FERMA

[ fr. ]
1. Heyvandarlığın müəyyən sahəsi ilə məşğul olan ixtisaslaşdırılmış ayrıca təsərrüfat. Atçılıq ferması. Quşçuluq ferması. Fermaların yarışı.
[Gülsənəm arvadın] qaş qaralanda, fermada sağını qurtarıb evə qayıdan zaman az qala dili tutulmuşdu. M.Hüseyn.

2. Xüsusi və ya icarəyə götürülmüş torpaqda xüsusi təsərrüfat.

Omonimlər

  • FERMA FERMA I is. [ fr. ] Kolxoz və sovxozlarda ixtisaslaşdırılmış təsərrüfat. FERMA II is. [ fr. ] tex. Çatı
FEODALİ́ZM
FÉRMA₂

Digər lüğətlərdə