FANTASTİKA

[yun.] фантастика (1. хиялдиз къведай фикирар, гьакъикъатда авачир затӀар, шикилар, суьретар; герчеквал къувунарна ва я аламат жедай тегьерда къалурун; yazıçı fantastikası кхьирагдин фантастика; // рах. гьахьтин фантазия квай, вакъиаяр гзаф къувунарна, чӀагурна ганвай литературадин эсерар; 2. гьакъикъатда авачир, герчек тушир, хиял хьиз аквадай затӀ).
FANTASTİK
FANTAZİYA
OBASTAN VİKİ
Fantastika
Fantastika (yunanca: phantastike — incəsənət təsəvvür etmək) — xəyalda yaranan fikirlər, təsəvvürlər, gerçəkliyin mübaliğəli və ya fövqəltəbii şəkildə təsviridir. Fantastika adətən gələcəyi, qeyri-adi texnoloji inkişafı, başqa planetlərdəki varlıqları təsvir edən, bir də bütün bunların fonunda həm realistik, həm də romantik mənzərə yarada bilən ədəbiyyat janrıdır. Ədəbiyyatla yanaşı fantastika həm də kino, rəssamlıq və digər incəsənət sahələrinində əsas yaradıcılıq metodlarından biri hesab olunur. Fantastlar öz əsərlərində daim yeni texnologiya, robortlar "icad" etməyə, insanlığın gələcəyini öncədən görməyə cəhd edirlər. Fantastikanın fentezi, magik realizm, elmi fantastika, qorxu və s istiqamətləri vardır. Onların arasında fentezi məşhur ingilis yazıçısı Con Tolkinin sayəsində ayrıca bir janr kimi inkişaf etmiş, elmidir == Fantastik janrın tarixi == Fntastikanın köklərini çox qədimlərdən başlayaraq Homer, Diogen, Apuley, Petroni kimi antik şairlərin, Kretyen de Trua, Tomas Melori, Ariosto kimi orta əsr yazıçılarının, Migel de Servantes, Fransua Rable, Tomas Mor, Tomazzo Kampanella, Frensis Bekon, Con Milton, Dante kimi renesans dövrü ədiblərinin, Conatan Svift, Sirano de Berjerak, Tobias Smollet, Hans Xristian Andersen (uşaq fantastikası), İohann Volfqanq Göte, Moris Meterlink, Aleksandr Blok kimi XVII–XIX əsr klassiklərinin əsərlərində bu janır üstünlük təşkil edir. Ancaq fantastika janrı bugünkü şəklini məhz XIX–XX əsrlərdə elmi fantastikanın inkişafı ilə aldı. Bu, ilk növbədə, fransız yazıçısı Jül Vernin əsərləri ilə başlandı. Daha sonra Herbert Uells, Artur Konan Doyl, Aleksandr Belyayev, Aleksey Tolstoy və daha gec nəslin nümayəndələri – Rey Bredberi, Ayzek Əzimov, Robert Xaynlayn kimi yazıçıların əsərləri ilə daha da inkişaf etdi. === Antik ədəbiyyatda fantastika === Fantastik səyahətlərin ilk nümunələrindən biri kimi Kallisfenin "Böyük İsgəndərin tarixi" romanını misal çəkmək olar.
Elmi fantastika
Elmi fantastika — ədəbiyyatın və təsviri sənətin bir janrı. Bu janrda mövzu gələcəkdə baş verir və adətən elmi faktlara əsaslanır. Elmi fantastika bir növ bəşəriyyətin gələcəyini təxmin etməyə cəhd göstərir. Beləcə, bəzi müəlliflər öz əsərlərində yeni elmi terminlər ixtira edirlər. Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını XX əsrin 20-ci illərinə aid edirlər.
Fantastika filmi
Fantastika filmi — film janrlarından biridir. Belə filmlərdə nağılvari qüvvələrə, mifik obrazlara rast gəlmək olur. Fantastik filmlərdə texniki tərəqqinin şişirdilir. Bu əsasən gələcəkdən bəhs edən filmlərdə əks etdirilir.
Hipermühərrik (fantastika)
Hipermühərrik (ing. Hyperdrive) — kosmik gəmiyə superlüminal sürətlə hərəkət etməyə imkan verən mühərrik. Elmi fantastikada bu, tez-tez konseptual olaraq atlama, əyilmə və ya tunel hərəkətinə uyğun gəlir. Həmçinin, nəzəri fizikada hipermühərrik gəminin hiperkosmosda uçmasına və bununla da işıq sürətindən daha sürətli səyahət etməsinə imkan yaradan mühərrik üçün nəzərdə tutulmuş termindir. "Ulduz müharibələri" franşizasında çox istifadə edilən anlayışdır.
