evlənmək
eyham
OBASTAN VİKİ
Evli
Molla Eyyublu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adlarının Molla Eyyub, Molla Yublu, Norvruz xaraba olduğu da göstərilir. Toponim eyyublu etnonimi əsasında əmələ gəlib «eyyublu tayfasından olan mollaya məxsus kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı əvvəllcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19.04.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzaramut adlandırılmışdır. == Əhalisi == Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz kəndlərinə dönə bilmişdir.
Evli buta
Buta (butə, puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Evli qayalar
Meoto İva (夫婦岩) və ya Evli qayalar – Yaponiyanın Mie prefekturasının Futami sahillərində yerləşən iki qaya parçası. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir.Qayalar Futami Okitama məbədinin rahibləri tərəfindən müqəddəs hesab edilir. Şintoizmə görə kaminin yaradıcılarının evliliyini – İzanami və İzanaqini simvolizə edir. Buna görə də qayalar həm də evliliyin simvoludur. Kişini simvolizə etdiyi düşünülən daha böyük qayanın başında torii var.Qayalara tamaşa etmək üçün ən yaxşı fürsət yayda sübh çağıdır. Bu zaman günəşin qayaların arasında doğuşunu izləmək olar. Bir az uzaqlıqda Fuci dağını görmək olar. Qabarma və çəkilmə zamanı qayaları su ayırmır.Okitama məbədi Sarutahiko Okamiyə və yemək ilahəsi Miketsuya həsr olunub. Məbədin ətrafında xeyli qurbağa heykəli var.
Evlilərin kitabı (Yusif Qulami)
Evlilərin kitabı — Yusif Qulaminin sosioloji-əxlaqi əsəri. == Məzmun == Qadın-kişi məsələləri üzrə mütəxəssis və psixoloq Dr. Yusif Qulaminin 14 illik araşdırma, rəy sorğusu və konsultasiya nəticəsində yazdığı bu kitab əksər evlilərin qarşılaşdığı, lakin həya hissinin və ya məlumat azlığının bu barədə kiminləsə danışmaq icazəsi vermədiyi məsələləri əhatə edir. Kitabda qadınlarda cinsi istəksizlik probleminin psixoloji amilləri və onun müalicəsi, ər-arvad arasındakı cinsi məsələlərə münasibətdə yanlış təsəvvürlərin araşdırılması, seksual həzzin düzgün təmin edilməsi yolları və s. kimi məsələlərə aydınlıq gətirilir.
Eynicinsli evlilik
Eynicinsli evlilik həmçinin homoseksual evlilik kimi də adlanan iki eyni cinsdən olan şəxlərin nikah bağlamasıdır. 2022-ci ildəki məlumata əsasən eynicinsli cütlüklər arasında nikah qanuni olaraq 32 ölkədə (ümummilli və ya bəzi yurisdiksiyalarda) həyata keçirilir və tanınır. Ən sonuncular isə 10 mart 2022-ci ildə Çili, 1 iyul 2022-ci ildə İsveçrə və 8 iyul 2022-ci ildə Sloveniya olmuşdur. Övladlığa götürmə hüquqları tam olaraq əhatə olunmasada, eyni cinsli nikahlı dövlətlərin əksəriyyəti bu cütlüklərin birgə övladlığa götürməsinə icazə verir. Bunun əksinə olaraq, 34 ölkə (2021-ci il məlumatına görə) konstitusiyalarında eyni cinsdən olan cütlüklər arasında nikahın qarşısını alan qaydaları varki buda daha çox son illərdə qabaqlayıcı tədbir kimi qəbul edilmişdir. Bəzi digər ölkələrin konstitusiya qanunları İslam qanunları əsasında yazıldığı üçün eynicinslilərin evliliyi nəinki qadağandır, homoseksuallığın özü belə cinayət sayılır. == Terminologiya == === Alternativ şərtlər === Eynicinsli nikahların qanuni tanınmasının bəzi tərəfdarları, məsələn, Evlilik Bərabərliyi ABŞ (1998-ci ildə yaradılmışdır), Evlənmək Azadlığı (2003-cü ildə yaradılmışdır) və Bərabər Evlilik üçün Kanadalılar - uzun müddətdir evlilik bərabərliyi və bərabər evlilik ifadələrindən istifadə etmişlər. Məqsədlərinin eynicinsli nikahların əks cinslərin nikahları kimi bərabər hüquqlara malik olmasının istənməsidir. Associated Press qey evlilik ifadəsindənsə eynicinsli evlilik ifadəsinin istifadə olunmasının məqsədəuyğun olduğunu qeyd edir. === Evlilik termininin istifadəsi === Antropoloqlar dünyadakı mədəniyyətlər arasında sosial quruluşun ümumi cəhətlərini özündə cəmləşdirən evliliyin tərifini müəyyən etmək üçün şox çətinlik çəkiblər.
