faytonçuluq
fazaarası
OBASTAN VİKİ
Faza diaqramı
Faza diaqramı (vəziyyət diaqramı) — diaqramda nəzərdən keçirilən nöqtənin koordinatlarına cavab verən şəraitdə sonsuz fiziki-kimyəvi sistemin tarazlıq vəziyyətinin qrafik görünüşüdür (fiqurativ nöqtə). == Faza diaqramlarının analizi == Faza diaqramlarının qurulması üçün adi koordinatlar, termodinamik parametrlər-temperatur, təzyiq və sistemin tərkibidir (mol və ya çəki faizi ilə). Ümumi hallarda koordinatların sayı sistemin komponentlərinin sayını bir vahid üstələyir (birkomponentli sistemin diaqramı ikiölçülü, ikikomponentlininki üçölçülüdür və s.) Kondensasiya olunmuş (qatılaşdırılmış) sistemlərdə təzyiq hesabına faza tarazlığının dəyişikliyi bir çox hallarda nəzərə alınmadığına görə, bu hallarda diaqram ölçülərinin sayı komponentlərin sayına bərabərdir (kondensasiya olunmuş ikikomponentli sistemin diaqramı ikiölçülü, üçkomponentlininki isə üçölçülüdür və s.). Kompleks faza diaqramları çap nəşrlərində kəsik və ya proyeksiya şəklində əks olunur. Faza qaydalarına uyğun olaraq, ikiölçülü diaqramda birfazalı hissə sahə ilə, ikifazalı hissə-xəttlə (r-T diaqramlarda) yaxud konod paralel xətlər toplusu ilə, hansılar üçün ki, bərabər fazaların tərkibi müəyyənləşdirilmişdir (tərkibin iştirakı ilə olan diaqramlarda), üçfazalı hissə nöqtə ilə (r-T diaqramlarda) və ya üfüqi (T-x yaxud r-x diaqramlarda) təsvir olunur. == Temperatur-təzyiq diaqramları == Birkomponentli sistemlərin diaqramı/ Birkomponentli sistemlərin faza diaqramlarında, faza qaydalarına əsasən,sahələr birfazalı vəziyyətə, onları ayıran xətlər ikifazalı, xətlərin kəsişdiyi nöqtələr üçfazalı vəziyyətə uyğundur (bu nöqtələr üçqat nöqtələr adlanır). İkifazalı xətlər bir qayda olaraq, ya iki üçqat nöqtəni, ya da üçqat nöqtəni sıfır təzyiqə cavab verən ordinat oxu ilə birləşdirir. Bu zaman kritik nöqtədə başa çatan maye-qaz xətti istisna təşkil edir. Kritik nöqtədən yüksək temperaturlarda maye ilə buxar arasında fərq itir. == Temperatur-tərkib diaqramları == İkili sistemlərin diaqramları Bərk vəziyyətdə sərhədsiz həllolma Evtektik və evtektoid dəyişikliklər Kimyəvi birləşmələr yaradan ərintilər Politermik kəsimlər == Faza diaqramlarının eksperimental quruluşunun metodları == Dinamik: Differensial termik analiz və Vizual termik analiz Statik: Rentgen fazalı analiz və Lokal rentgen spektral analiz == Faza diaqramlarının termodinamik optimallaşdırılmasının metodları == CALPHAD metodu Q.F.Voroninin qabarıq səthlər metodu == Ədəbiyyat == Аносов В. Я., Погодин С. А. Основные начала физико-химического анализа.
Faza dəyişməsi
Faza dəyişməsi - amplitudda verilən istənilən zamanda sistemin dəyişməsini təyin edən fazadır. Əgər faza dəyişməsi sinusoid, kosinusoid və eksponensial qanunları ilə izah edilirsə: A cos ⁡ ( ω t + φ 0 ) {\displaystyle A\cos(\omega t+\varphi _{0})} , A sin ⁡ ( ω t + φ 0 ) {\displaystyle A\sin(\omega t+\varphi _{0})} , e i ( ω t + φ 0 ) {\displaystyle e^{i(\omega t+\varphi _{0})}} ,Onda faza dəyişməsi harmonik dəyişməsini izah edən periodik funksiyanın arqumenti sayılır. == Faza dəyişməsinin hesablanması == Faza dəyişməsi aşağıdakı düsturlarla təyin olunur: T = 1 f → [ f = 50 H z ] {\displaystyle \ T={\frac {1}{f}}\to [f=50Hz]} T = 1 50 = 20 m s → [ 360 ∘ V a x t ] {\displaystyle \ T={\frac {1}{50}}=20ms\to [360^{\circ }Vaxt]} ϕ = t ⋅ 360 ∘ T → [ t = 5 ] {\displaystyle \ \phi ={\frac {t\cdot 360^{\circ }}{T}}\to [t=5]} ϕ = 5 ⋅ 360 ∘ 20 = 90 ∘ {\displaystyle \ \phi ={\frac {5\cdot 360^{\circ }}{20}}=90^{\circ }} == İstinadlar == == Xarici keçidlər == Relationship of phase difference and time-delay Phase angle, phase difference, time delay, and frequency ECE 209: Sources of Phase Shift — Discusses the time-domain sources of phase shift in simple linear time-invariant circuits.
