FEE

fee1

n 1. qonorar; mükafat, haqq, əvəz, muzd; doctor’s / lawyer’s ~ həkimin / vəkilin qonorarı; officials’ ~ çinovniklərin / məmurların / hökumət qulluqçularının maaşı; 2. çaypulu, bəxşiş; Fees are prohibited here Burada “çaypulu ” verilmir (elan); 3. haqq, pul; admission ~ daxil olma haqqı; club ~ klub üzvlük haqqı

fee2

v 1. qonorar / maaş vermək; to ~ a doctor həkimə maaş vermək; 2. çaypulu vermək; to ~ a waiter ofisianta çaypulu vermək

FEDERATIVE
FEEBLE
OBASTAN VİKİ
A Corpse is Buried Under Sakurako's Feet
Beautiful Bones: Sakurako's Investigation (azərb. Gözəl sümüklər: Sakurakonun tədqiqatı‎), A Corpse is Buried Under Sakurako's Feet və ya Yaponiyada tanınan adı ilə Sakurako-san no Ashimoto ni wa Shitai ga Umatteiru (櫻子さんの足下には死体が埋まっている, azərb. Cəsəd Sakurakonun ayaqları altında basdırılıb‎) – Tetsuonun rəssamlığı ilə Şiori Ota tərəfindən yazılan ranobe seriyası. Kadokawa Shoten 2013-cü ildən bəri 9 cildini buraxmışdır və bir milyon nüsxəsini nəşr etmişdir. Troyca tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 2015-ci ildə yayımlanmışdır. 23 aprel 2017-ci ildə Fuji TV-də ranobe əsasında çəkilən dorama yayımlanmağa başlamışdır. == Məzmun == Sakurako Kuco 20 yaşlarının ortalarında olan gözəl, dahi qadındır. Lakin onun bütün həyatı bir şeylə bağlıdır: sümüklər. Belə ki, Sakurako osteoloqdur. Sümüklər və skeletlərlə vaxt keçirməyi çox sevir.
Enigmatic Feeling
Enigmatic Feeling (azərb. Anlaşılmaz hiss‎) — Yaponiyanın Ling Tosite Sigure rok qrupunun sinqlı. Sony Music Entertainment Japan tərəfindən 5 noyabr 2014-cü ildə buraxılmışdır. Mahnı 2014-cü ildə "Psycho-Pass 2" anime serialının açılış mahnısı olmuşdur.
Fate/stay night: Heaven's Feel
Fate/stay night: Heaven's Feel (azərb. Tale/gecə mübarizəsi: Cənnətin hissi‎) — Tomonori Sudonun rejissorluğu və Yuki Kaciuranın bəstəkarlığı ilə Ufotable studiyası tərəfindən çəkilmiş anime filmi trilogiyası. Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanının sonuncu – 3-cü hekayəsi olan "Heaven's Feel" hekayəsinin adaptasiyasıdır, hadisələrin əsas diqqət mərkəzində Sakura Matodur. Trilogiyanın birinci filmi olan "Presage Flower" filminin premyerası 14 oktyabr 2017-ci ildə baş tutmuşdur. İngilis dilinə dublajı 5 iyun 2018-ci ildə ABŞ-də buraxılmışdır. İkinci film "Lost Butterfly" 12 yanvar 2019-cu ildə ekranlaşdırılmışdır. Üçüncü və sonuncu film "Spring Song" isə 15 avqust 2020-ci ildə buraxılmışdır. "Kara no Kyōkai" film seriyasından, "Fate/Zero" və "Fate/stay night: Unlimited Blade Works" anime seriallarından sonra bu trilogiya Type-Moon şirkətinin əsərlərinin Ufotable studiyası tərəfindən çəkiləcək dördüncü anime adaptasiyasıdır. == Rollarda == Noriaki Suqiyama Şiro Emiya (衛宮 士郎, Emiya Shirō) rolunda. Noriko Şitaya Sakura Mato (間桐 桜, Matō Sakura) rolunda.
Fate/stay night: Heaven's Feel I. presage flower
