FAİZƏ
FAL
OBASTAN VİKİ
Fakt
Fakt (lat. factum — "baş vermiş", "olmuş") — reallığın təsdiq forması.Fakt anlayışı müxtəlif elmlərdə insan fəliyyətinə uyğun olaraq müxtəlif formalarda qəbul edilir. Cəmiyyətdə "fakt" dedikdə "həqiqət"in bir hissəsi başa düşülür. Faktların qəbuluna bəzən konkret şərait və psixologiya təsir edir. İnsanlar bir qayda olaraq gördüklərini fakt kimi qəbul edirlər. Elmi fakt – nəticə çıxarmaq və təsdiq etmək üçün əsas olan hadisə. Elmi biliyin əsasını təşkil edən element. Ancaq bununla belə insanın qəbul etdiyi "modelə" sığışmayan reallıqlar situasiyadan asılı olaraq istər-istəməz fakt kimi diqqəti cəlb edə bilər. == İstinadlar == == Həmçinin bax == Reallıq == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər.
Hüquqi fakt
Hüquqi fakt — qanunun aliliyi ilə hüquqi münasibətlərin yaranmasını, dəyişməsini və ya dayandırılmasını birləşdirən xüsusi bir həyat vəziyyəti (şəraiti, situasiyası) . Qanuni faktlar, bir qayda olaraq, qanundan kənar olaraq yaranır və mövcuddur, lakin qanunverici tərəfindən onlara hüquqi xarakter verilməsi onların tənzimlənməsi və qaydaları üçün lazımdır. Hüquqi faktlar hüquqi münasibətlərin yaranması, dəyişməsi və dayandırılması üçün dərhal səbəblər, əsaslar kimi xidmət edir. Bəzi hüquqi faktlar (məsələn, vətəndaşlıq vəziyyəti aktları) məcburi dövlət qeydiyyatına alınır. == Hüquqi faktların təsnifatı == Qanuni faktlar çox və müxtəlifdir. Müxtəlif səbəblərdən təsnif edilə bilər. Hüquqi faktlar: qanun yaradıcılığı qanunu dəyişdirən xitam dəstəkləyən (əsaslı faktlar) bərpaedici maneə törədirSubyektin iradəsi ilə əlaqədar olaraq, hüquqi faktlar hadisələr (görünüşü obyektiv olaraq hüquqi münasibətlərin tərəflərinin iradəsindən asılı deyil) və hərəkətlər (görünüşü atın iradəsi ilə əlaqəli) hüquqi münasibət iştirakçılarından ən az biri) kimi təsnif edilə bilər. Hadisələr — insanın iradəsindən asılı olmayaraq baş verən reallıq fenomenləridir. Məsələn, bir insanın ölümü, əmlak mirasının hüquqi əlaqəsi də daxil olmaqla çoxsaylı hüquqi nəticələrə səbəb ola bilər. Hadisələr mütləq və ya nisbi ola bilər.
Akt və fakt (film, 1978)
Akt və fakt qısametrajlı sənədli süjeti rejissor Fikrət Əliyev tərəfindən 1978-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Ucardakı gübrə anbarının yararsızlığı tənqid olunur. == Məzmunu == Filmdə Ucardakı gübrə anbarının yararsızlığı tənqid olunur.
Tarixi fakt
Tarix elmində tarixi faktların iki növü fərqləndirilir: faktiki tarixi fakt və elmi-tarixi fakt . Tarixi fakt baş vermiş və həmişə aşağıdakı xüsusiyyətlərə malik olan aktual hadisədir: zaman və məkanda lokallaşma, obyektivlik, tükənməzlik. Tarixi zaman xronoloji kateqoriyalarla təmsil olunur: il, əsr, minillik, dövr, era, mərhələ və s. Tarixi zaman kateqoriyaları tarixi keçmişin zamanla lokallaşdırılmasını təmin edir və temporal oriyentasiyaların inkişafına kömək edir. Tarixi məkan müəyyən bir ərazidə baş verən təbii-coğrafi, siyasi, sosial-mədəni proseslərin məcmusu ilə təmsil olunur. Tarixi hərəkat insanın və cəmiyyətin müxtəlif fəaliyyət sahələrindəki fəaliyyətini əks etdirir: əmək, sosial, siyasi, mədəni, təhsil, beynəlxalq, özünüinkişaf. Bir çox alimlər tarixi faktların 3 kateqoriyasını müəyyən etmişdir: Müəyyən məkan-zaman çərçivəsi daxilində yerləşən və maddiliyə malik olan obyektiv mövcud olan reallıq faktları (tarixi hadisələr, hadisələr, proseslər); Mənbələrdə əks olunan faktlar, hadisə ilə bağlı məlumatlar; Tarixçinin əldə etdiyi və təsvir etdiyi “elmi” faktlar.
