EYNİ

sif. Bir-birinə tamamilə oxşar, bir cür, tam bənzər; oxşarı, tayı, bənzəri, tamamilə özü.
Qarı qollarını çırmalayıb, Məlik vəzirin arvadını doğuzdurdu, gördü ki, bu bir oğlan doğdu ki, eyni Yusifi-Kənan. (Nağıl).
Sən varlığın eynisən, buna sözmü var? Ürəyisən, beynisən, buna sözmü var? M.Müşfiq.

// Başqası yox, həmin, bəlli şeyin özü. Eyni yer. Eyni söz.
– …Fərhadoğlu yenə də sabah-sabah eyni mətləbdən söz açmalı oldu. S.Rəhimov.

□ Eyni ilə1) tamamilə eyni, tamamilə olduğu kimi, tam oxşar.
Keçən aylarda da bir dəfə Cuma evinə eyni ilə belə gəlmişdi. Ə.Əbülhəsən;

2) hərfi-hərfinə, sözü-sözünə, nöqtəsinöqtəsinə, necə ki var, əslində olduğu kimi. Eyni ilə köçürmək.
– Mərhumun [M.F. Axundzadənin] tərcümeyi-halına dair yuxarıda icmalən verdiyimiz əhvalata iktifa etməyib, onun öz yazdığı təfsilatı fars dilindən türkcə tərcümə edib, necə ki var, eyni ilə burada zikr edirik. F.Köçərli.

Eyni zamanda (vaxtda)1) bir vaxtda, bir zamanda.
Eyni zamanda iki otaqda mühakimə gedirdi. Mir Cəlal.
Qırx … şahmatçı ilə eyni zamanda oynayırdı. İ.Əfəndiyev;

2) həmçinin, bununla bərabər.
Yaxın zamanda Bağdad dünyasına məşhur oxuyan, eyni zamanda misli görünməyən bir gözəl qədəm qoyacaqdır. M.S.Ordubadi.
[Qəhrəman:] Eyni zamanda [xanımın] əlindən yaxa qurtarmaq üçün çalışırdım. H.Nəzərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EYNİ EYNİ, OXŞAR, TAY, BƏNZƏR
  • EYNİ oxşarı — tayı — bənzəri

Antonimlər (əks mənalı sözlər)

