fa
fabiçi 2021
OBASTAN VİKİ
Kvint Fabi Maksim Kunktator
Kvint Fabi Maksim Kunktator ( Kunktator lat. astagəl, ləng, ehtiyatlanan) - II Pun müharibəsi zamanı Hannibalın ordusuna qarşı vuruşan diktator. Hannibalın ordusunu həlledici döyüşdə məğlub etmək cəhdləri bir neçə dəfə romalılar üçün faciyəvi məğlubiyətlə bitdiyinə görə, Kvint Fabi çox ehtiyatlı taktika seçmişdir, o Hannibalı kiçik toqquşmalarla yormağı düşünürdü. Ancaq bu siyasət Romada narazılıqla qarşılandı, çünki müharibənin uzanması, senatın fikrinə görə Romaya baha başa gəlirdi. Nəticədə Kvint Fabinin səlahiyətləri yeni seçilmiş konsullara Terrensi Varrona və Emili Pavelə verilir. Onların Hannibalı həlledici döyüşdə məğlub etmək niyyəti romalılar üçün çox baha başa gəlir. Kann yaxınlığında (Kanna döyüşü) Hannibal Roma ordusunu mühasirəyə salır və demək olar ki tamamilə məhv edir. Bundan sonra romalılar məcburən ehtiyatlı taktika variantına qayıdırlar. == İstinad == История Древнего Мира. Расцвет Древних Обществ.
Acianthera fabiobarrosii
Acianthera fabiobarrosii (lat. Acianthera fabiobarrosii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Fabian
Fabian (lat. Fabianus; 200, Roma – 20 yanvar 250, Roma) — Roma Papası (236–250), Fabian əslən zadəgan bir Romalı idi və atasının adı Fabius idi. Keçmişi haqqında başqa bir məlumat bilinmir. Fabian yekdilliklə Roma yeni yepiskopu elan edilmişdir. == Həyatı == Anteranın qısa hakimiyyətindən sonra Fabian yeni bir papa seçilməsi üçün kənddən Romaya gəldi. Fabianın seçilmәsi ilә Roma katolik kilsәsi tarixindә papa vә antipapaların әdavәti nәticәsindә baş vermiş ilk parçalanma tamamilә aradan götürülmüşdür. Fabian görkəmli və nəcib kilsə xadimi hesab edilirdi. Fabianın 14 illik hakimiyyəti dövründə xristianların təqibində sakitlik baş verdi. Fabian Romadakı xristian qәbiristanlıqlarında bәrpa işlәrinә başçılıq etmişdir. Filipp Ərәbin hakimiyyәti dövründә papa Pontian Romalının vә İppolit Romalının cәsәdlәrinin qalıqlarının Sardiniyadan Romaya köçürülmәsinә nail olmuşdur.
Fabian Kaurter
Fabian Kaurter (22 sentyabr 1985, Bern) — İsveçrəli qılıncoynadan və musiqiçi. == Şəxsi həyatı == Kaurter birinci idmana futbolla başladı, ancaq zədələndikdən sonra başqa idman növünə keçməyi qərara aldı. O, on yaşı olanda qılıncoynatma idmanı ilə məşğul olmağa başlayıb. Onun atası Xristian Kauter iki Olimpiya medalının sahibi idi və onun qardaşı Mişel Kauterdə Olimpiyadada qılıncoynatma ilə məşğul olmuşdu.Kauter həmçinin Yuri adı ilə musiqi karyerası ilə də məşğul olur. O, Summer in Sibirie adlanan birinci albomunu 2009-cu ildə buraxıb. == İdman karyerası == Kauter 2007-ci ildə Qılıncoynatma üzrə Avropa Çempionatında və 2011-ci ildə Qılıncoynatma üzrə Dünya Çempionatında üçüncü yeri tutub. O, 2012-ci ildə Buenos-Ayresdə Dünya Kuboku yarışlarında ilk qızıl medalını qazanıb. Bir neçə aydan sonra o, 2012-ci il Yay Olimpiya Oyunlarında kişilərin epee yarışlarında mübarizə aparıb, amma ikinci turda məğlub olub. O, 2013-cü ildə Budapeştdə təşkil olunmuş Qılıncoynatma üzrə Dünya Çempionatında və 2013-cü ildə Bern Qran-prisində bürünc medal qazanıb. 2013–2014 mövsümündə o, finalda hazırkı dünya çempionu Nikolay Novosjolov üzərində qələbədən sonra Vankuver Qran-prisini qazandı və FİE-nin reytinqində 1 nömrəli oldu.
