FEMİNİZM
FENİKS
OBASTAN VİKİ
Ay Fen
Ay Fen (çin. 艾芬; 1974) — Çində Uhan Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri. O, dünyada koronavirus epidemiyasının başlandığını elan edən ilk həkim olmuşdur. Çində nəşr edilən "People" jurnalı tərəfindən yayımlanan bir məqalədə ona "The whistle-giver" (发哨子的人) adı verilmişdi(发 哨子 的 人) (ilk həyəcan təbilini çalan). Məqalə Çin senzurası tərəfindən dərhal məhv edilmişdi. Lakin senzuranı keçmək üçün Çin internetində emoji, Morze əlifbası ilə tərcümə edilmiş repostlar şəklində saxlanılmışdır. == Həyatı == Ay Fen Tonzi Tibb Kollecini (indi Xuaçjun Elm və Texnologiya Universitetinin bir hissəsi) bitirib və Uhan Mərkəzi Xəstəxanasının ürək-damar xəstəlikləri şöbəsində çalışıb. 2010-cu ildən o, xəstəxananın təcili yardım şöbəsinə rəhbərlik etmişdir. == COVID-19 epidemiyası == Ay Fen 2019-cu il dekabrın 18-də ilk dəfə koronavirusa yoluxmuş xəstə ilə üzləşib. Belə ki, həmin gün Uhan Mərkəzi Xəstəxanasına indiyə qədər müşahidə olunmayan qəribə tənəffüs yolu iltihabı ilə 65 yaşlı bir kişi müraciət edib.
Sverre Fen
Sverre Fen (14 avqust 1924[…], Konqsberq[d], Buskerud[d] – 23 fevral 2009[…], Oslo) — Norveç memarı. == Həyatı == Sverre Fen Norveçin Buskerud bölgəsində yerləşən Konqsberq şəhərində anadan olub. İkinci dünya müharibəsindən sonra Osloda aldığı memarlıq təhsilindən sonra Norveçin əsas memarlarından birinə çevrilmişdir. 1952-1953-cü illərdə Mərakeşdə olduğu zamanlarda bu ölkənin memarlığını öyrəndi.Bu dövrlərdəki memarlıq kəşfləri həyatının qalan hissəsində vacib rol oynamışdır. Daha sonra 2 il Parisdə yaşayan Sverre Fen Jan Pruvun ofisində işlədi. Bu zaman Le Kurbuse ilə tanış oldu. 1954-cü ildə Norveçə qayıdan memar bu zamandan etibarən ofisini açıb layihələrini hazırlamağa başlamışdır. 34 yaşında ikən 1958-ci ildə Brüsseldə keçirilən Ekspo sərgisində məşhurlaşdı. Onun 60-cı illərdəki ən məşhur işi Norveçin Hamar şəhərində yerləşən Hedmarks Muzeyi (1967-1979) idi. Digər maraqlı və məşhur işləri arasında Oslo şəhərindəki Şreyner Evi (1963) və Bambl şəhərində yerləşən Bask Evi (1990) də yer alır.
2012-ci il fenomeni
2012-ci il fenomeni — 21 dekabr 2012-ci ildə planetlərin paradı olacağı və dünyanın qaranlıq olacağı və ya dağılacağı iddia olunurdu. Dünyanın bir çox alimləri bu iddiaları rədd etsələr də kütləvi informasiya vasitələrinin ardıcıl təbliğatı nəticəsində müəyyən cəmiyyətlər bu iddialara inanmağa başlamışdır.
Aechmea fendleri
Aechmea fendleri (lat. Aechmea fendleri) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Ajax fenestralis
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Bell fenomeni
Bell fenomeni — normal halda göz qapağının qapanması zamanı göz alması fizyoloji olaraq yuxarı hərəkət edir; Bell iflicində göz qapağının qapanmaması səbəbi ilə göz almasının bu hərəkətinin görülməsi və harəkətin sonunda sadəcə skleranın görünməsinə Bell fenomeni adı verilir.
Bidens fengjiensis
Bidens fengjiensis (lat. Bidens fengjiensis) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Brickelliastrum fendleri
Brickelliastrum (lat. Brickelliastrum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Brickelliastrum fendleri (A.Gray) R.M.King & H.Rob. - Şimali Amerikada bitən yeganə növ.
