FATMANİSƏ
FAZİLƏT
OBASTAN VİKİ
Manuel de Faya
Manuel de Faya (24 noyabr 1876[…], Kadis, Əndəlüs[…] – 14 noyabr 1946[…], Alta-Qrasiya[d], Kordoba əyaləti[d]) — ispan bəstəkarı, pianoçu. == Bioqrafiya == Anası Kataloniyadan, atası isə Valensiyadandır. İlk musiqi dərslərini fortepianoda anasından almışdır. 1889-1895-ci illərdə Madriddə X.Traqodan fortepiano musiqiləri öyrənmişdir. 14 yaşında Faya artıq kamera-inustrumental ansambl ücün musiqilər yazmağa başlamışdır. 1896-cı ildə Madrid Konservatoriyasna daxil olmuşdur. Onun əsas müəllimi Felipe Pedrel olmuşdur. 1907–1914-cü illərdə Parisdə yaşamış, K.Debyussi, J.Ravel, P.Dyuka, İ.Albenis, P.Pikasso ilə tanış olmuşdur. 1919-cu ildə Madrid şəhərindən İspaniyanın Qranada şəhərinə köçmüşdür. Burada Fedriko Lorka və onun dostları ilə tanış olmuşdur.
Fayalit
Fayalit — mineral, olivin Fe2[SiO4], forsterit (Fo) - Fayalit tam izomorf seriyanın sonuncu üzvü. 0-10% Fo daşıyır. Fe bəzən Mn və Ca-la əvəz olunur. Xüsusi çəkisi 4,39. Turş, bəzən dərinlik qələvi və effuziv süxurlarda; regional və termiki metamorfikləşmiş dəmirli çöküntülər­də; qranit və diabaz peqmatitlərində. Növ­ləri: talasskit (ferrifayalit), manqanfayalit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kazimir Fayans
Kazimir Fayans (27 may 1887[…], Varşava – 18 may 1975[…], Ann-Arbor, Miçiqan) – Amerikalı fiziki kimyaçı Kazimir Fayans 27 may 1887-ci ildə Varşavada (Polşada) anadan olub. O, Leypsiq Universitetini 1907-ci ildə bitirmiş, sonra 1909-cu ildə Haydelberq , 1910-cu ildə Sürix və Mançester universitetlərində təkmilləşmişdir. 1911–1917-ci illərdə Karlsruedəki Texniki Universitet də dərs deyib; 1917-ci ildən 1935-ci ilə qədər Münhen Universitetində dərs demiş və Münhen Universitetinin professoru olmuşdur. ABŞ-yə mühacirət etdikdən sonra Ann Arbor dakı Miçiqan Universitetinin professoru (1936–1957, 1957-ci ildən — fəxri professor) olmuşdur. == Tədqiqat işləri == Əsas tədqiqatları məhlullar və radiokimyaya həsr edilmişdir. Radiokimya sahəsində K. Fayans 1913-cü ildə Frederik Soddi ilə birlikdə radioaktiv elementlərin parçalanması zamanı yerdəyişmə qanununu (başqa sözlə desək, yerdəyişmə qaydası) quraraq 243mPa (UX2) və 215Po (AcA) radioaktiv izotoplarını kəşf etdi. 214Bi (RaC) ikiqat parçalanması; Fridrix Panet ilə birlikdə o, 1913-cü ildə məhlullardan radioaktiv elementlərin birgə çökdürülməsi qaydasını (Panet-Fayans qaydası) tərtib etmişdir. K. Fayansın fiziki kimya sahəsindəki əsərləri refraktometrik tədqiqatlara, elektron təbəqəsinin deformasiyası ilə qeyri-üzvi birləşmələrin kimyəvi və optik xassələri arasında əlaqənin öyrənilməsinə, duza bənzər birləşmələrdə ionların və boyaların adsorbsiyasına həsr edilmişdir. İon hidratasiyası nəzəriyyəsini inkişaf etdirərək (1920–1930-cu illər) elektrolit məhlullarında həllolma, ionlaşma və kompleks əmələ gəlmə hadisələrinin qarşılıqlı asılılığı haqqında tədqiqatlar aparmışdı və nəticələr əldə etmişdidi. O göstərdi ki, elektrolitik dissosiasiya üçün enerji mənbəyi ayrı-ayrı ionların hidratasiya istiliyidir və elektrolitin həllolma qabiliyyəti nə qədər çox olarsa, onun iki ionunun hidratasiya istiliklərindəki fərqi bir o qədər çox olar.
бу́рка высокогру́дый допродава́ть лосо́ска навева́ть ти́зер дарови́то неверба́льный противозако́нно фокстерье́р рутвица тарлатан admonitive Aeolus common sense country rock duplicate odds board pachisi peridium pornographer servocontrol venerability violist кишлак