1. Utanılacaq hal və ya hərəkət; nöqsan, kəsir, qüsur.
Bundan əlavə, dəxi Yusif şahda həzar gunə özgə eyiblər tapdılar.
Eybimizi çulğalamışdı aba; Hər nə gəlirdi boşalırdı qaba.
Həqiqət, ər və arvad Bahadıra nəinki bir eyib tapmırdılar, hətta onu sevirdilər.
□ Eyib etmək – eyib sanmaq, eyib tutmaq, eyibləndirmək, utandırmaq, qüsur tutmaq.
Gül yanağın həsrətindən ağlasam eyb etmə, kim; Bülbüli şövqündə giryan şol gülixəndan edər.
Gözüm yaşı gündən-günə fərq elər; Eyb etməyin, məni qana qərq elər.
Eybini açmaq – ifşa etmək, eybini, nöqsanını açıb göstərmək.
2. Utanılmalı, xəcalət çəkilməli. Eyib söz. Eyib iş.
◊ Eybi yox(dur) – 1) razılıq bildirir.
Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti; Qoy səni xar eyləsinlər xanü əyan, qəm yemə!
Eybi yoxdur, mən sizin səadətiniz uğrunda iqbalımı bir daha sınaram. ;
2) ziyanı yoxdur, fikir etmə (təsəlli bildirir). [Ceyran xala:] Eybi yoxdur, oğul! Ümidini itirmə.
Mənim qızım dəyanətli qızdır.
Eybinə gəlmək – özü üçün eyib saymaq, utanmaq, sıxılmaq, xəcalət çəkmək.
[Ömər:] Doğrusu, mənim eybimə gəlir deyəm.
Eybinə gəlir ki, bu sözləri dilinə gətirirsən?
Eybinə kor olmaq – öz eybini, qüsurunu, nöqsanını bilib utanmaq, xəcalət çəkmək.
Ey zahidi-xudbin, yürü, öz eybinə kor ol!
Elə bu başla zavod saxlayırsan? Eybinə kor olmaq əvəzinə, hökuməti borclu çıxarırsan?
Eybini üzünə demək – çəkinmədən birinin nöqsanını, qüsurunu açıb özünə söyləmək.
Eyib də olsa – söylənilməsi eyib sayılan bir sözü dedikdə, hörmət, nəzakət gözləmək məqsədi ilə işlənən ifadə.
[Hacı:] Xeyirdir, inşallah! Mənim, eyib də olsa, evdə bir yetişmiş qızım var, iki aydır ki, xəstə yatır.
[Səriyyə xala qoca pinəçiyə:] …Bəlkə sən biləsən, eyib də olsa, kişinin adı Musadır, oğlanın da Firidun?…
Eyib etməz (eləməz) – bax eybi yox(dur).
[Gülməmməd:] Eyib etməz, ağlama, canımız sağ olsun, biz ölməmişik.
[Vaqif Ağaməmməd Qacara:] Eyib etməz, sizə də çatar bir əvəz; Qatır cinsisiniz, doğubtörəməz.
Eyib içində olmaq – çox nöqsanlı, qüsurlu olmaq. Özü eyib içində olduğu halda, başqalarına irad tutur.
Eyib olsun! – danlama ifadəsi.
[Rüstəm bəy:] …Həsənqulu bəy, Rza bəy, sizin üçün eyib olsun ki, bu cürə axmaq sözə inanıb mənim qapıma gəlirsiniz.
Eyib yerlər – bədənin məhrəm yerləri.
Nə eybi (var) – eyib etməz, eybi yoxdur, zərəri yoxdur; nə zərəri.
Gər yar üçün əğyari tutum dust, nə eybi; Gül xatirinə eyləmişəm xarə məhəbbət.
Hər bir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?!