FESTİVAL

\[fr. festival-bayram\] фестиваль (харусенятдин гьи хьайитӀани жуьредиз талукь яз тешкилдай сувар).
FERMER
FETİŞ
OBASTAN VİKİ
Festival
Festival (fr. festival, lat. festivus — bayram əfval-ruhiyyəli) — kütləvi bayram, musiqi, teatr, estrada, sirk yaxud kino sənətinə aid nailiyyətlərin nümayişi. Amerikada xalq kücə yarmarkaları da festival adı ilə tanınırlar. Onlar həm iri bağlı məkanlarda, həm də müasir formatda, açıq havada — tarla, meydan, park, qəsr və digər görməli yerlərin tarixi interyerlərində keçirilir. Böyük Britaniyada peyda olan ilk festivallar musiqili olublar. XX-ci əsrdən başlayaraq beynəlxalq festivallar populyarlıq qazanır. Gənclər və tələbələr festivallarının bəziləri "Sülh və dostluq naminə" və "Həmrəylik, sülh və dostluq naminə" şüarları altında təşkil olunur. SSRİ-də ilk musiqili festivallar 1930-u illərdə keçirilib. Festival növləri: Kino festivalı, Teatr festivalı, Ədəbiyyat festivalı, Musiqi festivalı, Muğam festivalı, Rok festivalı, Caz festivalı, Rəqs festivalı, Elm festivalı, Kitab festivalı, Kulinariya festivalı, Uşaq festivalı, mədəniyyət festivalı və s.
Çervona ruta (festival)
Çervona ruta (ukr. Червона рута) — 1989-cu ildən bəri hər iki ildən bir keçirilən daimi ikiillik ümumkrayna müasir mahnı və populyar musiqi gənclər festivalı. Bu, "şarovarı" janrı ilə əlaqəli ənənəvi Ukrayna xalq mədəniyyətindən uzaqlaşaraq daha çox Ukrayna populyar musiqisinin təqdim olunduğu bir meyar olmuşdur. Bəzən Ukraynadan sadəcə seçilmiş bir mahnının nümayiş olunduğu SSRİ İlin Mahnısı (Pesnya qoda) festivalından fərqli olaraq, "Çervona ruta" daha çox müğənni və mahnıya icazə vermişdir. Festival məşhur Ukrayna mahnısını olan "Çervona ruta"nın müəllifi və bəstəkarı olmuş ukraynalı bəstəkar və şair Vladimir İvasyuka həsr olunmuşdur. Bu adçiçəkli bitkilərin mifoloji və ya faktiki növlərinə olan "Çervona ruta" ilə əlaqəlidir. == Tarixi == Festivalın ideyası və adı jurnalist İvan Lepşaya məxsusdur. Layihəni onu Taras Melnik, Kiril Stetsenko, Anatoli Kalenıçenko, Oleq Repetski və İvan Malkoviç həyata keçirmişdilər. Festival Ukrayna populyar musiqisinin canlanmasında mühüm rol oynamış və 1990-cı illərin Ukrayna musiqi bumuna töhfə vermişdir.1986-cı ildə SSRİ-də "perestroyka" kimi tanınan islahatlar başlayana qədər "Qlasnost" və "Uskoreniye" ilə birlikdə bütün Sovet İttifaqında rok musiqisi tabu idi. Buna baxmayaraq, 1980-ci il Gürcüstanın "Bahar ritmləri" festivalı kimi bəzi istisnalar da var idi.
