FAŞİST

Qədim zamanlarda hakimiyyətdə olanları sifətdən hamı tanımırdı; məsələn, Romanın əhəmiyyətli vəzifələr tutan məmurlarını üstlərində hakimiyyətin fərqləndirici nişanı olmasa, çətin ki kimsə tanıyardı; misal üçün, Roma magistratı adam içinə ancaq əllərində qırmızı lentlə bağlanmış bir dəstə çubuq olan məmurların müşayiəti ilə çıxarmış. Bu çubuqların ortasında ağzı gözə çarpsın deyə bir az qabaqda yerləşdirilmiş balta var idi. Çubuqlar magistratın insanları döydürərək cəzalandırmaq, balta isə öldürmək hüququnun olmasına işarə edirdi. Qırmızı lent isə qanı təcəssüm etdirirdi. Çubuqlar latın dilində bağlama, dəstə mənası verən fassiya adlanırdı.

1919-cu ildə keçmiş sosialist Benito Mussolini yeni partiya formalaşdırmağa başladı. I Dünya müharibəsi yenicə başa çatmışdı. Ölkədə işsizlik hökm sürürdü və dövlət kommunist inqilabı təhlükəsi ilə üz-üzə qalmışdı.

Mussolini hiss etmişdi ki, əgər güclü antikommunist mövqedən çıxış etsə, orta sinif və yüksək təbəqənin dəstəyini ala biləcək. O, rəmz kimi insanların şüurunda hakimiyyət və cəzanı təcəssüm etdirən fassiyanı seçir, öz hərəkatını isə fassimo adlandırır. Bu söz başqa dillərdə faşizm, hərəkatın üzvləri isə faşist adlanmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

FASİYA
FATA
OBASTAN VİKİ
Faşist Almaniyası
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
Faşist həbs düşərgələri
Faşist həbs düşərgələri — alman faşistlәrinin siyasi düşmәn hesab etdiklәri şәxslәri vә hәrbi әsirlәri xüsusilә sәrt rejimdә saxladıqları düşәrgәlәr. Faşist həbs düşərgələrinin mәhbusları sırasına faşizm әleyhdarları, kommunistlәr, hәmçinin әqidәsinә, dininә, irqinә vә s. görә tәqib olunanlar daxil idi. İlk hәbs düşәrgәsi 1933 ilin martında Daxau yaxınlığında yaradılmışdı. Faşist həbs düşərgələrinin çoxu insanları kütlәvi surәtdә qırmaq üçün qaz kameraları, krematorilәr vә s. vasitәlәrlә tәchiz edilmişdi. Faşist həbs düşərgələrindә mәhbuslara mәnәvi, fiziki әzab vә işgәncә verir, onları aclıqdan öldürür, üzәrlәrindә müxtәlif tibbi “tәcrübә”lәr aparır, qaz ilә boğurdular. Osventsim, Maydanek, Treblinka, Mauthauzen, Buxenvald, Zaksenhauzen, Ravensbrük, Flossenburq, Ştuthof vә s. düşәrgәlәr әsl ölüm fabriklәri idi. Faşist həbs düşərgələrinә düşmüş 18 mln.
Milli Faşist Partiyası
Milli Faşist Partiyası (it. Partito Nazionale Fascista) — 1921-ci ildə Benito Mussolini tərəfindən yaradılmış, faşizm ideologiyasını reallaşdıran siyasi partiya. Bu partiyanın əsasını 1919-cu ildə Benito Mussolini tərəfindən yaradılan "Faşist mübarizə dəstələrinin ittifaqı" təşkil edib. Məhz bu təşkilat daha da formalaşdırılaraq 1921-ci ilin 9 noyabr tarixində Milli Faşist Partiyasına çevrilmişdi. Milli Faşist Partiyası 1921-ci ildən etibarən parlamentdə təmsil olunmağa başlayıb. 1924-cü ildən bu partiya parlamentdə üstünlük qazanmışdı. 1928-ci ildə isə Milli Faşist Partiyası ölkənin yeganə qanuni partiyası elan olunmuşdu. Bu vəziyyət 1943-cü ilə kimi, Mussolini rejimi dağılana kimi davam etmişdi. Müasir dövrdə Milli Faşist Partiyasının yenidən yaradılması İtaliya Konstitusiyası tərəfindən qadağan olunub. == Tarix == İtaliya Birinci dünya müharibəsindən qalib dövlətlər sırasında çıxmışdı.
Faşist mübarizə dəstələrinin ittifaqı
Faşist mübarizə dəstələrinin ittifaqı (İtaliya mübarizə ittifaqı) — 1919-cu ildə Mussolini tərəfindən yaradılan siyasi təşkilat. 1921-ci ildə bu təşkilat Milli Faşist Partiyasına çevrilmişdi. Təşkilatın qərargahı Milan şəhərində yerləşirdi. İtaliya Birinci dünya müharibəsindən qalib dövlətlər sırasında çıxmışdı. Lakin ölkə xeyli zəifləmişdi. Çünki müharibəyə girərkən nəzərdə tutduqlarına nail olmamışdı. Müharibə başa çatdıqdan sonra ölkədə sosial ziddiyətlər daha da kəskinləşmişdi. Hakim dairələrin müəyyən hissəsi isə narazı xalqın çıxışlarının qarşını güc yolu ilə almaq təklifini irəli sürürdü. Bu məqsədlə xüsusi dəstələr yaradıldı. Bu dəstələrdən biri 1919-cu ildə Milan şəhərində Benito Mussolini tərəfindən yaradılmış "Faşist mübarizə dəstələrinin ittifaqı" idi.

Значение слова в других словарях

бале́тная военкома́тский доба́виться дыхало клеи́льный му́мия невпрое́д отслои́ть вепрь вы́пученность дре́вко озлати́ть осмы́сливаться управдела́ми кунеть air express Nox plane-bottomed pro memoria riverain tartane болванка обветренный отображаться предвестник