FÁRA

[ fr. ] Yolu işıqlandırmaq üçün avtomobillərdə, traktorlarda və s.-də reflektoru olan fənər. Avtomaşının farası. Motosikletin farası. – [Yarməmməd Naznaza:] Gördüm qabaqda, məktəb bağının ətəyində, çəpərin dibində bir şey işıldayır.
Lap üçtonluq maşının faraları boyda bir şey. M.İbrahimov.

Синонимы

  • FARA FARA (nəqliyyatda) [Şahin:] Gərək faralara qırmızı parça bağlana (B.Bayramov); FƏNƏR ..Avtomobil karvanlarının fanarlarından qopan işıqlar şəhərin küç
FÁNUS
FARAĞAT
OBASTAN VİKİ
Farad (ölçü vahidi)
Farad (işarəsi: F) – elektrik tutumunun (işarəsi: C) vahididir. BS-də törəmə vahiddir. Bu termin ingilis fiziki və kimyaçısı Maykl Faradeyin şərəfinə adlandırılmışdır.
Faradey (dəqiqləşdirmə)
Faradey sözü aşağıdakı mənaları verir: Faradey sabiti — Fizika və kimyada bir mol elektronun malik olduğu elektrik yükü. Maykl Faradey — İngilis fizika və kimya alimi. Faradey qəfəsi — Daxilindəkiləri xaricdəki elektrik hadisələrindən mühafizə edən bir qəfəsdir.
Faradey effekti
1845-ci ildə Faradey bir çox materialın maqnit sahəsindən zəif bir itkiyə məruz qaldığını kəşf etdi: bu fenomeni diamaqnetizm adlandırdı. Diamaqnetizm - bəzi materialların (diamaqnetiklər) maqnitləşdirici sahəyə qarşı maqnitləşmə xassəsi. Diamaqnetiklərə inert qazlar, bir sıra metal (bismut, qallium, mis) və bir çox üzvi birləşmələr aiddir. Minerallardan kvars, daş duz, çöl şpatı, qrafit və b. diamaqnit xassəlidir. Faradey həmçinin kəşf etdi ki, xətti qütblü işığın qütbləşmə müstəvisi işığın hərəkət etdiyi istiqamətə uyğun xarici bir maqnit sahəsinin tətbiqi ilə döndürülə bilər. 1846-cı ildə Faradey optik və elektromaqnit hadisələr arasındakı əlaqənin varlığını isbat etmişdir. O, müşahidə edir ki, optik fəal olmayan maddələr maqnit sahəsinin təsiri ilə polyarlaşma müstəvisini fırlatma qabiliyyəti əldə edir. İndi buna Faradey effekti deyilir.
Faradey qəfəsi
Faraday qəfəsi və ya Faraday qalxanı, elektromaqnit sahələrini bloklamaq üçün istifadə olunan bir korpusdur. == Tarix == == Nümunələr == == Həmçinin bax == == Qalereya == == İstinadlar == == Xarici linklər == Faraday Cage Protects from 100,000 V :: Physikshow Uni Bonn Notes from physics lecture on Faraday cages from Michigan State University Top Gear's Richard Hammond is protected from 600,000 V by a car (a Faraday Cage).
Faradey sabiti
Faraday sabiti fizika və kimyada, bir mol elektronun malik olduğu elektrik yükü olaraq tanınır. Bu ad, İngilis elm adamı Michael Faradayın adına ithaf edilərək verilmişdir. Elektrolit sistemlərdə, elektrot səthində cəmlənmiş kimyəvi maddə miqdarını müəyyənləşdirmək üçün istifadə olunur. Nişanı F olub; F = N A ⋅ q = 96485 C / m o l {\displaystyle F=N_{A}\cdot q=96485\quad C/mol} ,düsturundakı bərəbərlik ilə ifadə edilə bilər. Bu bərabərlikdə NA Avoqadro sabiti (təxminən 6.02 x 1023 mole−1) və q da, bir elektronun yükünün böyüklüyüdür (elektron başına təxminən 1.602 x 10−19 Coulomb). F-in qiyməti birinci olaraq, müəyyən bir müddət ərzində müəyyən bir cərəyanın keçdiyi elektrokimyəvi reaksiyada cəmləşən gümüşün çəkisinə görə müəyyən edilmişdir. Bu qiymət Avoqadro sabitini hesablamaq üçün istifadə edilmişdir. F və dolayı yol ilə NA-nı daha dəqiq formada müəyyən etməyə yönəldilmiş elmi tədqiqatlar hal-hazırda da davam etdirilir.
