FE

ə. ərəb, fars və əski Azərbaycan əlifbalarında hərfinin adı.

FAZİL
FEHRİS
OBASTAN VİKİ
Dünya Alpaqut Federasiyası
Dünya Alpaqut Federasiyası və ya qısaca: DAF (ing. World Alpagut Federation (WAF)) — Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək və digər ölkələrdə olan alpaqut klub və federasiyalarını idarə etmək üçün 2014-cü ildə yaradılmış beynəlxalq idman təşkilatı. Federasiyanın dünyada 50-dən çox ölkədə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. == Tarixi == 2014-cü ilin əvvəlindən Alpaqut Turan Döyüş sənətinin qurucusu Vasif Namazovun təşəbbüsünə əsasən, Alpaqut idman növünün inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında Beynəlxalq İdman Təşkilatının yaradılması qərarı verildi. Federasiyanın təsis olunmasında Gürcüstan Respublikasından Müşfiq Əliyev, Faiq Məmmədov, Azərbaycandan isə Fərid Əlizadə və Vasif Namazovun özü iştirak etdi. 5 nəfərdən ibarət yaradılan idarə heyəti, federasiyaya ilk Prezident Fərid Əlizadəni seçdi və 12 fevral 2014-cü il tarixindən etibarən federasiya rəsmən qeydiyyatdan keçərək fəaliyyətə başladı. === Birinci qurultay === 2015-ci il tarixindən etibarən, Alpaqutun inkişafı naminə Dünya Alpaqut Federasiyasının yenidən formalaşmasına qərar verildi. 12 yanvar 2015-ci il tarixində Fərid Əlizadə və federasiyanın strukturu istefa verdi. 18 mart 2015-ci il tarixində, Azərbaycanda Atatürk Mərkəzində, Dünya Alpaqut Federasiyasının ümümi yığıncağı növbədənkənar qurultay çağırdı. Qurultayda Araz Abdullaev, Asiman Abdurrahmanov, Kamil Yusubov, Faiq Məmmədov, Arzu Eyvazov, Anar Xəlilov, Elnur Hüseynov, Əkbər Goşalı və Vasif Namazov Dünya Alpaqut Federasiyasının İdarə heyətinin üzləri seçildi.
Dünya Arıçılıq Assosiasiyaları Federasiyası
"Apimondiya" (ing. Apimondia), Dünya Arıçılıq Assosiasiyaları Federasiyası (ing. International Federation of Beekeepers' Associations) — məqsədi arıçılıq sənayesi ilə məşğul olan alimləri, sahibkarları və ictimai xadimləri bir araya gətirmək olan dünya miqyaslı təşkilat. Qərargahı İtaliyanın Roma şəhərində yerləşir. Prezidenti Filipp MakKeyb olmuşdur. O, 20 oktyabr 2018-ci ildə vəfat etdikdən sonra təşkilata vitse-prezident Peter Kozmus rəhbərlik edir. Təşkilat öz "Apiacta" jurnalını nəşr edir. 1897-ci ildən DASF çərçivəsində dünyanın müxtəlif şəhərlərində keçirilən arıçılıq konqresləri keçirilir. Yarandığı gündən "Apimondiya" apiterapiyaya xüsusi diqqət yetirir, onun daimi elmi komissiyası var. == İstinadlar == == Xarici keçidlər == "Официальный сайт МФПА" (ingilis).
Dünya Elm Festivalı (2008)
Dünya Elm Festivalı (2008) — Nyu-York şəhərində baş tutmuş elm festivalıdır. Festival, əsasən, multimedia təqdimatları ilə müşayiət olunan səhnədə söhbət və müzakirələr panelindən ibarətdir. Gənclər geniş küçə yarmarkası daxil olan və elmi prespektivdən idman kimi mövzuları təqdim etdilər. Festivala həmçinin elm, siyasət, idarəetmə və biznes sahəsindən yüksək səviyyəli iştirakçıların görüşü- Dünya Elm Sammiti daxildir. Festivalın əsası bir neçə məşhur elmi kitabların müəllifi Kolumbiya Universitetinin fizika professoru Brayan Qrin və arvadı tərəfindən qoyulmuşdur.