Bulbophyllum fenixii
Bulbophyllum fenixii (lat. Bulbophyllum fenixii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Calamintha fenzlii
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid biki növü. == Qısa morfoloji təsviri == Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5-10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10-15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5-7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. == Yayılması == == Arealı == Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Ceyk Fenleyson
Ceyk Fenleyson (2 fevral 1993-cü ildə anadan olub) — ABŞ Futbol Liqası təmsilçilərindən olan Orlando Siti B klubunda qapıçı kimi çıxış edən peşəkar ABŞ futbolçusudur. == Karyerası == === Kollec === Fenleyson öz karyerasına 2012-ci ildə Akron Universitetinin kollec futbolu komandasında başlamışdır. 2015-ci ilə qədər bu klubda oynamışdır. 2011-ci ildə qırmızı köynəklilərin də şərəfini qorumuşdur. === Peşəkar === Fenleyson 4 fevral 2016-cı ildə ABŞ Futbol Liqası təmsilçilərindən olan Orlando Siti B klubu ilə müqavilə imzalamışdır.
Ceyms Fenimor Kuper
Ceyms Fenimor Kuper (ing. James Fenimore Cooper; 15 sentyabr 1789 - 14 sentyabr 1851) — məşhur Amerika yazıçısı. Amerika romantizminin ilk görkəmli nümayəndələrindən biri olan Ceyms təkcə öz vətənində deyil, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır. Macəra romanlarının və ovçu Natti (Nataniel) Bamponun sərgüzəştləri haqqında çoxsaylı əsərlərin müəllifidir. Həmin seriyadan olan "Sonuncu mogikan" əsəri onun yaradıcılığının zirvəsi hesab olunur. == Kuperədək Amerika... == ...İstiqlaliyyət uğrunda gedən müharibədə xalq kütlələri böyük qəhrəmanlıq göstərmiş, onların sayəsində qazanılan qələbədən isə iri torpaq və sənaye sahibləri öz mənafeləri üçün istifadə etmişdilər. Amerika burjua inqilabı torpaq və quldurluq məsələlərini heç də mübarizəyə qoşulanların arzuladıqları kimi həll edə bilməmişdi. Azadlıq, bərabərlik və torpaq gözləyən sadə amerikalılar aldadılmışdılar. Amerika romantizmini yaradan səbəblərdən biri bu idi.
Chamaesyce fendleri
Euphorbia fendleri (lat. Euphorbia fendleri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Daphnidostaphylis fendleri
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü. == Yayılması == Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. == Sinonimləri == Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Daphnidostaphylis fendleriana
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü. == Yayılması == Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. == Sinonimləri == Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Eduard Fenzl
Eduard Fenzl (ing. Eduard Fenzl; 1808–1879) Avstriya botaniki.
Euphorbia fendleri
Euphorbia fendleri (lat. Euphorbia fendleri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Fenixia pauciflora
Fenixia (lat. Fenixia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Fenixia pauciflora Merr.
Fennomaniya
Fennomaniya (fin Fennomania) — Finlandiyanın təhsil almış təbəqəsini isveç dili əvəzinə, fin dilindən istifadə etməsinə, daha sonra dövlət statusu almağa və nəhayət, Finlandiya milli dövlətini yaratmağa çalışan fin milli azadlıq hərəkatı. Hərəkat özünün ən yüksək səviyyəsinə 19-cu əsrin ikinci yarısında, romantik milliyətçiliyin yüksəldiyi dönəmdə çatdı.