Faza keçidi
Faza keçidləri - termodinamikanın daxili vəziyyətin dəyişməsi ilə əlaqələnən maddənin bir termodinamik fazadan digər fazaya keçididir. Real qazla maye arasındakı aralıq vəziyyət buxar şəkilli və ya buxar adlanır. Mayenin buxara çevrilməsi, yəni bir aqreqat vəziyyətindən digərinə çevrilməsi faza keçidi adlanır. Faza keçidində maddənin fiziki tərkibinin sıçrayışla dəyişməsi müşahidə olunur. Faza keçidlərinin bir çoxunda aqreqat vəziyyəti dəyişmir. Aqreqat vəziyyətinin dəyişməsində isə faza keçidi mövcuddur. == Faza keçidlərinə misallar == - ərimə (və onun əksi olan bərkimə); - buxarlanma (və əks proses-kondensasiya) ; - sublimasiya (qazın birbaşa bərk hala keçməsi, əks proses-desublimasiya); - ferromaqnitin paramaqnitə keçməsi; - ifratkeçirici metalın normal keçirici hala keçməsi; - bərk cismin bir kristallik modifikasiyadan digərinə (məsələn, kükürdün rombik quruluşdan monoklin quruluşa) keçməsi; - T≈2K temperaturunda heliumun normal Helium-I halından ifrataxıcı Helium-II halına keçməsi; - amorf maddələrin şüşəvari hala keçməsi və s. Tədrici gedən faza keçidlərində sistemin hər iki fazasında temperatur (T), təzyiq (P) və kimyəvi potensial (μ) eyni olur. Digər termik və kalorik kəmiyyətlərə gəldikdə onların bəzisi kəsilməz, bəziləri isə sıçrayışla dəyişir. [2] (Termik kəmiyyətlər dedikdə temperatur-T, təzyiq- P, həcm-V; kalorik kəmiyyətlər dedikdə enerji vahidlərində olan kəmiyyətlər: daxili enerji-U, entropiya-S, entalpiya-W və b.
Faza keçidləri
Faza keçidləri - termodinamikanın daxili vəziyyətin dəyişməsi ilə əlaqələnən maddənin bir termodinamik fazadan digər fazaya keçididir. Real qazla maye arasındakı aralıq vəziyyət buxar şəkilli və ya buxar adlanır. Mayenin buxara çevrilməsi, yəni bir aqreqat vəziyyətindən digərinə çevrilməsi faza keçidi adlanır. Faza keçidində maddənin fiziki tərkibinin sıçrayışla dəyişməsi müşahidə olunur. Faza keçidlərinin bir çoxunda aqreqat vəziyyəti dəyişmir. Aqreqat vəziyyətinin dəyişməsində isə faza keçidi mövcuddur. == Faza keçidlərinə misallar == - ərimə (və onun əksi olan bərkimə); - buxarlanma (və əks proses-kondensasiya) ; - sublimasiya (qazın birbaşa bərk hala keçməsi, əks proses-desublimasiya); - ferromaqnitin paramaqnitə keçməsi; - ifratkeçirici metalın normal keçirici hala keçməsi; - bərk cismin bir kristallik modifikasiyadan digərinə (məsələn, kükürdün rombik quruluşdan monoklin quruluşa) keçməsi; - T≈2K temperaturunda heliumun normal Helium-I halından ifrataxıcı Helium-II halına keçməsi; - amorf maddələrin şüşəvari hala keçməsi və s. Tədrici gedən faza keçidlərində sistemin hər iki fazasında temperatur (T), təzyiq (P) və kimyəvi potensial (μ) eyni olur. Digər termik və kalorik kəmiyyətlərə gəldikdə onların bəzisi kəsilməz, bəziləri isə sıçrayışla dəyişir. [2] (Termik kəmiyyətlər dedikdə temperatur-T, təzyiq- P, həcm-V; kalorik kəmiyyətlər dedikdə enerji vahidlərində olan kəmiyyətlər: daxili enerji-U, entropiya-S, entalpiya-W və b.
