EYVANLI sif. Eyvanı olan. Eyvanlı ev. – İmamverdi babanın həyətində iki tikilisi vardı. Biri köhnə daxma idi, o biri də iki otaq və mətbəxli, qabağı eyvanlı təzəcə ev idi. S.S.Axundov. Qabaqda eyvanlı bir ev görünür; Baxdıqca sevincdən ürək döyünür. Z.Xəlil.