FELİ

FE’Lİ

ə. 1) işlə, işə aid olan; 2) qrammatikada: felə aid olan, feildən düzələn.

FELƏN
FEY
OBASTAN VİKİ
Anqlar-Sen-Feli
Anqlar-Sen-Feli (fr. Anglars-Saint-Félix, oks. Anglars e Sent Felitz və ya Anglars de Rinhac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rinyak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12008. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 30 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 633 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 351 nəfərin (15-64 yaş arasında) 274 nəfəri iqtisadi cəhətdən, 77 nəfər fəaliyyətsizdir (fəaliyyət nisbəti 78.1%, 1999-cu ildə 72.5%).
Erik Felipe Kardoso
Evaristo Feliçe Dal Abako
Evaristo Feliç Dal Abako (it. Evaristo Felice Dall'Abaco; 12 iyul 1675[…], Verona, Veneto – 12 iyul 1742[…], Münxen) — İtaliya barokko bəstəkarı, skripkaçı və violonçel ifaçısı. == Həyatı == Evaristo Feliç Dal Abako 12 iyul 1675-ci ildə İtaliyanın Verona şəhərində anadan olmuşdur. O, ilk növbədə Cuzeppe Torellinin, sonra isə Tomazo Antonio Vitalinin tələbəsi olmuşdur. Abako 1704–1715-ci illərdə Bavariya kürfüstünün sarayında musiqiçi kimi çalışmış, onunla birlikdə Brüsselə səfər etmiş, 1715-ci ildə isə sarayın konsert ustası olmuşdur. Simli alətlər və "basso continuo" (fasiləsiz bas) üçün iyirmi dörd "camera" (kameralı) sonata, on "concerti da chiesa" (kilsə konserti), on iki "a tre" (üçlü) sonata və on iki "concerti à più istrumenti" (bir çox alətlər üçün konsert) bəstələmişdir. O, bu əsərlərində italyan, fransız və alman ənənələrini birləşdirmişdir. == Nəşr olunmuş əsərləri == Opus 1:12 Sonate da Camera, skripka, violonçel və ümumi bas üçün (basso continuo) Opus 2: 12 Concerti à quattro da Chiesa Opus 3: 12 Sonate da Chiesa à tre Opus 4: 12 Sonate da Camera skripka və violonçel üçün Opus 5: 6 Concerti à più Istrumenti Opus 6: 12 Concerti à più Istrumenti Serenata à 4 voci construmenti Köln kürfürstü Klement Avqustun ad günü üçün bəstələnmişdir. == İstinadlar == == Xarici keçidlər == Биография на hoasm.org (ing.) Биография в Музыкальной энциклопедии Биография в энциклопедии Treccani.
Felicia
Felicia (lat. Felicia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Felicia erigeroides
Felicia erigeroides (lat. Felicia erigeroides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin felicia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aster erigeroides (DC.) Harv. === Heterotipik sinonimləri === Aster erigeroides var. schultesii Harv. Aster erigeroides var. trinervius (Turcz.) Harv. Felicia natalensis Sch.Bip. ex Walp. Felicia trinervia Turcz.
Felicia natalensis
Felicia natalensis Sch.Bip. ex Walp. — Felicia erigeroides bitki növünün sinonimi. Felicia natalensis Schltr. — Felicia rosulata bitki növünün sinonimi.
Felicia trinervia
Felicia erigeroides (lat. Felicia erigeroides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin felicia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aster erigeroides (DC.) Harv. === Heterotipik sinonimləri === Aster erigeroides var. schultesii Harv. Aster erigeroides var. trinervius (Turcz.) Harv. Felicia natalensis Sch.Bip. ex Walp. Felicia trinervia Turcz.
Felidae
Pişiklər (lat. Felidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi. Bütün müasir və nəsli kəsilmiş pişikkimilərin başı kiçik, gövdəsi yaraşıqlı və əzələli, ayaqları gödək, lakin güclüdür. Caynaqları tamamilə, yaxud qismən içəri çəkilə bilir. Əksəriyyətinin quyruğu uzundur. Bir qismi balaca (ev pişiyi), digəri iridir (şir, pələng). Tükləri qısadır; şimali və yüksək dağlarda yaşayan növlərin tükü tropik qurşaqlarda yaşayanlara nisbətən daha xovludur. Tropik meşə növlərinin rəngi çox vaxt əlvan (boz, narıncı, yaxud bozumtul fonda qara ləkələr, yaxud zolaqlar) olur. Şimal çöl və səhra növləri sarı, yaxud qum rənglidir; qarnı ağdır. Vəhşi pişikkimilər bütün materiklərdə və iri adalarda (Yeni Qvineya, Madaqaskardan başqa) yayılmışdır.