Faza modulyasiyası
Faza modulyasiyası — daşıyıcı dalğaların eyni fazada variasiyası kimi informasiyanı kodlaşdıran modulyasiya formasıdır. Tezlik modulyasiyasından (FM) fərqli olaraq, faza modulyasiyasından radio dalğalarını ötürmək üçün geniş istifadə edilmir.Çünki faza modulyasiyası mürəkkəb texniki vasitələr tələb edir və orada qeyri-müəyyənlik problemləri ola bilər. Faza modulyasiyası Kasio CZ sintezatorları kimi rəqəmli sintezatorlarda istifadə edilir. == Nəzəriyyə == Faza modulyasiyası məlumat siqnalına proporsiyada mürəkkəb paketin faza modulyasiyasını dəyişir. Fərz edək ki, göndərilmiş siqnal m ( t ) {\displaystyle m(t)} -dir və modullaşdırılmış siqnal daşıyıcıdır. c ( t ) = A d sin ⁡ ( ω d t + ϕ d ) . {\displaystyle c(t)=A_{d}\sin \left(\omega _{\mathrm {d} }t+\phi _{\mathrm {d} }\right).} A_d-daşıyıcının amplitududur. Bu modullaşdırılan siqnal hasil edir. y ( t ) = A d sin ⁡ ( ω d t + m ( t ) + ϕ d ) .
Faza nəzarət relesi
Faza nəzarət relesi - aşağıdakı hallarda üç fazalı şəbəkədən qidalanan elektrik mühərriki və ya elektrik qurğusunun mühafizəsi üçün nəzərdə tutulmuş qurğudur: fazaların heç olmasa birinin olmaması ("fazanın itməsi"), gərginliyin qoyulmuş həddən aşağı düşməsi, gərginliyin qoyulmuş həddən yuxarı qalxması, fazın əks ardıcıllığı neytralın qırılması, cərəyanların və gərginliklərin qeyri-simmetrikliyiBundan əlavə, faza nəzarət relesinin bəzi konstruksiyaları maksimal və minimal gərginliyə görə işləmə qiymətlərinin, həmçinin işləmə vaxtının (dözmə müddəti) tənzimlənməsini təmin edir. Adətən, faza nəzarət relesində çıxış elementi kimi rele kontaktları dəstindən (normal bağlı və normal açıq) istifadə olunur. Rele həmçinin fazaların mövcudluğunu və qeyri-normal rejimin növünü göstərən indikasiya elementləri ilə təchiz oluna bilər. == İş prinsipi == Faza nəzarət relesinin iş prinsipi fazanın itməsi zamanı şəbəkədə meydana çıxan əks ardıcıllıqlı harmoniklərin təcrid edilməsinə əsaslanır. Əks ardıcıllıqlı gərginlikləri ayırmaq üçün əks ardıcıllıqlı filtrlərdən istifadə olunur, ən sadə halda bunlar çıxışında elektromaqnit relesi qoşulmuş aktiv və reaktiv elementləri olan (aktiv-tutum dövrələri) olan passiv analoq filtrlərdir. == Sənaye növləri == Faza nəzarət relesinin növlərindən biri, adətən "faza itkisi relesi" adlandırılan E - 511 (SSRİ) relesidir. Onun modifikasiyaları 100 V, 220 V və 380 V xətt gərginliyinə hazırlanırdı, buna görə də qoyuluş qiymətləri gərginliyə görə tənzimlənirdi. Müasir faza nəzarət releləri (məsələn, "Rele və Avtomatika" MMC tərəfindən istehsal olunan EL-11, 12, 13, 15 seriyaları) gərginliyə və zamana görə parametrlərlə təchiz edilirlər. == Ədəbiyyat == «Справочник по наладке электроустановок», под ред. А. С. Дорофеюка, А. П. Хечумяна, М., «Энергия», 1975 г Чернобровов Н.В. «Релейная защита», М., «Энергия», 1974 г.
Sublimasiya (faza keçidi)
Sublimasiya — bir maddənin maye haldan keçmədən birbaşa bərk haldan qaz vəziyyətinə keçməsi. Sublimasiya, maddənin maye halında mövcud ola biləcəyi ən aşağı təzyiqə uyğun gələn faza diaqramında maddənin üçqat nöqtəsindən aşağı temperatur və təzyiqlərdə baş verən endotermik prosesdir. Sublimasiyanın əks prosesi çökmə və ya desublimasiyadır ki, bu zaman maddə birbaşa qazdan bərk fazaya keçir. Sublimasiya həmçinin bərkdən qaza keçidi (sublimasiya) və sonra qazdan bərkə keçidi (çökmə) təsvir etmək üçün ümumi termin kimi istifadə edilmişdir. Mayedən qaza buxarlanma mayenin qaynama nöqtəsindən aşağı olduqda səthdən buxarlanma, qaynama nöqtəsində baş verərsə, mayenin içərisində qabarcıqların əmələ gəlməsi ilə qaynama kimi baş verir. Normal təzyiqlərdə əksər kimyəvi birləşmələr və elementlər müxtəlif temperaturlarda üç fərqli vəziyyətə malikdirlər. Bu hallarda bərk haldan qaz halına keçid üçün aralıq maye hal tələb olunur. Sözügedən təzyiq bütün sistemin ümumi (məsələn, atmosfer) təzyiqi deyil, maddənin qismən təzyiqidir. Beləliklə, hər hansı bir bərk cismin buxar təzyiqi eyni maddənin ətrafdakı qismən təzyiqindən yüksək olarsa və bəzi hallarda nəzərəçarpacaq sürətlə sublimasiyaya uğraya bilər (məsələn, su buzu 0 °C-dən bir qədər aşağı olarsa). Karbon və arsen kimi bəzi maddələr üçün sublimasiya ərimədən buxarlanmadan çox asandır, çünki onların üçlü nöqtəsinin təzyiqi çox yüksəkdir və onları maye halında almaq çətindir.