"JARA" beynəlxalq musiqi festivalı
"JARA" beynəlxalq musiqi festivalı (rus. Международный музыкальный фестиваль «ЖАРА») — musiqi festivalı. Festival ilk dəfə 2016-cı ildə Azərbaycanın Bakı şəhərində keçirilib. == Festivalın tarixi == === 2016 === 2016-cı ildə festival Bakıda iyulun 9-dan 10-a qədər keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Stas Mixaylov, Nikolay Baskov, Ani Lorak, Vladimir Presnyakov, Eva Polna, Aleksandr Revva, Polina Qaqarina, Timati, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, Nyuşa Şuroçkina, İqor Burnişov, Stas Kostyuşkin, Denis Klyaver, Anitsa Tsoy, Tomas N'evergreen, Valeriya, Lolita Milyavskaya, Anna Sedokova, Aleksey Vorobyov, Slava, Pizza, Band'Eros, Vremya i Steklo, Yulianna Karaulova, Vlad Sokolovskiy, Mitya Fomin, Nərgiz və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova və Andrey Malaxov olub. === 2017 === 2017-ci ildə festival Bakıda 25 iyuldan 28 iyula qədər keçirilib. Festivalda Alla Puqaçova və Sofiya Rotarunun yaradıcılıq gecələri keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Nikolay Baskov, Ani Lorak, Aleksandr Revva, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, İqor Burnişov, Anitsa Tsoy, Valeriya, Lolita Milyavskaya, Slava, Vremya i Steklo, Yulianna Karaulova, Nərgiz, Albina Canabayeva, Aleksandr Marşal, MOT, IOWA, Alessandro Safina, MONATIK, Timur Rodrigez, Stanislav Pyexa, Soso Pavliaşvili, Vera Brejneva, Vladimir Vinokur, Layma Vaykule, Kristina Orbakayte, İrina Dubtsova, Yeqor Krid, Dima Bilan, Diana Arbenina, Valeri Meladze, Jasmin, Lev Leşşenko, Qlyukoza, Vaxtanq, Fabrika, Brandon Stone, Maks Barskix, Aleksandr Panayotov, Olqa Buzova, Yuliya Parşuta və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkin olub.
"Qız qalası" Beynəlxalq İncəsənət Festivalı
"Qız qalası" Beynəlxalq İncəsənət Festivalı — İçərişəhərin ərazisində yerləşən Qız qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən etibarən keçirilən beynəlxalq incəsənət festivalıdı. Qız qalası 2000-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdi. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. == Festivalın tarixçəsi == Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Müasir İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə 2010-cu il 26–29 may tarixlərində keçirilən ilk festivalda 18 ölkədən 20-dən çox rəssam. 2011-ci ildə keçirilən II Beynəlxalq incəsənət festivalnda isə 20 ölkədən 25 tanınmış rəssam iştirak edib. 2012-ci ildə 24 ölkədən rəssamların iştirak etdiyi "Qız qalası" III Beynəlxalq incəsənət festivalında, əvvəlki festivallardan fərqli olaraq, nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə diqqəti cəlb etmək məqsədilə ceyran maketləri hazırlanmışdır. Həmin maketlər rəssamlar tərəfindən bəzədilmişdir. Bu festival IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi təşkilatçılığı iləkeçirilmişdi. 2013-cü il iyulun 4-də Kannın La Kruazet bulvarında "Qız Qalası" IV Beynəlxalq incəsənət festivalının açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Kann şəhərinin meri, deputat Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini Filip Dust-Blazi açılış mərasimində iştirak ediblər.
"Rossiya" açıq sənədli filmlər festivalı
"Rossiya" açıq sənədli filmlər festivalı — Rusiyada hər il keçirilən kino festivalı. == Tarixi == "Rossiya" açıq sənədli filmlər festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 1988-ci ildən bəri hər il keçirilir. Seçim komitəsinə hər il Rusiyadan və xaricdən 300-dən çox film təqdim olunur.
"Texnofest-2022" festivalı
Texnofest Azərbaycan — 2021-ci ildən etibarən Azərbaycanda keçirilən aerokosmik və texnologiya festivalı. == 2021 == Azərbaycan ilk dəfə 2021-ci ildə Teknofest Aviasiya, Kosmos və Texnologiya sahələri üzrə festivalda iştirak edib. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotları "MiQ-29" qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər. Tədbirdə Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən iki "MiQ-29" təyyarəsi, eləcə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən "İti qovan", "Orbiter 2", "Orbiter 3", "Orbiter 4" kimi pilotsuz hava vasitələri də sərgilənib. "MiQ-29" təyyarələri beş gün ərzində İstanbulda hava şoularında da iştirak edib. == 2022 == Teknofest Azərbaycan tədbirinin 2022-ci ilin 26–29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçirilib. Festivalın təşkilatçıları "Türkiyə Texnologiya Komandası" — T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir. Yarışlarda beynəlxalq iştirakçıların da iştirak edib. Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılıblar.Həmçinin akademik tərəfdaşlar isə ADA Universiteti, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasıdır.Tədbir çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "MİQ-29" qırıcı təyyarələri, Türkiyənin Solotürk və Türk Ulduzları aerobatika komandaları, Bayraktar Akıncı PUA-sı, Hürkuş təlim təyyarəsi və T-129 helikopterləri uçuşlar həyata keçiriblər.
