EVLİLİK

EVLİLİK – SUBAYLIQ Otuz ildir, sənə ev düzəldirəm, uşaq saxlayıram; Bu da mənim evliliyimin əvəzi!.. (“Aşıq Ələsgər” dastanı); Saqqalını subaylıqda ağartmayacaqdı ki?.. (M.İbrahimov).

EVLİ
EYBƏCƏR
OBASTAN VİKİ
Evlilik
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Eynicinsli evlilik
Eynicinsli evlilik həmçinin homoseksual evlilik kimi də adlanan iki eyni cinsdən olan şəxlərin nikah bağlamasıdır. 2022-ci ildəki məlumata əsasən eynicinsli cütlüklər arasında nikah qanuni olaraq 32 ölkədə (ümummilli və ya bəzi yurisdiksiyalarda) həyata keçirilir və tanınır. Ən sonuncular isə 10 mart 2022-ci ildə Çili, 1 iyul 2022-ci ildə İsveçrə və 8 iyul 2022-ci ildə Sloveniya olmuşdur. Övladlığa götürmə hüquqları tam olaraq əhatə olunmasada, eyni cinsli nikahlı dövlətlərin əksəriyyəti bu cütlüklərin birgə övladlığa götürməsinə icazə verir. Bunun əksinə olaraq, 34 ölkə (2021-ci il məlumatına görə) konstitusiyalarında eyni cinsdən olan cütlüklər arasında nikahın qarşısını alan qaydaları varki buda daha çox son illərdə qabaqlayıcı tədbir kimi qəbul edilmişdir. Bəzi digər ölkələrin konstitusiya qanunları İslam qanunları əsasında yazıldığı üçün eynicinslilərin evliliyi nəinki qadağandır, homoseksuallığın özü belə cinayət sayılır. == Terminologiya == === Alternativ şərtlər === Eynicinsli nikahların qanuni tanınmasının bəzi tərəfdarları, məsələn, Evlilik Bərabərliyi ABŞ (1998-ci ildə yaradılmışdır), Evlənmək Azadlığı (2003-cü ildə yaradılmışdır) və Bərabər Evlilik üçün Kanadalılar - uzun müddətdir evlilik bərabərliyi və bərabər evlilik ifadələrindən istifadə etmişlər. Məqsədlərinin eynicinsli nikahların əks cinslərin nikahları kimi bərabər hüquqlara malik olmasının istənməsidir. Associated Press qey evlilik ifadəsindənsə eynicinsli evlilik ifadəsinin istifadə olunmasının məqsədəuyğun olduğunu qeyd edir. === Evlilik termininin istifadəsi === Antropoloqlar dünyadakı mədəniyyətlər arasında sosial quruluşun ümumi cəhətlərini özündə cəmləşdirən evliliyin tərifini müəyyən etmək üçün şox çətinlik çəkiblər.
Məcburi evlilik
Məcburi evlilik və ya məcburi nikah — tərəflərdən birinin və ya bir neçəsinin razılığı olmadan, yaxud onların iradəsinə zidd olaraq evlənməsi. Bir və ya hər ikisi sonradan öz iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilərsə, hər iki tərəf tam razılıqla girsə belə, nikah məcburi nikaha çevrilə bilər. Məcburi nikah, hər iki tərəfin həyat yoldaşı tapmaq və seçməkdə valideynlərinin və ya üçüncü tərəfin, məsələn, elçinin köməyinə razılıq verdiyi əvvəlcədən razılaşdırılmış nikahdan fərqlənir. Çox vaxt nikaha məcbur etmək üçün açıq fiziki zorakılıqdan tutmuş incə psixoloji təzyiqə qədər istifadə olunan məcburiyyət davamlılığı mövcuddur. Hazırda beynəlxalq rəy tərəfindən geniş şəkildə qınansa da, məcburi nikahlar hələ də dünyanın müxtəlif mədəniyyətlərində, xüsusən də Cənubi Asiya və Afrikanın bəzi yerlərində baş verir. Bəzi alimlər "məcburi evlilik" termininin istifadəsinə etiraz edirlər, çünki o, nikahın konsensual qanuniləşdirici dilini (məsələn, ər/arvad) tam əksi olan təcrübə üçün istifadə edir. “Məcburi evlilik” və “nikah köləliyi” də daxil olmaqla müxtəlif alternativ terminlər təklif edilmişdir. Birləşmiş Millətlər Təşkilatı məcburi nikahı insan hüquqlarının pozulmasının bir forması hesab edir, çünki bu, fərdlərin azadlığı və muxtariyyəti prinsipini pozur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd edilir ki, insanın həyat yoldaşı seçmək və sərbəst şəkildə nikaha daxil olmaq hüququ onun həyatı və ləyaqəti, bir insan kimi bərabərliyi üçün əsas yer tutur. Roma Katolik Kilsəsi, nikahın ləğvi üçün məcburi nikahı əsas hesab edir - nikahın etibarlı olması üçün hər iki tərəf sərbəst şəkildə razılıq verməlidir.
