ey-vay 2021
eybəcər
OBASTAN VİKİ
Eyakulyasiya
Eyakulyasiya (lat. ejaculatio — buraxma, püskürmə; sinonimi — sperm püskürməsi) — cinsi əlaqə və ya onu əvəz edən cinsi fəaliyyət formaları (masturbasiya, minet, sevişmə və s.) zamanı kişilərdə uretradan toxum mayesinin ifrazı. Bu mürəkkəb bir refleks aktdır, mərkəzi onurğa beyninin bel nahiyəsində yerləşir. Bundan əlavə, beynin parasentral lobları boşalma prosesinin tənzimlənməsində müəyyən rol oynayır. Eyakulyasiya və onunla sıx bağlı olan orqazm, sürtünmə zamanı penis stimullaşdırıldıqda, adətən cinsi oyanmanın kəskin artması ilə nəticələnir. Adətən orqazmla müşayiət olunur. Yuxu zamanı spontan baş verə də bilər (pollyusiya). Eyakulyasiyadan sonra penisin spermlə dolması azalmağa başlayır və ereksiya getdikcə zəifləyir. == Eyakulyasiyanın fazaları == Preeyakulyasiya, kişi cinsi oyanma vəziyyətinə gəldikdə, kişi cinsiyyət orqanının sidik kanalından xaricə ayrılan şəffaf, rəngsiz, özlü spermadan əvvəl mayedir. Pre-eyakulyasiya da kişi tərəfindən masturbasiya zamanı, cinsi əlaqəyə hazırlıq zamanı və ya cütləşmənin ilkin mərhələsində, kişinin tam orqazma çatmasından və boşalmadan bir müddət əvvəl atılır.
Boyuna eyakulyasiya
Boyuna eyakulyasiya, boyuna boşalma, boyun boşalması — cinsi akt üçün istifadə edilən jarqondur. Kişinin spermasını başqasının boynuna, döşünə, döşünün üstünə, sinəsinə və ya sinəsinin üstünə eyakulyasiya etməsidir. Bu üsul prezervativ taxmamağı üstün tutan insanlar üçün təhlükəsiz seks alternativi kimi seks işçiləri tərəfindən müntəzəm olaraq istifadə edilir.
Pre-eyakulyasiya
Pre-eyakulyasiya və ya digər adı ilə boşalma öncəsi maye (həmçinin eyakulyasiya mayesi, pre-seminal maye və ya Cowper mayesi kimi də tanınır) — cinsi oyanma zamanı penisin uretrasından çıxan şəffaf, rəngsiz, yapışqanlı maye. Buna xalq arasında həzz suyu, zövq suyu, ləzzət suyu da deyirlər. Tərkibinə görə spermaya oxşayır, lakin fərqli kimyəvi tərkibə malikdir. Pre-eyakulyasiya mayesindəki spermanın varlığı az, yaxud da heç yox dərəcəsindədir. Əvvəlcədən boşalma yağlayıcı maddə və yaxud turşu neytrallaşdırıcısı funksiyasında çıxış edir.
Sifətə eyakulyasiya
Sifətə eyakulyasiya, üzə eyakulyasiya, sifətə tökmə, üzə tökmə, sifətə boşalma, üzə boşalma — Seks əsnasında, yaxud da cinsi əlaqənin sonunda kişinin cinsiyyət orqanından çıxan spermanı bir və ya bir neçə cinsi partnyorunun üzünə boşaltması seksual aktına verilən addır. Bir növ cinsi yaxınlıq olmadan həyata keçirilən cinsi əlaqə, yəni seks növü hesab olunur. Ümumiyyətlə; anal seks, oral seks, masturbasiya və ya vaginal cinsi əlaqənin sonunda həyata keçirilən cinsi aktdır. Müasir pornoqrafik filmlərdə və pornoqrafik seriallarda sifətə eyakulyasiya səhnələri müntəzəm olaraq final səhnələri kimi istifadə olunur.

Digər lüğətlərdə

антиправи́тельственный маре́нный налогоплате́льщица ресурсосбереже́ние дво́рницкий дистанци́роваться пая́сничать перепёлка подголо́сить пре́ния сторон прибо́йный дунтеть харуба broad jump country-people examining humane illocal musty natator sportswear Антарктика морж пятисотый социально-экономический