Feliformia
Pişikkimilər (lat. Feliformia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan yarımdəstəsi. Pişikkimilər yarımdəstəsinə aşağıdakı fəsilələr aiddir: Pişiklər (Felidae) Viveralar (Viverridae) Kaftarlar (Hyanidae) Manqustlar (Herpestidae) Nandiniidae Madaqaskar yırtıcıları (Eupleridae) Madaqaskar yırtıcıları (Eupleridae) Viveralar və Manqustlar fəsiləsindən genetik analizlərin nəticəsi olaraq ayrılıb. Nimravidae və Barbourofelidae fəsiləsinin nəsli kəsilib.
Feliks
Feliks — kişi adı və təxəllüs. Feliks Hausdorf — Alman riyaziyyatçısı Feliks Mendelson Bartoldi — alman bəstəkarı, pianoçu, dirijor. Feliks Konstandeliasz — İsveçli futbolçu Feliks Dzerjinski — SSRİ dövlət xadimi, Feliks Baumqartner — Avstriya paraşütçüsü. Feliks Blox — amerikan fiziki, Nobel mükafatı laureatı Feliks Məmmədov — voleybolçu, məşqçi Feliks Aubök — Avstriyalı üzgüçü Feliks Slidovker — Rejissor Feliks Quesada — futbolçu Felipe Almeyda Feliks — futbolçu Minusius Feliks — latındilli apologetikasının nümayəndəsi, Roma vəkili Feliks Elofsson — İsveçli fristaylçı. Ana Dulse Feliks — Portuqaliyalı marafonçu. Feliks Kumaritaşvili — Gürcüstanlı kirşəsürən Mişel Feliks Dunal — Fransız botaniki. Feliks de Asara — ispanyalı səyyah və təbiət alimi.
Feliks Aubök
Feliks Aubök (19 dekabr 1996) — Avstriyalı üzgüçü. Feliks Aubök Avstriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Feliks Aubök birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:36.24 saniyəlik nəticəsi ilə 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Feliks Baumqartner
Feliks Baumqartner (alm. Felix Baumgartner‎, 20 aprel 1969, Zaltsburq) —Avstriya paraşütçüsü. == Həyatı == == Yeni rekordu == Avstriyalı Feliks Baumqartner stratosferdən rekord hündürlükdən tullanıb. O, sərbəst enmədə səs sürətini örtüb və onun sürəti saatda 1342,8 km olub. İdmançı yerdən 39 km hündürlükdən tullanıb. Felix Baumgartner tullanarkən 4 dəq. 20 saniyə paraşütü açmayıb. Beynəlxalq Aeronavtika Federasiyası 43 yaşlı idmançının bazar günü ABŞ-də Nyu-Mexikoda tullandığını və maksimum sürət əldə etdiyini təsdiqləyib. İkinci dünya savaşından sonra səs sürətini aşan qırıcı, daha sonra isə sərnişin təyyarələri yaradıldı. Səs sürətini aşan maşınlar da meydana gəldi.
Feliks Blox
Feliks Blox (ing. Felix Bloch d. 23 oktyabr 1905, İsveçrə, Sürix; ö. 10 sentyabr 1983, İsveçrə, Sürix ) — amerikan fiziki. Nobel mükafatı laureatı (1952, E. Pörsellə birlikdə). == Haqqında == Felixs Blox 1905-ci il oktyabrın 23-də İsveçrənin Sürix şəhərində anadan olub. Sürixdə Ali Texniki Məktəbdə, İsveçrə Texnologiya İnstitutunda sonra isə Leyptsiq Universitetində təhsil alıb. 1928-ci ildə doktor elmi dərəcəsi alıb. 1934-cü ildən ABŞ-də yaşamış və işləmişdir, Kaliforniyada Stanford Universitetinin professoru idi. O, ABŞ atom layihəsinin iştirakçısı, 1954-1955-ci illərdə isə Avropa Nüvə Tədqiqatları Mərkəzinin baş direktoru olub.