Birinci növ faza keçidləri
Birinci növ faza keçidləri elə keçidlərə deyilir ki, keçid nöqtəsində sistemin Gibbs termodinamik potensialı (və kimyəvi potensialı) kəsilməz, lakin bu potensialın temperatura və təzyiqə görə birinci tərtib törəmələri ilə təyin olunan fiziki kəmiyyətlər (entropiya və həcm) sıçrayışla dəyişsin. Aqreqat halının dəyişməsi birinci növ faza keçidlərinə aiddir, lakin eyni aqreqat halı daxilində baş verən birinci növ faza keçidləri də var. == Birinci növ faza keçidlərinə misallar == -ərimə (və onun əksi olan bərkimə); -buxarlanma (və əks proses-kondensasiya) ; -sublimasiya (qazın maye hala çevrilmədən birbaşa bərk hala keçməsi, əks proses-desublimasiya); -bərk cismin bir kristallik modifikasiyadan digərinə (məsələn, kükürdün rombik quruluşdan monoklin quruluşa) keçməsi və s. Birinci növ faza keçidlərinin xarakterik əlamətləri bunlardır: - keçid zamanı istilik udulur və ya buraxılır (buna gizlin enerji deyilir: Q = T ( S 2 − S 1 ) {\displaystyle Q=T(S_{2}-S_{1})} , S {\displaystyle S} -entropiyadır), - maddənin sıxlığı (və onun tərsi olan məxsusi həcmi-bir zərrəciyə düşən həcm) və məxsusi entropiya (bir zərrəciyə düşən entropiya) sıçrayışla dəyişir, - termodinamik əmsallar – sistemin istilik tutumu C P = ( ∂ Q ∂ T ) P {\displaystyle C_{P}=\left({\frac {\partial Q}{\partial T}}\right)_{P}} , sabit təzyiqdə istidən genişlənmə əmsalı α P = 1 V ( ∂ V ∂ T ) P {\displaystyle \alpha _{P}={\frac {1}{V}}\left({\frac {\partial V}{\partial T}}\right)_{P}} və izotermik sıxılma əmsalı γ T = − 1 V ( ∂ V ∂ P ) T {\displaystyle \gamma _{T}=-{\frac {1}{V}}\left({\frac {\partial V}{\partial P}}\right)_{T}} keçid nöqtəsində sonsuzluğa bərabər olur. == Fazaların tarazlıq əyrisi == Müəyyən şəraitdə maddə eyni zamanda iki və daha artıq fazada ola (yanaşı yaşaya) bilər. Məsələn, normal atmosfer təzyiqində, t = 0 o C {\displaystyle t=0^{o}C} ( T = 273 K {\displaystyle T=273K} ) temperaturda buz və su; maye və onun üzərindəki buxar. Molekullar bir fazadan digərinə keçdiyinə görə bu fazaların hər biri açıq sistemdir. (Zərrəciklərin sayı dəyişən sistemlərə termodinamikada açıq sistemlər deyilir.) Müəyyən şərtlər ödəndikdə bu açıq sistemlər tarazlığa gəlir. Birkomponentli (eyni molekullardan ibarət) sistemin hansı termodinamik fazada olması təkcə maddənin növündən və temperaturdan yox, həm də təzyiqdən asılıdır. Temperaturun hər bir qiymətinə uyğun elə bir təzyiq vardır ki, bu təzyiqdə maddə eyni zamanda iki fazada yanaşı yaşaya bilər.
