FEODALİ́ZM

is. [ lat. feodum – malikanə.] Orta əsrlərdə xüsusilə Qərbi Avropada torpağın, istehsal vasitələri və kəndlilərin tək bir feodalın ixtiyarında olmasına əsaslanan, ümumdünya tarixi tərəqqinin gedişində ictimai-iqtisadi formasiyaların əvəz olunmasından ibarət bütöv dialektik prosesin orta həlqəsini təşkil edən ictimaiiqtisadi formasiya. Feodalizm dövrünün ideologiyası. Feodalizm zəmanəsi quldarlıq quruluşu ilə kapitalizm arasındakı dövrü əhatə edir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FEODALİZM FEODALİZM (tar.) [David:] Hərçəndi bəziləri kababı feodalizm dövrünün qalığı adlandırır (H.Abbaszadə); DƏRƏBƏY(İ)LİK (köhn
FEODÁL
FERMA
OBASTAN VİKİ
Feodalizm
Feodalizm və ya Dərəbəylik (lat. feudum) – torpaq mülkiyyəti. == Feodalizmin mahiyyəti == 18-ci əsrin əvvəllərindən başlayaraq tarixşünaslıq elmi "feodalizm" terminindən geniş istifadə etsə də, bu anlayışı vahid elmi tərifini verə bilməmişdi. Tarixçilər daha çox onun ikinci dərəcəli, başlıca olaraq, siyasi və hüquqi əlamətlərinə görə tərif verirdilər. Bir qrup tarixçi siyasi pərakəndəliyi, dərəbəyliyi, başqaları feodal nərdivanı, üçüncü qrup isə siyasi hakimiyyətin torpaq sahibliyi ilə birləşməsini, bəziləri isə şəxsi əlqələrin hökmranlığını və sairəni onun başlıca əlaməti hesab edirdi. Ş. Monteskyö feodalizmin əsas şərti kimi şərti torpaq mülkiyyətini, feodlar sistemini və onun əsasında artan hərbi-len iyerarxiyasını hesab edirdi. Lakin çağdaş tarix elmi həm də feodalizmin mahiyətini, ikinci dərəcəli, subyektiv, təsadüfi əlamətlərdə deyil, onun obyektiv, mahiyətinə xas olan, və təkrar olunaraq, sistemli səciyə daşıyan əlamətlərinə görə fərləndirirdi. Məhz istehsal münasibətləri bütövlükdə feodalizm ictimai formasiyası üçün xas olan siyasi və ictimai xüsusiyyətləri müəyyən edir. Feodalizm quruluşunu bir tərəfdən quldarlıq, digər tərəfdən isə kapitalizmdən fərqləndirən başqa mühüm xüsusiyyət iri torpaq mülkiyətinin bilavasitə istehsalçıların - kəndililərin xırda fərdi təsərrüfatları ilə əlaqədar olması idi. Feodallar öz torpaqlarının çox hissəsini istifadə üçün kəndlilərə paylayırdılar.
Uc (feodalizm)
Uc (türk. Uç; kənar, son) — köçəri türkmənlərin üstünlük təşkil etdiyi, adətən "kimsəsiz torpaqlar" kimi təsvir edilən torpaq mülkiyyət forması. Əsasən Anadolu, Balkanlar və Pireney yarımadasında formalaşmış müsəlman dövlətlərində olurdu. Bu torpaqlar tayfa başçılarına dövlətin ucqar sərhədlərini xarici qüvvələrdən qorumaq öhdəliyi müqabilində verilirdi. İrsən keçmirdi. == Əhalisi == Bizansın xaraba qalmış Saqalassos qalasında şəhərin xristian sakinləri ilə buraya gələn türklər arasında münasibətlər mənfi zəmində idi. Bu səbəbdən türkmənlər "qarahisar"ın özündə deyil, onun kənarındakı ayrı kəndlərdə məskunlaşmağa başlamışdılar.Tutulan bəzi yunan şəhərlərinin əhalisinin sayı xeyli azalmış olsa da, qismən qorunurdu. Qalan xristian yunanlar vergi planında (zimmi) istismar olunurdu, onlardan həm də devşirmə, qadınlardan fahişə, qul, cariyə kimi istifadə olunurdu. Hər halda, Səlcuqlu uclarında qalan yunanlar tədricən türkləşməyə və islamlaşmaya məruz qalmışdılar. Həmçinin, oturaq həyat tərzinə keçən türkmənlər onların iqtisadiyyatlarını təqlid edərək xaraba qalmış Bizans şəhərlərinə daha yaxın yerlərdə məskunlaşmağa başlamışdılar.

Digər lüğətlərdə

...корпусно́й бу́квенный законтракто́вывать кинематографи́чный массажи́ст модерниза́ция моржо́вый полукру́г приковыля́ть самоце́ль чле́ник эпилепти́чка водное по́ло гидросфе́ра катало́г натрясти́ отягча́ть blocking third calendarist categoricalness radioquiet scripture vaporific лощина среди