Fotoqrafiya ilə evlilik
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi.Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır. Belə ki, tarixən Yaponiyada evlilik üçün sevgi yox, ailə əlaqələri böyük əhəmiyyət kəsb etmişdir.
Məcburi evlilik
Məcburi evlilik və ya məcburi nikah — tərəflərdən birinin və ya bir neçəsinin razılığı olmadan, yaxud onların iradəsinə zidd olaraq evlənməsi. Bir və ya hər ikisi sonradan öz iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilərsə, hər iki tərəf tam razılıqla girsə belə, nikah məcburi nikaha çevrilə bilər.Məcburi nikah, hər iki tərəfin həyat yoldaşı tapmaq və seçməkdə valideynlərinin və ya üçüncü tərəfin, məsələn, elçinin köməyinə razılıq verdiyi əvvəlcədən razılaşdırılmış nikahdan fərqlənir. Çox vaxt nikaha məcbur etmək üçün açıq fiziki zorakılıqdan tutmuş incə psixoloji təzyiqə qədər istifadə olunan məcburiyyət davamlılığı mövcuddur.Hazırda beynəlxalq rəy tərəfindən geniş şəkildə qınansa da, məcburi nikahlar hələ də dünyanın müxtəlif mədəniyyətlərində, xüsusən də Cənubi Asiya və Afrikanın bəzi yerlərində baş verir. Bəzi alimlər "məcburi evlilik" termininin istifadəsinə etiraz edirlər, çünki o, nikahın konsensual qanuniləşdirici dilini (məsələn, ər/arvad) tam əksi olan təcrübə üçün istifadə edir. “Məcburi evlilik” və “nikah köləliyi” də daxil olmaqla müxtəlif alternativ terminlər təklif edilmişdir.Birləşmiş Millətlər Təşkilatı məcburi nikahı insan hüquqlarının pozulmasının bir forması hesab edir, çünki bu, fərdlərin azadlığı və muxtariyyəti prinsipini pozur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd edilir ki, insanın həyat yoldaşı seçmək və sərbəst şəkildə nikaha daxil olmaq hüququ onun həyatı və ləyaqəti, bir insan kimi bərabərliyi üçün əsas yer tutur. Roma Katolik Kilsəsi, nikahın ləğvi üçün məcburi nikahı əsas hesab edir - nikahın etibarlı olması üçün hər iki tərəf sərbəst şəkildə razılıq verməlidir. Köləliyin Ləğv Edilməsi üzrə Əlavə Konvensiya da hər iki tərəfin imtina hüququ olmadan nikahı qadağan edir və bunun qarşısını almaq üçün minimum evlilik yaşını tələb edir.2009-cu ildə Sierra Leone üzrə Xüsusi Məhkəməsi (SCSL) Apellyasiya Palatası qadınların müharibədə "məcburi nikah" üçün oğurlanmasını və həbsini insanlıq əleyhinə yeni cinayət hesab etdi (AFRC qərarı). Çarlz Taylorun qərarında SCSL Məhkəmə Palatası 'məcburi evlilik' terminindən qaçınılmalı olduğunu tapdı və daha çox müharibədəki təcrübəni 'evlilik köləliyi' (2012) kimi təsvir etdi.2013-cü ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının uşaq, erkən və məcburi nikahlara qarşı ilk qətnaməsi qəbul edildi; Qətnamə uşaq, erkən və məcburi nikahı insan hüquqlarının pozulması kimi tanıyır ki, bu da “fərdlərin həyatlarını bütün zorakılıq formalarından azad yaşamasına mane olur və təhsil hüququ kimi insan hüquqlarının həyata keçirilməsində mənfi nəticələrə səbəb olur [və] cinsi və reproduktiv sağlamlıq da daxil olmaqla, əldə edilə bilən ən yüksək sağlamlıq standartı hüququ” və həmçinin bildirir ki, “2015-ci ildən sonrakı inkişaf gündəliyinin müzakirəsi zamanı uşaq, erkən və məcburi nikahın aradan qaldırılması nəzərə alınmalıdır”. Bu zərərli təcrübənin aradan qaldırılması Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi 5 -in hədəflərindən biridir.