Yaponiyada evlilik
Yaponiyada evlilik ölkədə ailənin leqal və sosial institutudur. Orta əsrlərdən fərqli olaraq hazırda Yaponiyada bərabərhüquqlu evlilik qüvvədədir. Toylar iki formada keçirilir: ənənəvi şinto adətləri ilə və xristian evliliyi adətləri ilə. Yaponiyada evlilik "kankon sosai" (冠婚葬祭) adlandırılan 4 əsas mərasimdən biridir. Orta əsrlər dövründə Yaponiyada ümumi mənşə ilə bağlı böyük patriarxal ailə mövcud idi. Bu cür ailələr bir qayda olaraq, bir neçə kiçik ailəni əhatə edirdi. Valideynlərlə uşaqlar, ərlə arvad, böyük qardaşla kiçik qardaş arasında münasibətlər subordinasiya əsasında qurulmuşdu. Patriarx (ailə başçısı) öz icma üzvləri üzərində geniş hakimiyyətə malik idi. Evlənmə, boşanma, oğulluğa götürmə kimi məsələlərdə patriarxın razılığı olmalı idi. Qədim yapon qanunlarında silki və patriarxal başlanğıclar sosial-hüquq münasibətlərinin bütün sferalarını səciyyələndirirdi.
Homoseksual evlilik
Eynicinsli evlilik həmçinin homoseksual evlilik kimi də adlanan iki eyni cinsdən olan şəxlərin nikah bağlamasıdır. 2022-ci ildəki məlumata əsasən eynicinsli cütlüklər arasında nikah qanuni olaraq 32 ölkədə (ümummilli və ya bəzi yurisdiksiyalarda) həyata keçirilir və tanınır. Ən sonuncular isə 10 mart 2022-ci ildə Çili, 1 iyul 2022-ci ildə İsveçrə və 8 iyul 2022-ci ildə Sloveniya olmuşdur. Övladlığa götürmə hüquqları tam olaraq əhatə olunmasada, eyni cinsli nikahlı dövlətlərin əksəriyyəti bu cütlüklərin birgə övladlığa götürməsinə icazə verir. Bunun əksinə olaraq, 34 ölkə (2021-ci il məlumatına görə) konstitusiyalarında eyni cinsdən olan cütlüklər arasında nikahın qarşısını alan qaydaları varki buda daha çox son illərdə qabaqlayıcı tədbir kimi qəbul edilmişdir. Bəzi digər ölkələrin konstitusiya qanunları İslam qanunları əsasında yazıldığı üçün eynicinslilərin evliliyi nəinki qadağandır, homoseksuallığın özü belə cinayət sayılır. == Terminologiya == === Alternativ şərtlər === Eynicinsli nikahların qanuni tanınmasının bəzi tərəfdarları, məsələn, Evlilik Bərabərliyi ABŞ (1998-ci ildə yaradılmışdır), Evlənmək Azadlığı (2003-cü ildə yaradılmışdır) və Bərabər Evlilik üçün Kanadalılar - uzun müddətdir evlilik bərabərliyi və bərabər evlilik ifadələrindən istifadə etmişlər. Məqsədlərinin eynicinsli nikahların əks cinslərin nikahları kimi bərabər hüquqlara malik olmasının istənməsidir. Associated Press qey evlilik ifadəsindənsə eynicinsli evlilik ifadəsinin istifadə olunmasının məqsədəuyğun olduğunu qeyd edir. === Evlilik termininin istifadəsi === Antropoloqlar dünyadakı mədəniyyətlər arasında sosial quruluşun ümumi cəhətlərini özündə cəmləşdirən evliliyin tərifini müəyyən etmək üçün şox çətinlik çəkiblər.
Evlilik hekayəsi
Evlilik hekayəsi (ing. Marriage Story) — Noa Baumbaxın 2019-cu ildə rejissorluğu ilə çəkilmiş dram filmi. Film boşanan cütlükdən bəhs edir. Baş rollarda Skarlet Yohansson və Adam Drayver çəkilib.
Fotoqrafiya ilə evlilik
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Ölümdən sonra evlilik
Ölümdən sonra evlilik mərasimi — müxtəlif mədəniyyətlərdə mövcud olan adət. Ölümdən sonra evlilik mərasimi adəti türk xalqlarında da mövcuddur. Bu adətə görə evlənmək yaşına çatmadan vəfat edən cavanlar bir-biri ilə qiyabi şəkildə (iştirakları olmadan) evləndirilir. Altay türklərində ölümdən sonra evlilik mərasimi evlənmək yaşına gəlmədən əvvəl vəfat edən şəxslər üçün tətbiq edilir. Oğlan uşağı ölmüş olsa belə, evlənmə yaşına çatacağı vaxtda özü kimi cavan vəfat etmiş bir qızla qiyabi şəkildə (iştirakları olmadan) mərasimlə evləndirilir. Bu mərasimi həqiqi toy kimi qəbul edən ailələr bir-birlərini qohum elan edir və hətta yeni evlilərə lazım olan əşyaların rəsmi çəkilərək yandırılır. Yanğının dumanının evlilərə xəbərdarlıq olaraq getdiyinə inanılır. Buna oxşar digər bir adət isə gənc ölən oğlan o biri dünyada hurisiz qalmasın deyə məzarına subay ikən ölmüş bir qadının basdırılmasıdır. Beləliklə, onlar o biri dünyada evlənmiş sayılırlar. Altaylardakı bu adətin Azərbaycan türklərində müasir dövrdə mövcud olduğu bilinir.
