FANTÁZİYA

[ yun. phantasia – xəyal]
1. Xəyalən bir şey uydurma, təsəvvür etmə bacarığı, yaradıcılıq təxəyyülü. Yazıçı fantaziyası. Rəssamın fantaziyası.
– Dastanlar xalq fantaziyasının məhsuludur. M.Hüseyn.

// Xəyal, təxəyyül məhsulu. Bu onun fantaziyasıdır.
// Xam xəyal.
2. mus. Sərbəst formalı improvizasiya səciyyəli əsər. Orkestrlə fortepiano üçün yazılmış fantaziya.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FANTAZİYA fantaziya bax 1. xəyal I; 2. əfsanə 1
  • FANTAZİYA xəyal — xülya
  • FANTAZİYA yalan — uydurma
FANTÁSTİKA
FANTAZİYAÇI
OBASTAN VİKİ
Fantaziya
Fantaziya (musiqi) — formal və stilistik olaraq fərqli janrların ümumi təyinatı, sərbəst formalı instrumental musiqi pyesi. Fantaziya hamamı — Bakıda yerləşən 1896-cı ildə tikilən məşhur hamam. Fentezi — Ədəbiyyatdan götürülmüş və film, cizgi film eləcə də teatr kimi bir sıra sahələrdə istifadə olunan janrdır.
Fantaziya (musiqi)
Fantaziya (yun. φαντασία – təxəyyül) – formal və stilistik olaraq fərqli janrların ümumi təyinatı, sərbəst formalı instrumental musiqi pyesi. Fantaziyada improvizasiya mühüm əhəmiyyət kəsb edir. Köklü improvizəyə malik musiqi kompozisiyasıdır. Fantaziya, ekspromt kimi, hər hansı ciddi musiqi formasının xrestomatik qaydalarına nadir hallarda əməl edir. XVI əsrdə tokkata və riçerkara yaxın polifonik pyeslər Fantaziya adlanmışdır. XVII əsrdə konsert, simfoniya, uvertüra, sonata və rondonun təsirinə məruz qalmışdır. XVII-XVIII əsrlərdə Fantaziyadan fuqaya, bəzən isə sonataya müqəddimə kimi istifadə olunmuşdur. 19-cu əsrdə quruluşca sonataya, bəzən simfonik poemaya yaxın əsər, eyni zamanda opera, balet, xalq mahnıları mövzuları əsasında virtuoz pyes kimi geniş yayılmışdır. Azərbaycan xalq calğı alətləri orkestoru üçün Ü.Hacıbəyli, S.Rüstəmov və başqa Fantaziyalar bəstələmişlər.
Fantaziya hamamı
Fantaziya hamamı — Bakıda Dilarə Əliyeva küçəsində yerləşən 1896-cı ilə aid hamam. Şəhərdə elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi və Bakının ilk avropa tipli hamamlarından biri olub. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == === Erkən dövrü === Fantaziya hamamı 1896-cı ildə Bakıda Dilarə Əliyeva, Vidadi və İslam Səfərli küçələrinin kəsişməsində tikilib. Memarı Bakı şəhərinin ilk baş planının tərtibatçısı olmuş Nikolay fon der Nonnedir. Onun sifarişçisi eləcə də ilk sahibi haqqında heç bir məlumat yoxdur. 13 yanvar 1897-ci ildə istifadəçilərin üzünə açılan hamam Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub. Binanın tək daxili yox həm də fasadı da elektriklə işıqlandırılıb. Hamamın öz dövrü üçün nadir görülsə də telefon nömrəsi də olub. Rəngli lampalar dəhlizdə yerləşən fəvvarəni işıqlandırırdı.
Qaranlıq fantaziya
Qaranalıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. == Terminin tarixi == "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Seksual fantaziya
Seksual fantaziya və ya erotik fantaziya — zehni görüntü və ya düşüncə formasıdır. O, hər hansısa bir insanın seksuallığını aktivləşdirir, cinsi oyanma yarada və ya gücləndirə bilər. Erotik fantaziya insanın təxəyyülü və ya yaddaşı ilə yaradıla bilər və o, avtonom şəkildə də işə salına bilər. Seksual fantaziyalar, həmçinin erotik ədəbiyyatlar oxumaqla və ya pornoqrafiyaya baxmaqla, fiziki bir obyektə təmas etməklə və yaxud da, başqa bir insanla olan cinsi cazibə kimi xarici təsirlərdən də yarana bilər.
İslamey (fantaziya)
İslamey: Şərq fantaziyası, or. 19' — rus bəstəkarı Mili Balakirevin 1869-cu ilin avqust-sentyabr aylarında fortepiano üçün yazılmış əsəri. "İslamey" adı (Kabardian-Çerkiş İslamey, Adıge İslami) Adıge (Çərkəz) xalq rəqsi deməkdir. Adətən bu rəqs melodiyası akkordeonda, skripkada ifa olunur və pxatsk (4-5 taxta lövhədən ibarət ratchet) ilə müşayiət olunur. == Tarixi == Yaradıcılığında rus xalqının adət-ənənələrinin böyük təsiri olan bəstəkar M. A. Balakirev Qafqaza və buraya olan səyahətlərdən ilhamlanmış və nəticədə o, "İslamey" fortepiano fantaziyasını yazmaq qərarına gəlmişdir: Bu tamaşa təsadüfən 60-cı illərin sonunda üç yay dalbadal getməli olduğum Qafqazda yaranmışdı. Yerli xalq musiqisi ilə maraqlandığım üçün tez-tez yanıma gələn və özünün skripkaya bənzər aləti ilə xalq melodiyalarını ifa edən şahzadə ilə tanış oldum. Onlardan biri olan “İslamey” adlanan rəqs mənim çox xoşuma gəldi. (rus musiqisinin təbliğatçısı E.Reyssə məktub, 1892) Əsər 1869-cu ildə Sankt-Peterburqda bir ay ərzində (avqustun əvvəli - sentyabrın sonu) yazılmışdır. 1902-ci ildə Balakirev əsərə yenidən baxaraq onu 3 hissəyə bölür. == Təsviri == “İslamey” fortepiano əsəri 3 hissədən ibarətdir: Allegro agitato-giriş, əsas mövzunun girişi Tranquillo-Andantino espressivo-tamamilə yeni mövzunun ortaya çıxması Allegro vivo-Presto furioso-əsas mövzuya qayıdışƏsər çoxlu sayda texniki cəhətdən mürəkkəb hissələrdən ibarətdir - bu da, onu Nikolay Rubinşteyn, Ferens List, Simon Barer, Mixail Pletnev, Boris Berezovski və başqaları kimi virtuoz pianoçular arasında populyarlaşdırmışdır.
Foto "Fantaziya" (film, 1970)
== Məzmun == Filmdə sosial vəziyyəti çox ağır olan insanların mənəvi sarsıntılara məruz qalmalarından, onların mövcud şəraitdən çıxış yolu tapa bilməmələrindən bəhs olunur. == Film haqqında == Film yazıçı Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Bu film operator Şərif Şərifovun kurs işidir.

Digər lüğətlərdə

гварде́йский глубоме́р дои́льный не куда́-нибудь радиоакти́вность слю́нки трансцендента́льность фонта́нщик хлорно... холоди́ться анса́мбль го́лодно зали́вчатый кото́рый масс-ме́диа непредсказу́емый сби́ться с толку триангуля́ция умиротвори́ть корма aliphatic melittology theanthropism vapour path выразительный