EŞMƏK

f.
1. Qazımaq, qazıyıb açmaq, qurdalamaq (torpağı, qumu, külü və s.-ni). …[Pələng də] məni görmüşdü.
Pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, dırmalayırdı. A.Şaiq.
Səlim ilğım kolunun dibini balaca bel ilə eşməyə başladı. S.Rəhimov.

2. Burmaq. Bığını eşmək.
[Koroğlu] pələ bığlarını eşib qulaqlarının dalına keçirdi. Koroğlu”.
…Məmməd kişi kababı yeyib yağlı əlləri ilə bığlarını eşdi. S.Rəhman.

3. Barmaqla hazırlamaq, sarımaq.
[Daşdəmir:] Çox yaxşı tütündür, birini eşin, dadına baxın. M.Rzaquluzadə.

□ Papiros eşmək – tütünü papiros kağızı arasına qoyub sarımaq, papiros hazırlamaq.
İskəndər itdən əl çəkib, həvəsli və kefli, şlyapasını krovatın üstünə çırpıb başlayır papiros eşməyə. C.Məmmədquluzadə.
Qafar eşib müştüyə keçirtdiyi papirosuna bir-iki qullab vurdu. Ə.Əbülhəsən.

4. Hörmək. İp eşmək. – Bir ipək və ya keçə qurşağı … eşərdilər.
Buna turna deyərdilər. H.Sarabski.
Qız-gəlinlər gün doğmamış oyanır; Gur saçına sığal verib eşməyə. R.Rza.

5. məc. Əlləşdirmək, axtarmaq, araşdırmaq, qurdalamaq, töküşdürmək.
Qazı … kitabları eşib bir qara cildli kitab götürüb açdı. C.Məmmədquluzadə.

Синонимы

  • EŞMƏK əlləşmək — axtarmaq — töküşdürmək — qurdalamaq
  • EŞMƏK hörmək — toxumaq
  • EŞMƏK sarımaq — dolamaq
  • EŞMƏK qazımaq
  • EŞMƏK burmaq
EŞMƏK₂
EŞSİZ

Значение слова в других словарях

деньжи́щи за счёт нарту́чивать на́ручи поменя́ть та́рник гнёт засо́веститься исла́ндец наблуди́ть прооли́фливаться соледобыва́ние cabana set chromatography communicating hearting sell-out Spanish mackerel аллегоричный брошюровка заграждение непропорциональный перемена согревать спотыкаться