Farah (Prince of Persia)
Farah (ing. Farah) - Prince of Persia oyun seriyasının qəhrəmanıdır. Farah personajı Prince of Persia: The Sands of Time və Prince of Persia: The Two Thrones seriyalarında peyda olur. Farah Prince of Persia seriyasında Şahzadə personajının uzunqulağının adı olur və bu ad keçmiş seriyalardakı Farah personajına hörmət olaraq xatırlanmışdır. == Xarakteristika == Farah Hind maxaracasının qızıdır. Fara nəinki cazibədar xarakterə malikdir, o cümlədən, ox atmaq və akrobatik hərəkətlər üzrə ustadır. Atası Zaman adasında gəzinti zamanı "Sehrli medalyon" tapır və qızı Faraha bəxş edir.
Farah Zeynəb Abdullah
Farah Zeynəb Abdullah (tam adı: türk. Farah Zeynep Abdullah; 17 avqust 1989, İstanbul) — Türkiyə aktrisası və müğənnisi. == Həyatı == Farah 17 avqust 1989-cu ildə İstanbulun Beşiktaş səmtində dünyaya göz açmışdır. Anası Gülay Makedoniya, Türkiyə (Krımdan) və Bosniya əsillidir. Atası Osman İraq türkmanlarındandır (Ərbildən). Müharibənin başlaması ilə atası Osman hələ uşaq olarkən ailəsi Türkiyəyə miqrasiya edir. Osman türk əsillidir və ərəb dilini bilmir. Bununla belə, İraqda hərbi xidmət keçmişdir.Farahın iki qardaşı var. Atasının işi ilə əlaqədar ailəsi Londona köçənədək orta təhsilini Sen-Mişel fransız liseyində almışdır. Hazırda öz işi ilə əlaqədar İstanbulda yaşasa da, Farahın bütün ailə üzvləri İngiltərədədir.
Faraman (En)
Faraman (fr. Faramans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Meksimyo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01198. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 28 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 35 km cənubda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 681 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 475 nəfər (15-64 yaş) arasında 373 nəfər iqtisadi cəhətdən, 102 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.5%, 1999-cu ildə 75.4%). 373 aktiv sakindən 358 nəfər (202 kişi və 156 qadın), 15 nəfəri işsizdir (7 kişi və 8 qadın).
Faraman (İzer)
Faraman (fr. Faramans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38161. Kommunanın 1999-cu il üçün əhalisi 734 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 342 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Farangi-Sazi
Farangi-Sazi və ya Fərəngi-Sazi — farscadan tərcümədə mənası Qərb tərzi deməkdir. Miniatür sənətinin Səfəvi imperiyasında formalaşan bir tərzini ifadə etmək üçün istifadə edilir. XVII əsrin ortalarında formalaşan bu ədəbi tərz Səfəvi şahı II Abbas tərəfindən himayə edilmiş, I Süleymanın dövründə daha da geniş yayılmışdır. Mahiyyət etibarilə, ənənəvi Səfəvi miniatür motivlərini bir qədər Avropa rəsm texnikasından istifadə etməklə rəsm etməkdən ibarətdir. == Haqqında == Səfəvi imperiyasında miniatür sənətində istifadə edilən bir tərzdir. İlk dəfə XVII əsrin ikinci yarısında, Səfəvi şahı II Abbasın dövründə formalaşmışdır. II Abbasın (1642–1666) hakimiyyəti dövründə formalaşan bu tərz ondan sonrakı hökmdar Süleymanın (1666–1694) dövründə hakim olmuşdur.Bu tərzdə çəkilmiş miniatürlərdə o dövrün hökmdarları ilə birlikdə, aristokratlar, Avropa mənzərələri, dini və mifoloji motivlər və regiona xas olan ənənəvi hadisələr rəsm edilmişdir. O dövrdə yalnız bir neçə rəssam bu tərzdə miniatürlər çəkmişdir. Onlardan ən görkəmliləri Əliqulu Cabbadar və Məhəmməd Zaman Təbrizidir. Tarixçi Bernard Luis eyni zamanda, bir çox başqa Səfəvi rəssamının da Avropa tərzində rəsm çəkmək üçün təlim gördüyünü yazmaqdadır.
