FAYDASIZ
FEODAL
OBASTAN VİKİ
Feil
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. == Feilin mənaca növləri == İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək),yaz(maq) bişir(mək),qur(maq) və s... Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq),pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s... Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq),sevin(mək),dərk et(mək) və s... Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək),fərəhlən(mək) və s... == Feilin quruluşca növləri == Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s.

Значение слова в других словарях

впечатля́юще зубр коря́га обеспе́ченный окле́ивание пережёвывать споко́йствие ста́пливать нечу́ткий оканто́вка оскверня́ть пи́хта продёргивание стрено́жить цели́тель щерби́нка колдуха ala disqualify enthronement hemicrany historiography marasmic stand over путевой