Fabian Perez
== Həyatı == Fabian Perez 2 noyabr 1967-ci ildə Buenos-Ayresdə Argentinada dünyaya göz açıb. Hələ yeniyetməlik dövründə o, hərbi incəsənət və rəssamlığı ilə maraqlanırdı və bunun nəticəsində hər iki sahəni mənimsəməyə çalışırdı. Karate onun xarakterinə əhəmiyyətli dərəcədə təsir göstərmiş və onun yüksək intizamlı şəxs kimi formalaşmasında yaxından kömək etmişdir, həmçinin onun qarşısında incəsənətin digər sahələri üçün yol açmışdır. Onun rəssamlıq qabiliyyətinə hər şeydən çox Şərq incəsənətini dərindən mənimsəməsi təsir göstərmişdir. 22 yaşındaykən Fabian Argentinanı tərk edir ,yaşamaq üçün İtaliyaya gedir və 7 il burada yaşayır.Məhz burada onun ədəbi və rəssamlıq yaradıcılığı şərq istiqaməti aldı. İtaliyada o, tezliklə ABŞ-da dərc olunan «Arzuların (obrazların) əksi» kitabını yazır. Sonradan o, bir illik Yaponiyaya gedir. Burada qubernatorun iqamətgahında yerləşdiriləcək olan «Yapon bayrağı» və «Medium insan» obrazlarını yaradır. Öz həyatını ədəbi və rəssamlıq yaradıcılığı ilə digər insanlara və onların hisslərinə təsir göstərməyə həsr edən Fabian Yaponiyanı tərk edərək hal-hazırda yaşadığı Los-Anceles şəhərinə təşrif buyurur. Fabianın stili unikaldır.
Fabian Vindhager
Fabian Vindhager (7 sentyabr 2001-ci ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Vindhager Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Vindhager öz peşəkar karyerasında debütünü 18 may 2018-ci ildə Vakker İnsbruk klubuna qarşı oyunda etmişdir. O, 76-cı dəqiqədə Boyan Luqonya ilə əvəz olunmuşdur. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. == Milli karyerası == Vindhager Avstriyada anadan olmuşdur. O, Avstriya millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. O, Avstriya U-15 millisi ilə debütünü 24 aprel 2016-cı ildə Meksika U-15 millisinə qarşı oyunda etmişdir. == Karyera statistikası == === Klub === 18 avqust 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Fabiano Kariana
Fabiano Karuana (it. Fabiano Luigi Caruana, 30 iyul 1992, Mayami, ABŞ) — Amerika şahmatçısı, qrosmeyster (2007). 2005-ci ilə qədər ABŞ-ni, 2005–2015 arası İtaliyanı və 2015-ci ildən sonra yenə ABŞ-ni təmsil edir. 15 iyul 2007-ci ildə Karuana 14 yaşında ikən qrosmeyster titulunu aldı – bu, onu həm Birləşmiş Ştatlar, həm də İtaliya tarixində ən gənc qrosmeyster etdi (onun ABŞ rekordu 2009-cu ilin oktyabrında Rey Robson tərəfindən qırıldı). 2014-cü ilin oktyabrında Fabiano 2844 Elo əmsalına nail oldu və tarixdə üçüncü ən yüksək əmsallı oyunçu oldu. == Həyatı == Fabiano Karuana 30 iyul 1992-ci ildə Mayamidə anadan olub. ABŞ və İtalyanın vətəndaşıdır. 4 yaşı olarkən valideynləru Mayamidən Bruklinə köçüblər. Şahmat istedadı beş yaşında kəşf olunub və həmin il ilk turniri Kuinsdə yerləşən Polqar Şahmat Mərkəzində olub 12 yaşına qədər ABŞ-də yaşayıb və oynuyub, Avropaya və Cənubi Amerikaya turnirlərdə iştirak etmək üçün səyahət edib. İlk məşqiçisi (6 yaşından 8 yaşına qədər) idman ustası Bruce Pandolfini, daha sonra qrosmeyster (8 yaşından 20 yaşına qədər) Miron Sher olub.
Fabiano Karuana

Fabio Cannavaro
Fabio Cannavaro — (d. 13 iyul 1973, Napoli), İtalyan futbolçusu. İtalyanın ən keyfiyyətli müdafiə oyunçularından biri olan Cannavaro futbol həyatına Napolidə başladı. Daha sonra Parma ACa transfer olan Cannavaro, burdaki müvəffəqiyyətli performansıyla böyük komandaların diqqətini çəkdi. Parmadan İnter Milana oradan da Yuventusa transfer oldu. 2010-2011 mövsümü üçün Birləşmiş Ərəb Əmrlikləri komandası Al-Ahli Dubai ilə razılaşmışdır. Milli Komanda yoldaşı Alessandro Nesta ilə Dünyanın ən yaxşı ikili müdafiə oyunçularından qəbul edilir. Milli formanı 1998, 2002 və 2006 Dünya Kuboklarında və 2000, 2004 Avropa Çempionatlarında ara vermədən geyinən Cannavaro milli formayla 90 oyuna çıxma müvəffəqiyyətini göstərmişdir. 2006-cı ildə göstərdiyi performans ilə UEFA tərəfindən ilin futbolçusu seçilmişdir. Ayrıca Fabio Cannavaro bu mükafatı alan 3 müdafiə oyunçusundan biridi.