Marvel Kinematoqrafiya Kainatı: Birinci faza
Marvel Kinematoqrafiya Kainatının Birinci fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. == Filmlər == ==== Dəmir adam (2008) ==== Silah istehsal edən Stark lndustries-i atası Houard Starkdan miras alan Antoni "Toni" Stark "Ceriko" adlı yeni raketini nümayiş etdirmək üçün dostu və hərbi əlaqə zabiti Polkovnik-leytenant Ceyms Rouds ilə birlikdə müharibənin davam etdiyi Əfqanıstana gəlir. Raketin Amerika Birləşmiş Ştatları Ordusunun komandirlərinə göstərilməsindən sonra, Starkın da içində olduğu konvoy pusquya düşürülür və Stark hücum edənlər tərəfindən istifadə edilən, öz şirkətinə aid raketlə ciddi formada yaralanır. "Ten Rings" (On Üzük") adlı terrorist qrupu tərəfindən tutulub mağarada həbs edilir. Onunla birlikdə həbs olunmuş Doktor Yinsen Starkı yaralayan qəlpə parçalarının ürəyinə çatmağının və onu öldürməyinin qarşısını almaq üçün Starkın sinəsinə elektromaqnit yerləşdirir. "Ten Rings"-in lideri Raza terroristlər üçün Ceriko raketi inşa etməsinin qarşılığında Starka azadlıq təklif edir, amma o və Yinsen elektromaqnitini güclə təmin etmək üçün qövs reaktoru adı verilən kiçik və güclü elektrik generatoru hazırlayıb qaçmaq üçün prototip zireh inşa edirlər. Əsirlikdən xilas olan Stark satılan silahların ardınca getmək üçün zirehini daha çox təkmilləşdirməyə və istifadə etməyə qərar verir.2006-cı ilin aprel ayında Marvel Dəmir adam-a prodüserlik etmək üçün Con Favreauyu işə gətirdi. Ardınca Art Maktum-Mett Hollouey ilə Mark Ferqus-Hauk Ostbiyə ayrı olaraq iki ssenari yazıdırıldı və Favreau hər iki layihəni bir ssenaridə birləşdirdi. Sonda hazır olan ssenariyə Con Avqust tərəfindən də bir neçə əlavə və düzəltmə edildi. Robert Dauni Marvel daxilindəki dissident fikirlərə baxmayaraq 2006-cı ilin sentyabr ayında baş rolda yer aldı.
Marvel Kinematoqrafiya Kainatı: Dördüncü faza
Marvel Kinematoqrafiya Kainatının Dördüncü fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. == Filmlər == ==== Qara dul (2021) ==== Nataşa Romanova özünü tənha hiss edir və keçmişi ilə əlaqəli sui-qəsd nəzəriyyəsi ilə üzləşir. Onu yıxmaq üçün heç nədən imtina etməyəcək güc tərəfindən izlənilən Romanova cəsus olaraq keçmişi ilə və Qisasçı olmadan çox əvvəl geridə qalan qırıq münasibətlərlə mübarizə etmək məcburiyyətindədir.Kevin Fayqi Qisasçılar: Altron dövründə Nataşa Romanova / Qara dul rolunun sevildiyini görüb bu rol üçün solo film hazırlamağı düşündüyünü dedi. 2018-ci ilin yanvarında ssenari üçün Cek Skaeffer, iyulda isə Keyt Şortland rejissorluq üçün işə gətirildi. Ned Benson fevral ayında ssenarini yenidən yazdı. Çəkilişlər 2019-cu ilin mayında başladı və oktyabra qədər Norveç, Birləşmiş Krallıq, Budapeşt, Mərakeş və Gürcüstanda davam etdi. Qara dulun premyerası 29 iyun 2021-ci ildə London, Los-Anceles, Melburn və Nyu-Yorkda baş tutdu. Film 9 iyul 2021-ci ildə ABŞ-də ilk baxışa çıxarıldı."Post-credits" səhnədə Falkon və Qış əsgəri serialından Valentina Alleqra de Fontaini rolu ilə tanınan Culia Luis-Dreyfus filmdə Şahingöz serialındakı Yelena rolu ilə yer alır. ==== Şan-Çi və On halqa əfsanəsi (2021) ==== Şanq-Çi gizli "On halqa" təşkilatına qoşulduqda, geridə qoyduğunu düşündüyü keçmişi ilə üzləşməyə məcbur olur.Marvel Studios 2018-ci ilin dekabrında ssenari üçün Deyv Kallahem, 2019-cu ilin martında rejissorluq üçün Destin Daniel Kretton işə gətirildi. Çəkilişlər 2020-ci ilin fevralında başladı.
Marvel Kinematoqrafiya Kainatı: Üçüncü faza
Marvel Kinematoqrafiya Kainatının Üçüncü fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. == Filmlər == ==== Kapitan Amerika: Vətəndaş müharibəsi (2016) ==== Sakoviada Altronun Qisasçılar tərəfindən məğlub edilməsindən təxminən bir il sonra Stiv Rocers, Nataşa Romanova, Sem Uilson və Vanda Maksimova Brok Rumovun labarotoriyadan bioloji silah oğurlamasının qarşısını almaq üçün Laqosda əməliyyat hazırlayırlar. Tutulan Rumlov özünü partladaraq Rocersi öldürmək istəyir. Amma düyməyə basmamış Maksimova telekinez bacarıqlarını istifadə edərək partlamanı başqa istiqamətə çevirir. Bununla da yaxınlıqda yerləşən binada yaşayan bir neçə Vakandalı insanı yanlışlıqla öldürür. Hadisə mətbuatda ciddi təsir göstərir. Həmin anda ABŞ Dövlət Departamentindən Taddeus Ross Qisasçılara BMT-nin hazırladığı Sakovia müqaviləsini təqdim edir. Toni Stark Altronun yaranmasında və Sakoviada səbəb olduğu dağınıtlarda iştirakına görə dövlət nəzarəti altında qalmağın tərəfindədir. Komandanın digər lideri Stiv Rocers isə siyasətçilərdən daha çox şəxsi mühakiməsinə güvəndiyini bildirərək sövdələşməni rədd edir. Filmin əsas mövzusu 2006-cı ildə məhdud sayda nəşr edilən Vətəndaş müharibəsi komiksinə əsaslanır.2014-cü ilin yanvar ayında Antoni və Coe Russo üçüncü Kapitan Amerika filminə rejissorluq etmək üçün yenidən müqavilə imzaladılar.