Feliks Brakemon
Feliks Brakemon (fr. Félix Bracquemond; 1833—1914) — fransız rəssam. Rəssam Mari Brakemonun həyat yoldaşı. == Bioqrafiya == Brakemon 1833-cü ildə Parisdə anadan olmuşdur. Litoqrafiyada təhsil almışdır. Eyni zamanda, rəsm dərsləri almış və daha sonra Dominik Enqranın tələbələrdən birindən təhsil almışdır. Feliks Brakemon ilk dəfə olaraq 1852-ci ildə Paris Salonunda iştirak etdi, onun tərəfindən təqdim olunan portretlər hər kəsin diqqətini çəkdi. Ümumiyyətlə, o, səkkiz yüzdən çox vərəq , portret, mənzərə, müasir həyat səhnələri və quşların öyrənilməsi daxil olmaqla, eləcə də digər sənətkarların rəsmlərinin çoxsaylı şərhləri yaratmışdır. Teodor de Banvil, Jül Amede Barbe d’Orevilyi, Qustav Jeffrua, Feliks Nadar kimi tanınmış rəssamlar ilə dost idi. 1863-cü ildə Paris Salonunun münsiflər heyəti ofortlarını ləğv etdi.
Feliks Dzerjinski
Feliks Edmundoviç Djerzinski (pol. Feliks Dzierżyński , rus. Фе́ликс Эдму́ндович Дзержи́нский, 11 sentyabr 1877[…], Dzerjinovo[d], Vilen quberniyası[d], Rusiya imperiyası – 20 iyul 1926[…], Moskva, RSFSR, SSRİ) — sovet dövlət xadimi, Rus və Polşa inqilab hərəkatının üzvü. Ən çox "Dəmir Feliks" ləqəbi ilə tanınır. Həmçinin, "Qanlı Feliks" və ya "FD" ayamasıyla da tanınmışdır. SSRİ kəşfiyyat idarəsi olan "ÇEKA"nın qurucusu kimi də tanınır. == Həyatı == Feliks Dzerjinski 11 sentyabr 1877-ci ildə Rusiya imperiyasının Vilno quberniyasının Dzerjinovo malikanəsində anadan olmuşdur. 1895-ci ildə Dzerjinski Litva sosial-demokratiyası sıralarına daxil olur, onun inqilabi qanadına qoşulur, peşə və fabrik şagirdləri dərnəklərinə rəhbərlik etmişdir. 1896-cı ildə gimnaziyanı tərk edir və peşəkar inqilabçı olur. 1897-ci il, mart-iyul aylarında Kovnoda inqilabi iş aparır, qeyri-leqal polyak qəzeti buraxır, Aleksotadakı tətilə rəhbərlik edir.
Feliks Elofsson
Feliks Elofsson (30 sentyabr 1995) — İsveçli fristaylçı. Feliks Elofsson İsveçi 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Feliks Elofsson birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Elofsson ümumilikdə 73.85 xal toplayaraq öz cığırında 18-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Feliks Hausdorf
Feliks Hausdorf (ing. Felix Hausdorff; 1868 – 1942) — Alman riyaziyyatçısı; çoxluqlar nəzəriyyəsi, riyazi analiz, topologiya üzrə əsərlərin müəllifidir.
Feliks Hoffman
Feliks Georg Otto Hoffman (21 yanvar 1868, Lüdviqsburq, Ştutqart[d] – 8 fevral 1946, Lozanna) — məşğulluq sahəsində alman kimyaçısı və əczaçısı kimi tanınmışdır.
Feliks Konstandeliasz
Feliks Konstandeliasz (26 mart 1999-cu ildə İsveçdə anadan olub) — İsveç Allsvenskan təmsilçilərindən olan Malmö klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İsveçli futbolçudur. == Klub karyerası == === Malmö === Konstandeliasz Malmö akademiyası vasitəsilə inkişaf etmişdir. Konstandeliasz öz peşəkar karyerasında debütünü 18 aprel 2018-ci ildə Dyurqarden klubuna qarşı oyunda etmişdir. O, 82-ci dəqiqədə İsak Ssevankambonu əvəz etmişdir. Həmin görüşdə Malmö liqa görüşündə rəqibinə 3-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 23 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2İsveç Superkuboku görüşləri daxildir.
Feliks Kumaritaşvili
Feliks Kumaritaşvili — Gürcüstanlı kirşəsürən. == Həyatı == Feliks Kumaritaşvili 1970–1980-ci illərdə dəfələrlə Gürcüstan çempionu, müxtəlif ümumittifaq və beynəlxalq turnirlərin qalibi olub. O, 2001-ci ildən Gürcüstan yığmasının baş məşqçisidir. 2010-cu ildə Vankuverdə keçirilmiş Qış Olimpiadasında Nodarın dünyasını dəyişdiyi son məşqinin canlı şahidi olub. O, Nodar Kumaritaşvilinin əmisidir.
