FA

сущ. муз. фа:
1. четвёртый звук музыкальной гаммы, начинающейся с “до”
2. нота, обозначающая этот звук
F
FABKOM
OBASTAN VİKİ
FA Kuboku
The Football Association Challenge Cup və yaxud FA Kuboku. İngiltərə'də hər il İngiltərə Futbol Federasiyası tərəfindən təşkil olunan turnir. 1871-ci ildə yaradılan FA Kuboku dünyadakı ilk futbol turniridir. Kuboku ən çox hərəyə 12 dəfə Arsenal və Mançester Yunayted klubları qazanıblar. == Tarixi == 1871-ci ildə yaradılan turnir dünyanın ən yaşlı futbol turniridir. İngiltərə ilə yanaşı bəzi Uels klublarıda turnirin iştirakçılarındandırlar. I-ci Dünya Müharibəsi (1915–1919) və II-ci Dünya Müharibəsi (1939–1945) illərində fasilə verilən turnir, digər bütün illərdə təşkil olunmuşdur. 42 fərqli komandanın qazandıqı turnirin ilk qalibi Uonderers klubudur. Turnir finala kimi tək oyunluq ələmə sistemi ilə irəliləyir. Oyun bərabərə bitərsə qonaq komandanın meydançasında ikinci bir oyun təşkil olunur və 90 dəqiqənin sonunda qalib müəyyənləşməsə 15 dəqiqəlik iki əlavə hissə oynanılır.
FA Şyaulyay
Šiaulių futbolo akademija – Litvanın Šiauliai şəhərini təmsil edən futbol klubu. Litvanın "A liqası"nda çıxış edir.
Liu He Ba Fa
Liu He Ba Fa (Çin dili: 六合八法拳, pinyin: liùhébāfǎquán) — çin döyüş sənətidir. == Tarixi == Liu He Ba Fa döyüş növü Sun imperiyası dövründə yaşamış Daosizm müdriki Çen Tuan (ing. Chen Tuan) tərəfindən yaradılmışdır. Bu döyüş növündə döyüş fənləri, müxtəlif meditasiyalar, nəfəs formaları, sağlamlıq sistemi öyrədilir.
2021-ci il Facebook kəsintisi
4 oktyabr 2021-ci il UTC saatıyla 15:39-da Facebook sosial şəbəkəsi və onun törəmə şirkətləri Messenger, Instagram, WhatsApp, Mapillary və Oculus yeddi saatdan çox müddət ərzində bütün dünyada əlçatmaz oldu. Kəsinti həmçinin "Facebook ilə giriş et" özəlliyini istifadə etməyə çalışan şəxslərin də 3-cü tərəf saytlara girişini əngəllədi.Kəsinti əsnasında bir çox istifadəçi Twitter, Discord ve Telegram-a axın etdi və bu platformaların serverlərində fasilələrə yol açdı. Problemin DNS və IP adresləri arasındakı əlaqədən qaynaqlandığı bildirildi. Təxminən saat 20:50-də Sərhəd Keçid Protokolu (BGP) yönləndirməsi bərpa olundu və 21:05-də DNS xidmətlərinə giriş mümkün oldu. 1 saatdan artıq müddətdən sonra Facebook, Instagram və WhatsApp-a giriş tədricən mümkün oldu. 22:50-də isə problem tamamilə aradan qaldırıldı. == Səbəbləri == Təhlükəsizlik mütəxəssisləri kəsintinin Sərhəd Keçid Protokolu tərəfindən Facebookun DNS serverlərinin yerləşdiyi IP ünvanı prefikslərinini gerilətməsi səbəbi ilə yarandığını və bununla da istifadəçilərin əlaqəli domenlərə əlçatanlığını və xidmətlərdən istifadəsini mümkünsüz etdiyini açıqladılar. Təsirlər qlobal hal aldı; Məsələn, İsveçrə İnternet xidmət təminatçısı Init7, Sərhəd Keçid Protokolunda dəyişiklik edildikdən sonra Facebook serverlərinə yönələn internet trafikində böyük bir azalma qeyd etdi.Cloudflare, saat 15:39 -da (UTC) Facebook-un bütün məsul ad servlerlərinin tutunduğu IP prefiksləri də daxil olmaqla xeyli BGP yeniləmələri etdiyini və həmin əsnada bunun Facebook-un DNS serverlərini İnternetdən əlçatmaz vəziyyətə salmağına səbəb olduğunu açıqladı. 15:50-də yeniləmələrin artması ilə birlikdə DNS analizatoru ilə əlaqə itdi, 21:00-dan az sonra isə Facebook BGP yeniləmələrinə davam etdiyini açıqladı və Facebook-un domeni ilə 21:05-da yenidən əlaqə yaratmaq mümkün oldu.Oktyabrın 5-də Facebook-un mühəndis qrupu kəsilmənin səbəbini izah edən bir bloq yazısı yayımladı. Texniki xidmət zamanı qlobal internet onurğa sistemi qabiliyyətini dəyərləndirmək üçün bir əmr istifadə olundu və bu əmr yanlışlıqla Facebook-un bütün data mərkəzlərinin əlaqəsini kəsdi.
ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsi
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir. == Tərkibi == Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir: İctimai və Beynəlxalq Münasibətlər İnstitutu Biznes İnstitutu İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu Təhsilin İdarə Edilməsi İnstitutuBundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır.
ADNSU Neft-mexanika fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Neft-mexanika fakültəsi (NMF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == İlk dövrlərdə “Neft sənayesi” fakültəsinin tərkibində şöbə kimi, 1930-cu ildən isə sərbəst “Neft-mexanika” fakültəsı kimi fəaliyyət göstərir. Fakültənin yaranması və inkişafinda yaradıcıhq təşəbbüskarlığı göstərmiş alim və pedaqoqlardan professorlar İ.Q.Yesman, N.Y.Bulax, L.S.Leybenzon, P.P.Lukin, K.V.Pokrovskiy, N.L.Vannikov, A.M.Trequbov, İ.S.Quxman, S.M.VoIox, Y.N.Dunin, A.X.Mirzəcanzadə, R.İ.Şişşenko, S.V.Yurkevskiy. R.A.BədəIov, K.S.Əliverdizadə, A.C.Mustafeyev, Y.Ə.Əmənzadə, H.M.Şahmalıyev və başqalarını göstərmək olar. Yarandığı gündən indiyədək fakültədə 10 minlərlə bakalavr, 100 –lərlə magistr mühəndis-mexanik hazırlanmişdır. Hal-hazırda fakültəmizdə təhsili alan əyani və qiyabi tələbələrin sayı 1248-dur. Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə İ.İ.Semyanistiy, A.İ.Sevastyanov, R.A.Bədəlov, F.M.Yaroşevskiy, Ə.Q.Mirzəbəyov, Z.H.Əliyev, F.S.Hüseynov, N.M Erivanli, A.R.Cərrahov, S.H.Babayev, V.H.Şərifov, R.İ. Camalov , Q.Ə. Məmmədov, S.H.Abbasov icra etmişlər. == Təhsil == === Bakalavr ixtisasları === Materialşünaslıq mühəndisliyi Enerji maşınqayırması mühəndisliyi Texnoloji maşın və avadanlıqlar mühəndisliyi Mexanika mühəndisliyi Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi Sənaye mühəndisliyi === Magistr ixtisasları === Materialşünaslıq mühəndisliyiMaterialşünaslıq və materiallar texnologiyası Kompozisiya materialları Alət materialları.