Antropik faktorlar
Antropik faktorlar — ətraf mühitə insanın birbaşa (bilavasitə) təsiri. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Antropogen faktorlar
Antropogen faktorlar — insanın bioloji və sosioloji varlıq kimi ətraf mühitə dolayı yolla (bilavasitə) təsiri. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Arqumentı i faktı
Dəlillər və Faktlar (rus. - Аргументы и Факты)- Həftəlik ictimai-siyasi qəzet. Rusiyanın ən yüksək tirajlı qəzetlərindən biri (3 000 000-dan artıq). 1978-ci ilin yanvar ayında yaradılıb. Təsisçi: QSC "Arqumentı i Faktı". Baş redaktor: Nikolay Zyatkov.
Arqumentı i faktı (qəzet)
Dəlillər və Faktlar (rus. - Аргументы и Факты)- Həftəlik ictimai-siyasi qəzet. Rusiyanın ən yüksək tirajlı qəzetlərindən biri (3 000 000-dan artıq). 1978-ci ilin yanvar ayında yaradılıb. Təsisçi: QSC "Arqumentı i Faktı". Baş redaktor: Nikolay Zyatkov.
Atmosfer faktoru
Atmosfer faktoru- atmosferin fiziki vəziyyəti və kimyəvi tərkibi ilə əlaqəli faktor (temperatur, seyrəklik dərəcəsi, çirkləndiricilərin olması).
Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasının bayram edilməsi
Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınması münasibətilə Hökumətin qərarı ilə keçirilmiş bayram tədbirləri. == Arxa fon == Paris Sülh Konfransının Ali şurası tərəfindən 1920-ci il, yanvarın 11-də Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə yanvarın 14-də Bakıda və ölkənin digər bölgələrində təntənəli bayram mərasimləri keçirilmişdi. == Bayram tədbirləri == Nazirlər Şurasının qərarı ilə fabrik-zavod sahiblərinə tapşırılmışdı ki, Azərbaycan istiqlaliyyətinin təsdiq edilməsi münasibətilə xalq bayramında iştirak etmək üçün maaşları saxlanılmaqla bütün fəhlə və qulluqçular həmin gün işdən azad edilsinlər. Hökumət, eyni zamanda, bayram tədbirlərinin proqramını da elan etmişdi: Səhər saat 11-də Təzəpir məscidində dualar oxunmalı, saat 12-də Parlamentin təntənəli iclası açılmalı, saat 13 də Hürriyət meydanında Milli Ordunun rəsmi keçidi olmalı, saat 14-də Xarici İşlər Nazirliyində təbriklər qəbul edilməli idi. Bundan əlavə, şəhərətrafı qatarların səhər saat 7-dən 11-ə kimi və gündüz saat 3-dən axşama qədər camaatı pulsuz daşıması və gecə vaxtı paytaxtın çıraqban edilməsi barədə də sərəncam verilmişdi. Proqrama əsasən, başda Nazirlər Şurasının sədri olmaqla Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nazirləri, Parlament üzvləri, şəhər üləması Təzəpir məscidində toplandı. Şeyxülislam bayram xütbəsini oxuduqdan sonra təntənəli surətdə elan etdi: Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli: Xarici İşlər Naziri Fətəli xan Xoyski: Məhəmməd Əmin Rəsulzadə: Bakı bayram libası geyinmişdi. Hətta, erməni vandallarının yandırdığı İsmailiyyə belə bayraq və şüarlarla bəzədilmişdi. Hər tərəfdən musiqi sədaları ucalırdı. Milli bayraqlarla bəzədilmiş avtomobillər küçələrdə şütüyür, aktyorlar milli və tarixi geyimlərdə keçmişi canlandırırdılar.
