FARİNGİ́T

is. [ yun. ] tib. Udlağın selikli qişasının iltihabı. Kəskin faringit. Xronik faringit.
FARAŞ
FARMAKOLÓGİYA
OBASTAN VİKİ
Faringit
Faringit — udlaq kimi tanınan boğazın arxa hissəsinin iltihabı. Adətən boğaz ağrısı və qızdırma ilə nəticələnir. Digər simptomlar arasında burun axması, öskürək, baş ağrısı, udma çətinliyi, limfa düyünlərinin şişməsi və boğuq səs ola bilər. == Səbəbləri == Faringitin əsas səbəbləri isti, soyuq və ya çirkli havanın udması, kimyəvi qıcıqlanmaların təsiridir. Yoluxucu faringit müxtəlif viruslar (qrip, adenoviruslar), eləcə də kandida cinsinin mikroorqanizmləri (strepto-, stafilo-, pnevmokokklar) və göbələklər tərəfindən yarana bilər. Çox vaxt faringit infeksiyanın udlağa bitişik iltihab ocağından kənara yayılması (sinüzit, rinit, kariyes) nəticəsində inkişaf edir. Xəstəliyin səbəbi həmçinin udlağın travmatik xəsarətləri ola bilər - yad cismin çıxarılmasından və ya cərrahi əməliyyatlardan sonra baş verə bilən kəskin faringit. == Təsnifatı == Faringit yuxarı tənəffüs yollarının infeksiyası nəticəsində yaranan bir iltihab növüdür. O, həm kəskin, həm də xroniki olaraq təsnif edilə bilər. Kəskin faringit patogendən və zərər çəkənin immun imkanlarından asılı olaraq kataral, irinli və ya xoralı ola bilər.
Streptokokk faringit
Streptokokk faringit və ya streptokokk anginası, A qrupu streptokokkların səbəb olduğu badamcıqlar da daxil olmaqla boğazın arxa hissəsinin infeksiyası. Ümumi simptomlara qızdırma, boğaz ağrısı, badamcıqların qızarması və boynun ön hissəsində genişlənmiş limfa düyünləri daxildir. Baş ağrısı və ürəkbulanma və ya qusma da baş verə bilər.Bəzi insanlarda skarlatinda olduğu kimi səpgilər əmələ gəlir. Simptomlar adətən infeksiyaya məruz qaldıqdan 1-3 gün sonra başlayır və 7-10 gün davam edir.Streptokokk anginası hava damcı yolu ilə — danışarkən, öskürərkən və ya asqırdıqda, üzərində damcı olan əşyalara toxunaraq ağız, burun və ya gözlərə toxunmaqla yayılır. Yoluxmuş yaralara toxunmaqla birbaşa yayıla bilər. A qrupu streptokok ilə yoluxmuş dəri ilə təmasda da yayıla bilər. Bəzi insanlar simptomlar olmadan bakteriya daşıyıcısı ola bilər.Qarşısının alınması əlləri tez-tez yumaq və yemək qablarını paylaşmamaqdır. Xəstəliyə qarşı peyvənd yoxdur.Antibiotiklərlə müalicə yalnız diaqnozu təsdiqlənmiş xəstələrə tövsiyə olunur.İnfeksiyaya yoluxmuş şəxslər qızdırma yox olana qədər və müalicəyə başladıqdan sonra ən azı 12 saat başqa insanlardan uzaq durmalıdırlar. Ağrı parasetamol (asetaminofen) və ibuprofen kimi qeyri-steroid iltihab əleyhinə dərmanlar (QSİƏP) ilə müalicə olunur.Streptokokk angina uşaqlarda ümumi bakterial infeksiyadır. Uşaqlar arasında tonzillitin (angina) 15-40%-nin və böyüklər arasında 5-15%-nin səbəbidir.Xəstəliyə daha çox qışın sonu və yazın əvvəlində rast gəlinir.

Digər lüğətlərdə

лиходе́йство нулеви́к плагиа́торство разбо́йница удовлетворя́ть беспла́новость бли́нный долбле́ние и помина нет иррациона́льность пло́ско посизе́ть свиня́чить широколи́стный электробытово́й ammonite Bermuda Triangle Ealing elementary particle modeling saunter septic throat slacks subprogram toadyism