2015 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2015 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XIII Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2015-ci il iyulun 26-dan avqustun 1-nə qədər Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
2017 Britaniya Bahar Film Festivalı (Bakı)
2017-ci il aprel ayının 28-də British Council Azərbaycan təşkilatı, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Bakıda üçüncü Britaniya Bahar Film Festivalının açılışı olmuşdur. Festivalı çərçivəsində aprelin 28-dən mayın 4-dək Nizami Kino Mərkəzində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış yeni filmləri təqdim edilmişdir. British Council Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil etmişdir. Ötən ilki festivallardan fərqli olaraq bu dəfə qadınların çəkdiyi və qadınlar haqqında çəkilmiş 6 film nümayiş olunmuşdur. Həmçinin British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı səfirliyi "Nərimanfilm" kino şirkəti ilə birgə 24 – 28 aprel tarixlərində Nizami Kino Mərkəzində azərbaycanlı ssenaristlər üçün beş günlük seminar təşkil edilmişdir. Təlim proqramında 20-dən çox ssenarist iştirak etmişdir. Təlimi "Yetkinlik həyatının bacarıqları" filminin ssenari müəllifi olan Pol Freyzer aparmışdır. Nizami Kino Mərkəzində üçüncü dəfə "British Film Spring" festivalı Reyçel Tunnardın "Yetkinlik həyatının bacarıqları" komediyası ilə baş tutmuşdur. Bu həmçinin onun debüt filmidir. Festival çərçivəsində ümumilikdə 6 film nümayiş olunmuşdur ki, bunlarında hamısı tamaşaçılara Azərbaycan dilində subtitrlərlə təqdim edilmişdir.
2019 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı
2019 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı və ya rəsmi adı ilə XIV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı — 2019-cu il fevralın 9-dan fevralın 16-na qədər Bosniya və Herseqovinanın paytaxtı Sarayevo, habelə Şərqi Sarayevo şəhərlərində baş tutması nəzərdə tutulan Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı. == Ümumi məlumat == === İdman növləri === XIV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının proqramına 7 idman növü daxil edilib.
2019 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2019 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2019-cu il iyulun 20-dən iyulun 28-nə qədər Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutması nəzərdə tutulan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
2021 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı
2022 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı və ya rəsmi adı ilə XV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı — 2022-ci il martın 20-dən 25-nə qədər Finlandiyanın Vuoqatti şəhərində baş tutan nAvropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı. == Ümumi məlumat == === İdman növləri === XV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının proqramına 9 idman növü daxil edilib.
2021 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2022 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XVI Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2022-ci il iyulun 24-dən 30-a qədər Slovakiyanın Banska-Bistritsa şəhərində baş tutan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
2022 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı
2022 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı və ya rəsmi adı ilə XV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı — 2022-ci il martın 20-dən 25-nə qədər Finlandiyanın Vuoqatti şəhərində baş tutan nAvropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı. == Ümumi məlumat == === İdman növləri === XV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının proqramına 9 idman növü daxil edilib.