Fabio Kannavaro

Fabio Koentrao
Fabio Aleksdre Da Silva Konetro - Real Madridin Yarımmüdafiəçisi . Fabio Konetro 11 mart 1988-ci ildə Portuqaliyanın Vila do Konte şəhərində doğulub . == Kariyerası == === Rio Ave === Burada 29 oyuna 5 qol vurub . === Benfika === Burada 52 oyuna 2 qol vurb . === Real Madrid === Burada 58 oyuna 1 qol vurub .
Fabio Kuagliarella
Fabio Kuagliarella (it. Fabio Quagliarella, 31 yanvar 1983[…], Kastellammare di Stabiya, Kampaniya) — İtaliyalı peşəkar futbolçu, "Sampdoriya" klubunun hücumçusu və kapitanı. == Bioqrafiya == Fabio İtaliyanın cənubunda, Neapol yaxınlığında bir kiçik şəhərdə doğulub. Özunun müsahibələrində dediyinə görə, uşaqlıqdan Dieqo Maradonanın azarkeşi olaraq futbola başlayıb. == Karyerası == Peşəkar futbol karyerasına 1999-cu ildə Torino klubunda başlayıb. Bu vaxta qədər 2 il Torinonun gənclər komandasında oynayıb.
Fabio Maqrini
Fabio Maqrini (23 dekabr 1965) — İtaliyalı kişi ağır atlet. 105 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda İtaliyanı təmsil edir. Fabio Maqrini dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Fabio Rovazzi
Fabio Rovazzì (it. Fabio Rovazzi; 18 yanvar 1994, Milan) — İtaliya aktyoru, EDM müğənnisi, rapper, rejissor, ictimai xadim, televiziya aparıcısı.
Fabio Vieyra
Fabio Daniel Ferreira Vieyra (30 may 2000) – İngiltərə Premyer Liqasında çıxış edən Arsenalın futbolçusu. == Karyerası == === Portu === Portuda ilk matçına 10 iyun 2020-ci ildə keçirilən Portu-Maritimo matçının 72-ci dəqiqəsində çıxıb.Matç Portunun 1-0 hesablı qələbəsi ilə başa çatıb.Portuda ilk dəfə 5 iyul 2020-ci ildə keçirilən Portu-Belenenses matçında fərqlənib. Matça 64-cü dəqiqədə çıxmasına baxmayaraq 82-ci dəqiqədə fərqlənməyi bacarıb. Matç Portunun 5-0 hesablı qələbəsi ilə başa çatıb.21 iyun 2022-ci ildə Portudan ayrıldı. === Arsenal === 21 iyun 2022-ci ildə Portudan Arsenala transfer olundu. == Uğurları == === Klub === Portu Portuqaliya Premyer Liqası Qalib (2): 2019/20, 2021/22 Portuqaliya Kuboku Qalib (1): 2022 UEFA Gənclər Liqası Qalib (1): 2018/19 === Şəxsi === == İstinadlar == 1.Fabio Vieyra Soccerway 2.Portu 1-0 Maritimo Soccerway 3.Portu 5-0 Belenenses Soccerway 4.Fabio Vieyra Arsenalda!
Fabiu Koentrau
Fabio Aleksdre Da Silva Konetro - Real Madridin Yarımmüdafiəçisi . Fabio Konetro 11 mart 1988-ci ildə Portuqaliyanın Vila do Konte şəhərində doğulub . == Kariyerası == === Rio Ave === Burada 29 oyuna 5 qol vurub . === Benfika === Burada 52 oyuna 2 qol vurb . === Real Madrid === Burada 58 oyuna 1 qol vurub .
Kraliça Fabiola
Kraliça Fabiola (isp. Fabiola de Mora y Aragón) - Belçikanın sabiq Kraliçası.
Lara Fabian
Lara Fabian (fr. Lara Fabian, əsl soyadı Krokart (nid. Crokaert, Fabian isə anasının qızlıq familiyasıdır; 9 yanvar 1970) — fransız dilli müğənni. Onun fransız, ingilis, ispan, portuqal, rus və s. dillərində mahnıları var. == Həyatı == Lara Fabian 9 yanvar 1970-ci ildə Brüssel yaxınlığındakı Etterbek kommunasında anadan olmuşdur.
