FEEL

feel1

n 1. toxunma hissi, toxunmaqla. hiss etmə; cold / smooth to the ~ toxunmaqla soyuq / hamar olmanı hiss etmə: by the ~ əl ilə, əl ilə yoxlayaraq; 2. duyğu, hiss; This handle has a sticky / greasy feel Bu dəstək yapışqanlıdır / yağlıdır; 3. şərait; The factory had a homely feel Fabrikdə səmimi şərait vardı (yəni rəsmiyyətçilik yox idi)

feel2

v (pt, pp felt) 1. toxunmaq, dəymək, əl vurmaq / dəymək, əl ilə yoxlamaq; He felt the coat to see if it was wet O, əli ilə paltonu yoxladı ki, onun yaş olub-olmamasını bilsin; 2. axtarmaq, araşdırmaq, eşələmək, əl ilə yoxlaya-yoxlaya axtarmaq; to ~for smth. bir şeyi əl ilə yoxlaya-yoxlaya axtarmaq; to ~ in one’s pocket for a box of matches kibrit qutusunu cibində axtarmaq (əli ilə); 3. hiss etmək, duymaq; to ~ smb.’s presence in the dark qaranlıqda bir kəsin olduğunu hiss etmək; I feel ten years younger Mən özümü on il cavan hiss edirəm; 4. mütəəssir olmaq, həyəcan keçirmək, hiss etmək, acısını çəkmək / dadmaq, keçirmək; She feels her friend's death O, dostunun ölümündən mütəəssirdir; to ~ an insult deeply təhqirdən hədsiz mütəəssir olmaq; 5. başa düşmək, dərk etmək, qavramaq, mənimsəmək; to ~ music / poetry deeply musiqini / poeziyanı dərindən hiss etmək / başa düşmək; to ~ up to doing smth. bir şeyi etmək iqtidarında olmaq; I don’t feel up to walking now Mən indi getmək iqtidarında deyiləm

