FENOMEN
\[alm. Erscheinung, phȁnomen; tr. Görüngü; ing. Phenomenon; appearance; tun. Phainomenon; osm. tr. hadise; ər. حادثح \] – ümumiyyətlə hisslərlə dərk edilən hər şey. Hadisəolan, zahir olan, yaxud müşahidəsi mümkün olan, idrak ediləbilən, mövcud olana müqabil görünən şey. Fenomen \[fr. Phénomène; ing. Phenomenon; ər. ذظاهشٌ ; yun. Phainomenon – təzahür edən, aşkara çıxan\] – təcrübədə bizə verilmiş, hisslərin köməyilə dərk olunan hadisəni ifadə edən anlayış. Fenomenalizm – idrak haqqında təlim; duyğuların bilavasitə idrakın obyektindən ibarət olması tezisini əsas tutur.