Açıq Faktorinq
Beta transformasiyaedici böyümə faktoru
β — transformasiyaedici böyümə faktorları proteinlərdirlər və sitokinlərin bir qrupudurlar.Onlara bu ad kultural mühitdə normal hüceyrələrin fenotiplərini dəyişdirə bilmə xüsusiyyətlərinin olmasına görə verilib. β transformasiya edici böyümə faktoru 3 izoformada mövcuddur və molekul kütləsi 50KDa a bərabər iki homodimerdən təşkil olunmuşdur. β transformasiyaedici böyümə faktorunun produsentlərinə,bir sıra hüceyrələr , o cümlədən ,stromal hüceyrələr,makrofaqlar və müxtəlif növ şiş hüceyrələri daxildirlər. O,qeyri aktiv formada sintez olunur,proteazaların hidrolitik təsirindən aktivləşdikdən sonra hüceyrəarası matriksin kompanentləri və α makroqlobulin molekulları ilə birləşir. İmmun sistemində β-transformasiyaedici böyümə faktorları özünü supressiv bir faktor kimi aparır.O,hemopoez prosesinə,iltihab sitokinlərinin sintezinə,limfositlərin interleykin-2,4 və 7 qarşı reaksiyalarına, təbii killer və T-sitotoksik hüceyrələrin formalaşmasına neqativ təsir göstərir.Bununla yanaşı, β tansformasiyaedici böyümə faktoru hüceyrəarası matriks zülüllarının sintezini,yaraların sağalmasını və anabolik prosesləri sürətləndirir.Onun differensisasiya təbiətli təsiri də məlumdur.Məsələn:o, plazmatik B hüceyrələrində immunoqlobulinlərin sintezini İg A istiqamətində yönəltməklə və İL-10 la birlikdə onun ifrazını 10 dəfə artırmaqla selikli qişanın müdafiəsini gücləndirə bilir.Onun geninin söndürülməsi əsasında autoimmun reaksiyaları duran və bədənin bütün ahələrini əhatə edən fatal iltihab patologiyası yaranır,yəni β tansformasiyaedici böyümə faktoru orqanizmdə autoimmun proseslərinin qarşısını alan bir faktor kimi də fəaliyyət göstərir.
Biotik faktorlar
Biotik faktorlar — orqanizmə ətraf mühitdən təsir edən canlı varlıqlar, yəni növdaxili və növlərarası əlaqələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
De-fakto
De-fakto — faktiki tanınmadır. Bu barədə xüsusi rəsmi bəyanat vermədən ticarət müqaviləsi və ya başqa müqavilə bağlamaq, viza vermək və s. bu kimi işgüzar münasibətlər faktiki girmək yolu ilə mümkündür. Faktiki tanınma hüquqi tanınmaya nisbətən məhdud, natamam məzmunlu olmaqla yanaşı, hüquqi tanınmadan əvvəl olur və onun üçün keçid sayılır.
Ekoloji faktorlar
Ekoloji faktorlar — canlıya təsir edən mühit komponentlərinin cəmi. Ətraf mühitin ekoloji faktorları orqanizimdə gedən biokimyəvi və fizioloji proseslərə-qidalanma, tənəffüs, fotosintez və s. proseslərə, elə cə də onun yayılmasına, inkişafına, məhsuldarlığına, ömrünə, sutkalıq və illik fəaliyyətinə təsir edir. Faktorların orqanizmə təsiri müxanizminə görə xüsusi hallar ilə yanaşı müəyyən ümumilik də mövcuddur. Hansı faktor olursa olsun, onun canlıya təsiri optimal (ən əlverişli) hissədən kənarlaşdıqca zəiflədici, lap kənarda isə öldürücü olur. Ekoloji faktorlar 3 böyük qrupa ayrılırlar: Abiotik faktorlar-Ətraf mühitdən canlılara təsir edən cansız komponentlər- işıq, temperatur, hava, rütubət, təzyiq, sıxlıq, kimyəvi tərkib və s. Biotik faktorlar-ətraf mühitdən canlıya təsir edən digər canlılar. Canlıların bir-birinə təsiri növdaxili və növlərarası olur. Biotik faktorlar 3 əsas istiqamətdə inkişaf edir və ya 3 əsas səbəbdən əmələ gəlir: 1.qida əlaqəsi, 2. sahə əlaqəsi, 3.