Marvel Kinematoqrafiya Kainatı: İkinci faza
Marvel Kinematoqrafiya Kainatının İkinci fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. == Filmlər == ==== Dəmir adam 3 (2013) ==== 2012-ci ildə baş verən Nyu-York müharibəsindən bəri streslə mübarizə aparan Stark bir sıra sirli partlamanın izinə düşür və terrorist Mandarin ilə qarşı-qarşıya gəlir.Marvel və Disney 2010-cu ilin sonlarında üçüncü Dəmir adam filmini istehsal etdiklərini açıqladılar. 2011-ci ilin fevral ayında Dəmir adam 3 filminin rejissorluğu üçün Şane Blak işə gətirildi. Blak filmin ssnearisini Dreu Pearsi ilə birlikdə yazdı. Robert Dauni, Qvinet Peltrou və Don Çidl Dəmir adam 2-dəki rollarını yenidən canlandırdılar. Həmçinin Quy Pearsi və Ben Kinqsley Aldrik Killian və Revor Slatteri rollarını canlandırmaq üçün heyətə qatıldılar. Çəkilişlər 2012-ci ilin may ayında Şimali Karolina əyalətində başladı. Həmçinin Cənubi Florida, Çin və Los-Ancelesdə əlavə çəkilişlər aparıldı. Filmin premyerası 2013-cü il 14 apreldə Parisdə yerləşən Le Grand Rex-də və 24 apreldə Los-Ancelesdə yerləşən El Capitan Theatre-də baş tutdu. Dünya üzrə 25 apreldə, ABŞ-də isə 3 mayda ilk baxışa çıxarıldı.
Torpağın element və faza tərkibi
Torpaqda baş verən bütün proseslər mürəkkəb olmaqla kompleks xarakter daşıyır və bu onun təbii-tarixi cisim olmasını bir daha sübut edir. Kimyəvi xüsusiyyətlərinə görə torpaqda baş verən prosesləri bu cür adlandırmaq olar: Polikimyalaşma. Torpaqda çox böyük miqdarda kimyəvi elementlər və maddələr mövcuddur. Qanunauyğun olaraq hər bir elementin bir neçə birləşmələri olur ki, bunlar da torpaqda həm kristal, həm də amorf formasında olurlar. Heterogenlik və polidisperslilik. Torpaq çox fazalı sistem olmaqla üzvi və mineral komponentlərin inkişaf etmiş, müxtəlif cinsli üst qatında sorbsiya və desorbsiya (xemosorbsiya daxil olmaqla) prosesləri baş verir. Üzvi-minerallı qarşılıqlı təsir – spesifik torpaq xüsusiyyətləri olmaqla torpaqəmələgəlmə prosesinin əlamətidir. Belə ki, torpaqda ancaq sadə və kompleks duzlar formalaşmır, həm də mineral və üzvi maddələrdən ibarət olan mürəkkəb adsorbsiyalı komplekslər (simplek-slər) yaranır. Torpaq proseslərinin dinamikliyi. Təbii torpaq üçün bir günlük (sutkalıq), mövsümü, illik və əsrlik dinamika xarakterikdir.Torpaqda bu dəyişiklik daima baş verir.
Ayın fazaları
Ayın fazaları — Günəşin Ayı işıqlandırmasının periodik olaraq dəyişməsi vəziyyətləri. Ayın fazaları, Yerdəki müşahidəçinin gördüyü Ayın görünən üzünün, Ayın tam görünən səthinə nisbətini göstərir. Ay Yer kimi, özü işıq şüalandırmır. Səthinə düşən Günəş şüalarını əks etdirməklə işıqlanır. Bu səbəbdən, Ayın Yer və Günəşə görə mövqeyindən asılı olaraq müəyyən bir hissəsi işıqlı qalan səthi isə qaranlıq görünür. Ay, Hilal, Aypara və Bədirlənmiş ay formasında görünür ki, bunlara Ayın fazaları deyilir. Ayın görünən üzünün bütöv şəkildə işıqlanması-Bədirlənmiş Ay adlanır, bu faza Ayın Yerə baxan üzünün Günəşin qarşısında gəldiyi vaxtda baş verir. Ay Günəşlə Yer arasında olduqda Ayın görünən üzü tamamilə işıqsız qalır və Yerdən görünmür bu hala Yeni Ay fazası deyilir. Təqribən 2 həftədən sonra Ay tədricən Bədirlənmiş Ay fazasına gəlir. İlk Yeni aydan 29,5 gün sonra Ay təkrar Yerlə Günəş arasındakı yerinə qayıdır və təkrar Yeni Ay müşahidə olunur.
