FASONSUZ
FATEH
OBASTAN VİKİ
Azərbaycan faşizmlə üz-üzə (film, 2005)
Azərbaycan faşizmlə üz-üzə qısametrajlı sənədli televiziya filmi 2005-ci ildə Lider televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın XX əsrin 2-ci yarısında alman faşizmi, sonlarında isə erməni faşizmi ilə üz-üzə gəlməsindən tarixi faktlarla bəhs edir. == Məzmun == Film Azərbaycanın XX əsrin 2-ci yarısında alman faşizmi, sonlarında isə erməni faşizmi ilə üz-üzə gəlməsindən tarixi faktlarla bəhs edir.
Ekoloji faşizm
Ekoloji faşizm - avtoritar bir hökumətin fərdlərin öz maraqlarını təbiətin təbii vəhdətinə qurban etmələrini tələb edən nəzəri siyasi modeldir.
Faşist Almaniyası
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
Faşist həbs düşərgələri
Faşist həbs düşərgələri — alman faşistlәrinin siyasi düşmәn hesab etdiklәri şәxslәri vә hәrbi әsirlәri xüsusilә sәrt rejimdә saxladıqları düşәrgәlәr. Faşist həbs düşərgələrinin mәhbusları sırasına faşizm әleyhdarları, kommunistlәr, hәmçinin әqidәsinә, dininә, irqinә vә s. görә tәqib olunanlar daxil idi. İlk hәbs düşәrgәsi 1933 ilin martında Daxau yaxınlığında yaradılmışdı. Faşist həbs düşərgələrinin çoxu insanları kütlәvi surәtdә qırmaq üçün qaz kameraları, krematorilәr vә s. vasitәlәrlә tәchiz edilmişdi. Faşist həbs düşərgələrindә mәhbuslara mәnәvi, fiziki әzab vә işgәncә verir, onları aclıqdan öldürür, üzәrlәrindә müxtәlif tibbi “tәcrübә”lәr aparır, qaz ilә boğurdular. Osventsim, Maydanek, Treblinka, Mauthauzen, Buxenvald, Zaksenhauzen, Ravensbrük, Flossenburq, Ştuthof vә s. düşәrgәlәr әsl ölüm fabriklәri idi. Faşist həbs düşərgələrinә düşmüş 18 mln.
Faşist mübarizə dəstələrinin ittifaqı
Faşist mübarizə dəstələrinin ittifaqı (İtaliya mübarizə ittifaqı) — 1919-cu ildə Mussolini tərəfindən yaradılan siyasi təşkilat. 1921-ci ildə bu təşkilat Milli Faşist Partiyasına çevrilmişdi. Təşkilatın qərargahı Milan şəhərində yerləşirdi. İtaliya Birinci dünya müharibəsindən qalib dövlətlər sırasında çıxmışdı. Lakin ölkə xeyli zəifləmişdi. Çünki müharibəyə girərkən nəzərdə tutduqlarına nail olmamışdı. Müharibə başa çatdıqdan sonra ölkədə sosial ziddiyətlər daha da kəskinləşmişdi. Hakim dairələrin müəyyən hissəsi isə narazı xalqın çıxışlarının qarşını güc yolu ilə almaq təklifini irəli sürürdü. Bu məqsədlə xüsusi dəstələr yaradıldı. Bu dəstələrdən biri 1919-cu ildə Milan şəhərində Benito Mussolini tərəfindən yaradılmış "Faşist mübarizə dəstələrinin ittifaqı" idi.