Lara Fabianın diskoqrafiyası
Lara Fabianın diskoqrafiyası — Belçikalı-italyan əsilli Fransa müğənnisi Lara Fabianın diskoqrafiyası 12 studiya albomu, 4 konsert albomu, 1 yığma albom, 8 pavilyon albomu, 5 videoalbom və 52 sinqldan və digər albomlardan ibarətdir. Bir neçə dildə danışa bilən Lara Fabian öz mahnılarını daha çox fransız, italyan, ingilis, ispan, portuqal, rus, ivrit, yunan və alman dillərində oxuyur. Onun diskoqrafiyası bütün dünya üzrə 18 milyondan çox satış rekordu əldə edib. Lara Fabian bütün zamanların Belçika əsilli qadın müğənniləri arasında ən çox satış göstəricisi olan ifaçı kimi tarixə düşüb. Səsinin imkanları baxımından vokal diapazona və lirik-soprano tembrə malikdir. Musiqi əsərlərini canlı ifa edərkən Do-3 notundan Sol♯6 notuna qədər 3 oktava yüksələ bilir.
Loran Fabius
Loran Fabius (fr. Laurent Pierre Emmanuel Fabius; 20 avqust 1946[…], Parisin XVI dairəsi[d]) — fransız siyasətçisi, Fransa Xarici İşlər naziri və Sosialist Partiyasının üzvü vəzifələrində çalışmış, 1984-1986-cı illərdə (37 yaşında) Fransanın Baş Naziri olmuşdur. == Həyatı == Loran Fabius 1946-cı ildə Parisdə sadə bir sənətkar ailəsində anadan olmuşdur. Fransanın ən nüfuzlu ali təhsil müəssisələrindən birini bitirdikdən sonra Fabius Dövlət Şurasının auditoriasında çalışdı. 1978-ci ildə ilk olaraq Sosialist Partiyasından Milli Məclisə üzv seçildi. Tezliklə Fabius Sosialist lideri Fransua Mitteranın daxili dairəsinə daxil oldu. 1981-ci ildə Mitteran prezident seçildikdə Fabius da Büdcə naziri oldu və iki il sonra Baş nazir oldu. O, bazar iqtisadiyyatına açıq olan "yeni" bir Fransız sosializmi müdafiə etdi. 1986-cı ildə parlament seçkilərində Sosialistlərin məğlubiyyətindən sonra təqaüdə çıxdı. 1988-ci ildə 41 yaşında Milli Məclisin sədri seçildi.
Luis Fabiano
Luis Fabiano Klemente (port. Luís Fabiano Clemente; 8 noyabr 1980, Kampinas, Braziliya) — braziliyalı futbolçu, "San-Paulu" futbol klubunun və futbol üzrə Braziliya millisinin hücumçusu.
Fabinyo
Fabinyo (23 oktyabr 1993, Kampinas, San-Paulu ştatı) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Fabio Karvalyo (futbolçu, 2002)
Fabio Karvalyo (30 avqust 2002) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Fabio Kvalyarella
Fabio Kuagliarella (it. Fabio Quagliarella, 31 yanvar 1983[…], Kastellammare di Stabiya, Kampaniya) — İtaliyalı peşəkar futbolçu, "Sampdoriya" klubunun hücumçusu və kapitanı. == Bioqrafiya == Fabio İtaliyanın cənubunda, Neapol yaxınlığında bir kiçik şəhərdə doğulub. Özunun müsahibələrində dediyinə görə, uşaqlıqdan Dieqo Maradonanın azarkeşi olaraq futbola başlayıb. == Karyerası == Peşəkar futbol karyerasına 1999-cu ildə Torino klubunda başlayıb. Bu vaxta qədər 2 il Torinonun gənclər komandasında oynayıb.
Fabio
Fabio — ad. Fabio Kvalyarella — İtaliyalı peşəkar futbolçu Fabio Kannavaro — İtalyan futbolçusu. Fabio Maqrini — İtaliyalı kişi ağır atlet. Fabio Vieyra – İngiltərə Premyer Liqasında çıxış edən Arsenalın futbolçusu. Fabio Rovazzi — İtaliya aktyoru, EDM müğənnisi, rapper, rejissor, ictimai xadim, televiziya aparıcısı.
зла́ковые коле́нчато недока́шиваться недосу́жно реаге́нты фи́фти-фи́фти вы́лощить кисля́тина комите́товец обесси́лить петеу́шник прозакла́дывать рде́ться battology easy meat exposal lev metaphysically orang-outang Silver Streak snorks полярность сплотить эпизоотический ярко-белый