FATMA
FATMANİSƏ
OBASTAN VİKİ
Fatmaxanım Nəbiyeva
Nəbiyeva Fatmaxanım Xalid qızı (2 may 1958, Yuxarı Ləki, Ağdaş rayonu) - AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikasi şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent == Həyatı == 1958-ci ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuşdur. 1975-ci ildə orta məktəbi, 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya-coğrafiya fakultəsini qırmızı diplomla bitirmişdir. == Elmi yaradıcılığı == 1979-cu ildə ADPİ-nun coğrafiya-biologiya fakultəsini qırmızı diplomla bitirmiş, 1979-1985-ci illərdə orta məktəbdə coğrafiya-biologiya müəllimi vəzifəsində işləmişdir. 1986-cı ildə qiyabi aspiranturaya daxil olmuş, 1992-ci ildə “Türyançayın orta hövzəsində eroziyaya uğramış yamacların fitomeliorasiya yolu ilə bərkidilməsi” mövzusunda dissertasiya işini akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə müdafiə edərək, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır . 1985-ci ildən elmi institutda çalışır. Elmi stajı 32 ildir. Elmi fəaliyyəti dövründə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, elmi katib vəzifələrində çalışmışdır. 1985-2002-ci illərdə Eroziya və Suvarma Elmi-Tədqiqat İnstitutunun “Səhralaşma və torpaqların mühafizəsi” laboratoriyasında, 2002-2004-cü illərdə Botanika İnstitutunun “Geobotanika” şöbəsində, 2004-2008-ci illərdə Genetik Ehtiyatlar İnstitutunun “Bioekologiya” laboratoriyasında işləmiş və 2008-ci ildən AMEA Naxçıvan Bölməsinin “Bitki sistematikası” şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. Laboratoriya işlərində, layihələrin hazırlanmasında, ekspedisiyalarda və çöl-tədqiqat işlərində yaxından iştirak edir. Herbari materiallarının toplanmasında, öyrənilməsində, sistemə salınmasında, qorunub saxlanmasında, “Herbari Fondu”nun zənginləşdirilməsində və elmi məqsədlərlə istifadə olunması sahəsində səmərəli elmi-tədqiqat işləri aparır.
Fatmaxanım Əliyeva
Fatmaxanım Xeybər qızı Əliyeva — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Sintetik yağlar" laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru. == Ümumi məlumatlar == Əliyeva Fatmaxanım Xeybər qızı 1959-cu il fevral ayının 1-də Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri 176 saylı məktəbin 1-ci sinfinə daxil olmuş, 1976-cı ildə həmən məktəbi fərqlənmə ilə bitirmişdir. Həmən ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirdikdən sonra təyinatla Azərbayca MEA-nın Neft-Kimya Prosesləri İnstitutunun "Sintetik yağlar" laboratoriyasına göndərilmişdir və hal-hazıra qədər bu laboratoriyada çalışır. Bu illər ərzində "alı təhsilli baş laborant" vəzifəsindən "baş elmi işçi" vəzifəsinə qədər yüksəlmışdir. 1986-cı ildə aspiranturaya daxıl olmuş və 1992-ci ildə "Neftkimyası" ixtisası üzrə "Alkenilkəhrəba turşularının efirləri — yeni sintetik sürtkü yağlarının əsası kimi" mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 2002-ci ildə "Neft kimyası" ixtisası üzrə "baş elmi işçi" elmi adını almışdır. 2013-cü ildə "Neft kimyası" ixtisası üzrə "(C6 — C10) vitsinal quruluşlu dikarbon turşularının efirləri və heteroatomlu törəmələri — sürtkü yağlarının əsası və komponenti kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 2014-cü ildə kimya elmləri üzrə elmlər doktoru adına layiq görülmüşdür.
в исступле́нии роди́тельный утяжеля́ться шерсти́на грубошёрстный зама́щивать засе́ивать швед шо́рня тябушить antitussive Buryat chibouk condor departed giblet-pie high street high-tasted millilitre news-theatre sansculotte studio audience завлекать тпру шпагат