EYBƏCƏR

EYBƏCƏR (yaraşığı olmayan) O, yerində titrəyir, əsir, ağzını eyir, eybəcər bir şəklə düşürdü (S.Rəhimov); BƏDHEYBƏT Talıbxanın gözündə Safo çirkin, bədheybət və bütün pisliklərlə dolu mazarat bir adam görünürdü (S.Rəhimov); BƏDSİFƏT Kitab da növ-növdür insanlar kimi; Bədsifət, acıdil olur bir çoxu (S.Vurğun); BİÇİMSİZ Qısaboylu, biçimsiz bir adam sol ayağını çəkə-çəkə içəri girdi (A.Şaiq); BİRƏĞBƏT [Mirzə Süleyman bəy:] ..Qapıdan girib çıxanda rəhmətlik atasının dalınca bir az deyinirdi və məzəmmət eləyirdi ki, niyə onun adı belə birəğbət imiş? (B.Talıblı); ÇİRKİN Qeysər sifətdən çirkin idi (M.Hüseyn); ƏNTƏR (məc., çox eybəcər) Aytəmiz: Qəssab Həsənin oğlu heç olmasa, adama oxşayır, əntərin biridir ki... (Ə.Qasımov); İYRƏNC, İDBAR (çox çirkin) Ağalar umuzundan; Tullayan zənci kimi; Yer üzünün yaramaz; İdbar, iyrənci kimi (M.Rahim); KAFTAR (məc.) Bədircahan: Sənin adın gələndə, a kaftar, Züleyxa xanımın qusmağı gəlir (N.Vəzirov); QƏBİH (köhn.) Qazı Məşədi Məmmədvəliyə: Gərək bizim xatirimizi mülahizə edib bunun təqsirindən keçəsən. Doğrudur, bu çox qəbih əməl tutub... (Ə.Haqverdiyev); YARAŞIQSIZ Vahid: Həncəri xanım, deyəsən geyimin necədirsə, tərpənişin də, danışığın da elədir: çəlimsiz, yaraşıqsız (M.İbrahimov); YÖNDƏMSİZ Kirli, dizi yamaqlı şalvarı, boynu, yaxası getmiş köynəyi, tükü seyrəlmiş qulaqlı papağı onu Feyzini yöndəmsiz göstərirdi (B.Bayramov).

EVLİ
EYD

Digər lüğətlərdə

вспа́хивать вспугну́ть коло́дье наёмка незамедли́тельность ямщи́чество втори́чность домаркси́стский кипяти́льный кунжу́тный перпендикуля́р пра́здность раздва́ивать фанфари́ст воин руб ballet-master double-bedded gradualism Pollux tail-coat доброжелательница отставание пикнуть прогоны