Dünya Fudokan Federasiyası
Elis Feyi
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Eqini Fema
Yucin Fama (ing. Eugene Francis "Gene" Fama; 14 fevral 1939[…], Boston) — amerikalı iqtisadçı. 2013-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Xüsusilə portfel nəzəriyyəsi və varlıq qiymətləri mövzusunda olan tədqiqatları ilə tanınır. Yucin Fama çağdaş maliyyənin atası hesab olunur. İqtisadiyyat üzrə Nobel mükafatına varlıq qiymətləri mövzusundakı təcrübi analizlərlə bağlı tədqiqatlarına görə layiq görülmüşdür. Yucin Fama yeni məlumatların tez-tez daxil olduğunu söyləyərək, səhm qiymətlərini qısamüddətli dövrdə təxmin etmənin olduqca çətin olduğunu ifadə etmişdir.
Equus ferus
Vəhşi at (lat. Equus ferus) — at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan növü. Vəhşi at müasir atların əcdadı hesab olunur. Vəhşi atların bir neçə yarımnövü mövcud olmuşdur. Onlardan yalnız 3-ü dövrümüzədək yaşamağı bacarmışdır. Ev atı (Equus ferus caballus). XVII-XVIII əsrlərdə xalq seleksiyası yolu ilə yaradılmış Qaradağ atları da bu yarımnövə aiddir. Tarpan və ya Avrasiya vəhşi atı (Equus ferus ferus). Avropa və Asiyada yaşamışlar. Tarpanın demək olar ki XIX əsrin sonlarında nəsli kəsilmişdir və sonuncu fərd 1918-19-cu illərdə Ukrayna zooparklarının birində ölmüşdür.
Equus ferus caballus
Ev atı, əhli at (lat. Equus ferus caballus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin atlar cinsinin vəhşi at növündən heyvan. Bədən quruluşu Eşşək və Çöl eşşəyinə çox yaxındır. == Ümumi məlumat == İngiltərənin Exeter Universitetinin arxeoloqları Qazaxıstanın şimalında dünyanın ən qədim at ferması sayıla bilən qəsəbə aşkar ediblər. Qədim Botay mədəniyyəti ilə əlaqələndirilən həmin qəsəbədə at sümükləri və madyan südü izləri daşıyan qab-qacaq tapılıb ki, bu da alimləri belə düşünməyə vadar edir ki, insanlar atı indiyədək hesab olunandan daha qədim dövrlərdə əhliləşdirməyə başlayıb. Belə ki, alimlərə görə, Qazaxıstanda tunc dövründən də qabaq - bizim eradan 3500 il əvvəl insanlar at sürüblərmiş. Müqayisə üçün qeyd edək ki, Avropada atın 1500 il bundan əvvəl əhliləşdirilməyə başlanıb. Atlar bəşəriyyət tarixində nəqliyyat vasitəsi kimi, kənd təsərrüfatında, eləcə də müharibələr zamanı mühüm rol oynayıb. Arxeoloqlar atların əhilləşdirilməsi prosesinin qədim Orta Asiyadan başlandığını çoxdan güman edirdilər, lakin indiyə qədər onların buna dair kifayət qədər dəlilləri yox idi. == At nəqliyyat vasitəsi kimi == Min illiklər boyu öz dövünün ən sürətli və ən rahat minik nəqliyyatı vasitəsi at olmuşdur.
