EVFEMİ́ZM

[ yun. ] dilç. Müəyyən bir şərait üçün qaba və ya namünasib sayılan söz və ya ifadə yerinə işlədilən başqa, daha incə söz, ya ifadə; məs.: “arvadım” əvəzinə “uşaqların anası”, “yalan danışırsınız” əvəzinə “düz demirsiniz” və s.
EVFEMİSTİ́K
EVKALİ́PT
OBASTAN VİKİ
Evfemizm
Evfemizm (yun. eu-yaxşı və pheme-danışıram, nəzakətlə deyirəm) — dildə tabu sözləri əvəz etmək üçün işlədilən sözlər. == Evfemizm sözlər == Evfemizmlər tabu sözlərin mənasını yumşaltmaq, onları nəzakətli etmək mənasında olduğundan və eyni məfhumu əks qütbdən, yumşaldılmış şəkildə ifadə etdiyindən bir növ tabular antonim sayılır. Buna görə də belə hesab edilir ki, tabular inkişafın ilk pillələri ilə bağlı yaranmışsa, evfemizm bir qədər sonrakı hadisədir, cəmiyyətin yüksək inkişaf pilləsi ilə bağlıdır. Pəltək əvəzinə dilişirin; ölmək əvəzinə vəfat etmək; qocalmaq əvəzinə saqqalına dən düşmək, yaşa dolmaq; canavar əvəzinə ağzıqara və s. evfemizmdir. Çünki ikinci qrup söz və ifadələr deyilməsi münasib olmayan, xoşagəlməz, nalayiq, qorxunc sözlərin əvəzində işlədilən, mənanı yumşaldan, "təhlükəsiz " edən sözlərdir. Ekpressiv-üslubi və ictimai faktor olan evfemizmlərdən bədii ədəbiyyatda geniş istifadə olunur. Öz əlinlə özünü saldın axır ağzıbirə (M. Ə. Sabir). Molla İbrahim Xəlil: Kişi, kəs səsini!

Значение слова в других словарях

болтуни́шка ветера́н европе́ец зама́тывание запон клад луни́ща на девятеры́х нахулига́нить по трое разры́ть распакова́ться скоти́нушка судорабо́чий ма́тка опле́чь халабурда allegedly balsamiferous endlessness flitter-winged slip in загримироваться применимый танзанийка