Everest

coğ. (dağı) Everest \[[t]everεst[/t]\] (mont) m

evdovşanı
evfemistik
OBASTAN VİKİ
Everest
Everest (ing. Mount Everest), Comolunqma (tib. ཇོ་མོ་གླང་མ), Saqarmatxa (nep. सगरमाथा) və ya Jumulanqma (çin. ənən. 珠穆朗玛, pinyin: Zhumulangma) — Himalay dağlarının Mahalanqur Himal silsiləsində yerləşən, yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağ. Nepal (1 nömrəli əyalət) və Çin (Tibet Muxtar Vilayəti) arasındakı beynəlxalq sərhəd Everestin zirvə nöqtəsindən keçir.Zirvənin mövcud rəsmi yüksəkliyi 1955-ci ildə Çin və Nepal tərəfindən tanınan bir Hindistan araşdırması tərəfindən 8,848 metr (29,029 ft) olaraq qeyd edilmiş və sonradan 1975-ci ildə bir Çin araşdırması ilə təsdiq edilmişdir. 2005-ci ildə Çin 8844.43 m (29.017 ft.) nəticə ilə dağın qaya hündürlüyünü iddia etdi. Rəsmi hündürlüyün qayanın hündürlüyünün (8,844 m, Çin) və ya qarın hündürlüyünün (8,848 m, Nepal) olub olmaması ilə bağlı Çin və Nepal arasında mübahisə davam etdi. 2010-cu ildə hər iki tərəf Everestin hündürlüyünün 8.848 m olması barədə razılığa gəldilər.1865-ci ildə, Everest rəsmi ingilis adı Kral Coğrafiya Cəmiyyəti tərəfindən Hindistanın ingilis Generalı Andrev Vaufun tövsiyəsi ilə verildi.
Corc Everest
Corc Everest — 1790-cı il iyulun 4- də Qvernveyldə (Uels) anadan olmuşdur. Kral Hərbi Akademiyasında təhsil almışdır. 16 yaşında təhsilini başa vurduqdan sonra Corc Hindistana göndərirlər. O, Hindistanda qeodeziya işləri ilə məşğul olur. Hindistanda bir müddət işlədikdən sonra onu Yava adalarına ezamiyyə edirlər. 1814 – 1816-cı illərdə Corc Everest Yava adalarında fəaliyyət göstərdikdən sonra onu yenidən Hindistanda işləməyə çağırırlar. O, yenidən Hindistanda geodeziya işləri ilə məşğul olmağa başlayır. 1816-cı ildən isə Corc Everest Uilyam Lemptonla bərabər Hindistanın geodeziya xəritəsini çəkməyə başlayırlar. Uzun müddətli zəhmətlərdən sonra Corc Everestin rəhbərliyi altında Hindistanın geodezik və siyasi xəritəsi tam dəqiqliyi ilə tərtib olunur. O, həm də 1841-ci ildə Himalay dağlarının xəritəsini tərtib edir və dağın ən yüksək zirvələrini də (Comolunqma) bu xəritədə göstərir.
Everest dağı
Everest (ing. Mount Everest), Comolunqma (tib. ཇོ་མོ་གླང་མ), Saqarmatxa (nep. सगरमाथा) və ya Jumulanqma (çin. ənən. 珠穆朗玛, pinyin: Zhumulangma) — Himalay dağlarının Mahalanqur Himal silsiləsində yerləşən, yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağ. Nepal (1 nömrəli əyalət) və Çin (Tibet Muxtar Vilayəti) arasındakı beynəlxalq sərhəd Everestin zirvə nöqtəsindən keçir.Zirvənin mövcud rəsmi yüksəkliyi 1955-ci ildə Çin və Nepal tərəfindən tanınan bir Hindistan araşdırması tərəfindən 8,848 metr (29,029 ft) olaraq qeyd edilmiş və sonradan 1975-ci ildə bir Çin araşdırması ilə təsdiq edilmişdir. 2005-ci ildə Çin 8844.43 m (29.017 ft.) nəticə ilə dağın qaya hündürlüyünü iddia etdi. Rəsmi hündürlüyün qayanın hündürlüyünün (8,844 m, Çin) və ya qarın hündürlüyünün (8,848 m, Nepal) olub olmaması ilə bağlı Çin və Nepal arasında mübahisə davam etdi. 2010-cu ildə hər iki tərəf Everestin hündürlüyünün 8.848 m olması barədə razılığa gəldilər.1865-ci ildə, Everest rəsmi ingilis adı Kral Coğrafiya Cəmiyyəti tərəfindən Hindistanın ingilis Generalı Andrev Vaufun tövsiyəsi ilə verildi.
Everest Baza düşərgələri
Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.).Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur.Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır. Şimal Baza Düşərgəsinə, Çin Milli Magistralı 318 — dən ayrılan asfalt bir yolla giriş mümkündür. Alpinistlər, hündürlük xəstəliyi riskini və şiddətini azaltmaq üçün, adətən, iqlimləşmə üçün bir neçə gün baza düşərgəsində istirahət edirlər.
вёрткий кьят опро́боваться смета́ние эве́нка заха́ркивание крокирование отжу́чить переоблучи́ться поливитами́ны са́льто у́быль acerbate chimney money dowlas employment exchange feeding centre goave introscope intuitiveness octant soaproot купечество марля самоуплотниться