EŞİKAĞASI

is.
1. tar. Şah saraylarında təşrifat məmuru.
[Nadir şah] eşikağası mənsəbini [İbrahimxəlil ağanın oğlu Fəzləli bəyə] münasib gördü və bu qulluğu o mərhumə verdi. M.Adıgözəlbəy.
Zamanı eşikağası işdən agah etdi, biçarə mehtər xanın ayağına yıxıldı… Çəmənzəminli.
İbrahim xan şairin istedadına şəxsən inanıb, onu özünə yaxınlaşdırdı və 1769-cu ildə eşikağası vəzifəsinə təyin etdi. F.Köçərli.

2. köhn. Keçmişdə: böyük adamların evində süfrəni və ev xidmətçilərini idarə edən şəxs; nökərbaşı.
Xan taların sədrində taxt üstündə oturubdur: hüzurunda durubdur Səlim bəy eşikağası, əlində çomaq və hər iki tərəfdən Lənkəran bəylərindən neçələri səf çəkiblər… M.F.Axundzadə.
Bu adam rəisin eşikağası idi. Mir Cəlal.

EŞİK
EŞİLMƏ
OBASTAN VİKİ
Eşikağasıbaşı
Eşikağasıbaşı -«Üməra-ye dövlətxane-ye mübarək»in 4 əmirindən biri, sarayda mərasim qaydalarına baxan məmurların başçısı == İyerarxiyada yeri == «Üməra-ye dövlətxane-ye mübarək» mübarək dövlətxana əmirləri qorçubaşı, qullarağası, eşikağasıbaşı, tüfəngçibaşı olmaqla 4 əsas vəzifədən ibarət idi. Eşikağasıbaşı bu əmirlərin 4-cüsü- sonuncusu idi. Eşikağasıbaşı vəzifəsi eşikağasıbaşı-i Divan və eşikağasıbaşı-i Hərəm olaraq iki hissəyə bölünür. == Eşikağasıbaşı-i Divan və Divan eşikağasıbaşı == === Vəzifələri === Dövlət şurası əmirlərindən olan eşikağasıbaşı dövlətin ən mötəbər qulluqçularından olub, onlara hətta elçilik kimi məsuliyyətli missiya da tapşırılırdı. Adam Oleari bu barədə yazırdı ki, onlardan İmamqulu xan hazırda Holşteyn hersoqunun sarayına göndərilmişdi. Adam Olearinin yazdığına görə Holşteynli elçilər İsfahana çatdıqları zaman Murtuzqulu xan adlı şəxs eşikağasıbaşı vəzifəsində idi ki, o, özündən əvvəlki eşikağasıbaşını çuğullayaraq edam etdirməyə nail olduqdan sonra bu vəzifəni tutmuşdu. O, çoban oğlu olub atası çadır, yaxud komada yaşayırdı. Bu qəbildən olan adamları burada türk adlandırırlar. Sarayı içəridən qoruyan yasovullara və sarayı dişarıdan mühafizə edən cəzair alayına başçılıq edən eşikağasıbaşı saray məclislərində nizam-intizamın yaradılmasına birbaşa məsuliyyət daşıyırdı. Eşikağasıbaşı haqqında Mirzə Səmia yazır ki, o, bütün söhbət yasavullarının, divan eşikağasılarının, divan qapıçıları və ağalarının divan carçı və yasovullarının ağsaqqalıdır və Şah məclisində iştirak edən əcnəbi ölkə elçilərinin, əyanların, xidmətçilərin, qulluqçuların davranış qaydalarını müəyyənləşdirmək, nizam-intizamı qorumaq birbaşa onun səlahiyyətinə aid idi.

Значение слова в других словарях

довяза́ть ко́е-что ога́рочек отпы́шкаться пари́жский предводи́тельский штокро́за благовоспи́танно гера́нька диффу́зный разма́ривать стациона́рный рас- bathy- hagio- hemielytron impuberty overproof salt stick tailor-made tremor tsarevitch лесть недодать фотокопия