FƏRMAN FARS

Hökmdarın yazılı əmri. (“Koroğlu” dastanının lüğəti)

Xotkarın fərmanı budu ki, sənin ya başını aparam, ya özünü. (“Hasan paşanın Çənlibelə gəlməyi”)

*

Bu tərəfdən də xotkar bütün paşalara, qoşun böyüklərinə fərman göndərmişdi ki, kim Koroğlunun ya özünü, ya da başını gətirsə, onu dünya malından qəni edəcək. (“Koroğlunun Ərzurum səfəri”)

*

İgid olan etməz xata,

Qoç gərək pusquda yata,

Xan Eyvaz min Ərəb ata,

Bəlli Əhməd fərmana gəlir.

                        (“Koroğlunun qocalığı”)

FƏRİŞTƏ
FƏRMAYIŞ FARS