Məhəmməd peyğəmbərin evlilikləri
Məhəmməd peyğəmbər müxtəlif mənbələrə görə 9 ilə 19 arasında dəyişən qadınla ailə qurmuşdur. Müsəlmanlar Məhəmməd peyğəmbərin həyat yoldaşlarını hörmət əlaməti olaraq "Möminlərin anaları" adlandırırlar. Bunun səbəbi Əhzab surəsinin 6-cı ayəsində qeyd edilən "Peyğəmbər mö´minlərə onların özlərindən daha yaxındır. (Mö´minlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (mö´minlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz)." ifadəsidir. Məhəmməd peyğəmbərin həyatı hicrətdən öncə (Məkkə, 570–622) və hicrətdən sonra (Mədinə, 622–632) olmaqla iki yerə ayrılır. Məhəmməd peyğəmbərin evliliklərindən ikisi xaric digər evliliklərinin hamısı hicrətdən sonrakı dövrdə baş tutmuşdur. Mədinə dövründə Məhəmməd peyğəmbərin hər bir xanımı üçün ayrıca olaraq Məscidi-Nəbəvinin divarlarına bitişik otaqlar tikilmişdir. Məhəmməd peyğəmbər vəfat etdiyi zaman 9 xanımı dul qalmış və bu qadınlar möminlərin anaları sayıldıqlarına görə onların başqa evlilikləri olmamışdır. == Evliliyinin əsas məqsədləri == Ərəblərin adətlərinə görə evliliklər qəbilə ehtiyaclarına görə planlaşdırılar, qəbilə daxilində və ya digər qəbilələr arasında ittifaqların bağlanması məqsədilə həyata keçirilərdi.
Pseudophoxinus evliyae
Pseudophoxinus evliyae (lat. Pseudophoxinus evliyae) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü.
Yaponiyada evlilik
Yaponiyada evlilik ölkədə ailənin leqal və sosial institutudur. Orta əsrlərdən fərqli olaraq hazırda Yaponiyada bərabərhüquqlu evlilik qüvvədədir. Toylar iki formada keçirilir: ənənəvi şinto adətləri ilə və xristian evliliyi adətləri ilə. Yaponiyada evlilik "kankon sosai" (冠婚葬祭) adlandırılan 4 əsas mərasimdən biridir. == Orta əsrlər == Orta əsrlər dövründə Yaponiyada ümumi mənşə ilə bağlı böyük patriarxal ailə mövcud idi. Bu cür ailələr bir qayda olaraq, bir neçə kiçik ailəni əhatə edirdi. Valideynlərlə uşaqlar, ərlə arvad, böyük qardaşla kiçik qardaş arasında münasibətlər subordinasiya əsasında qurulmuşdu. Patriarx (ailə başçısı) öz icma üzvləri üzərində geniş hakimiyyətə malik idi. Evlənmə, boşanma, oğulluğa götürmə kimi məsələlərdə patriarxın razılığı olmalı idi.Qədim yapon qanunlarında silki və patriarxal başlanğıclar sosial-hüquq münasibətlərinin bütün sferalarını səciyyələndirirdi. Hər bir silk — əyanlar, əsas əhali kütləsi, qullar öz qaydaları ilə yaşayırdı.