Fennoskandiya
Fennoskandiya (fin Fennoskandia, isv. Fennoskandien, norv. Fennoskandia) — Skandinaviya və Kola yarımadalarını, materik Finlandiya və Kareliyanı əhatə edən coğrafi yarımada. == Etimologiya == Fennoskandiya adı latın dilində olan "Fenniya" (Finlandiya) və "Skandiya" (Skandinaviya) sözlərindən gəlir. Termin ilk dəfə Finlandiya arxeoloqu Vilhelm Remzi tərəfindən 1898-ci ildə istifadə edilmişdir. == Xüsusiyyətlər == Fennoskandiya kristalik qalxanlar üzərində düzənliklərdən və Kaledon qırışıqlığında alçaq və orta dağlıqdan ibarət sahədir. Müasir buzlaşma ocaqları, qədim buzlaşmanın izləri, həmçinin buzlaq gölləri, fyord və şxer tipli sahillər xarakterikdir. İqlimi mülayim soyuqdur. Tayqa, meşə-tundra, tundra, qarışıq meşələr, dağ-tundra qurşaqları var. == İstinadlar == == Əlavə ədəbiyyat == Fennoskandiya // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
Fenokopiya
Fenokopiya – fenotipin qeyri-irsi dəyişikliyidir (modifikasiya), genotipin (mutasiyaların) müəyyən dəyişiklik əlamətləri ilə oxşardır. "Fenokopiya" termini 1935-ci ildə R. Qoldşmidt tərəfindən təklif olunmuşdur. Bir qayda olaraq fenokopiya genetik normal (qeyri-mutant) orqanizmə fiziki və kimyəvi faktorların təsirinin nəticəsidir. Belə ki, talidomid qəbul edən hamilə qadınlarda çox vaxt fekomeliya (üzgəcşəkilli qollar) ilə uşaqlar doğulurdu (talidomid fenokopiyalar). Fekomeliyanı mutanyt allellər də törədə bilər. Eyni faktor ontogenezin müxtəlif mərhələlərində müxtəlif fenokopiyalar, müxtəlif faktorlar isə eyni mərhələyə təsir edərək eyni fenokopiyalar törədə bilər. Məsələn, erkən mərhələlərdə toyuq embrionunun sarı kisəsinə insulin inyeksiyası nəticəsində yumurtadan quyruqsuz cücələr çıxır, daha gec mərhələlərdə isə yuxarı dimdiyiqısa olan cücələr çıxır (hər 2 hal üçün uyğun mutasiyalar məlumdur). Drozofildə resessiv mutasiya nəticəsində yaranan dörd qanadlılığı inkişafın erkən mərhələsində sürfələrə efir və ya yüksək temperaturla təsir etməklə də almaq olar. Beləliklə, fenokopiyaların səbəbi müxtəlif faktorların təsiri ilə ontogenez proseslərinin normal gedişinin pozulmasıdır (genotipdə spesifik dəyişiklik olmur). Fenokopiyalar embriogenezin erkən mərhələlərində yaranır, fenotipi kəskin dəyişir, bütün həyat boyu saxlanılır, sonrakı nəslə ötürülmür.
Fenol
Fenol (Karbalol turşusu) — çox sadə aromatik (ətirli) birləşmədir (C6H5OH), bərk maddədir, rəngsiz olub havada çəhrayı rəng olan kristaldır. Tibbdə az miqdarda dezinfeksiya məqsədilə işlədilir. Fenolun buxarı ilə nəfəs aldıqda selikli qişanı zədələyir, dəriyə dəydikdə yanıq əmələ gətirir, qida yoluna düşdükdə qaraciyər və böyrəkləri zədələyir. Hətta kiçik dozalarda bir çox su orqanizmləri üçün məhvedici təsir göstərir. İnsan üçün birdəfəlik ölüm dozası 154 q.-dır. == Nomenklaturası, fiziki xassələrinin xüsusiyyətləri == Fenollar- aromatik hidroksilli birləşmələr olub, hidroksil qrupu birbaşa aromatik nüvə ilə birləşmişdir. Runqe fenolu daş kömür qətranında tapıb, Loran onun quruluşunu müəyyənləşdirib və Jerar onu fenol adlandırmışdı. Bir çox fenolların (həmçinin onların törəmələri) İUPAC-a uyğun ənənəvi adları vardır. C6H5OH - fenol o-CH3C6H4OH - o-Krezol m-CH3C6H4OH - m-Krezol COOH C6H4OH - salisil turşusu və s.Fenolların alfatik spirtlərdən və aromatik karbohidrogenlərdən fərqi ondadır ki, onlar kristallik maddələr olub, sudan ağırdır və yüksək qaynama temperaturuna malikdirlər. == Fenolların alınma üsulları == Fenol iri tonnajlı sənaye məhsulu olduğuna görə əsasən fenol-formaldehid qətranının istehsalında istifadə olunduğundan, onun alınmasının sənaye metodu üzərində dayanaq.