Fate/stay night: Heaven's Feel I. presage flower (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi I. nişanə çiçəyi‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2017-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının birinci filmidir. Əvvəlki hekayələrdə olduğu kimi bu hekayədə də baş qəhrəman Şiro Emiya şəhərini qorumaq üçün Müqəddəs qədəh döyüşünə qatılır. Lakin bu dəfə Şiro sadəcə sehrbaz və xidmətçilərlə yox, iştirakçıları öldürən müəmmalı kölgə ilə də qarşılaşır. Filmin Yaponiyada premyerası 13 oktyabr 2017-ci ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel II. lost butterfly" 12 yanvar 2019-cu ildə buraxılmışdır. == Məzmun == Zədəyə görə məktəbin oxçuluq klubunu buraxan Şiro Emiya aşağı sinifdə oxuyan və evini tez-tez ziyarət edən Sakura Mato ilə dostlaşır. Bir gecə Şiro iki qədim döyüşçünün döyüşünə şahidlik edir və aralarındanizə ustası olan döyüşçü ona hücum edərkən Seyber adlı və qılınc ustası tərəfindən xilas edilir.
Fate/stay night: Heaven's Feel II. lost butterfly
Fate/stay night: Heaven's Feel II. lost butterfly (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi II. itmiş kəpənək‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2019-cu ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının ikinci filmidir. Əvvəlki filmdə Müqəddəs qədəh döyüşündən kənar qalan və xidmətçisini itirən baş qəhrəman Şiro Emiya onun üçün dəyərli insan olan Sakura Mato və digər iştirakçılar üçün həll yolu axtarmağa çalışır. Filmin Yaponiyada premyerası 12 yanvar 2019-cu ildə ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel III. spring song" 15 avqust 2020-ci ildə buraxılmışdır. == Məzmun == Seyberin kölgə tərəfindən udulması və öldürülməsindən sonra Şiro Emiya Müqəddəs qədəh müharibəsindən kənar qalır və evinə məğlubiyyətlə qayıdır. Lakin döyüşməyə davam etmək qərarına gəlir. Rin Tosaka ilə görüşdən qayıdandan sonra Şiro başa düşür ki, Sakura Mato qardaşı Şinci tərəfindən qaçırılıb və Şinci ilə döyüşə girişir.
Fate/stay night: Heaven's Feel III. spring song
Fate/stay night: Heaven's Feel III. spring song (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi III. bahar mahnısı‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2020-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının üçüncü və sonuncu filmidir. Əvvəlki filmlərdə Müqəddəs qədəh döyüşündən kənar qalan Şiro Emiya Müqəddəs qədəhin bir parçası olduğu məlum olan və qaranlıq tərəfini üzə çıxaran Sakura Matonu xilas etməyə çalışır. Filmin Yaponiyada premyerası 28 mart 2020-ci ildə planlaşdırılsa da, koronavirus pandemiyasına görə 15 avqust 2020-ci ildə baş tutmuşdur.
Feel (şirkət)
Feel (フィール, Fiiru) və ya feel — Yaponiya animasiya studiyası. 26 dekabr 2002-ci ildə Studio Pierrot studiyasının keçmiş əməkdaşları tərəfindən təsis olunmuşdur.
I Feed You My Love
I Feed You My Love — (Azərbaycanca: Mən Səni Bəsləyirəm, Sevgilim) Norveçin 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
I Feel Alive
I Feel Alive (azərb. Sağ hiss edirəm‎) — İsrailin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.İmri Ziv "I Feel Alive" mahnısı ilə İsraili Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. İsrailin milli musiqi ritmlərinin də istifadə olunduğu mahnı İsrailli bəstəkarlar Dolev Ram və Penn Hazut tərəfindən yazılmışdır. Mahnı ilk dəfə 2017-ci ilin 9 mart tarixində dinləyicilərə təqdim edilmişdir.
Six Feet Under