2022 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2022 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XVI Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2022-ci il iyulun 24-dən 30-a qədər Slovakiyanın Banska-Bistritsa şəhərində baş tutan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
Altın Kelebek Festivalı
Qızıl Kəpənək (türk. Altın Kelebek) — televiziya, musiqi, film və digər sahələrdə nailiyyət əldə etmiş şəxslərə dəyər üçün verilən mükafat. == Tarixi == İlk dəfə 1972-ci ildə mükafatların təqdimatı keçirilmişdir. Heykəl qızılı rəngli kəpənək formalıdır. Namizədlər ilk öncə xalqın təklifiləri ilə saytda müəyyənləşdirilir.SMS və jurilərin səsverməsi nəticəsində qalib müəyyənləşir.Türkiyənin "Kanal D" və "CNN Türk" kanalları vasitəsilə canlı yayımlanır. 2018-ci ildən "Azərbaycanın Ən Parlaq Ulduzu" kateqoriyasında da mükafat verilir. == Mükafatlandırma kateqoriyaları == === Mövcud kateqoriyalar === ==== Televiziya mükafatları ==== Ən yaxşı qadın aparıcı Ən yaxşı kişi aparıcı Ən yaxşı qadın xəbər aparıcı Ən yaxşı kişi xəbər aparıcı Ən yaxşı xəbər proqramı Ən yaxşı qadın aparıcı Ən yaxşı yerli serial Ən yaxşı dram serialı Ən yaxşı komediya aktrisası Ən yaxşı komediya aktyoru Ən yaxşı dram aktrisası Ən yaxşı dram aktyoru Ən yaxşı televiziya verlişi Ən yaxşı idman verilişi Ən yaxşı maqazin proqramı ==== Musiqi mükafatları ==== İlin müğənnisi İlin ən yaxşı türk pop qadın müğənnisi İlin ən yaxşı türk pop kişi müğənnisi İlin ən yaxşı türk xalq mahnıları qadın müğənnisi İlin ən yaxşı türk xalq mahnıları kişi müğənnisi İlin ən yaxşı türk rok qadın müğənnisi İlin ən yaxşı türk rok kişi müğənnisi İlin ən yaxş qrupu İlin ən yaxşı klipi ==== Xüsusi mükafatlar ==== Qürur mükafatı Azərbaycanın Ən Parlaq Ulduzu mükafatı - Mükafat Azərbaycan Sənətçilərinə verilir. == Azərbaycan Mükafatı == === 2017-ci il === Aygün Kazımova keçirdiyi 3 estetik əməliyyata görə namizədliyini geri götürmüşdür.
Animafilm Bakı Beynəlxalq Animasiya Festivalı
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı (ANIMAFILM International Animation Festival) - 2018-ci ildə yaradılmış Azərbaycanın ilk beynəlxalq animasiya festivalıdır.Festival ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini nümayiş etdirilir. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.ANİMAFİLM festivalının təsisçisi və təşkilatçısı “PERİ FİLM” MMC-dir. Festivalın direktoru rejissor və prodüser Rəşid Ağamalıyevdir.Festivalın keçmiş və hazırkı tərəfdaşları: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, “YARAT” Müasir İncəsənət Məkanı, “Nizami” Kino Mərkəzi, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, “Çinar Yayımları” nəşriyyatı, “Buta Film” studiyası, “Müasir İncəsənət Mərkəzi” qalereyası, Birləşmiş Rəssamlar Klubu. == I ANİMAFİLM (2018) == === Proqram === I ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 19-21 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində YARAT Müasir İncəsənət Məkanı, Buta Film, “Müasir İncəsənət Mərkəzi” qalereyası, Birləşmiş Rəssamlar Klubu (BRK), Nizami Kino Mərkəzinin dəstəyi ilə keçirilib. Festivalın mövzusu Azərbaycan animasiyası idi. Festivalda müsabiqədənkənar proqramda Azərbaycan filmlərinə iki baxış təşkil olunub, festivalın plakatı isə Azərbaycan rəssamı Vüqar Muradova məxsusdur. Festivalı çərçivəsində “ReAnimasiya” adlı sərgi təşkil olundu, “Azərbaycan animasiyası” kitabının təqdimatı keçirlidi, Azərbaycan, Gürcüstan və Rusiyanın retrospektiv filmləri nümayiş etdirildi, uşaqlar üçün animasiya ustad dərsləri və kukla tamaşası göstərildi. Belə ki, iki beynəlxalq və bir yerli müsabiqəyə dünyanın 63 ölkəsindən 480 film, 15 ssenari təqdim edildi. Əvvəlcədən 3 nəfərdən ibarət seçim komissiyası tərəfindən müsabiqə proqramı üçün 20 film və 5 ssenari seçildi. Nominasiyalara uyğun yaradılmış 2 müsabiqə komissiyası həm ssenariləri, həm də hazır animasiya məhsullarını dəyərləndirdilər.