Feliks Mendelson Bartoldi
Yakob Lüdviq Feliks Mendelson Bartoldi (alm. Jakob Ludwig Felix Mendelssohn Bartholdy‎; 3 fevral 1809, Hamburq - 4 noyabr 1847, Leypsiq) — alman bəstəkarı. Dünyaca məşhur toy marşının müəllifi, pianoçu, dirijor. == Həyatı == 1809-cu ildə fevral ayının 3-də Hamburq şəhərində dünyaya göz açmışdır. Romantizm cərəyanının əsas yaradıcılarından sayılır. Uşaq yaşlarından İohan Sebastian Bax, Motsart və Handelin sənətinə böyük maraq göstərmiş, özünü həmin məktəbin davamçısı olaraq görmüşdür. Sənətə lap kiçik yaşlarından maraq göstərməsi, onu tezliklə yaradıcılığa sövq etmiş, ilk təcrübələrini yeniyetməlik dövründə sınamışdır. Əsas etibarı ilə, orkestr üçün musiqilər bəstələyirdi. Ən məşhur əsərləri Hark Herald Mələkləri oxuyur və Toy Marşıdır.
Feliks Məmmədov
Feliks Məmmədov (d. 1936 - ö. 13 may 2016) — kişi voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi. == Həyatı == 1936-cı ildə Bakıda anadan olmuşdur. Məktəb vaxtlarından voleybolla məşğul olmağa başlayan Feliks sonradan diqqət cəlb etmiş və uğurlu idmançı karyerası yaşamışdır. Məmmədov Azərbaycanla yanaşı, Türkiyədə də çalışıb. Feliks Məmmədov 13 may 2016-cı ildə, 79 yaşında səhər saatlarında uzun sürən xərçəng xəstəliyindən vəfat edib.Yasamal qəbiristanlığında dəfn olunub. == Uğurları == Feliks Məmmədov müxtəlif illərdə SSRİ və Azərbaycan çempionatının mükafatçısı olub.
Feliks Qari Qrey
Feliks Qari Qrey (17 iyul 1969, Nyu-York, Nyu-York ştatı) — Amerikalı film və musiqi video rejissoru və prodüseridir. O, daha çox rejissoru olduğu Friday (Cümə), Set It Off, The Mediator (Vasitəçi) və The Italian Job filmlərinin remeykləri ilə tanınır. Filmlərdən başqa TLC, Dr. Dre, Tupac Shakur, Mary J. Blige, Outkast, Babyface və Jay-Z kimi bir çox sənətçi və qrupun video kliplərini çəkmişdir.
Feliks Quesada
Félix Quesada Mas (1 iyul 1902 – 9 iyul 1959) - İspaniya peşəkar futbol assosiasiya oyunçusu. İspaniyanın paytaxtı Madriddə anadan olub. Karyerasının çox hissəsini Real Madriddə müdafiəçi olaraq keçirib. Oynadığı 244 oyunda 33 qola imza atıb. Karyerası ərzində 12 dəfə zonal çempionatı, 2 dəfə La Liqanı qazanıb. İspaniya milli futbol komandasında 9 oyun keçirib və bir dəfə fərqlənib. == Xarici keçidlər == Félix Quesada Real madrid Əfsanələrində.
Feliks Slidovker
Feliks Seymonoviç Slidovker (25 yanvar 1940, Odessa) — rejissor. == Həyatı == Feliks Slidovker 25 yanvar 1940-cı ildə Odessada anadan olub. M.Şepkin adına Teatr Məktəbində təhsil alıb (1964). Kalinin Dram Teatrında və Moskva Gənc Tamaşaçılar Teatrında (1965-1967), televiziyada çalışıb.
Feliks Vallotton
Feliks Vallotton (fr. Félix Vallotton, 28 dekabr 1865, Lozanna — 29 dekabr 1925, Paris) — isvreçli rəssam və qrafikçi. Ağac üzərində oyma (qravürlər) ona şöhrət qazandırdı. == Bioqrafiyası və yaradıcılığı == Vallotton Lozannada mühafizəkar orta səviyyəli bir ailənin tərkibində doğulub. 1882-ci ildə klassik tədqiqatlar sahəsində yüksək təhsil alan Kanton Kollecində təhsil almışdır.

Digər lüğətlərdə