Faras Qalereyası
Varşava Milli Muzeyindəki professor Kazimierz Mixalovski Faras Qalereyası, Nubianın erkən xristian sənətini təqdim edən Varşavadakı Milli Muzeydə daimi bir qalereyadır. Qalereyada professor Kazimierz Mixalovski'nin rəhbərlik etdiyi bir arxeoloji missiya tərəfindən kəşf edilmiş Faras Katedralı'nın unikal divar əsərləri və memarlıq elementlərinin kolleksiyası var. == Qalereyanın tarixi == === Farasdakı arxeoloji işlər === Faras Qalereyasında nümayiş olunan sənət əsərlərinin əksəriyyəti Nubian Kampaniyası olaraq bilinən köhnə Nil hövzəsi mədəniyyətlərinin qalıqlarını qorumaq üçün beynəlxalq səylərdə iştirak edən arxeoloqların sayəsində orada tapıldı.Nubian Kampaniyası 1961-1964–cü illər arasında reallaşdı və UNESCO tərəfindən təşəbbüs edildi. Qazıntılar zamanı arxeoloqlar Sudan-Misir sərhəddinin yanında yerləşən Faras şəhərinin ərazisi daxilində bir-birinin üstünə qoyulmuş yaxşı qorunan ibadət yerlərinin qalıqlarını aşkar etdilər. Binalar VII-XIV əsrlərdən başlayaraq xristian dini mövzularını əks etdirən divar rəsmləri ilə bəzədilib. === Divar rəsmlərinin çıxarılması === Divar rəsmlərinin katedral divarlarından çıxarmaq və bunları özəl hazırlanmış ekranlara köçürmək,çatlamanın qarşısını almaq üçün səthin sağlamlaşdırılması və möhkəmləndirilməsi lazım idi.Bunun üçün rəsmlərin üzləri Yapon toxuma kağızı təbəqələri ilə örtülmüş və qalın mum-qatran qarışığı ilə hopdurulmuşdur.Rəsmlərin yuxarı hissələri üzərindəki kətan zolaqları basaraq düzəlirdi.Sonra şəkillər əlavə olundu, gips parçaları bıçaq və mişarlar istifadə edərək divarlardan kəsildi. Çıxarılan şəkillər daha sonra taxta ekranlara köçürüldü. Həddindən artıq gips rəsmlərin arxa hissəsindən çıxarılmalı və rəsmlər gips ilə möhkəmləndirilməli idi.Əsərlər pambıq ədyala bükülmüş, Varşava və Xartumdakı muzeylərə köçürülmüşdür. Orada kompleks bir bərpa prosesi keçib və sərgiyə hazırlanırdılar. Bundan sonra qoruyucu təbəqələr, şəkillərin arxasından orijinal sıva çıxarıldı və nazik (hamısı 2–3 mm) bir təbəqə süni bir arxa plana keçirildi.
Farasan arxipelaqı
Farasan arxipelaqı (ərəb. جزر فرسان‎) — Qırmızı dənizdə, Səudiyyə Ərəbistanına məxsus olan ada. Cizan adasından 40 km aralıda, ölkənin cənub-qərbində yerləşir. Arxipelaqın ən iri adaları — Farasan. Digər adalar — Sacid, Zufaf. Adalar qorunan ərazidir. Adalarda ərəbistan cüyürü yaşayır. Buraya Avropadan gələn köçəri quşlar qışlayır.