Six Feet Under — 1993-cü ildə Cannibal Corpse qrupunun vokalisti Chris Barnes və Obituary qrupunun gitaristi Allen West tərəfindən Floridada qurulmuş ABŞ metal musiqi qrupu. == Haqqında == Qrup 1994-cü ilin ortasında orijinal material yazmağa başladı. Çünki Barnes artıq Cannibal Corpse ilə Metal Blade Records ilə müqavilə imzalamışdır. Six Feet Under üçün də çətinlik olmadı. Qrupun ilk debüt albomu "Metal Blade" albom şirkəti ilə birgə 1995-ci ildə "Haunted" adlı albomları olmuşdur. Six feet under konsertlər də çıxış etmək üçün ikinci mini-albomunu yazmağa başladı.1996-cı ildə "Alive and Dead" bıraxıldı. Bu albomda Judas Priest-in "Grinder" mahnısı cover edildi. Bir ildən sonra isə "Warpath" adlı albomları işıq üzü gördü.1999-cu ildə "Maximum Violence" adlı albomları çıxarıldı, və bu albomla qrup rekord sındıraraq 100,000 albom kasetləri satıldı qrupu məşhur etdi.
Six Feet Under (musiqi qrupu)
Six Feet Under — 1993-cü ildə Cannibal Corpse qrupunun vokalisti Chris Barnes və Obituary qrupunun gitaristi Allen West tərəfindən Floridada qurulmuş ABŞ metal musiqi qrupu. == Haqqında == Qrup 1994-cü ilin ortasında orijinal material yazmağa başladı. Çünki Barnes artıq Cannibal Corpse ilə Metal Blade Records ilə müqavilə imzalamışdır. Six Feet Under üçün də çətinlik olmadı. Qrupun ilk debüt albomu "Metal Blade" albom şirkəti ilə birgə 1995-ci ildə "Haunted" adlı albomları olmuşdur. Six feet under konsertlər də çıxış etmək üçün ikinci mini-albomunu yazmağa başladı.1996-cı ildə "Alive and Dead" bıraxıldı. Bu albomda Judas Priest-in "Grinder" mahnısı cover edildi. Bir ildən sonra isə "Warpath" adlı albomları işıq üzü gördü.1999-cu ildə "Maximum Violence" adlı albomları çıxarıldı, və bu albomla qrup rekord sındıraraq 100,000 albom kasetləri satıldı qrupu məşhur etdi.
The Way You Make Me Feel
The Way You Make Me Feel — Maykl Ceksonun "Bad" albomundakı mahnılardan biri.
Two Feet
Zakari Vilyam "Bill" Dess (20 iyun 1993, Manhetten, Nyu-York ştatı) — Two Feet təxəllüsü ilə tanınan amerikalı müğənni, bəstəkar və prodüser. Nyu-Cersi ştatının Tenaflay şəhərindəki Tenaflay Liseyində oxuyub. Dess Two Feet-i yaratmazdan əvvəl caz və blüz ansambllarında ifa edirdi. "Go Fuck Yourself" adlı sinqlı SoundCloud-da viral hitə çevrildikdən sonra o, Republic Records ilə müqavilə imzaladı. Sinql ABŞ-nin Hot Rock Songs hit paradında 36-cı yerə çıxdı. Onun növbəti sinqlı "I Feel Like I'm Drowning" 2018-ci ildə ABŞ Alternativ Mahnılar hit paradında bir nömrəyə yüksəldi. 5 oktyabr 2018-ci ildə Two Feet, "I Fell Like I'm Drowning" "Hurt People" sinqllarını əks etdirən A 20 Something Fuck adlı albomunu buraxdı. 13 mart 2020-ci ildə Pink adlı ikinci albomunu və 16 aprel 2021-ci ildə üçüncü albomu Max Maco Is Dead Right?-ı çıxartdı. Onun dördüncü albomu Shape & Form 13 may 2022-ci ildə yayımlandı. == Diskoqrafiya == === Studiya albomları === A 20 Something Fuck (2018) Pink (2020) Max Maco Is Dead Right?
Six Feet Under (mahnı)
"Six Feet Under" — amerikalı müğənni Billi Aylişin ilk sinqlı. Mahnı 23 iyun 2016-cı ildə SoundCloud-da buraxılıb. Sonralar Darkroom və Interscope Records tərəfindən 17 noyabr 2016-cı ildə yenidən yayımlanıb. Mahnının prodüseri və müəllifi Aylişin qardaşı Finneas O'Konnelldir. Mahnı Music Canada tərəfindən platin sertifikata layiq görülmüşdür.

Digər lüğətlərdə

выма́риваться кафешанта́нный наклева́ть офтальмоско́пный попо́ртить приго́жество факт храпои́дол до упора не моргнув глазом пережелти́ть по́хотник рывка́ми судачо́к bidirectional checkrow jug Sequoia National Park statutory swoon target approach taxa uninviting вожделенный направо