FEEDING TUBE
FEELING
OBASTAN VİKİ
Feel (şirkət)
Feel (フィール, Fiiru) və ya feel — Yaponiya animasiya studiyası. 26 dekabr 2002-ci ildə Studio Pierrot studiyasının keçmiş əməkdaşları tərəfindən təsis olunmuşdur.
I Feel Alive
I Feel Alive (azərb. Sağ hiss edirəm‎) — İsrailin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.İmri Ziv "I Feel Alive" mahnısı ilə İsraili Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. İsrailin milli musiqi ritmlərinin də istifadə olunduğu mahnı İsrailli bəstəkarlar Dolev Ram və Penn Hazut tərəfindən yazılmışdır. Mahnı ilk dəfə 2017-ci ilin 9 mart tarixində dinləyicilərə təqdim edilmişdir.
Fate/stay night: Heaven's Feel
Fate/stay night: Heaven's Feel (azərb. Tale/gecə mübarizəsi: Cənnətin hissi‎) — Tomonori Sudonun rejissorluğu və Yuki Kaciuranın bəstəkarlığı ilə Ufotable studiyası tərəfindən çəkilmiş anime filmi trilogiyası. Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanının sonuncu – 3-cü hekayəsi olan "Heaven's Feel" hekayəsinin adaptasiyasıdır, hadisələrin əsas diqqət mərkəzində Sakura Matodur. Trilogiyanın birinci filmi olan "Presage Flower" filminin premyerası 14 oktyabr 2017-ci ildə baş tutmuşdur. İngilis dilinə dublajı 5 iyun 2018-ci ildə ABŞ-də buraxılmışdır. İkinci film "Lost Butterfly" 12 yanvar 2019-cu ildə ekranlaşdırılmışdır. Üçüncü və sonuncu film "Spring Song" isə 15 avqust 2020-ci ildə buraxılmışdır. "Kara no Kyōkai" film seriyasından, "Fate/Zero" və "Fate/stay night: Unlimited Blade Works" anime seriallarından sonra bu trilogiya Type-Moon şirkətinin əsərlərinin Ufotable studiyası tərəfindən çəkiləcək dördüncü anime adaptasiyasıdır. == Rollarda == Noriaki Suqiyama Şiro Emiya (衛宮 士郎, Emiya Shirō) rolunda. Noriko Şitaya Sakura Mato (間桐 桜, Matō Sakura) rolunda.
The Way You Make Me Feel
The Way You Make Me Feel — Maykl Ceksonun "Bad" albomundakı mahnılardan biri.
Fate/stay night: Heaven's Feel I. presage flower
Fate/stay night: Heaven's Feel I. presage flower (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi I. nişanə çiçəyi‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2017-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının birinci filmidir. Əvvəlki hekayələrdə olduğu kimi bu hekayədə də baş qəhrəman Şiro Emiya şəhərini qorumaq üçün Müqəddəs qədəh döyüşünə qatılır. Lakin bu dəfə Şiro sadəcə sehrbaz və xidmətçilərlə yox, iştirakçıları öldürən müəmmalı kölgə ilə də qarşılaşır. Filmin Yaponiyada premyerası 13 oktyabr 2017-ci ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel II. lost butterfly" 12 yanvar 2019-cu ildə buraxılmışdır. == Məzmun == Zədəyə görə məktəbin oxçuluq klubunu buraxan Şiro Emiya aşağı sinifdə oxuyan və evini tez-tez ziyarət edən Sakura Mato ilə dostlaşır. Bir gecə Şiro iki qədim döyüşçünün döyüşünə şahidlik edir və aralarındanizə ustası olan döyüşçü ona hücum edərkən Seyber adlı və qılınc ustası tərəfindən xilas edilir.
Fate/stay night: Heaven's Feel II. lost butterfly
Fate/stay night: Heaven's Feel II. lost butterfly (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi II. itmiş kəpənək‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2019-cu ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının ikinci filmidir. Əvvəlki filmdə Müqəddəs qədəh döyüşündən kənar qalan və xidmətçisini itirən baş qəhrəman Şiro Emiya onun üçün dəyərli insan olan Sakura Mato və digər iştirakçılar üçün həll yolu axtarmağa çalışır. Filmin Yaponiyada premyerası 12 yanvar 2019-cu ildə ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel III. spring song" 15 avqust 2020-ci ildə buraxılmışdır. == Məzmun == Seyberin kölgə tərəfindən udulması və öldürülməsindən sonra Şiro Emiya Müqəddəs qədəh müharibəsindən kənar qalır və evinə məğlubiyyətlə qayıdır. Lakin döyüşməyə davam etmək qərarına gəlir. Rin Tosaka ilə görüşdən qayıdandan sonra Şiro başa düşür ki, Sakura Mato qardaşı Şinci tərəfindən qaçırılıb və Şinci ilə döyüşə girişir.
Fate/stay night: Heaven's Feel III. spring song
Fate/stay night: Heaven's Feel III. spring song (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi III. bahar mahnısı‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2020-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının üçüncü və sonuncu filmidir. Əvvəlki filmlərdə Müqəddəs qədəh döyüşündən kənar qalan Şiro Emiya Müqəddəs qədəhin bir parçası olduğu məlum olan və qaranlıq tərəfini üzə çıxaran Sakura Matonu xilas etməyə çalışır. Filmin Yaponiyada premyerası 28 mart 2020-ci ildə planlaşdırılsa da, koronavirus pandemiyasına görə 15 avqust 2020-ci ildə baş tutmuşdur.
Enigmatic Feeling
Enigmatic Feeling (azərb. Anlaşılmaz hiss‎) — Yaponiyanın Ling Tosite Sigure rok qrupunun sinqlı. Sony Music Entertainment Japan tərəfindən 5 noyabr 2014-cü ildə buraxılmışdır. Mahnı 2014-cü ildə "Psycho-Pass 2" anime serialının açılış mahnısı olmuşdur.
гармо́шечный десятикопе́ечная обзира́ть обкида́ть поскули́ть прибега́ть весели́ться гро́говый обму́слить обо́зный отро́г отсигна́лить пересчита́ть подлива́ть басалык индития щелкать composing machine enthusiastical labialize Palladian recoverable spaniel колодник сверхприбыль