EŞİTMƏK

f.
1. Hər hansı bir səsi qulaqla qavramaq, almaq, duymaq, mənimsəmək. Danışanların səsini eşitmək. O biri otaqdan səs eşitmək.
– Əz qəza Gülbadamın səsini kəndin kənarından keçərkən bir adam eşidib səslənir: – Ay adam, kimsən? N.Nərimanov.
Birdən-birə … at kişnəməsi eşitdim. H.Nəzərli.

2. Dinləmək, qulaq asmaq, fikir vermək.
Məclis natiqi elə gərgin diqqətlə eşidirdi ki, milçək uçsa, duyulardı. Mir Cəlal.
Eşidin, nə deyir: “İki gün əvvəl; Niyə gecikmişdin? Bundan danış gəl!” M.Rahim.

3. Xəbərdar olmaq, xəbər almaq, xəbər tutmaq, məlumat əldə etmək, agah olmaq, bilmək.
Həsən ağa dedi: – Mən səni gözaydınlığı verməyə çağırdım, eşitdim uşaqların məktəbi qurtarıblar, gözün aydın! Ə.Haqverdiyev.
Axşam bacımdan eşitdim ki, Xədicə qorxduğundan xəstələnmişdir. S.Hüseyn.

4. Sözə baxmaq, əməl etmək, nəsihət qəbul etmək.
Böyüyün sözün eşit! – Qızım sənə deyirəm, gəlinim sən eşit! (Məsəl).
Nə gərəkdir bizə o növ söhbətlər; Eşidin pəndlər, nəsihətlər. S.Ə.Şirvani.
[Xidmətçi:] Onun dostluq etdiyi qadınlardan şübhələnirəm.
Xüsusən onun bugünkü səyahəti də qorxuludur, onu bu səyahətə buraxmayın, o sizin sözünüzü eşidər! M.S.Ordubadi.

□ Eşidər-eşitməz – eşidən kimi, dərhal, o saat.
Fərman bu adı eşidər-eşitməz böyük sevinclə onun əlini sıxdı. Ə.Sadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EŞİTMƏK 1. EŞİTMƏK Zərnigar, qardaşının hirsli səsini eşitdi: “Beşaçılan! doldurub damın üstündə gözləyəcəyəm
  • EŞİTMƏK dinləmək — duymaq — qavramaq — mənimsəmək

Etimologiya

  • EŞİTMƏK Qulaq sözü ilə bərabər onun sinonimi kimi uş kəlməsi də mövcud olub (görünür, rus dilindəki ухо, farslardakı quş sözləri də bununla qohumdur)
EŞİTMƏ
EŞİTMƏMƏZLİK

Digər lüğətlərdə

Аргенти́на колыха́ться маля́рский му́рка обви́снуть те́стев электрифика́ция эмульсио́нный кронште́йн нести́сь пост разжива́ться трубопрово́дный -десят baudekin cliffhanging mealy bug plighted ultra-microscopic witch knot дунуть листать политрук утешиться энтомология