  • EYNİ EYNİ – MÜXTƏLİF Sən varlığın eynisən, buna sözmü var? Ürəyisən, beynisən, buna sözmü var? (M.Müşfiq); Müxtəlif bitkilər özünə diqqət tələb edirdi (M
EYNƏN
EYNİADLI
OBASTAN VİKİ
Eyni ulduzun altında
Eyni ulduzun altında (ing. The Fault in Our Stars; hərf. Günah ulduzlarımızdadır) — Con Qrinin 2012-ci ilin yanvarında nəşr olunmuş 6-cı romanı. Romanın adı Uilyam Şekspirin "Yuli Sezar" faciəsinin birinci aktının ikinci səhnəsindən götürülmüşdür: bu səhnədə Qay Kassi Lonqin Bruta deyir: "Günah, əziz Brut, ulduzlarımızda deyil, özümüzdədir". Hekayə 16 yaşlı xərçəng xəstəsi Hazel Qreys Lankasterin dilindən nəql olunur. Hazel valideynləri tərəfindən dəstək qrupunda iştirak etməyə məcbur edilir. O, tezliklə 17 yaşlı keçmiş basketbolçu və xərçəngə görə bir ayağı kəsilmiş Aqust Vaterslə tanış olur və ona aşiq olur. Kitab uğur qazanmışdır. == Məzmun == 16 yaşlı ağciyər xərçəngi Hazel Qreys Lankester anasının təkidi ilə xərçəng xəstələri arasında keçirilən görüşlərə qatılır. Hazel dəstək qrupunun görüşlərində iştirak etməkdən məmnun deyil, lakin bir gün sümük xərçəngi üzündən sağ ayağı kəsilən, buna görə də protez ayaq taxan 17 yaşlı Aqust Vaterslə tanış olur.
GMTA (Böyük beyinlər eyni düşünür)
GMTA (Böyük beyinlər eyni düşünür) - GMTA (ing. Great minds think alike, ru. Великие умы мыслят одинаково) – elektron poçtda, telekonfranslarda və gap-forumlarda qəbul olunmuş abreviatur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Eyni ildə iki Oskar mükafatına namizəd göstərilən aktyorların siyahısı
Kino Sənətləri və Elmləri Akademiyasının ilk dəfə 1938-ci ildə olmaqla, bir il içərisində aktyorluq kateqoriyalarında iki fərqli "Oskar" mükafatına namizəd göstərilən aktyor və ya aktrisalar olmuşdur. Namizəd olmaq üçün hər iki kateqoriya üzrə Akademiyadan kifayət qədər səs toplamaq şərti ilə, heç bir məhdudiyyət yoxdur. Aktyorlar eyni ildə həm "Ən yaxşı aktyor", həm də "Ən yaxşı ikinci plan aktyor" mükafatına və eynilə aktrisalar da həm "Ən yaxşı aktrisa", həm də "Ən yaxşı ikinci plan aktrisa" mükafatına namizəd göstərilə bilər. Birdən çox namizədliklə əlaqəli sadəcə iki qayda var. Bir aktyor və ya aktrisa eyni kateqoriyada fərqli rollar belə olsa bir dəfədən artıq namizəd göstərilə bilməz (bir baş rol və bir ikinci plan roluna görə namizəd ola bilər, amma iki baş rol və ya iki ikinci plan roluna görə namizəd ola bilməz). Digər qayda isə filmdəki eyni rola görə bir dəfədən artıq namizəd göstərilə bilməməsidir. Bu qayda 1944-cü ildə Barri Fitsceraldın "Öz yolunda get" filmindəki roluna görə həm "Ən yaxşı kişi rolu", həm də "Ən yaxşı ikinci plan kişi rolu"na namizəd göstərilməsindən sonra qəbul edilmişdir.2021-ci ildəki məlumata əsasən 12 aktyor və aktrisa eyni ildə iki "Oskar" mükafatına namizəd göstərmilişdir. Bu aktyorlardan birincisi Fey Beynterdir. O, 11-ci Oskar mükafatında "Ağ bannerlər" və "İezabel" filmlərindəki roluna görə iki namizədlik qazanmışdır. Skarlett Yohansson isə "Evlilik hekayəsi" və "Dovşan Coco" filmlərindəki roluna görə 92-ci Oskar mükafatında qazandığı iki namizədliklə eyni ildə iki namizədlik qazanan son aktyordur.
Beynəlxalq Standart Eyniləşdirmə Nömrələri
Beynəlxalq Standart Eyniləşdirmə Nömrələri (İSBN, İSMN, İSSN, İSAN və İSRC) - kitabların, not yazılarının, dövri nəşrlərin, audivizual əsərlərin, audio və ya videoyazıların eyniləşdirməsini təmin edən unikal rəqəmli kodlar. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 145 s.
Eynibulaq
