FÖVQƏLADƏ
FÖVQƏLHÖKUMƏT
OBASTAN VİKİ
Fövqəldövlət
Fövqəldövlət və ya Super güc — Beynəlxalq miqyasda ilk sıralarda yerləşən və geniş təsir qabiliyyəti olan , hakim mövqeyə malik dövlətdir. Bu termin ilk dəfə İkinci Dünya Müharibəsi zamanı Britaniya İmperiyası, Birləşmiş Ştatlar və Sovet İttifaqına aid edilmiş, sonralar, Soyuq müharibə dövründə 1956-cı ildə baş vermiş Süveyş böhranından sonra Britaniya imperiyası bu siyahıdan çıxarılmış və yalnız Birləşmiş Ştatlar ilə Sovet İttifaqına aid edilmişdir. Soyuq müharibənin sonunda, 1991-ci ildə Sovet İttifaqının ləğv olunmasından sonra isə Birləşmiş Ştatlar dünyanın tək super gücünə çevrilmişdir. == Terminologiya və mənşə == "Super güc" termininin dəqiq bir təsviri mövcud deyil və mənbələr arasında fərq ola bilər. Lakin, bu təriflərin hər birinə uyğun olan xüsusiyyət super gücün dövlət hakimiyyətinin yeddi ölçüsü — coğrafiya, əhali, iqtisadiyyat, resurslar, hərbi, diplomatiya və milli kimliyi ilə yüksək səviyyədə təmin olunmasıdır. Bu dövr ilk dəfə 1944-cü ildən əvvəl qəbul olunmuş böyük güclərdən daha da böyük olan gücləri təsvir etmək üçün istifadə olunurdu, lakin, İkinci Dünya Müharibəsindən sonra Birləşmiş Ştatlara və Sovet İttifaqına aid edilməsinin ardından termin müəyyən məna qazanmışdır. Çünki, ABŞ və Sovet İttifaqı qlobal siyasətə və hərbi hakimiyyətə böyük təsir göstərə bilmişdi. Termin mövcud siyasi məna baxımından, 1943-cü ildə müharibədən sonrakı dünya nizamının potensial forması ilə bağlı holland-amerikan geostrateq Nicholas Spykman tərəfindən bir sıra mühazirələrdə bu ifadə istifadə olunmuş, yaranmışdır. Bu termin Britaniya imperiyasının və Amerika Birləşmiş Ştatlarının dünyanın sülhü və rifahı üçün vacib olan misilsiz dənizçilik üstünlüyünə istinad edilərək hazırlanmış "Sülh coğrafiyası" kitabının əsasını təşkil edir. Bir il sonra, 1944-cü ildə amerikan xarici siyasət professoru William Tr Fox, "Böyük Qüvvələr: Amerika Birləşmiş Ştatları, Britaniya və Sovet İttifaqı — Onların sülh məsuliyyəti" kitabının konsepsiyası üzərində işləyib.

Digər lüğətlərdə