FƏQİH

\[فم هُ \] – fəqih, hüqşünas. Şəriət hökmlərini bilən, İslam hüququna bələd olan kəs deməkdir. Termin olaraq isə Allah-təala-nın vəhylə bildirdiyi əmrlərindən və peyğəmbərin hədislərindən dini hökmlər çıxara bilən, bu hökmlərlə məşğul olan şəxsə deyilir.
FƏHM
FƏLƏK
OBASTAN VİKİ
Fəqih
İranın Ali Rəhbəri (fars. رهبر ایران‎; translit. rəhbər-i muazzam-i iran), İslam İnqilabının Ali Rəhbəri (fars. رهبر معظم انقلاب اسلامی‎; translit. rəhbər-i muazzam-i inğilab-i islami), Rəhbər (fars. رهبر‎), Fəqih (fars. فقیه‎) və ya rəsmi olaraq Ali Rəhbərlik Orqanı (fars. مقام معظم رهبری‎; translit. məqam muazzam rəhbəri) — İran İslam Respublikasının ali dövlət vəzifəsi. Silahlı qüvvələr, məhkəmə sistemi, dövlət televiziyası və digər əsas hökumət təşkilatları İranın Ali Rəhbərinin idarəsi altındadır.
Suli Fəqih
Suli Fəqih — XIV əsr Azərbaycan şairi. == Həyatı == == Yaradıcılığı == Orta əsrlərdə yaşayıb yaratmış şair və mütəfəkkir Suli Fəqihin "Yusif və Züleyxa" əsərinin ərəb əlifbası ilə yazılmış əlyazma nüsxəsi Sənan İbrahimov tərəfindən tərcümə еdilərək tədqiq еdilmiş və monoqrafiya halında (400 s.) çap еdilmişdir. Əsərin təhlili zamanı şairin yaşadığı, əsərin yazıldığı tarixlər dəqiqləşdirilmiş və dövrün ümumi mənzərəsinə aydınlıq gətirilmişdir. Aparılan araşdırmalar nəticəsində əsərin sujеt traktovkası, onun sosial psixoloji məzmunu müəyyənləşdirilmiş, mövcud olan obrazlı ifadələr şərh еdilmişdir. Əsərin filoloji təhlili aparılmış, orta əsr Azərbaycan еpik şеrinin yеni bədii təsvir və ifadə vasitələrindən istifadə еdildiyi müəyyənləşdirilmişdir. Poеma XIV əsrədək Azərbaycan şifahi danışıq dilinin, başqa sözlə ədəbi dil tariximizin öyrənilməsində böyük əhəmiyyətə malikdir. == İstinadlar == == Həmçinin bax == Azərbaycan ədəbiyyatı == Xarici keçidlər == Suli Fəqih. Yusif və Züleyxa. Bakı, 2010 (tərt.: Sənan İbrahimov) Y. M. Babayev, XIII-XIV əsrlər Ana dilli ədəbiyyatımızın nümayəndələrindən M. Zərir və S. Fəqih, Bakı Universitetinin xəbərləri, 2008, No. 4.
Vilayəti-Fəqih
Vilayəti-Fəqih ( ərəb. "vəli"-vali -"fiqh" bilim, anlayış) — İranda Ayətullah Ruhulla Xomeyni tərəfindən yaradılan və indi də hakim siyasi quruluş olan teokratik hakimiyyətin adı. Daha dəqiq təsviri və tələffüzü ilə “Vilayəti-Fəqih”, dini hüquq alimi mənasına gələn fəqihin qəyyumluq və inzibati gücü deməkdir. Şiə siyasi düşüncəsində dini və siyasi hakimiyyət Məhəmməd peyğəmbərin canişini Əli əleyhissəlamın nəslindən olan “İmamlara” aiddir. Ancaq On iki imam şiələrinə görə 12-ci imam olan İmam Mehdinin qeyri-müəyyən bir müddətdə qədər qeybdə olduğu( o insanların arasında yaşayır amma insanlar onu tanımır )və gələcəkdə zühur edəcək. İmam Mehdinin qeybi dövründə şiə höküməti qurldu və İslami qanunlar əsasında idarə olunmağa başlandı. Vilayəti fəqih həm dini həm siyasi rəhbərdir. 1970-ci illərdə Həzrət Ayətullah Xomeyni, “Vilayəti-Fəqih ya Hökuməti İslami” adlı kitabı ilə sistemləşdirdiyi “Vilayəti-Fəqih” (“Fəqihin qəyyumu”) nəzəriyyəsi ilə siyasi hakimiyyətin imamların mənəvi varisləri olan din alimlərinin əlində olması fikrini irəli sürmüşdür. On iki imam Şiələrində imamətə iman gətirmək inanc prinsiplərindən biridir. Bu, imamın nüfuzunun da peyğəmbərlik kimi ilahinin təqdir və qərarı olduğuna inanmaq deməkdir.
İbn Fəqih
Əbu Abdillah Əhməd ibn Məhəmməd bin İshaq bin İbrahim əl-Həmədani (?-?)—İran coğrafiyaşünası. == Həyatı == İbn əl-Fəqihin nisbəsindən əlavə kitabında Həmədana dair ayrıntılı bilgi verməsi səbəbiylə də Həmədanda doğulduğu təxmin edilir. Doğum və ölüm tarixləri bilinməməkdə, ancaq ondan rəvayət etdiyi İbn Dizil əl-Həmədani (ö. 894), İbn Əyyub ər-Razi (ö. 907), İbn Abdus əl-Cəhşiyari (ö. 942/943) və İbn Lal əl-Həmədani (ö. 1007) kimi şəxsiyətlərlə görüşmüş olmasından yola çıxaraq 869-942-ci; və ya 845-930-cu; illər arasında həyatda olduğu düşünülür. Həyatına dair həmən həmən heç bilgi yoxdur. Həmədandan başqa Bağdadın topoqrafiyasını da çox yaxşı bilməsindən orada uzun müddət yaşadığı anlaşılır. Ailəsindən bir çox fəqih, mühəddis və ədib çıxdığı kimi atası və özü də hədis elmində şöhrət qazanmışdı .
Vilayəti-Fəqih ya Hökuməti İslami
Vilayəti-Fəqih ya Hökuməti İslami (Ərəbcə: ولاية الفقيه‎), 1970-ci ildə ilk dəfə çap edilmiş İranın şiə lideri Ruhullah Xomeyninin Vilayəti-Fəqih nəzəriyyəsi üçün vacib sayılan ilk kitabdır. Kitab ərəb dilinə Əl-Hökumətul-İslamiyyə, türkcəyə İslam Fiqhində Dövlət və ingilis dilinə Islamic Government kimi tərcümə edilmişdir.
Fəqihbəyli (Urmiya)
Fəqihbəyli (fars. ‎‎فقيه بيگلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 391 nəfər yaşayır (99 ailə).

Значение слова в других словарях

видеокана́л защёчный келе́йницкая кубова́я пры́скание стря́хивать я́рмарочный зака́тистый марафе́т ми́лостивец незабыва́емость носи́лки обира́ть стека́ть троепе́рстие труси́шки fastback gasolene-station holmgang unrighteous veritably безгранично геоцентрический продырявить чистить