Eroziya fazası
Eroziya fazası- erezion siklin bir hissəsi, bir-birinin ardınca baş verir və çay dərələrini bir sıra dəyişiklikdən sonra başqa nisbi səviyyədə ilkin vəziyyətə gətirir.Eroziya sikli 4 dövrə və ya E.f.ayrılır:1) dib eroziyası və ya dərənin dərinləşməsi; 2) yan eroziyası və yaxud dərənin genişlənməsi; 3)çöküntü toplanma fazası və ya dərənin doldurulması; 4) sakitlik və ya çöküntülərin yuyulması fazası.
Hibbsin fazalar qaydası
Hibbsin fazalar qaydası - ilk dəfə fazalar qaydası adı ilə 1876-cı ildə amerika alimi V.Hibbs tərəfindən verilmişdi. == İzahı == Tarazılıq halında olan sistemdə fazalar sayı (F), sərbəstlik dərəcəsi (S) və asılı olmayan komponentlər sayı (K) bir-biri ilə aşağıdakı sadə nisbət üzrə əlaqədardır: S+F=K+2 asılılığından sərbəstlik dərəcəsinin sayı tapılarkən, komponentlər sayından fazalar sayı çıxılır və alınan fərqin üzərinə 2 gəlinir. S=K-F+2 fazalar qaydasına əsasən sistemlərin komponentlər sayına, fazalar sayına və sərbəstlik dərəcəsi sayına görə müəyyən təsnifatı mövcuddur. Birkomponentli sistem üçün (K=1) yuxarıda göstərilən bərabərlik belə şəkil alır: S=3-F fazalar sayı da bir olduqda sistem ikivariantlı, yəni sərbəstlik dərəcəsinin sayı 2-yə bərabər olur. Sərbəstlik S=3-1=2 dərəcəsinin 2 olması o deməkdir ki, müəyyən həddə cictemin halını müəyyən edən parametrlərdən ikisi, məsələn təzyiq və temperatur dəyişdirilərsə, sistemin halı dəyişmir. sistemdə fazalar sayı vahiddən az ola bilmədiyindən, birkomponenetli sistem bundan artıq sərbəstlik dərəcəsi sayına malik ola bilməz. Belə sistemə misal buz, maye, su və ya su buxarı ola bilər. İki faza arasındakı tarazılıq halında sistem birvariantlıdır: S=3-2=1 Bunun misalı buz↔su, su↔buxar və ya buz↔buxar sistemləri ola bikər. Üç faza arasındakı tarazılıq halında sistem variantsızdır (nonvariantdır): S=3-3=0 bu hala misal müvazinətdə olan buz↔su↔su buxarı ola bilər. Sərbəstlik dərəcəsinin sıfra bərabər olması o deməkdir ki, sistemin heç bir parametri dəyişdirilə bilməz.
Qoldşmidtin fazalar qaydası
Qoldşmidtin fazalar qaydası - tarazlıq vəziyyətində eyni vaxtda mövcud olan mineralların sayı ilə süxuru təşkil edən sərbəst komponentlərin sayı arasında asılılıq qanunauyğunluğu. Qoldşmidtin fazalar qaydası qısa ifadəsi belədir: "İstənilən təzyiq və temperaturda n sayda komponentdən n-dən artıq mineral sabit müvazinət halında birgə mövcud ola bilməz". Qoldşmidt bu qaydanı qapalı sistemlərə aid etmişdir. == Həmçinin bax == Mineral Süxur Təzyiq Temperatur == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Tək fazalı motor
Tək fazalı motor — bir fazalı dəyişən cərəyan şəbəkəsinə qoşulmaq üçün qurulmuş şəkildə hazırlanmış elektrik mühərriki. Əslində, bu iki fazadır, ancaq yalnız bir sarımın işlədiyi üçün motor tək fazalı adlanır. == Tək fazalı induksiya motoru == Düzgün desək, belə bir asinxron mühərrik, bir fazalı cərəyan şəbəkəsinə qoşulmuş statorda bir işləyən sarım olan dəqiq bir faz adlanır. Başlanğıc başlanğıc və ya qısamüddətli (aşağı güclü mühərriklərdə) əsas şəbəkəyə kapasitans / endüktans yolu ilə bağlanan əsas dolama və əlavə (kiçik) başlanğıc sarımın yaratdığı fırlanan bir maqnit sahəsi ilə həyata keçirilir. Mühərrikin üstünlüyü dizaynın sadəliyidir (dələ-qəfəs rotoru). Dezavantajlar — aşağı başlanğıc torku (və ya olmaması) və aşağı səmərəlilik. Onlar əsasən aşağı güclü fanatlarda istifadə olunur (masaüstü, pəncərə, vanna otağı üçün və s.). Bu tip ən kütləvi sovet fanatı (və bunun üçün bir mühərrik), 15 vatt tutumlu "VN-2" idi. Dizaynının bir xüsusiyyəti, mühərrik şaftının yalnız bir tərəfində (fan çarxının qarşı tərəfində) bir top daşıyıcısının quraşdırılmasıdır, bunun nəticəsində rullar (və mühərrik) aşağı revslərdə də əhəmiyyətli əyilmə yüklərinə görə çox səs-küylü olur. == Mühərrikin işləmə prinsipi == Elektrik mühərrikinin tək fazalı stator cərəyanı bərabər amplituda olan və eyni tezliklə əks istiqamətlərdə fırlanan iki sahəyə parçalana bilən bir pulsasiya edən maqnit sahəsi yaradır.