Faşizm
Faşizm (lat. fascio, it. fascismo, tərc. "dəstə", "birlik") — Birinci dünya müharibəsindən sonra meydana gəlmiş siyasi cərəyan. Faşizm İtaliyada yaranmışdır. 1919–1945-ci illərdə İtaliyada totalitar tipli sağ radikal siyasi hərəkat. Xalqın maddi vəziyyətinin pisləşməsi, cəmiyyətin müxtəlif qruplarının gəlir səviyyəsi arasında artan fərq, 4 il davam edən və milyonlarla insanın həyatına son qoyan qanlı ümumavropa müharibəsinin qeyri-insaniliyinin və mənasızlığının dərki kütləvi narazılığa səbəb olmuşdu. Müharibənin nəticələrinin və müharibədən sonrakı sosial reallığın doğurduğu dərin məyusluq hissi keçmiş döyüşçüləri zorakı hərəkətlərə sövq edirdi. İtaliyada sosialist partiyasının sol qanadının sabiq lideri, hələ o zamanlar duçe (rəhbər) titulu daşıyan B. Mussolini onların maraqlarının carçısına çevrildi. O, 1919-cu ilin mart ayından onları faşilərdə birləşdirməyə (əvvəlcə Milanda) başladı; faşi üzvləri özlərini faşist, hərəkatı isə faşizm adlandırırdılar.
Faşizm qurbanlarına abidə
Faşizm qurbanlarına abidə — 1995-ci ildə Ukraynanın Novoqrad-Volınska şəhərinin rəhbərliyi təşəbbüsü ilə qoyulmuş abidə. Abidə faşizm qurbanlarına həsr edilib və Sluç çayının yüksək sahilində, Levanevskiy küçəsində, Zabitlər evinin yanında yerləşir. == Haqqında == Abidənin qoyulduğu yerdə 1941-ci ilin avqust ayının sonunda 700-800 yəhudi qadın və uşaq güllələnib. 1945-ci ilə aid istintaq işinə görə burada qazılmış məzarlıq 5 metr dərinliyində 12 metr uzunluğunda və 3 metr enində olub. Onların hər biri ya sinəsində ya da başlarından aldıqları güllə yarasından ölüblər. Tapılmış meyidlər arasında hələ də övladını qucağında tutan ana meyidlərinə rast gəlinib. Təxmin edilir ki güllələnməni "Cənub" polis polku həyata keçirib. Abidənin ən böyük hissəsi qırmızı qranitdən hazırlanmış üçbucaqdır. Onun ətrafında isə Öz övladları üçün əzab çəkən və ağzını tutan ana obrazı təsvir edilib. Bu abidədə yalnız bir yazı həkk olunub.
Faşizm üzərində Qələbə Günü
Qələbə Günü (rus. День Победы) — Böyük Vətən Müharibəsinin (1941–1945) başa çatdığı gün. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeydsiz-şərtsiz təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. == Qələbə günü Azərbaycanda == Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.
Faşizmə ölüm, xalqa azadlıq
Faşizmə ölüm, xalqa azadlıq — İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya Xalq Qurtuluş müharibəsi zamanı, xüsusilə Yuqoslav partizanları olmaqla, Yuqoslaviyadakı bütün müqavimət hərəkatının rəsmi şüarı kimi tanınan şüar. Bu şüar müharibədən sonra da Yuqoslaviya Sosialist Federativ Respublikasında və Dünya Kommunist Hərəkatı tarixində əhəmiyyətli bir yerə sahib olmuşdur. Müharibə və müharibədən sonrakı illərdə Partizan Müqavimət Hərəkatı üzvləri rəsmi və ya qeyri-rəsmi yazışmalarda və çıxışlarda "SFSN" şəklində şüarın qısaldılmış formasından son qeyd və ya təbrik sözü olaraq istifadə edirdilər. İkili söhbətlərdə bir şəxs "Smrt fašizmu" deyəndə, digər şəxs cavab olaraq "Sloboda narodu" deyərək qarşılıq verirdi. == Tarixi == 22 may 1942-ci ildə Yuqoslaviya partizanı Stepan Filipovic edamından bir neçə saniyə əvvəl bu şüarı söylədikdən sonra şüar məşhur oldu. Filipovic edam edilmək üçün ip boynuna keçirildiyində iki əlini yumruq şəklində havaya qaldıraraq "Faşizmə ölüm, xalqa azadlıq" deyə qışqırmışdı. Filipovicin bu anı bir çox yerlərdə təsvir edilmiş və heykəli düzəldilmişdi.Müharibə illərində Partizan Müqavimət Hərəkatının əsas nəşri olan Xorvat qəzeti "Vjesnik" 1941-ci il avqust nömrəsində həmin şüar başlıq kimi istifadə edilmişdir. Yuqoslaviya Kommunist Partiyası Yuqoslaviyanı işğal edən Üçüncü Reyxin ordularına qarşı səfərbərlik elan etmiş, 1841-ci ildə Yuqoslav xalqına bu şüarla müraciət edərək müqavimət hərəkatları yaratmaq üçün çağırış etmişdir. Partizan Baş Qərargah Bülleteni bu sözü 16 avqust 1941-ci il tarixli ilk nömrəsində istifadə etmişdir. Şüar bu tarixdən etibarən partiyanın rəsmi şüarı olmuşdur.