Farasman
Farasman — eramızdan əvvəl IV əsrdə Xarəzmdə çar. == Həyatı == Miladdan əvvəl yəni eramızdan əvvəl 328-ci ildə, Makedoniyalı İsgəndərin Orta Asiyada yürüşü zamanı Farasman, İsgəndərin Bəlxdəki düşərgəsinə gəlmiş və onunla ittifaqa girmişdir. Bu anda onun dəstəsində 1500 atlı var idi. Farasman ayrıca İskəndərin Şimali Qara dəniz bölgəsinə və oradan Kolxidaya ortaq bir səyahət etməsini təklif etdi, lakin layihəsi qəbul edilmədi.
Farazao stadionu
Farazao stadionu (port. Estádio Paulo Constantino) — Braziliyanın Presidente Prudente şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 44,414 nəfərdir. "Qremio Prudente" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 1982-ci ildə olmuşdur.
Farağat
Farağat - mənası: Sakit, səssiz, dinməz-söyləməz deməkdir. Sıra Nizamnaməsinə aid olan bu komanda, əsasən hərbi qulluqçuların sıra intzamını pozmayaraq, sırada düz duraraq verilən komandaları dinləmək və ya rəislərin tapşırıqlarına sakit , səssiz heç bir sual vermədən qulaq asmaq üçün verilir. Farağat komandası hərbi salam verilən zaman,rəisin yanından keçən və ya onu izləyən zaman,sırada duran zaman verilir. Bunadan başqa Farağat komandası əlavə olara məruzə edilən zamanda istifadə edilir, məsələn: "Bölük Düzlən, Farağat,Diqqət !!! Mərkəzə..." == Farağat komandası zamanı hərbiçinin duruşu == == Xarici keçidlər == Farağat,diqqət !!!
Faraş Tərəvəz (1953)
Faraş tərəvəz (film, 1953)
Maria Farantouri
Maria Farantouri - (yun. Μαρία Φαραντούρη, 28 noyabr 1947-ci il, Afina) — Yunanıstan müğənnisi və ictimai xadimi. Yunan musiqisinin dirçəlişində mühüm rol oynayıb. Bəstəkar Mikis Theodorakis ilə əməkdaşlığı ilə tanınır. Böyük səs diapazonuna və əla dramatik ifaya malikdir. 1967-ci ildə qurulumuş Yunanıstan hərbi xuntasına qarşı mübarizəsi ilə də tanınır. Onun haqqında Londonun "Guardian" qəzeti yazırdı: "Onun səsi Olympus və Tanrılardan bir hədiyyədir". == Mənbə == Maria Farantourinin tərcümeyi-halı (yunan dilindən tərcümə).
Maykl Faradey
Maykl Faradey (22 sentyabr 1791[…], Nyuinqton-Batts[d] – 25 avqust 1867[…], London) — ingilis fiziki və kimyaçısı. Maykl Faradey elektromaqnetizm və elektrokimyanın öyrənilməsinə töhfə verən ingilis alimi. Onun əsas kəşfləri arasında elektromaqnit induksiyası, diamaqnetizm və elektroliz kimi əsasını qoyduğu prinsiplər var. Faradey güclü təhsil almasa da, tarixin ən nüfuzlu elm adamlarından biri idi. Faradeyin fizikada elektromaqnit sahəsi anlayışının əsasını qoyduğunu birbaşa cərəyan keçirən bir naqilin ətrafındakı maqnetik sahədəki araşdırmasıyla əlaqələndirdi. Faradey, həmçinin maqnitin işıq şüalarına təsir göstərə biləcəyini və iki hadisə arasında əsas əlaqənin olduğunu təsbit etdi. Eyni şəkildə elektromaqnit induksiyası və diamaqnetizm prinsiplərini və elektroliz qanunlarını kəşf etdi. Onun elektromaqnitli fırlanan cihazların ixtiraları elektrik mühərrikinin əsasını qoydu və bu səylərin nəticəsində elektriyin texnologiyada istifadəsi əlverişli hala gəldi.Faradey bir kimyaçı olaraq benzolu kəşf etdi , xlorun klatrat hidratını araşdırdı, Bunsen yanarının erkən formasını və oksidləşmə nömrələri sistemini icad etdi və "anod", "katod", "elektrod" və "ion" kimi populyar terminləri tapdı . Faradey həyatı boyunca Kral İnstitutunda ilk və ən öncül Fullerian Kimya professoru vəzifəsini tutdu. Faradey fikirlərini aydın və sadə dildə çatdıran əla ekspert idi; riyazi qabiliyyətləri isə triqonometriyaya qədər və ən sadə cəbr bilikləri ilə məhdud idi .