Tək fazalı mühərrik
Tək fazalı motor — bir fazalı dəyişən cərəyan şəbəkəsinə qoşulmaq üçün qurulmuş şəkildə hazırlanmış elektrik mühərriki. Əslində, bu iki fazadır, ancaq yalnız bir sarımın işlədiyi üçün motor tək fazalı adlanır. == Tək fazalı induksiya motoru == Düzgün desək, belə bir asinxron mühərrik, bir fazalı cərəyan şəbəkəsinə qoşulmuş statorda bir işləyən sarım olan dəqiq bir faz adlanır. Başlanğıc başlanğıc və ya qısamüddətli (aşağı güclü mühərriklərdə) əsas şəbəkəyə kapasitans / endüktans yolu ilə bağlanan əsas dolama və əlavə (kiçik) başlanğıc sarımın yaratdığı fırlanan bir maqnit sahəsi ilə həyata keçirilir. Mühərrikin üstünlüyü dizaynın sadəliyidir (dələ-qəfəs rotoru). Dezavantajlar — aşağı başlanğıc torku (və ya olmaması) və aşağı səmərəlilik. Onlar əsasən aşağı güclü fanatlarda istifadə olunur (masaüstü, pəncərə, vanna otağı üçün və s.). Bu tip ən kütləvi sovet fanatı (və bunun üçün bir mühərrik), 15 vatt tutumlu "VN-2" idi. Dizaynının bir xüsusiyyəti, mühərrik şaftının yalnız bir tərəfində (fan çarxının qarşı tərəfində) bir top daşıyıcısının quraşdırılmasıdır, bunun nəticəsində rullar (və mühərrik) aşağı revslərdə də əhəmiyyətli əyilmə yüklərinə görə çox səs-küylü olur. == Mühərrikin işləmə prinsipi == Elektrik mühərrikinin tək fazalı stator cərəyanı bərabər amplituda olan və eyni tezliklə əks istiqamətlərdə fırlanan iki sahəyə parçalana bilən bir pulsasiya edən maqnit sahəsi yaradır.
Təzə Ay fazası
Yerdən Ay müxtəlif şəkillərdə : tam dairə, yarımdairə, oraq və s. şəkillərdə görünür. Bunlar dövrü olaraq bir-birini əvəz edir və təkrarlanır.Günəşdən Aya və Aydan Yerə olan istiqamətlər ara-sındakı bucağa faza bucağı y deyilir.I vəziyyətində Ayın Yerə tərəf çevrilmiş yarısı işıqlanmır və ona görə Yerdən Ay görünmür. Buna təzə Ay deyilir. Təzə Ay fazasında Ay Yerlə Günəş arasında olur. Bu fazada Ay birləşmə konfiqurasiyasındadır, onun fazası və faza bucağı Ф =0, y = 180o olar. Təzə Ay fazasından 2-3 gün sonra Ay Günəş batan kimi qabarıq tərəfi Günəşə tərəf çevrilmiş nazik oraq şəklində görünür. II vəziyyətində Yerdən baxdıqda Ay yarım disk şəklində görünür. Yarımdiskin qabarıq tərəfi Günəşə doğru yönəlib. Bu fazaya I rüb deyilir.
Üç fazalı enerji təchizatı sistemi
Üç fazalı enerji təchizatı sistemi — ümumi bir mənbə tərəfindən yaradılan eyni tezlikli sinusoidal EHQ-lərin, müəyyən bir faza bucağı ilə bir-birinə nisbətən vaxt keçdikcə dəyişən cərəyan elektrik dövrələrinin çoxfazalı sistemlərinin xüsusi bir vəziyyəti. Üç fazalı sistemdə bu bucaq 2π/3 radyandır (120°).

Digər lüğətlərdə

выбе́ливаться ското... чистописа́тель бро́мовый избира́тель непротиворечи́вость поднату́живать рубцо́вый скоре́е... нежели театрализо́ванный штаб-офице́р cinereous ethanol feigner isthmus masochism outcrop Platte shrewish squaw man vapour tension зять магистерский мистифицировать экзаменатор