Ölümdən sonra evlilik mərasimi

Sudan keçi ilə evlilik insidenti
Sudan keçi ilə evlilik insidenti — 2006-cı ildə Sudanda Çarlz Tombe adlı şəxsin sekslə məşğul olduğu keçi ilə evlənməyə məcbur edildiyi hadisə. Hadisə bir sıra kütləvi informasiya vasitələrinin diqqətini çəkmişdir. 2006-cı ildə cənubi sudanlı Çarlz Tombe adlı bir kişi Cuba şəhərinin Hay Malakal bölgəsində bir keçi ilə seks fəaliyyəti ilə məşğul olarkən yaxalanmışdır. Keçinin sahibi təqsirkarı tutmuş və məsələyə baxılması üçün kənd böyüklərinə müraciət etmişdir. Ağsaqqalların birinin qeydinə görə keçinin sahibi təqsirkarı keçi tövləsinin qapısına bağlamışdır. Ağsaqqallar keçi sahibinə polisə müraciət etməməyi məsləhət görmüş, təqsirkar keçidən arvadı kimi istifadə etdiyi üçün ona başlıq pulu ödəməli olduğunu bildirmişdirlər. Təqsirkar keçi ilə "evlənməyə", eləcə də, keçinin pulunu və 15.000 Sudan dolları məbləğində başlıq pulunu ödəməyə məcbur edilmişdir. Ağsaqqallar müzakirələr zamanı keçiyə zarafatla "Rouz" adını vermişdirlər. Keçi 3 may 2007-ci ildə plastik torbada boğularaq ölmüşdür. Öləndə 4 aylıq erkək balası var idi.
Ölümdən sonra evlilik mərasimi (türk xalqları)
Ölümdən sonra evlilik mərasimi — müxtəlif mədəniyyətlərdə mövcud olan adət. Ölümdən sonra evlilik mərasimi adəti türk xalqlarında da mövcuddur. Bu adətə görə evlənmək yaşına çatmadan vəfat edən cavanlar bir-biri ilə qiyabi şəkildə (iştirakları olmadan) evləndirilir. Altay türklərində ölümdən sonra evlilik mərasimi evlənmək yaşına gəlmədən əvvəl vəfat edən şəxslər üçün tətbiq edilir. Oğlan uşağı ölmüş olsa belə, evlənmə yaşına çatacağı vaxtda özü kimi cavan vəfat etmiş bir qızla qiyabi şəkildə (iştirakları olmadan) mərasimlə evləndirilir. Bu mərasimi həqiqi toy kimi qəbul edən ailələr bir-birlərini qohum elan edir və hətta yeni evlilərə lazım olan əşyaların rəsmi çəkilərək yandırılır. Yanğının dumanının evlilərə xəbərdarlıq olaraq getdiyinə inanılır. Buna oxşar digər bir adət isə gənc ölən oğlan o biri dünyada hurisiz qalmasın deyə məzarına subay ikən ölmüş bir qadının basdırılmasıdır. Beləliklə, onlar o biri dünyada evlənmiş sayılırlar. Altaylardakı bu adətin Azərbaycan türklərində müasir dövrdə mövcud olduğu bilinir.
Məhəmməd peyğəmbərin evlilikləri
Məhəmməd peyğəmbər bir mənbəyə görə onun 23 həyat yoldaşı olmuşdur. Müsəlmanlar Məhəmməd peyğəmbərin həyat yoldaşlarını hörmət əlaməti olaraq "Möminlərin anaları" adlandırırlar. Bunun səbəbi Əhzab surəsinin 6-cı ayəsində qeyd edilən "Peyğəmbər mö´minlərə onların özlərindən daha yaxındır. (Mö´minlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (mö´minlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz)." ifadəsidir. Məhəmməd peyğəmbərin həyatı hicrətdən öncə (Məkkə, 570–622) və hicrətdən sonra (Mədinə, 622–632) olmaqla iki yerə ayrılır. Məhəmməd peyğəmbərin evliliklərindən ikisi xaric digər evliliklərinin hamısı hicrətdən sonrakı dövrdə baş tutmuşdur. Mədinə dövründə Məhəmməd peyğəmbərin hər bir xanımı üçün ayrıca olaraq Məscidi-Nəbəvinin divarlarına bitişik otaqlar tikilmişdir. Məhəmməd peyğəmbər vəfat etdiyi zaman 9 xanımı dul qalmış və bu qadınlar möminlərin anaları sayıldıqlarına görə onların başqa evlilikləri olmamışdır. Ərəblərin adətlərinə görə evliliklər qəbilə ehtiyaclarına görə planlaşdırılar, qəbilə daxilində və ya digər qəbilələr arasında ittifaqların bağlanması məqsədilə həyata keçirilərdi.

Digər lüğətlərdə