Fenologiya
Fenologiya (yun. phaino- aşkar edirəm) — Təbiətdə mövsümi hadisələr, onların başlama müddəti və bu müddətləri müəyyən edən səbəblər haqqında biliklər sistemi. == Ümumi məlumat == Fenologiya bitki və heyvanat aləminin (biofenologiya) mövsümi hadisələrini, həmçinin qarın yağması, ilk və son ayazlar, buzbağlama və su hövzələri donuşluğunun açılmasını qeydə alır və öyrənir. Bitkilərdə (fitofenologiya) inkişafın mövsümi fazaları (tumurcuqların şişməsi və açılması, yarpaqlama, çiçəkləmə, toxumların və meyvələrin yetişməsi, xəzan): heyvanlarda (zoofenologiya) – məməlilərdə qış yuxusundan oyanma, cütləşmənin başlanması, mövsümi törəmələr və miqrasiyalar, quşlarda yuvalama, yumurtaqoyma və s., köçəri quşlarda həmçinin yaz və payız köçmələri, buğumayaqlılarda qışlayan fərdlərin oyanması, yumurtaqoyma, sürfələrin inkişafı, diapauzalar və s. qeydə alınır. Fenoloji qanunauyğunluqlar xalq təsərrüfatında mövsümi işlərin və tədbirlərin regional təqviminin tərtib olunması əsasında inkişaf edir, təbiətin mühafizəsi, faydalı bitkilərin zərərvericiləri və xəstəliklərinə, insan, ev heyvanlarının parazitlərinə və transmissiv xəstəliklərinə qarşı mübarizə tədbirləri keçirilməsində də bu təqvimlərdən istifadə edilir. == Fenoloji faza == Fenoloji faza təbiətdə mövsüm üzrə bir-birindən kəskin seçilən dövrlərdir. Bitkilərdə- tumurcuqlama, çiçəkləmə, toxumvermə; heyvanlarda- miqrasiya, yuvaqurma, balaçıxarma və s.
Fenomen
Fenomen (yun. φαινόμενον — «zühr edən», «üzə çıxan») — hissiyyatla qəbul edilən halı izah edən termin. Çətin izah edilən və ya izah edilə blinməyən nadir hadisə. == Fəlsəfədə == Antik fəlsəfədə termin bir sıra tədqiqatçıların fikirlərində rast gəlinir və təcrübədən gələn bilik kimi izah edilir. Əflatunun fəlsəfəsində fenomenallıq ideyalara əks götürülür. Onun qənaətincə fenomenlik ideyanın təzahürüdür. Yeni dövrün fəlsəfəsində fenomenlik tək ideyanın təsviri kimi götürülmür. Fenomenliyə dair Corc Berkli, Qotfrid Leybnits kimi filosoflar fikir söyləyirlər. Kanta görə, isə fenomen transsendetal subyekt tərəfindən meydana gəlir. Kant fenomeni noumenə əks qoyur.
Fenomen sinematoqrafının binası
Fenomen sinematoqrafının binası və ya Kukla Teatrının binası — 1910-cu ildə Bakıda tikilmiş ilk sinematoqraf binası. Bina İosif Ploşkonun layihəsi üzrə fransız renessansı üslubunda tikilib. Hazırda binada Azərbaycan Dövlət Kukla Teatrı fəaliyyət göstərir. == Tarixi == XX əsrin əvvəllərində Bakının planlaşmasına və tamaşa müəssisələri tikintisinə yeni memarlıq mövzusu - səssiz kino göstərilməsi üçün sinematoqraf binası daxil olmuşdur. Hamının üzünə açıq olan ucuz sinematoqraf tezliklə tamaşaçıların etimadını qazanır. Bakıda sinematoqrafların ilk binası 1909-1910-cu illərdə yeni bulvarda mülki mühəndis İosif Ploşkonun layihəsi üzrə tikilmişdir. Bu binanın tikilməsi çox müzakirələrə səbəb olmuşdur. Kinematoqrafın layihəsi şəhər rəisi tərəfindən təsdiq olunduqdan sonra 1909-cu ildə yeni binanın tikilməsinə başlanıldı. Lakin şəhər hakimiyyəti "gəzinti və istirahət üçün nəzərdə tutulan bulvarda belə tikintiyə icazənin mümkünsüzlüyünü bildirdilər. Pavilyon bulvarın yaraşığını pozar və sıxlıq yaradar, buna görə də sökülməlidir" Binanı bulvarın qurtaracağında, "Qafqaz və Merkuri" cəmiyyətinin anbarları ilə yanaşı ucaltdılar, 1910-cu ilin iyununda sinematoqraf "Fenomen" adı altında fəaliyyət göstərməyə başladı və əks fikirlərin yaranmasına səbəb oldu.
Fenomenologiya
Fenomenologiya (alm. Phänomenologie‎ — "fenomenlər haqqında təlim") — öz vəzifəsini dərk edən şüurun təsviri və bu şüurda əhəmiyyətli xüsusiyyətlərin üzə çıxarılması kimi müəyyənləşdirən XX əsr fəlsəfi cərəyanı.

Значение слова в других словарях

вя́жущий для того́ чтоб дотя́гивать затопля́ть ли́ствие люлю́кать обтыка́ться подслу́шать рукави́ца столоверче́ние три́зна в ни́точку вме́шивать кре́нделем кула́ческий обсуши́ть пофлани́ровать круглый andrology cassiterite double-ganger endlessly onion-eyed необстоятельный хомут