Carqalax - 148 nəf Çerskiy - 146 nəf Olenoqorsk - 137 nəf Yoçuqey kəndi - 129 nəf Tomtor kəndi - 125 nəf Kuberqanya kəndi - 115 nəf Xandıqa qəsəbi - 115 nəf Maqadan vilayəti: Qijiqa kəndi - 332 nəf Maqadan - 310 nəf Ola - 292 nəf Omsukçan - 286 nəf Taxtoyamsk - 212 nəf Qarmanda kəndi - 210 nəf Evensk - 191 nəf Seymçak - 127 nəf Tauysk - 102 nəf Kamçatka diyarı: Esso kəndi - 498 nəf Anavqay kəndi - 320 nəf Xailino - 165 nəf Ayanka kəndi - 157 nəf Palana - 111 nəf Çukot Muxtar Dairəsi: Olom kəndi - 417 nəf Anyoysk - 248 nəf Anadır şəhəri - 142 nəf Bilibino - 108 nəf Xabarovsk diyarı: Arka kəndi - 271 nəf Ketanda - 166 nəf Usçan - 103 nəf Nyadbaki qəsəbəsi - 102 nəf Evenlərin illərə görə sayı: == Dil == Altay dil ailəsinin Tunqus-macur dilləri qrupuna daxildir. Onda çox dialekti vardır. Onlar arasında şərq, qərb və orta dialektləri fərqlənir. Onların 52,5 % rus dilində sərbəst danışır və 27,4 % isə rus dilini doğma dil hesab edir. Onların formalaşması Pribaykal, Zabaykal və Şərqi Sibir ərazisində formalaşmışlar. Bu bizin eranın birinci minilliyinə təsadüf edir. Evenlərin bir hissəsi Yukagirlər və Yakutlar tərəfindən asimiliyasiya olunmuşlar.
Guardian and Manchester Evening News Ltd
"Guardian Media Group plc" (çox vaxt "GMG"adlandırılır) — Birləşmiş Krallıq mətbuat şirkəti. "The Guardian" və "The Observer" daxil olmaqla bir sıra media aktivlərinə sahibdir. Şirkət özü "Scott Trust" qrupuna məxsusdur. == Strukturu == "GMG"ə bir sıra bölmələr və şirkətlər daxildir: Guardian News & Media ("The Guardian", "The Observer" qəzetləri, "guardian.co.uk" saytı) GMG Regional Media ("Manchester Online", "Channel M" daxildir) GMG Radio ("Smooth", "Real" və "Rock Radio" kimi bir sıra regional radio stansiyaları daxildir) Trader Media Group ("The Auto Trader" jurnalı və veb saytı) GMG Property Services (daşınmaz əmlak proqramı, verilənlər bazası və "CFP Software", "The Media Design House" dizayn bürosu və "ThinkProperty.com" istehlakçı portalı)"Guardian Media Group" öz sahibinin olan "Scott Trust" şirkətinin əsas məqsədlərini dəstəkləmək üçün mövcuddur.
Quick Time Event
Quick Time Events (QTE) — kompüter oyunlarının elementidir. Adətən QTE-lər dinamik səhnələrdir ki, bu zaman oyunçu nəzarətçi ilə bəzi hərəkətləri tez yerinə yetirməlidir (məsələn, müəyyən düymələri cəld basmaq və ya joysticki müxtəlif istiqamətlərdə çevirmək). Demək olar ki, bütün hallarda QTE-nin tamamlanmaması baş verənlərə mənfi təsir göstərir (məsələn, "Ölü məkanda" oyunçunun müxtəlif QTE-ləri tamamlamağa vaxtı yox idisə, hər bir uğursuzluq ölümlə nəticələnirdi, uğursuzluq QTE əsas personajların ölümünə səbəb oldu). QTE baxımından qabaqcıl oyunu Dragon's Lair adlandırmaq olar. QTE sisteminin üstünlükləri arasında bu səhnələr zamanı adrenalin partlaması da var. Həmçinin, qorxu atmosferi (dəhşət içində) düzgün yaradılarsa, qəfil QTE oyunçunu çox qorxudacaq. QTE-dən istifadə edən ilk oyunlardan biri Time Gal (1985) olmuşdur. QTE sistemi Danger Girl, Shenmue, Dragon's Lair, Fahrenheit (Indigo Prophecy) macəra oyunları sayəsində məşhurlaşdı və daha sonra God of War, Tomb Raider, Resident Evil, Collapse, Grand Theft Auto: San kimi oyunlarda geniş formada yayıldı. Andreas (mini oyun), Saints Row 2 (mini oyun), Saints Row IV, Dead Space, Heavy Rain, Metro 2033, ObsCure 2, Clive Barker's Jericho, Unleashed Sonic, Star Wars: The Force Unleashed, The Witcher 2: Assassins of Kings, Battlefield 3, Max Payne 3, Spider-Man 3, Jurassic Park: The Game, Far Cry 3, Need For Speed: The Run, Məni xatırla, Aramızdaki canavar, Sifariş: 1886, Səhərə qədər, Detroit: İnsan ol, Beyond: İki Ruh, Atom Ürəyi və s. == Problemlər == QTE-lər hadisələrin təsviri və inkişafı ilə qüsursuz və hiss olunmaz şəkildə birləşə bilər ki, bu da sizə fasiləsiz səhnələrdən idarəetmələrə keçməyə və oyun məlumatlarını yükləmək üçün tələb olunan fasilələri tamamilə aradan qaldırmağa imkan verir.

Digər lüğətlərdə

выхола́живаться желти́ться засучи́ться зачина́ть могика́нка перебу́живать по-ингу́шски почто́вые тенде́нция достри́чь залечь на дно лангу́ста несмотря́ на то что перебра́ть полица́й полнопра́вный престу́пность примато́лог суда́чить off-sick travelling kitchen дециграмм духан пропуск светолечебница