ADNSU İnformasiya texnologiyalarının idarəetməsi fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi (İTİF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulub. Bu fakültə energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı problemləri ilə bağlı tarixi zərurət nəticəsində yaranıb. Fakültənin yaranmasında və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AMEA-nın müxbir üzvləri R.Ə.Əliyev, Ə.Ə.Abdullayev, S.Q.Kərimov, professorlar İ.Ə.Nəbiyev, N.H.Fərzanə, R.M.Mirsəlimov, İ.M.Abdullayev, İ.R.Əfəndiyev və başqalarını göstərmək olar. Yeni yaradılan “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nəzarət-ölçmə cihazları” kafedrası “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika və telemexanika” kafedralarına bölünmüş, daha sonra üç müstəqil “İstehsal proseslərinin avtomatlaşdırılması”, “Avtomatika, telemexanika və elektronika” və “Elektrik ölçmələri və hesablama texnikası” kafedraları yaradılıb. Daha sonra mövcud kafedraların bazasında “Tətbiqi riyaziyyat”, “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Kompüter texnologiyaları və proqramlaşdırma” və “Biotibbi cihazlar” kafedraları yaradılıb. Bundan əlavə, fakültənin nəzdində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması”, “Avtomatikanın lokal sistemləri”, “İdarəetmənin avtomatlaşdırılması və informatika”, “Elmi cihazqayırma” və “İntellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərib. 2015-ci ildən fakültənin dekanı dosent Səməd İmaməli oğlu Yusifovdur. == Rəhbərlər == Fakültədə dekan vəzifəsini müxtəlif dövrlərdə ardıcıl olaraq aşağıdakı şəxslər icra etmişdir: dosent İ.Ə.Nəbiyev (1961-1963) dosent H.H.Səmədov (1963-1979) dosent R.Ə.Zeynalov (1979-1993) professor İ.M.Abdullayev (1993-2003) dosent T.A. Əliyev (2003-2011) dosent R.N.Allahverdiyev(2011-2015). == Kafedralar == İdarəetmə və sistemlər mühəndisliyi; Kompüter mühəndisliyi; Cihazqayırma mühəndisliyi; Ümumi və tətbiq riyaziyyat.
ADNSU İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi (İTİF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulub. Bu fakültə energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı problemləri ilə bağlı tarixi zərurət nəticəsində yaranıb. Fakültənin yaranmasında və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AMEA-nın müxbir üzvləri R.Ə.Əliyev, Ə.Ə.Abdullayev, S.Q.Kərimov, professorlar İ.Ə.Nəbiyev, N.H.Fərzanə, R.M.Mirsəlimov, İ.M.Abdullayev, İ.R.Əfəndiyev və başqalarını göstərmək olar. Yeni yaradılan “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nəzarət-ölçmə cihazları” kafedrası “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika və telemexanika” kafedralarına bölünmüş, daha sonra üç müstəqil “İstehsal proseslərinin avtomatlaşdırılması”, “Avtomatika, telemexanika və elektronika” və “Elektrik ölçmələri və hesablama texnikası” kafedraları yaradılıb. Daha sonra mövcud kafedraların bazasında “Tətbiqi riyaziyyat”, “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Kompüter texnologiyaları və proqramlaşdırma” və “Biotibbi cihazlar” kafedraları yaradılıb. Bundan əlavə, fakültənin nəzdində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması”, “Avtomatikanın lokal sistemləri”, “İdarəetmənin avtomatlaşdırılması və informatika”, “Elmi cihazqayırma” və “İntellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərib. 2015-ci ildən fakültənin dekanı dosent Səməd İmaməli oğlu Yusifovdur. == Rəhbərlər == Fakültədə dekan vəzifəsini müxtəlif dövrlərdə ardıcıl olaraq aşağıdakı şəxslər icra etmişdir: dosent İ.Ə.Nəbiyev (1961-1963) dosent H.H.Səmədov (1963-1979) dosent R.Ə.Zeynalov (1979-1993) professor İ.M.Abdullayev (1993-2003) dosent T.A. Əliyev (2003-2011) dosent R.N.Allahverdiyev(2011-2015). == Kafedralar == İdarəetmə və sistemlər mühəndisliyi; Kompüter mühəndisliyi; Cihazqayırma mühəndisliyi; Ümumi və tətbiq riyaziyyat.