Equus ferus przewalskii
Prjevalski atı (lat. Equus ferus przewalskii) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Mərkəzi Asiyada ilk dəfə N. M. Prjevalski (1879) təsvir etmişdir. Kəkilsiz, yalının dik və qısa, quyruğunun və həmçinin başının böyük olması ilə ev atlarından fərqlənir. Erkəklərinin bədəninin uzunluğu 2,3 m-dək, süysününün hündürlüyü 1,3 m-dək olur; dişiləri bir qədər kiçikdir. Cunqariya səhralarında yaşayırdı. Avropanın, Amerikanın bir sıra zooparklarında olan atlar əsl atların yeganə vəhşi növüdür. 5—20 fərddən ibarət sürülərlə yaşayırdı. Ev atları ilə cütləşdirildikdə məhsuldar nəsil verir.
Eria ferruginea
Erigeron fernandezius
Erigeron fernandezius (lat. Erigeron fernandezius) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erik Felipe Kardoso
Erməni İnqilabi Federasiyası
Erməni İnqilabi Federasiyası, Daşnaksutyun (erm. Հայ Յեղափոխական Դաշնակցություն; Hay Heğapoxakan Daşnaksutyun) — millətçi-terrorçu erməni partiyası (digər adı "Erməni inqilabi ittifaqı");ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir. Hazırkı ali şura sədri İşxan Sağatelyandır. == Tarixi == === Yaradılması və ilk dövrü === 1890-cı ildə Gürcüstanın mərkəzi Tiflisdə yaradılmış bu partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni İnqilabçılarının İttifaqı" adlanırdı. Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi. 1891-ci ildə nəşr olunan və Daşnaksutyunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar: "Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir.
Euphorbia fendleri
Euphorbia fendleri (lat. Euphorbia fendleri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Euryale ferox
Qorxunc evrial (lat. Euryale ferox) — bitkilər aləminin suzanbağıçiçəklilər dəstəsinin suzanbağıkimilər fəsiləsinin evrial cinsinə aid bitki növü.
Evaristo Feliçe Dal Abako
Evaristo Feliç Dal Abako (it. Evaristo Felice Dall'Abaco; 12 iyul 1675[…], Verona, Veneto – 12 iyul 1742[…], Münxen) — İtaliya barokko bəstəkarı, skripkaçı və violonçel ifaçısı. == Həyatı == Evaristo Feliç Dal Abako 12 iyul 1675-ci ildə İtaliyanın Verona şəhərində anadan olmuşdur. O, ilk növbədə Cuzeppe Torellinin, sonra isə Tomazo Antonio Vitalinin tələbəsi olmuşdur. Abako 1704–1715-ci illərdə Bavariya kürfüstünün sarayında musiqiçi kimi çalışmış, onunla birlikdə Brüsselə səfər etmiş, 1715-ci ildə isə sarayın konsert ustası olmuşdur. Simli alətlər və "basso continuo" (fasiləsiz bas) üçün iyirmi dörd "camera" (kameralı) sonata, on "concerti da chiesa" (kilsə konserti), on iki "a tre" (üçlü) sonata və on iki "concerti à più istrumenti" (bir çox alətlər üçün konsert) bəstələmişdir. O, bu əsərlərində italyan, fransız və alman ənənələrini birləşdirmişdir. == Nəşr olunmuş əsərləri == Opus 1:12 Sonate da Camera, skripka, violonçel və ümumi bas üçün (basso continuo) Opus 2: 12 Concerti à quattro da Chiesa Opus 3: 12 Sonate da Chiesa à tre Opus 4: 12 Sonate da Camera skripka və violonçel üçün Opus 5: 6 Concerti à più Istrumenti Opus 6: 12 Concerti à più Istrumenti Serenata à 4 voci construmenti Köln kürfürstü Klement Avqustun ad günü üçün bəstələnmişdir. == İstinadlar == == Xarici keçidlər == Биография на hoasm.org (ing.) Биография в Музыкальной энциклопедии Биография в энциклопедии Treccani.
