EŞİTMƏMƏZLİK

is.
1. Eşitmək qabiliyyətinin olmadığı hal; karlıq.
2. Eşitməmə, dinməmə, qulaq asmama, əməl etməmə.
◊ (Özünü) eşitməməzliyə vurmaq (qoymaq) – özünü eşitməyən kimi göstərməyə çalışmaq, əhəmiyyət verməmək, etina etməmək, qulaqardına vurmaq.
Mən özümü eşitməməzliyə qoyub qapını taybatay açdım. Qantəmir.
Müqim onun atmacasını eşitməməzliyə vurmaq istədisə də, bacarmadı. S.Rəhimov.
[Qulu] özünü eşitməməzliyə vuraraq, sağ əlini yuxarı qaldırdı. İ.Əfəndiyev.

EŞİTMƏK
EŞİTMƏZLİK

Digər lüğətlərdə

беж вмерза́ть киселеобра́зный надиктова́ть перешепта́ть ридикю́ль секу́тор семиле́ток кое́-куда схола́стика ю́рский период мну шантрапа crack back divisiveness encyclopedist fetterlock hypochondriasis oxygenless palletize plasma membrane молодка нечистота неэкономный обмякать