Abbas Fallax
Abbas Fallax (fars. عباس فلاح‎; ana. 3 sentyabr 1976) — Orta çəki dərəcəsində İranı beynəlxalq yarışlarda təmsil edən cüdoçu. Fallax İran yığmasının tərkibində 2000-ci illərin bütün dövrlərində iştirak etmişdir. Afinada keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı, Asiya Oyunlarının bürünc medalının sahibi, Asiya Çempionatlarının dörd dəfə bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərin bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Abbas Fallax 3 sentyabr 1976-cı ildə anadan olmuşdur. İlk dəfə 2000-ci il mövsümündə turnirlərdə iştirak etməyə başlamışdır. Orta çəki dərəcəsində Budapeştdə keçirilən Sülh Kuboku turnirində ilk dəfə çıxış etdi. Yaponiyanın Osaka şəhərində keçirilən Asiya Çempionatında yeddinci yeri tutdu.Böyük beynəlxalq turnirlərdə birinci ciddi uğuruna 2001-ci ildə nail olmuşdur. Sonra İran milli yığmasının əsas tərkibinə düşdü və Ulan-Batorda keçirilən Asiya birinciliyində iştirak etdi.
Abdulla Faruq
Əfəndiyev Abdulla Musa oğlu (24 aprel 1907, Poti, Kutaisi quberniyası – 1944) — şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abdulla Faruq 1907-ci il aprelin 24-də Azərbaycanın Göyçay rayonundakı Poti kəndində əkinçi ailəsində doğulmuşdur. İlk təhsilini Göyçayda almış (1917-1921), sonra Bakı müəllimlər seminariyasına göndərilmişdir. Oranı bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur (1925). Lakin onu ADU-nun pedaqoji fakültəsinə dəyişirlər. Burada ictimai-tarix şöbəsini qurtarır. Göyçay rayonunda pedaqoji fəaliyyətə başlayır. Sonra Bakı məktəblərində müəllimlik edir. ADU-nun hazırlıq kurslarında və şəhər məktəblərində ictimaiyyət fənnindən dərs keçir. Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almaq üçün Moskvaya ezam olunur (1930).
Abroma fastuosa
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Accipiter fasciatus
Avstraliya qonur qırğısı (lat. Accipiter fasciatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Acer fauriei
Amerika ağcaqayını (lat. Acеr nеgundо) — sabunağacıkimilər fəsiləsinin acеr cinsinə aid bitki növü. == Sinonim == Acer californicum var. texanum Pax Acer fauriei H.Lév. & Vaniot Acer fraxinifolium Nutt. Acer fraxinifolium Raf. Acer lobatum Raf. Acer negundo f. angustifolium Schwer. Acer negundo f.
Achillea falcata
Achillea falcata (lat. Achillea falcata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Ada faunası
Adam Faver
Adam Fawer (1970[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı roman yazıçısı. İlk romanı "Ehtimalsızlıq" on səkkiz dilə tərcümə edilmiş və "ən yaxşı roman" müsabiqəsində “2006 International Thriller Writers” mükafatını qazanmışdır. 2008-ci ilin aprel ayında da ikinci romanı olan "Empati" yayımlanmışdır. "Empati" 2008-ci ildə almanca, yaponca ve türkcə yayımlanmışdır. Türkiyədəki yayımcısının israrları nəticəsində tamamladığı üçüncü romanı "Oz", 2016-cı ildə yalnız türkcə olaraq yayımlanmış, ancaq mənfi tənqidlərə məruz qalmışdır. Faver Pensilvaniya Universitetində diplom və magistr dərəcələrini tamamlamışdır. Stanford Graduate School of Business də MBAsini etmişdır. Karyerası zamanı Faver; Sony Music, J.P. Morqan və son olaraq da About.com kimi müxtəlif şirkətlər üçün işləmişdir.
