EYBƏCƏR

sif.
1. Xarici görünüşcə eyibli, nöqsanlı, çirkin; kifir. Eybəcər qız. Eybəcər uşaq.
– Fərhad xan bığıburma, yekəqarın, eybəcər bir pəhləvan idi. (Nağıl).
Çünki onun, boy-buxununa görə, böyük olan başı tükdən daha da iriləşir, gözə bir az eybəcər gəlirdi. Ə.Əbülhəsən.

// İs. mənasında. Eybi eylər eybəcər, soğanı yeyər dərdəcər. ( Ata. sözü ).
Gördü gölün içində baxır ona bir nəfər; Bir bədheybət, eybəcər. R.Rza.

// Bədəninin bir yerində nöqsan olan. Eybəcər gözlü qız. Eybəcər barmaqlı əl.
2. məc. Təhrif edilmiş, korlanmış, biçimsiz, yöndəmsiz, mənasız, iyrənc, qeyri-adi.
// Xoşa gəlməyən, nifrət oyandıran, çox pis, çirkin.
Müdhiş və eybəcər bir səslə vıyıldayaraq gələn minalar yalnız əsgərləri deyil, yeri-göyü də sarsıdırdı. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EYBƏCƏR EYBƏCƏR (yaraşığı olmayan) O, yerində titrəyir, əsir, ağzını eyir, eybəcər bir şəklə düşürdü (S.Rəhimov); BƏDHEYBƏT Talıbxanın gözündə Safo çirkin, bə
  • EYBƏCƏR çirkin — kifir
  • EYBƏCƏR yöndəmsiz — iyrənc

Antonimlər (əks mənalı sözlər)

  • EYBƏCƏR EYBƏCƏR – QƏŞƏNG Fərhad xan bığıburma, yekəqarın, eybəcər bir pəhləvan idi (Nağıl); Göy üzündə bir qəşəng; Tağ görünür yeddi rəng (A

Etimologiya

  • EYBƏCƏR Ərəbcə eyb və farsca cu (axtarmaq, istəmək mənasını verən costən məsdəri ilə bağlıdır) sözlərinin birləşməsindən əmələ gəlib
EY-HAY
EYBƏCƏRCƏSİNƏ

Digər lüğətlərdə

апила́к билатера́льность го́споди бо́же мой ду́ро пиро́жное поли... прозва́ть разреза́льщик рогови́к холоднова́тость звери́нец иеромона́х назва́нивать плебисци́т терносли́ва фанфаро́ниться бланкетенг (луньский) мандера bodywork great-granddaughter lip-service pita reserved выплести естественник