Animafilm Beynəlxalq Animasiya Festivalı
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı (ANIMAFILM International Animation Festival) - 2018-ci ildə yaradılmış Azərbaycanın ilk beynəlxalq animasiya festivalıdır.Festival ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini nümayiş etdirilir. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.ANİMAFİLM festivalının təsisçisi və təşkilatçısı “PERİ FİLM” MMC-dir. Festivalın direktoru rejissor və prodüser Rəşid Ağamalıyevdir.Festivalın keçmiş və hazırkı tərəfdaşları: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, “YARAT” Müasir İncəsənət Məkanı, “Nizami” Kino Mərkəzi, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, “Çinar Yayımları” nəşriyyatı, “Buta Film” studiyası, “Müasir İncəsənət Mərkəzi” qalereyası, Birləşmiş Rəssamlar Klubu. == I ANİMAFİLM (2018) == === Proqram === I ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 19-21 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində YARAT Müasir İncəsənət Məkanı, Buta Film, “Müasir İncəsənət Mərkəzi” qalereyası, Birləşmiş Rəssamlar Klubu (BRK), Nizami Kino Mərkəzinin dəstəyi ilə keçirilib. Festivalın mövzusu Azərbaycan animasiyası idi. Festivalda müsabiqədənkənar proqramda Azərbaycan filmlərinə iki baxış təşkil olunub, festivalın plakatı isə Azərbaycan rəssamı Vüqar Muradova məxsusdur. Festivalı çərçivəsində “ReAnimasiya” adlı sərgi təşkil olundu, “Azərbaycan animasiyası” kitabının təqdimatı keçirlidi, Azərbaycan, Gürcüstan və Rusiyanın retrospektiv filmləri nümayiş etdirildi, uşaqlar üçün animasiya ustad dərsləri və kukla tamaşası göstərildi. Belə ki, iki beynəlxalq və bir yerli müsabiqəyə dünyanın 63 ölkəsindən 480 film, 15 ssenari təqdim edildi. Əvvəlcədən 3 nəfərdən ibarət seçim komissiyası tərəfindən müsabiqə proqramı üçün 20 film və 5 ssenari seçildi. Nominasiyalara uyğun yaradılmış 2 müsabiqə komissiyası həm ssenariləri, həm də hazır animasiya məhsullarını dəyərləndirdilər.
Antalya Qızıl Portağal Film Festivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.
Ava rəqs festivalı
Ava rəqs festivalı (阿波踊り, Awa Odori) – Yaponiyada ən məşhur rəqs festivallarından biri. Rəqqaslar avqust ayının ortalarında olan Obon dövrünə diqqət çəkmək üçün küçələrə düşüb Bon rəqsi oynayırlar. Festival Şikoku adasındakı Tokuşima adasında keçirilir.Tokuşima hər il 12-15 avqust tarixlərində bu festivala ev sahibliyi edir. Bu festival nəsildən nəsilə ötürülən festivaldır. Festivalın 400 ildən çox yaşı var və kökləri Bon ənənəsindən törəmişdir. Festivalın ilk dəfə 1586-cı ildə Tokuşima daymyosu Haçisuka İemasanın Tokuşima qəsrinin inşasının başa çatmasını qeyd etmək üçün təşkil etdiyi böyük içki məclisi ilə başladığı güman olunur. Həmin tarixdən sonra festival illik festivala çevrilibmiş.Festival bütün şəhər miqyasında keçirilir. Önə çıxan əsas rəqs festivala adını verən Ava rəqsidir. Ava Tokuşimanın feodal adıdır. Festival boyunca kişilər, qadınlar, uşaqlar yukata geyinib küçələrə düşür və Ava Yoşikono mahnısının sədaları altında rəqs edirlər.
Avoriaz Fantastik Film Festivalı
Avoriaz Fantastik Film Festivalı — fantastik filmlərə mükafat vermək üçün keçirilən festivaldır. Festivalda 1973-1993-cü illər arasında çəkilən Fantastik və Qorxu filmi janrında çəkilən filmlərə mükafat verilirdi. Festival Fransada yerləşir. == Seçilmiş filmlər == Texas qətliamı Hellovin Terminator Qarağac küçəsində qarabasma RoboKop == Ədəbiyyat == Капралов Георгий.
Avropa Gənclər Olimpiya Festivalı
Avropa Gənclər Olimpiya Festivalı (AGOF) — 2 ildə 1 dəfə Avropa Olimpiya Komitələrinə üzv olan dövlətlər arasında baş tutan çox növlü idman oyunları.
Avropa Olimpiya Gənclər Festivalı
Avropa Gənclər Olimpiya Festivalı (AGOF) — 2 ildə 1 dəfə Avropa Olimpiya Komitələrinə üzv olan dövlətlər arasında baş tutan çox növlü idman oyunları.