Eynibulaq — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ağdaş inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Eynibulaq kəndi mərkəz olmaqla Eynibulaq kənd Soveti yaradılmışdır. == Toponimikası == Kənd adını ərazidəki eyniadlı bulaqdan almışdır. Hidronim isə eyni (ərəbcə "göz, çeşmə") və bulaq (azərbaycanca "çeşmə, qaynaq") komponentlərindən düzəlib, "gözlü bulaq" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. == Əhalisi == Əhalisinin sayı 930 nəfərdir.
Eynicinsli evlilik
Eynicinsli evlilik həmçinin homoseksual evlilik kimi də adlanan iki eyni cinsdən olan şəxlərin nikah bağlamasıdır. 2022-ci ildəki məlumata əsasən eynicinsli cütlüklər arasında nikah qanuni olaraq 32 ölkədə (ümummilli və ya bəzi yurisdiksiyalarda) həyata keçirilir və tanınır. Ən sonuncular isə 10 mart 2022-ci ildə Çili, 1 iyul 2022-ci ildə İsveçrə və 8 iyul 2022-ci ildə Sloveniya olmuşdur. Övladlığa götürmə hüquqları tam olaraq əhatə olunmasada, eyni cinsli nikahlı dövlətlərin əksəriyyəti bu cütlüklərin birgə övladlığa götürməsinə icazə verir. Bunun əksinə olaraq, 34 ölkə (2021-ci il məlumatına görə) konstitusiyalarında eyni cinsdən olan cütlüklər arasında nikahın qarşısını alan qaydaları varki buda daha çox son illərdə qabaqlayıcı tədbir kimi qəbul edilmişdir. Bəzi digər ölkələrin konstitusiya qanunları İslam qanunları əsasında yazıldığı üçün eynicinslilərin evliliyi nəinki qadağandır, homoseksuallığın özü belə cinayət sayılır. == Terminologiya == === Alternativ şərtlər === Eynicinsli nikahların qanuni tanınmasının bəzi tərəfdarları, məsələn, Evlilik Bərabərliyi ABŞ (1998-ci ildə yaradılmışdır), Evlənmək Azadlığı (2003-cü ildə yaradılmışdır) və Bərabər Evlilik üçün Kanadalılar - uzun müddətdir evlilik bərabərliyi və bərabər evlilik ifadələrindən istifadə etmişlər. Məqsədlərinin eynicinsli nikahların əks cinslərin nikahları kimi bərabər hüquqlara malik olmasının istənməsidir. Associated Press qey evlilik ifadəsindənsə eynicinsli evlilik ifadəsinin istifadə olunmasının məqsədəuyğun olduğunu qeyd edir. === Evlilik termininin istifadəsi === Antropoloqlar dünyadakı mədəniyyətlər arasında sosial quruluşun ümumi cəhətlərini özündə cəmləşdirən evliliyin tərifini müəyyən etmək üçün şox çətinlik çəkiblər.
Eynigüclü tənlik
Eynigüclü tənlik — əgər, f 1 ( x ) = g 1 ( x ) {\displaystyle f_{1}(x)=g_{1}(x)} tənliyinin hər bir kökü f 2 ( x ) = f 2 ( x ) {\displaystyle f_{2}(x)=f_{2}(x)} tənliyinin kökü və ya əksinə, f 2 ( x ) = g 2 ( x ) {\displaystyle f_{2}(x)=g_{2}(x)} tənliyinin hər bir kökü f 1 ( x ) = g 1 ( x ) {\displaystyle f_{1}(x)=g_{1}(x)} tənliyinin kökü olarsa, belə tənliklərə eynigüclü tənliklər deyilir.
Eyniyyətli-həqiqi mülahizələr
Eyniyyətli-həqiqi mülahizələr — məntiqi hesablamaların mülahizələri, ifadələri və ya formullarıdır. Müvafiq eyniyyətli-yanlış mülahizələr və ya formullar onların dəyişənlərinin həqiqiliyinin istənilən qiymətlərində yanlış olacaqlar.
Tərlan Eyniyev
Tərlan Gölişad oğlu Eyniyev (22 yanvar 1993; Yardımlı rayonu, Azərbaycan — 5 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tərlan Eyniyev 1993-cü il yanvarın 22-də Yardımlı rayonunun Zevin kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Tərlan Eyniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Eyniyev oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Xəzər rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Eyniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Eyniyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

браву́рно Бу́дда злато́й зубри́лка лесоочи́стка тайнобра́чный экспансиони́стский е́ль класть в карма́н обсека́ться парикма́хер пусты́рный распластова́ть э́врика выскирь шобольник -pathy avengeful cohort reproduction nonet phenomenalism вздрагивание вымести грассировать липучка