Azərbaycanda elmi fantastika
Azərbaycanda elmi fantastika – Azərbaycan ədəbiyyatında və kinematoqrafiyasında elmi fantastika janrının işlədilməsi. Elmi fantastika Azərbaycanda çox da müraciət olunmayan bir janrdır. == Ədəbiyyat == Azərbaycan ədəbiyyatında elmi fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların sayı da çox deyil. Azərbaycan ədəbiyyatında elmi fantastika janrında üç görkəmli yazıçının adı xüsusi qeyd olunmalıdır. Bunlar Namiq Abdullayev, Əhməd Xaspoladov və Emin Mahmudovdur. Azərbaycan ədəbiyyatında elmi fantastika janrının ilk nümunəsi Yusif Vəzir Çəmənzəminlinin 1933-cü ildə yazdığı "Gələcək şəhər" hekayəsidir. Sonrakı illərdə Namiq Abdullayev ("Sehrli oğlan", "Balaca kiberin macəraları", "Gecələr uzanaydı", "Piyada vəzirə çevrilir" və s.) və Emin Mahmudov fantastik janrda yazılan əsərlərin müəllifləridir. Sonralar Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da "Əlaqə" povesti ilə bu janrda öz töhfəsini vermişdir. Bu janrda yazan yazıçılardan biri də Emin Mahmudovdur. Emin Mahmudovun "RT-1" adlı ilk elmi fantastika hekayəsi 1952-ci ildə "Pioner" jurnalında dərc edilmişdir.
Elmi fantastika filmi
Çox vaxt futuristik kosmik gəmilər, robotlar və ya digər texnologiya ilə müşayiət olunan elmi fantastika; yerdənkənar həyat formaları, yad planetlər və zamanda səyahət kimi xəyali hadisələrin spekulyativ və elmi əsaslı təsvirlərindən istifadə edən film janrıdır. Elmi fantastika filmi keçmişdən bu günə qədər siyasi və sosial mövzularda sosial tənqid və "bizi insan edən nədir?" kimi fəlsəfi problemlərin araşdırılması üçün tez-tez istifadə olunan bir film janrı olmuşdur. Elmi-fantastika janrı səssiz kinonun ilk illərindən — Corc Melisin "Aya Səyahət" (1902) filminin çəkilişindən bəri mövcuddur və bu film tamaşaçıları çətin foto effektləri ilə valeh edir. Elmi-fantastika filmləri 1930-cu illərdən 1950-ci illərə qədər aşağı büdcəli B filmləri kimi çəkilmişdir. Lakin Stenli Kubrikin bir dönüş nöqtəsi etdiyi "2001: Bir kosmik dastan" (1968) filmindən sonra elmi-fantastika film janrı daha ciddi bir film janrı kimi qəbul olunmağa başlanmışdır. 1970-ci illərin sonlarında xüsusi effektlərlə zənginləşdirilmiş yüksək büdcəli elmi-fantastika filmləri kinosevərlər arasında populyarlaşmışdır. 1977-ci ildə çəkilmiş və olduqca təsirli filmlər olmuş "Ulduz müharibələri" və "Üçüncü növ yaxın görüşlər" adlı filmlər, "E. T." (1982) və "Qara Geyinən Adamlar" (1997) filmləri kimi qarşıdakı onilliklərdə çəkiləcək böyük büdcəli elmi fantastika filmlərinin yolunu açmışdır.
Yüksəltmə (elmi fantastika)
Yüksəltmə və ya aplift (ing. uplift) – daha inkişaf etmiş bir irqin nisbətən daha az inkişaf etmiş bir irqin təkamül prosesinə müdaxil edərək həm texnoloji, həm də intellektual cəhətdən "yüksəltməsi" ilə xarakterizə olunan elmi fantastika motivi. Yüksəltmə konsepsiyası əsasən planetlərarası irqlərin münasibətindən bəhs edən elmi fantastika əsərlərində daha populyar olsa da, bəzən planetdaxili irqlər arasındakı münasibətlərdə də istifadə olunur. Yüksəltmə motivinin istifadə olunduğu ən qədim nümunə Herbert Uells tərəfindən 1896-cı ildə yazılmış "Doktor Moronun adası" romanıdır. Bu əsərdə Doktor Moro müxtəlif cərrahi proseslərlə heyvanları insanlaşdırmağa çalışır. Bu əsər "İtmiş ruhların adası" (1932) kimi bir çox film adaptasiyası üçün ilham mənbəyi olmuşdur. Kino dünyasında tanınan ən məşhur yüksəltmə hekayəsi 1968-ci ildə çəkilmiş "2001: Kosmik Odissey" filmidir. Filmdə yadplanetlilər insan təkamülünə müdaxil edirlər. Film Artur Klarkın "Qoruyucu" (1951) adlı qısa hekayəsindən təsirlənərək yazılsa da, Klark 1968-ci ildə filmin hekayəsini romanlaşdırmışdır. Klarkın 1953-cü ildə yazdığı "Uşaqlığın sonu" romanı da yüksəltmə konsepsiyasına malikdir.
Ən yaxşı elmi fantastika filminə görə Saturn mükafatı
Ən Yaxşı Elmi Fantastika Filminə görə Saturn mükafatı ((ing. Saturn Award for Best Science Fiction Film)) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən 1973-cü ildə təsis edilmiş, ilin ən yaxşı elmi fantastika janrında olan filminə verilən mükafatdır. Aşağıdakı siyahıda qaliblərin adı birinci və qalın hərflərlə, ardınca isə nominasiya layiq görülmüş filmlərin adı yazılmışdır. İllərin aşağısında mükafatvermə mərasiminin sıra nömrəsi yazılmışdır.

Digər lüğətlərdə