FARAĞAT

sif.zərf [ ər. ]
1. Sakit, səssiz, dinməz-söyləməz.
Birdən Məcid Səmədə sarı dönüb, divar uzunu farağat oturmuş adamlara işarə etdi. İ.Hüseynov

// Farağat! – hərəkətsiz, düz, sakit, səssiz durmaq haqqında hərbi komanda.
…Nəriman əmi birdən qəddini elə gümrahlıqla düzəltdi ki, elə bil farağat komandasında duracaqdı. İ.Əfəndiyev.
Keşikçi … farağat vəziyyətində durdu. Ə.Əbülhəsən.

2. Asudə, sakit, dinc, xatircəm. Farağat yaşamaq.
// Sakit, dinc, yazıq, fağır.
[Hacı Qara:] A qardaş, mən dinc, farağat, kəsb əhliyəm. M.F.Axundzadə.

// Asudə, arxayın. [Hacı Kərim zərgər:] Hacı Nuru, hələ şeir oxumaq vəqti deyil.
Bir özgə farağat vəqtdə oxuyarsan. M.F.Axundzadə.

□ Farağat etmək (eləmək) – yerbəyer etmək, rahatlamaq.
[Gülsüm:] Dana gəlib, yemləmişəm, o biriləri də farağat elərəm, sən arxayın ol, işini gör. C.Cabbarlı.

◊ Farağat oturmaq – dinc oturmaq, heç kəslə işi olmamaq, pis işlərdən əl çəkmək.
[Camal bəy:] …Ağa İsmayıl bəy, farağat otur, bəsdir şərarət. N.Vəzirov.
[Şahpəri:] Sənə dedimmi, yetim oğlansan farağat otur? B.Bayramov.

Синонимы

  • FARAĞAT farağat bax sakit 1
  • FARAĞAT azad — asudə — sakit — dinc

Антонимы

  • FARAĞAT FARAĞAT – SƏRBƏST Svetlana Stepanova ayağa qalxıb farağat durdu, ucadan dedi (C.Əmirov); Çoxdan bəri ürəkdən və sərbəst hərəkət etməyən əl-qolu istədi

Этимология

  • FARAĞAT Ərəbcədir, fəraqət kimi də işlədilir. Güman ki, fəqir (fağır) sözü ilə qohum­luğu var. (Bəşir Əhmədov
FÁRA
FARAŞ
OBASTAN VİKİ
Farağat
Farağat - mənası: Sakit, səssiz, dinməz-söyləməz deməkdir. Sıra Nizamnaməsinə aid olan bu komanda, əsasən hərbi qulluqçuların sıra intzamını pozmayaraq, sırada düz duraraq verilən komandaları dinləmək və ya rəislərin tapşırıqlarına sakit , səssiz heç bir sual vermədən qulaq asmaq üçün verilir. Farağat komandası hərbi salam verilən zaman,rəisin yanından keçən və ya onu izləyən zaman,sırada duran zaman verilir. Bunadan başqa Farağat komandası əlavə olara məruzə edilən zamanda istifadə edilir, məsələn: "Bölük Düzlən, Farağat,Diqqət !!! Mərkəzə..." == Farağat komandası zamanı hərbiçinin duruşu == == Xarici keçidlər == Farağat,diqqət !!!

Значение слова в других словарях

вы́харкать выходна́я да́тельница кашлю́н очуме́лый преложе́ние стати́чный холу́йка где придётся за́поночка полисеми́я сканда́лить ертаул assent berg camouflet cosmetologist farrow filical overlooker stepsister Sylvester знамя коронационный подлизаться