Adel Əl-Fakir
Adel Əl-Fakir (d. 18 sentyabr 1996) — Liviyalı üzgüçü. Adel Əl-Fakir Liviyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Adel Əl-Fakir birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.00 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 74-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Aechmea farinosa
Aechmea farinosa (lat. Aechmea farinosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aechmea fasciata
Aechmea fasciata (lat. Aechmea fasciata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aegiphila fasciculata
Aegiphila fasciculata (lat. Aegiphila fasciculata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin aegiphila cinsinə aid bitki növü.
Ageratina fastigiata
Ageratina fastigiata (lat. Ageratina fastigiata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Akt və fakt (film, 1978)
Akt və fakt qısametrajlı sənədli süjeti rejissor Fikrət Əliyev tərəfindən 1978-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Ucardakı gübrə anbarının yararsızlığı tənqid olunur. == Məzmunu == Filmdə Ucardakı gübrə anbarının yararsızlığı tənqid olunur.
Alakat faciəsi
Alakat faciəsi və ya Alakat üsyanı — 1929-1930-cu illərdə məcburi kollektivləşdirməyə qarşı çıxmaq istəyən kəndlilərin aldadılması nəticəsində baş vermiş faciə. Nəticədə 800 nəfər həbs olunmuş 42 nəfəri isə güllələnmişdir. == Tarixi arayış == 1929-cu ilin sonu 1930-cu ilin əvvəllərində Krımda gedən məcburi kollektivləşdirmə həm də krım tatar ənənələrini də məhv ediridi. "Qolçomaq" elan olunan Krım tatarları ölkənin şimal bölgələrinə sürgün edilirdilər. İnsanların sürgün edilməsi və məcburi kollektivləşdirmə insanların narazılığını artırırdı və bu yeni kəndli üsyanlarına səbəb olurdu. Bu üsyanlar öz adını Krımın cənub sahillərində yerləşən Alakat dərəsindən alıb. Üsyan qəddarlıqla yatırıldı və öz ardınca yeni repressiya dalğası da gətirdi. == Hadisələrin gedişatı == 1929-cu ilin ikinci yarısında XDİK Krımda Sovet İttifaqının düşmənlərini və etibarsız elementləri müəyyən etmək üçün əməliyyat keçirirdi. Onları müəyyən etmək üçün həm də provakasiya metodundan da istifadə olunurdu. Üsküt kəndində əslən Karasubazardan olan P.Popov adında biri yerli sakinləri məcburi kollektivləşdirməyə qarşı qalxmağa təhrik edir və kolxoza getmək istəməyən sakinlərin adlarını siyahıda qeyd edərək XDİK-a təqdim edir.
Aleksandr Fadeyev
Aleksandr Aleksandroviç Fadeyev (11 (24) dekabr 1901[…], Kimrı, Tver quberniyası[d][…] – 13 may 1956[…], Peredelkino[d], Moskva vilayəti) — rus yazıçısı. == Həyatı == Aleksandr Fadeyev 1901-ci ildə Tver əyalətinin Kirmi kəndində inqilabçı ailəsində doğulmuşdu. Aleksandr uşaqlıqdan ətrafdakıları istedadı ilə heyran etmişdi. Dörd yaşında bacısının əlifba kitabından hərfləri öyrənmişdi. Sevimli yazarları isə Cek London, Fenimor Kuper idi. Gənclik illərindəki macərapərəstliyi də onda bu kitabların təsiri ilə yaranmışdı. Belə ki, gənc Aleksandr 1918-ci ildə məktəbi yarımçıq buraxaraq inqilabçılara qoşulur, Kommunist Partiyasının sıralarına daxil olur. Partiya təbliğatçısı kimi çıxış edir. Partiyada Bulıqa ləqəbi ilə tanınır. Aleksandr partizan dəstələrinə qoşulur və Uzaq Şərqdə döyüşlərin birində yaralanır.