Milli Faşist Partiyası
Milli Faşist Partiyası (it. Partito Nazionale Fascista) — 1921-ci ildə Benito Mussolini tərəfindən yaradılmış, faşizm ideologiyasını reallaşdıran siyasi partiya. Bu partiyanın əsasını 1919-cu ildə Benito Mussolini tərəfindən yaradılan "Faşist mübarizə dəstələrinin ittifaqı" təşkil edib. Məhz bu təşkilat daha da formalaşdırılaraq 1921-ci ilin 9 noyabr tarixində Milli Faşist Partiyasına çevrilmişdi. Milli Faşist Partiyası 1921-ci ildən etibarən parlamentdə təmsil olunmağa başlayıb. 1924-cü ildən bu partiya parlamentdə üstünlük qazanmışdı. 1928-ci ildə isə Milli Faşist Partiyası ölkənin yeganə qanuni partiyası elan olunmuşdu. Bu vəziyyət 1943-cü ilə kimi, Mussolini rejimi dağılana kimi davam etmişdi. Müasir dövrdə Milli Faşist Partiyasının yenidən yaradılması İtaliya Konstitusiyası tərəfindən qadağan olunub. == Tarix == İtaliya Birinci dünya müharibəsindən qalib dövlətlər sırasında çıxmışdı.
İtaliya faşizmi
İtaliya faşizmi (it. fascismo italiano), həmçinin klassik faşizm və ya sadəcə faşizm — İtaliyada inkişaf etmiş faşist ideologiyası. Bu ideologiya Benito Mussolininin rəhbərliyi altında 1922–1943-cü illərdə İtaliya krallığını idarə edən Milli Faşist Partiyası, 1943–1945-ci illərdə hakimiyyətdə olmuş Respublikaçı Faşist Partiyası, İtaliya Sosial Hərəkatı və digər neofaşist hərəkatları ilə əlaqələndirilir. İtaliya faşizmi italyan milliyətçiliyindən və İtaliya ərazisini genişləndirmək istəyindən qaynaqlanır. Faşistlər millətin üstünlüyünü və gücünü bəyan etməkdə bunu vacib hesab edirlər. İtaliya faşistləri müasir İtaliyanın Qədim Romanın varisi olduğunu iddia edirdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == "Labor Charter" (1927–1934). Mussolini, Benito. Faşizm doktrinası. Sorel, Georges.
Əl-Faşər
Əl-Faşər (ərəb. الفاشر‎) — Sudanın qərbində şəhər. Darfur əyalətinin inzibati mərkəzidir. Əl-Faşər vahəsindədir. Hava limanı ar. Kənd təsərrüfatı məhsulları (dənli bitkilər, pamblıq, tütün) becərilir. == Coğrafiya == Şəhər Əl-Faşər vahəsinin mərkəzində yerləşir və Şimali Darfur əyalətinin paytaxtıdır. Nyala şəhərindən 195 kilometr (121 mil) şimal-şərqdə, dəniz səviyyəsindən 752 metr (2,467 ft) yüksəklikdə yerləşir. == Əhali == 2009-cu ildə Əl-Faşərin əhalisi 286,277 nəfər olmuşdur.

Значение слова в других словарях

ве́резг колониза́торский любозна́ние навезти́ оскверне́ние перела́тываться разжева́ться ги́бкость омоними́я прибре́жный связи́стка кумыс такса airmail airport blubber brakesman footstep ground organization monogamy toll-free transmission shaft пуант строго увязка