Faktiki İllik Faiz Dərəcəsi
Faktor-bank
Faktor analizi
Faktor analizi — dəyişənlərin qiymətləri arasında qarşılıqlı əlaqələri öyrənmək üçün nəzərdə tutulan çoxölçülü metoddur. Qəbul edilir ki, məlum dəyişənlər naməlum dəyişənlərdən və təsadüfi səhvlərdən az asılıdırlar. == Faktor analizinin məqsədi == Dəyişənlər arasında qarşılıqlı əlaqənin müəyyən olunması (dəyişənlərin təsnifatı) Verilənlərin təsviri üçün vacib olan dəyişənlər sayının azaldılmasıAnaliz zamanı öz aralarında korelyasiya olunmuş dəyişənlər bir faktorda birləşirlər. Nəticədə faktorların sadə və anlamlı strukturu əldə olunur. == Faktor analizinin tipləri == Determinə olunmuş (funksional) – nəticə göstəruicisi faktorların həndəsi cəmi kimi verilir Stoxastik (korelyasiya) – faktor və nəticəvi göstəricilər arasında əlaqə dəqiq deyil və ehtimala söykənir.
Faktorial
Faktorial — riyaziyyatda sağına nida işarəsi qoyulmuş ədədə verilən ad daha ümumi Qamma funksiyasının tam ədədlərlə məhdudlaşmış xüsusi bir vəziyyətidir. 1-dən müəyyən bir natural ədədə qədər olan ardıcıl bütün natural ədədlərin hasilinə o ədədin faktorialı deyilir. Əgər n bir natural ədəddirsə, n! ardıcıl natural ədədlərin hasilini ifadə edir. Məsələn, 5! (5 faktorial) ardıcıl natural ədədlərin (1, 2, 3, 4, 5) hasilini təmsil edir və 5!=1×2×3×4×5=120 olur. Faktorialdan əsasən kombinatorika, ədədlər nəzəriyyəsi və funksional analizdə istifadə olunur.
Faktorinq
Faktorinq (factoring ingilis dilindən tərcümədə agent, vasitəçi mənasını daşıyır) kommersiya banklarının, onların törəmə faktor firmalarının kiçik və orta firmalara, müştərilərə göstərdikləri maliyyə xidmətinin bir formasıdır. Onun mahiyyəti ondan ibarətdir ki, faktor firma öz müştərisindən borcları almaq hüququnu alır, öz müştərilərinin borclarını hissə-hissə ödəyir. Daha doğrusu, borcların 70-90%-ə qədərini ödəmə müddəti çatana kimi ödəyir. Borcun qalan hissəsini isə müştəriyə onun borclusunun bütün məbləği qaytardıqdan sonra müəyyən edilmiş faizlər çıxılmaq şərtilə qaytarılır. Nəticədə faktor-firmanın müştərisi borcları tez qaytarmaq imkanı əldə edir və buna görə də faktor firmaya faizlər ödəyir. Faktorinq əməliyyatlarının icra olunduğu şəraitdə müştəri öz borclusundan borcunu almaq hüququnu faktor firmaya verir. Faktorinq XVI əsrin sonlarında ticarət vasitəçilərinin apardığı əməliyyatlar kimi meydana gəlmiş, XVII əsrdə daha da inkişaf etmişdir. Sonralar isə o kreditləşmə formasını almışdır. Faktorinq özünün klassik məna və variantında banklar tərəfindən müştərisinin, borc öhdəliklərinin alınması vasitəsi ilə qısamüddətli kreditləşdirilmə və bununla bağlı çoxistiqamətli və çoxsaylı əməliyyatları əks etdirir. Müştərilərin bu borc öhdəlikləri hər şeydən əvvəl müştərinin mal-material və xammal, texnoloji maşın, avadanlıq, qurğular alması ilə, müştərinin ödəmələrin mümkün riskləri ilə bağlı sığorta olunması ilə və s.
Faktorizasiya
Faktorizasiya — riyaziyyatda vuruqlara ayırma. Bir çoxhədlinin, tam ədədin və ya matrisin müəyyən komponentlərin hasili şəklində yazılmasıdır. Məsələn, 15 ədədi 3 və 5 rəqəmlərə faktorizasiya olunur (15=3x5), ya da x2-4 polinomu (x - 2)(x + 2) şəklində yazıla bilir x2-4 = (x - 2)(x + 2).