Aleksandr Faynsimmer
Aleksandr Mixayloviç Faynsimmer (rus. Александр Михайлович Файнциммер) — Sovet kinorejissoru. == Həyatı == Aleksandr Faynsimmer 13 yanvar 1906-cı ildə Yekaterinoslavda anadan olmuşdur. 1928-ci ildə Dövlət Kinematoqrafiya texnikumunun rejissorluq fakültəsini bitirmişdir. Aleksandr Faynsimmer kinoda fəaliyyətinə görə Belarus SSR-in əməkdar incəsənət xadimi (1934), Litva SSR-in əməkdar incəsənət xadimi (1954) adlarına və iki dəfə – "Konstantin Zaslonov" və "Onların Vətəni var" filmlərinə görə Stalin mükafatının üçüncü dərəcəsinə (1950, 1951) layiq görülmüşdür. == Filmoqrafiya == 1105 nömrəli arestant (1932) Poruçik Kije (1934) "Derbent" tankeri (1941) Kotovski (1942) Dəniz batalyonu (1944) Dənizdə olanlar üçün (1947) Konstantin Zaslonov (1949) Onların Vətəni var (1950) Ovod (film, 1955) Gitaralı qız (film, 1958) Rəhmsiz gecə (1961) Yatmış şir (1965) Uzaq qərbə (1968) Əlli əlliyə (1972) Səhvə haqqı olmadan (1975) Pyatniskidə yeməkxana (1978) "Artist"in vida qastrolu (1979) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Aliye Fatma
Aliye Fatma (türk. Fatma Aliye Topuz 9 oktyabr 1862, Konstantinopol – 13 iyul 1936, İstanbul) — Türk yazıçısı, esseist, tərcüməçi və gender bərabərliyi uğrunda mübarizənin iştirakçısı. Fatma Aliye Topuz həm Türkiyədə, həm də İslam dünyasında ilk qadın roman yazıçı sayılır. == Bioqrafiya == 9 oktyabr 1862-ci ildə İstanbulda anadan olmuşdur. Əhməd Cövdət paşanın birinci qızı və yazıçı Emine Önasyanın böyük bacısı idi. Aliye Fatmanın anası Advie Rəbiyə xanım idi. 1866-cı ildə Fatmanın atası Misirə Vali vəzifəsinə təyin edilir. 1868-ci ilə qədər həyat yoldaşı və uşaqları ilə Hələbdə yaşamalı olur. 1875-ci ildə Cövdət Paşa Yunanıstana göndərildikdə, ailə altı ay Yanyada qalır. Nəhayət 1878-ci ildə Fatmanın ailəsi Dəməşqdə məskunlaşır.
Allan Fakir
Allan Fakir (1932– 4 iyul, 2000) (Sind dilində: علڻ فقيرُ, Urdu dilində: علن فقیر), Pakistanın xalq mahnılarının ifaçısı. Pakistanda Sufi musiqisinin ən qabaqcıl təmsilçilərindən biri. Xüsusilə ekstatik ifa tərzi, həddindən artıq özünəxas ritorikası və sufi rəqsi ilə seçilirdi. == Həyatı == Allan Fakir 1932-ci ildə Sind vilayətinin Camşoro məntəqəsinin Aamari adlı qədim kəndində anadan olmuşdur. Allannın anası ona həyat bəşx etdikdən sonra vəfat etmişdir. O uşaqlığını Sind vilayətinin Sehuan və Heydərabad şəhərləri arasında yerləşən Manhandda keçirmişdir. O Mangrasi tayfasından idi. Onun atası toylarda ənənəvi musiqilər ifa edir və baraban çalırdı. Fakirin qardaşları da indiyə qədər həmin işi görürlər. Fakir ərəb sözüdür, təsəvvüf və mistik anlam verir.
Allium falcifolium
Allium falcifolium (lat. Allium falcifolium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.

Digər lüğətlərdə

аппрети́ровать Барсу́к и́ли каде́тский наформо́вывать непри́бранность передра́знивание повздо́рить предста́тельница пя́тнышко таёжник уду́шливость упе́чься ды́рочка неумёха плацента́рный императрица beauteous Eritrean High-Churchman poetastery powerless неосуществимость отбывание платяной