EYBƏCƏRLİK

is.
1. Eybəcər şeyin halı; kifirlik, çirkinlik, biçimsizlik.
Səməd acıqlandığı zaman üzündəki eybəcərlik daha aydın gözə çarpırdı. M.Hüseyn.
…Eybəcərliyinə görə heç kəs [Cumanın] adını çəkmir. Ə.Əbülhəsən.

2. məc. Kəsir, nöqsan, çatışmazlıq, biabırçılıq, qeyri-normal hal, iş, vəziyyət.
Gör onda neçə-neçə biabırçılıqların üstü açılar, pərdələr götürülər, eybəcərliklər görünər? S.Rəhimov.
Vəlini düşündürən bütün eybəcərliyi ilə hiss etdiyi həyat məsələləri idi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EYBƏCƏRLİK kifirlik — çirkinlik — biçimsizlik
  • EYBƏCƏRLİK biabırçılıq — çatışmazlıq — kəsir — nöqsan

Antonimlər (əks mənalı sözlər)

  • EYBƏCƏRLİK EYBƏCƏRLİK – QƏŞƏNGLİK ...Eybəcərliyinə görə heç kəs adını çəkmir (Ə.Əbülhəsən); Qara saçları onun ümumi görünüşünə bir qəşənglik gətirirdi (A
EYBƏCƏRLƏŞMƏK
EYD

Digər lüğətlərdə

глупова́то дезактива́ция забыва́ние ирреа́льный оде́рживаться преприя́тный припасо́вка провы́ть просвежа́ться просту́кивать туда́ же окси́д подтя́гивание блоховник amino acid hyperphysical niccolite normal Primates sequel бесплановый деликатность еженедельно молодка тридцатью