Faktura
Faktura (ing. invoice) — beynəlxalq ticarət təcrübəsində satıcı tərəfindən alıcıya təqdim olunan və mal və xidmətlərin siyahısı, miqdarı və alıcıya təhvil verildiyi qiymət, malların formal xüsusiyyətləri (rəng, çəki və s.) olan sənəd, çatdırılma şərtləri və ya göndərən və alıcı haqqında məlumat. == Fakturalar == Tipik fakturada aşağıdakılar daxil ola bilər: Faktura sözü (və ya vergi fakturası); Unikal istinad nömrəsi (hesabdakı yazışmalar üçün); Faktura tarixi; Kredit şərtləri; Mümkün olduqda vergi məbləğləri (GST və ya ƏDV kimi); Satıcının adı və əlaqə məlumatları; Satıcı şirkətinin vergi və ya qeydiyyat məlumatları, əgər varsa, Avstraliya müəssisələri üçün AŞN və ya AB müəssisələri üçün ƏDV nömrəsi; Alıcının adı və əlaqə məlumatları; Məhsul və ya xidmətin göndərildiyi və ya çatdırıldığı tarix; Satınalma sifariş nömrəsi (və ya alıcı tərəfindən fakturada görünməsi üçün tələb olunan oxşar izləmə nömrələri); Məhsul (lar)-ın təsviri; Mümkün olduqda məhsul (lar) vahid qiyməti; Valyuta ilə göstərilən ümumi məbləğ (simvol və ya qısaltma); Ödəniş şərtləri (bir və ya daha çox məqbul ödəniş üsulu, gözlənilən ödənişin son tarixi və gecikmiş ödənişlər üçün ödənişlərin təfərrüatları, yəni həmin tarixdən sonra edilən ödənişlər daxil olmaqla);Pul köçürməsinin borcları ödəmək üçün üstünlük verildiyi ölkələrdə çap olunmuş hesab-fakturada kreditorun bank hesabı nömrəsi və ümumiyyətlə ödəyəni müəyyənləşdirən əməliyyatla birlikdə göndəriləcək bir istinad kodu olacaqdır. ABŞ Müdafiə Logistika Agentliyi hesablarda işəgötürənin şəxsiyyət nömrəsini tələb edir. Avropa Birliyi rəsmi hesab-fakturalar üçün ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş bütün müəssisələrin müştərilərinə təqdim etmələri üçün ƏDV (Əlavə Dəyər Vergisi) identifikasiya nömrəsi tələb edir. İngiltərədə rəqəm "bu ƏDV-nin fakturası deyil" sözlərini ehtiva etdikdə fakturalarda görünə bilməz. Belə bir hesab-fakturaya pro-faktura deyilir və ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş müştərilər üçün tam hesab-fakturanın əvəzedicisi deyil. Kanadada, vergi güzəştinə layiq görülmək üçün qeydiyyatdan keçmiş təchizatçı tərəfindən istehsal olunan 30 ABŞ dollarından yuxarı göndərmələr üçün SATIŞ VERGİSİ qeyd nömrəsi verilməlidir . Beynəlxalq ticarətdə istifadə olunan fakturalar üçün tövsiyələr, eyni zamanda, malların lojistik aspektinin daha ətraflı təsvirini özündə cəmləşdirən və bu səbəbdən beynəlxalq logistika və gömrük prosedurları üçün əlverişli ola biləcək BMTAİK Ticarət Komitəsi tərəfindən verilir.
Faktura (musiqi)
Faktura (lat. factura – hərfi mənada emal, məcazi mənada quruluş) — musiqinin əsası, məğzi, texniki quruluşu, musiqi səslənməsinin tərkibi. == Faktruanın elementləri == Melodiya, müşayiət, bas, ayrı-ayrı səslər, səsaltı xəttlər, mövzular və s.
