FAKT

\[alm. Faktum; fr. Fait; ing. Fact; lat. Factum – edilən, həyata keçirilən; osm. tr. vakia; ər. والؼح ; tr. olgu\] – fikirdə olanın əksi, baş vermiş olan, həqiqi olan, həqiqətə çevrilmiş olan. Dilimizdə işlək ifadə kimi vaqiə sözü də işlənməkdədir. Vaqiə sözü vaqəa-dan \[ولغ \] gəlir və hərfi mənada olan , baş verən deməkdir. Türkcədəki ol+gu sözü də qədim oğuzcadakı ol felindən qaynaqlanır. Misal üçün, müqayisə et: Olana çarə yoxdur = Hadisə 1890-cu ildə uzaq bir mahalda vaqe oldu. Obyektiv və elmi fakt anlayışları bir-birindən fərqləndirilir. Obyektiv fakt insan fəaliyyətinin və ya idrakının obyektini dərk edən müəyyən hadisəni, təzahürü, reallığın parçasını başa düşmək kimi qəbul olunub.
ƏZGİ
FANTAZİYA

Значение слова в других словарях