FETÖ
Gülənçilik (türk. Gülen hareketi) və ya "Gülən camaatı" (türk. Gülen cemaati) və ya "Xidmət hərəkatı" (türk. Hizmet hareketi) — fəaliyyətini Türkiyə və digər ölkələrdə həyata keçirən dini-ideoloji cərəyan. == Tarixi == Gülənçilik Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Respublikasının İzmir şəhərində ortaya çıxmış, sonradan fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlamışlar. Gülənçilər klassik nurçuluq içərisində meydana çıxsa da, daha sonra onlardan ayrılmış bir qoldur. Bəzən neo-nurçu cərəyanı kimi də tanınırlar. Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı (Fəthullahçı terror örgütü - FETÖ) olaraq elan edilmişdir. == Mahiyyəti == Fətullah Gülən klassik nurçuların içində yetişməsinə baxmayaraq, özünü nurçu adlandırmır və bu addan da narahatlığını gizlətmir. Eyni zamanda, onun camaatı özünü "Xidmət hərəkatı" kimi təqdim edir, Səid Nursinin əsərlərindən daha çox "xoca əfəndi" adlandırdıqları Fətullah Gülənin kitablarını oxuyurlar.
Filipp İohann Ferdinand Şur
Filipp İohann Ferdinand Şur (alm. Philipp Johann Ferdinand Schur‎ və ya alm. Ferdinand Schur‎, 18 fevral 1799, Köniqsberq, Prussiya – 27 may 1878, Belsko-Byala[d], Sileziya[d], Prussiya) — Alman və Avstriya botaniki, farmasepti, kimyaçısı və fabrik sahibi. == Elmi işləri == Enumeratio plantarum Transsilvaniae. Sertum florae Transsilvaniae. 1853. == Ədəbiyyat == Franz Speta: Dr. Ferdinand Schur. Leben und Werk von F. Schur. Stapfia 1994.
Fines və Ferb
Fines və Ferb (ing. Phineas and Ferb) — Den Povenmayr və Ceff Marş tərəfindən yaradılmış ABŞ istehsalı musiqili komediya cizgi-serialı. Disney Channel və Disney XD kanallarında nümayiş olunan serial, Disney Television Animation studiyası tərəfindən hazırlanıb. Cizgi-serial ilk olaraq 17 avqust 2007-ci ildə yayımlanıb, 12 iyun 2015-ci ildə isə tamaşaçıları ilə vidalaşıb. Serialda yay tətili ərzində səkkiz və on yaş arasında olan Fines Flinn (ing. Phineas Flynn) və ögey qardaşı Ferb Fletçerin (ing. Ferb Fletcher) sərgüzəştlərindən bəhs olunur. Oğlanlar hər gün mümkün olmayacaq böyük elmi layihələrə imza atırlar. Etdikləri bu işlər onların bacısı Kendesi (ing. Candace) qıcıqlandırır, o anası Linda Flinn-Fletçer və atası Lourens Fletçerə (ing.
Finlandiya Futbol Federasiyası
Finlandiya Futbol Assosiasiyası — Finlandiyada ali futbol qurumu. == Tarixi == Finlandiya Futbol Assosiasiyası 1907-ci ildə yaranıb. 1908-ci ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdür.
Ford Ferrariyə qarşı (film, 2019)
Ford Ferrariyə qarşı (ing. Ford v Ferrari, bəzi Avropa ölkələrində Le Mans '66 adı ilə tanınır) — Jez Butterworth, John-Henry Butterworth və Jason Keller tərəfindən ssenarisi yazılmış və rejissoru James Mangold olan 2019-cu ildə istehsal olunan Amerikan bioqrafik dram filmidir. Filmdə baş rolları Mett Deymon və Kristian Beyl oynamışdır. Jon Bernthal, Caitriona Balfe, Tracy Letts, Josh Lucas, Noah Jupe, Remo Girone və Ray McKinnon isə köməkçi rollarda oynamışdırlar. Film, Ford GT40-ı inşa etmək üçün Henry Ford II və Lee Iacocca tərəfindən tapşırıq verilmiş avtomobil vizyoneri Carroll Shelby və İngilis sürücü Ken Milesin rəhbərlik etdiyi eksantrik və iddialı Amerikalı mühəndis və dizayn qrupundan danışır. Bu yeni avtomobili yaratmaq ilə onların məqsədi Fransa tərəfindən hər il təşkil edilən 1966-cı il Le Mans 24 Saat yarışını qazanmaq və Ferrariyi taxtından salmaqdır. Filmin çəkilməsinin ilk mərhələlərində Tom Cruise və Brad Pitt baş rollarda oynamalı idilər, lakin bu planlar boşa çıxdı. 2018-ci ilin fevral ayında Mangold işə götürüldü və Matt Damon, Christian Bale və aktyor heyətinin qalan hissəsi o yay ona qoşuldu. Çəkilişlər 2018-ci ilin iyul ayında Kaliforniyada başlamış və iki aydan bir qədər çox çəkmişdir. Ford Ferrariyə qarşı filminin dünya premyerası 30 Avqust 2019-cu ildə Telluridəki Film Festivalında keçirilmişdir.