Luici Fakta
Luigi Fakta (13 sentyabr 1861[…] və ya 16 noyabr 1861 – 5 noyabr 1930[…]) — italyan siyasətçisi, jurnalisti və Benito Mussolini rəhbərliyindən əvvəl İtaliyanın son Baş naziri idi. == Həyatı == Luici Fakta İtaliyanın Piemont əyalətinin Pinerolo şəhərində anadan olub. Hüquq təhsili alıb, sonra jurnalist olub. O, siyasətə 1892-ci ildə Pinerolodan deputatlar palatasına seçildikdə, 30 il bu vəzifəni tutdu. Liberal Partiyasının üzvü olan Fakta, parlamentdəki vaxtının çox hissəsini koalisiya kabinetində ədliyyə və daxili işlər departamentlərinin müşaviri vəzifəsində çalışıb. O, Eyni zamanda 1910-cu ildən 1914-cü ve 1920-dən 1921-ci ilə qədər İtaliyanın Maliyyə Naziri olub. Birinci Dünya Müharibəsi başlayanda Fakta İtaliyanın neytrallığını dəstəklədi, lakin sonra İtaliya ona daxil olanda müharibəni dəstəklədi. Oğlu müharibədə şəhid olub, ölkəsinə oğul bəxş etdiyinə görə fəxr etdiyini bildirib. Fakta 1922-ci ilin iyulunda baş nazir təyin edildi. Həmin vaxt İtaliya siyasi qarışıqlıq içərisində idi və Mussolininin faşist üsyanı ilə mübarizə aparırdı.
MKİ-nin Ümumdünya Faktlar Kitabı
Ümumdünya Faktlar Kitabı (ing. The World Factbook) — ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nəşri; dövriliyi ildə bir dəfə olmaqla, dünya ölkələri haqqında almanax üslublu kitabdır. Birinci məxfi nəşri 1962-ci ilin avqust ayında, birinci qeyri-məxfi nəşri 1971-ci ilin iyun ayında olmuşdur. Kitabın saytında yerləşdirilmiş elana görə, MKİ daha bu kitabın dövri-nəşrini davam etdirməyi planlaşdırmır, amma kitabın onlayn-versiyasının yenilənməsi məsələsi üzərində düşünürlər. Dünya ölkələri haqqında aşağıdakı mövzularda məlumatlar var: tarix coğrafiya demoqrafiya dövlət quruculuğu iqtisadiyyat Telekommunikasiya nəqliyyat silahlı qüvvələrRusiyada 2007–2008-ci illər tərcümə nəşri rus. «Все страны и территории мира: Новый географический справочник ЦРУ» (ISBN 978-5-9757-0410-8) adı ilə işıq üzü görmüşdür.
Psi-faktor
Psi-faktor ya da psi enerjisi parapsixologiya sahəsində istifadə edilən bir termin olub insanın paranormal qabiliyyətləriylə əlaqədar olan gücü ya da təsiri ifadə etmək üzrə ortaya atılmışdır. Yunan əlifbasında 23-cü hərfi olan "psi" bəzi filosoflara görə "ruh" ya da "həyati güc" mənasında istifadə edilən "psikhe" sözünün ilk hərfi olduğundan parapsixologiyada ESP (qeyri-duyğusal dərk etmə) və PK fenomenlərinin açıqlanmasında istifadə edilən bir termin halına gəlmişdir. Parapsixoloqlar edilən sınaq və yanılmalar nəticəsində insanın fiziki bədəninin kənarında fiziki olmayan bir tərəfinin olması gərəkdiyini düşünürlər. Parapsixik qabiliyyətlərin, müxtəlif zamanlarda, müxtəlif tədqiqatçılar tərəfindən müctəlif adlarla anılmış olan və fiziki qanunlarla açıqlana bilməyən bir enerji sahəsi içində gerçəkləşdiyi düşünülür. Qədim Çində buna həyat enerjisi mənasında çi (chi) və ya Hindistanda isə Prana, Çexoslovakiyada Psixotronik enerji və hal-hazırkı parapsixologiyada PSİ-faktor (psi enerjisi) adı verilmişdir. Psi-faktorun sadəcə beyinə bağlı bir enerji deyil, bütüm varlığımıza aid bir enerji olduğu və yayıldığı iddia edilir. Bu möbzi üzrə tədqiqatlar davam edir. Ancaq psi-faktorun fiziki qanunlara tabe olmadığı zənn edilir. Bu enerjinin fiziki hissiyyatlarımızla dərk edilməməsinə baxmayaraq bir fövqəltəbii qabiliyyətlərimizlə varlığının "hiss edildiyi" iddia edilir.

Значение слова в других словарях

во́лей институциона́льный осове́ло подмо́кнуть поинтересова́ться сконча́ться теси́на тракторизи́роваться в интере́сах надо́рванно неопределённо-ли́чный облагоразу́миться раздава́ться семнадцатиле́тние телепати́ровать diathesis linertrain plein-airism processionist snap-on snooty изумить раунд уснастить фигурист