Ölümdən sonra evlilik
Ölümdən sonra evlilik mərasimi — müxtəlif mədəniyyətlərdə mövcud olan adət. == Türk xalqlarında == Ölümdən sonra evlilik mərasimi adəti türk xalqlarında da mövcuddur. Bu adətə görə evlənmək yaşına çatmadan vəfat edən cavanlar bir-biri ilə qiyabi şəkildə (iştirakları olmadan) evləndirilir.Altay türklərində ölümdən sonra evlilik mərasimi evlənmək yaşına gəlmədən əvvəl vəfat edən şəxslər üçün tətbiq edilir. Oğlan uşağı ölmüş olsa belə, evlənmə yaşına çatacağı vaxtda özü kimi cavan vəfat etmiş bir qızla qiyabi şəkildə (iştirakları olmadan) mərasimlə evləndirilir. Bu mərasimi həqiqi toy kimi qəbul edən ailələr bir-birlərini qohum elan edir və hətta yeni evlilərə lazım olan əşyaların rəsmi çəkilərək yandırılır. Yanğının dumanının evlilərə xəbərdarlıq olaraq getdiyinə inanılır. Buna oxşar digər bir adət isə gənc ölən oğlan o biri dünyada hurisiz qalmasın deyə məzarına subay ikən ölmüş bir qadının basdırılmasıdır. Beləliklə, onlar o biri dünyada evlənmiş sayılırlar.Altaylardakı bu adətin Azərbaycan türklərində müasir dövrdə mövcud olduğu bilinir.
Ölümdən sonra evlilik mərasimi

Ölümdən sonra evlilik mərasimi (türk xalqları)

Homoseksual evlilik
Eynicinsli evlilik həmçinin homoseksual evlilik kimi də adlanan iki eyni cinsdən olan şəxlərin nikah bağlamasıdır. 2022-ci ildəki məlumata əsasən eynicinsli cütlüklər arasında nikah qanuni olaraq 32 ölkədə (ümummilli və ya bəzi yurisdiksiyalarda) həyata keçirilir və tanınır. Ən sonuncular isə 10 mart 2022-ci ildə Çili, 1 iyul 2022-ci ildə İsveçrə və 8 iyul 2022-ci ildə Sloveniya olmuşdur. Övladlığa götürmə hüquqları tam olaraq əhatə olunmasada, eyni cinsli nikahlı dövlətlərin əksəriyyəti bu cütlüklərin birgə övladlığa götürməsinə icazə verir. Bunun əksinə olaraq, 34 ölkə (2021-ci il məlumatına görə) konstitusiyalarında eyni cinsdən olan cütlüklər arasında nikahın qarşısını alan qaydaları varki buda daha çox son illərdə qabaqlayıcı tədbir kimi qəbul edilmişdir. Bəzi digər ölkələrin konstitusiya qanunları İslam qanunları əsasında yazıldığı üçün eynicinslilərin evliliyi nəinki qadağandır, homoseksuallığın özü belə cinayət sayılır. == Terminologiya == === Alternativ şərtlər === Eynicinsli nikahların qanuni tanınmasının bəzi tərəfdarları, məsələn, Evlilik Bərabərliyi ABŞ (1998-ci ildə yaradılmışdır), Evlənmək Azadlığı (2003-cü ildə yaradılmışdır) və Bərabər Evlilik üçün Kanadalılar - uzun müddətdir evlilik bərabərliyi və bərabər evlilik ifadələrindən istifadə etmişlər. Məqsədlərinin eynicinsli nikahların əks cinslərin nikahları kimi bərabər hüquqlara malik olmasının istənməsidir. Associated Press qey evlilik ifadəsindənsə eynicinsli evlilik ifadəsinin istifadə olunmasının məqsədəuyğun olduğunu qeyd edir. === Evlilik termininin istifadəsi === Antropoloqlar dünyadakı mədəniyyətlər arasında sosial quruluşun ümumi cəhətlərini özündə cəmləşdirən evliliyin tərifini müəyyən etmək üçün şox çətinlik çəkiblər.
Evlilik hekayəsi
Evlilik hekayəsi (ing. Marriage Story) — Noa Baumbaxın 2019-cu ildə rejissorluğu ilə çəkilmiş dram filmi. Film boşanan cütlükdən bəhs edir. Baş rollarda Skarlet Yohansson və Adam Drayver çəkilib.

Значение слова в других словарях

безде́йственно дли́нен наравне́ окруже́нец пелери́нка экс-председа́тельский гра́мотность де́льность конверти́руемость передро́гнуть спосо́бствовать услу́жливый фио́рд комплимент attagirl graphiology greediness nuclide Persian photogyric spermi- thermalarm выварка нераспорядительный семестр