Fəcr Beynəlxalq Film Festivalı
Fəcr Beynəlxalq Film Festivalı və ya Fəcr Film Festivalı (fars. جشنواره بین المللی فیلم فجر‎ və ya sadəcə fars. جشنواره فیلم فجر‎) — İranın illik film festivalı, hər fevral ayında Tehranda keçirilir. 1982-ci ildən başlayan festival, İranın Mədəniyyət nazirliyinin nəzarəti altındadır. Hər il İran İslam İnqilabının ildönümündə baş verir. 2011-ci ildə festivalın 29-cu nəşrində 90 təqdim edilmiş bədii film var idi.
Galendromus ferrugineus
Galendromus ferrugineus (lat. Galendromus ferrugineus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin galendromus cinsinə aid heyvan növü.
Girokastra Milli Folklor Festivalı
Girokastra Milli Folklor Festivalı (alb. Festivali Folklorik Kombëtar i Gjirokastrës) ― Albaniyanın cənubunda yerıəşən Girokastra şəhərinin eyniadlı qalasında hər beş ildən bir keçirilən sənət festivalı. Festival ilk dəfə 1968-ci ildə baş tutmuşdur və Albaniya mədəniyyətinin ən vacib hadisəsi hesab olunur. Festivalda Albaniya vətəndaşları, diaspora nümayəndələri və Balkanlardan və İtaliyanın cənubundan gələn insanlar alban ənənəvi musiqisi, geyimləri və rəqsləri nümayiş etdirirlər. Girokastra festivalı 1949-cu ildə Tirana şəhərində başlayan Folklor Festivalları ənənəsini təqib edir. == Tarixi == Girokastra Milli Folklor Festivalından əvvəl 1949-cu ildə və daha sonra 25-27 noyabr 1959-cu illərdə Albaniyanın paytaxtı Tirana şəhərində "Milli Mahnı, Musiqi və Rəqs Festivalı" keçirilirdi. On il sonra, 8-16 oktyabr 1968-ci ildə Albaniyanın kommunist lideri və Girokastrada doğulmuş Ənvər Xocanın doğum günü şərəfinə ilk "Milli Folklor Festivalı" keçirildi. Festival hər beş ildən bir 1973, 1978, 1983 və 1988-ci illərdə təkrar təşkil olunurdu. Festival 1995-ci ildə Berat şəhərində keçirildi, 2000-ci ilin sentyabr ayından isə yenidən Girokastrada təşkil olunmağa başladı. Festival doqquzuncu dəfə 2009-cu ilin sentyabr ayında baş tutdu.
Glochidion ferdinandi
Glochidion ferdinandi (lat. Glochidion ferdinandi) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin qloxidion cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Diasperus ferdinandi (Müll.Arg.) Kuntze Phyllanthus ferdinandi Müll.Arg. === Heterotipik sinonimləri === Glochidion ferdinandi var. minor Benth. Glochidion ferdinandi var. pubens Maiden ex Airy Shaw Phyllanthus ferdinandi var. minor Benth.

Digər lüğətlərdə