FAKT

[ lat. factum – edilmiş, baş vermiş]
1. Həqiqətən olmuş hadisə, əhvalat, qəziyyə. Bu deyilənlər uydurma deyil, faktdır.
– Hər kəs bildiyi faktı deyir, üçlükdə müzakirə edib o birinə keçirdilər. B.Bayramov.

// Nümunə, misal.
Faktı geriyə qalmışlardan deyil, qabaqcıllardan götürmək lazımdır. Ə.Vəliyev.

// Bir nəticəyə gəlmək, bir işə yekun vurmaq və ya bir ehtimalın, fərziyyənin düzgünlüyünü müəyyən etmək üçün əsas olan şey; dəlil.
[Prokuror:] Qanun fakt tələb edir. C.Cabbarlı.

2. Gerçəklik, reallıq, həqiqət, olub-bitmiş şey. Sübut olunmuş fakt. İnkaredilməz fakt.
– Beləliklə, Naşad əfəndi öz məqsəd və məramına nail olmuş, Zeynal bir fakt olaraq Mehribanı boşamışdı. S.Hüseyn.
[Məşədibəy rəisə:] Mənim dövlətdən narazılığımı hansı əsasa görə sübut olunmuş bir fakt hesab edirsiniz. M.Hüseyn.

Синонимы

  • FAKT əsas — dəlil — sübut

Этимология

  • FAKT Latın mənşəlidir, bizdə tutalğa kəlməsi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
FAKSİ́MİLE
FAKTİ́K

Значение слова в других словарях