Proprioseiopsis farallonicus
Proprioseiopsis farallonicus (lat. Proprioseiopsis farallonicus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis farallonicus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Semyon Farada
Semyon Farada (rusca :Семён Львович Фердман, Семён Фарада, d. 31 dekabr, 1933, Nikolskoye, Moskva – 20 avqust 2009, Moskva) — rus teatr və kino artisti. == Həyatı == Semyon Farda çox filmlərdə çəkilib, onların içində ("Məhəbbətin formulu", "Həmin Minhauzen", "Əjdahanın ölümü" və s.) çəkilən, Taqanka teatrında çalışan 76 yaşlı artistin səhhətində ilk problem 1980-ci ildə yaranıb. 1988-ci ildə Faradanın ürəyində cərrahiyə əməliyyatı aparılıb, ürəyinə süni qapaq yerləşdirilib. Əməliyyat uğurlu keçib, hətta o vaxt aktyor dostlarıyla futbol da oynayıb. Ancaq 2000-ci ildə Farada infarkt keçirib. Yarım il sonra yıxılıb və omba sümüyü sınıb. Üç dəfə cərrahiyyə əməliyyatına məruz qalıb, sonradan ikinci dəfə infarkt onu yaxalayıb. Son vaxtlar aktyor 9 xəstəxana dəyişib. Semyon Farada 1999-cu ildə Rusiyanın xalq artisti adına layiq görülüb.
İmad Faraj
İmad Faraj (11 fevral 1999-cu ildə ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Lill klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Faraj Lill akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Lill klubu ilə 20 avqust 2017-ci ildə etmişdir. Həmin görüşdə Lill Liqa 1 görüşündə Kann klubuna 2-0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Faraj Fransada anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır. O, bir müddət Fransanın gənclər millilərində çıxış etmişdir.
Əbunəsr Farabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təxminən 873 – 950-ci illərdə yaşaması güman olunur) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. == Həyatı == Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885-895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910-911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M.Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949-950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir. M.Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır. == Fəlsəfəsi == Farabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır.
Farandzem
Farandzem (erm. Փառանձեմ; IV əsr, Sünik – 369) — Ermənistan Kralı II Arşakın həyat yoldaşı. O, Sünik ailəsinin üzvü idi. O, 368–370-ci illərdə həyat yoldaşı və oğlunun olmadığı dövrdə Ermənistanın regenti olub və Persiyaya qarşı Artaqers qalasını müdafiə etməsi ilə məşhurdur. 369–370-ci ilin qışında Artaqersin süqutundan sonra farslar tərəfindən vəhşicəsinə öldürüldü. Oğlu Pap tezliklə romalıların köməyi ilə yenidən taxta çıxdı. == Erkən həyatı == Farandzem Ermənistanın Sünik vilayətini idarə edən Sünik knyazlıq ailəsinin böyük naxararı Andovk Sünikin qızı idi. Onun əmisi Valinak Siak təxminən 330-cu ildə Sünik vilayətindəki Sünik sülaləsinin ilk tanınmış naxararı idi, Valinakın varisi və Farandzemin qardaşı Andovk isə təqribən 340-cı ildə Sünik naxararı kimi xidmət edirdi. Farandzemin anası Mamikoniyan ailəsindən olan adı açıqlanmayan zadəgan qadın idi və onun ən azı bir bacısı, 379-cu ildə Sünikdə naxarar kimi xidmət edən Babik (Baqben) adlı qardaşı var idi. Onun erkən həyatı haqqında çox az şey məlumdur.

Значение слова в других словарях

деви́з зардева́ть пти́чник пха́ться Рысь троцки́стка фаши́стский хрящ части́ть борода́ де́вятеро заруга́ться злора́дный опережа́ться пережи́м позво́льте хроноскопи́ческий шандра baking-powder bang-zone bone yard embossed Flint lowest terms размякать