Azərbaycan 2011 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında
Bakı Beynəlxalq Caz Festivalı
Bakı Beynəlxalq Caz Festivalı – Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Jazz Dünyası" jurnalı tərəfindən təşkil edilən layihədir. Bakı Beynəlxalq Caz Festivalı 2005-ci ildən keçirilir. Festivalda həm xarici həm də yerli caz ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalı - təhsil(seminarlar və master-klasslar), “Uşaqlar caz günü”, müsabiqə("Ən yaxşı caz ifaçısı"), incəsənət və foto sərgilər, dünya caz ifaçıların caz konsertləri və başqa tədbirlərdən ibarət olan forum və musıqı festivalıdı.İlk növbədə, Bakı Caz Festivalı ölkələr arasında mədəni töhfəni gücləndirmək və genişləndirmək, eləcə də dünya ölkələrinin mədəni irsini tədqiq etmək üçün böyük imkandır. Bundan başqa, Bakı Caz Festival XX-ci əsrin görkəmli xadimləri tərəfindən təsis olunan Azərbaycan cazın tarixini qorunması və davam etdirilməsi üçün çalışır.Tədbir çərçivəsində musiqiçilər Beynəlxalq Muğam Mərkəzində, Bakı Filarmoniyasında, Heydər Əliyev sarayında eləcə də Caz Mərkəzində konsert proqramları ilə çıxış edir.2016-cı ildə, Bakı Caz Festivalı Avropa Caz Birliyinə (European Jazz Network EJN) daxil olunub. === 2005 === 2005-ci ilin aprel ayının əvvəlində başlayan birinci festival həm iştirakçıların goqrafiysası, həm də onların səviyyəsi ilə fərqləndi: caz bayramında ABŞ, Rusiya, Almaniya, Fransa, Türkiyə, Kanada və başqa ölkələrədən həm cavan, həm də təcrübəli və tanınımış caz ustaları iştirak edirdi. Festivalın əsas qonağı isə məşhur Co Zavinul Sindikatı idi. 5 - 12 Aprel 2005-ci ildə keçirdilən Bakı Caz Festivalın iştirakçıları: === 2006 === Festival-2006 dünya cazının ifaçıları(Portuqaliya, İtaliya, İsrail, ABŞ, Almaniya, Kanada, Rusiya və b.), dəfələrlə ən nüfuzlu Qremmi mükafatına layiq görülmüş Herbi Henkok və El Cerruonun konsertləri ilə yadda qaldı. Qeyd etmək lazımdır ki, məhz bizim şəhərimizdə Herbi Henkok ilk dəfə olaraq öz yeni proqramını təqdim etdi. Birinci Festivaldan fərqli olaraq, 2006-cı ildə cavan musiqiçilərin çıxışları üçün iki gün ayrılmışdır.
Bayroyt festivalı
Bayroyt festivalı (alm. Bayreuther Festspiele‎) — Rixard Vaqnerin musiqi dramları ifa olunduğu illik yay festivalı. Əsası bəstəkarın özü tərəfindən qoyulub. Bavariyanın Bayroyt şəhərində xüsusi olaraq bu məqsədlə tikilmiş teatrda keçirilir. == Festival İkinci dünya müharibəsinəcən olan dövrdə == Birinci festival 1876-cı ilin 13 avqust tarixində açılmışdır. Burada "Nibelunq üzüyünün" tam premyerası baş vermişdir. Maliyyə çatışmazlığı səbəbindən növbəti festiival yalnız 1882-ci ildə keçirilmişdir. Bu festival "Parsifal operasının premyerası ilə müşayiət olunmuşdur. Vaqnerin ölmündən sonra festivala onun arvadı Kozima rəhbərlik etmişdir, 1908-ci ildən isə festivalın başına onların bundan öncə də festivalda dirijor və rejissor kimi yer almış oğlu Ziqfrid keçmişdir. Onun rəhbərliyi dövründə o, dövrü üçün novatorluq kimi qəbul olunan yeni səhnə texnikası və işıqlandırmadan istifadə etmişdir.
Berlin Beynəlxalq Film Festivalı
Berlin Beynəlxalq Film Festivalı (alm. Internationale Filmfestspiele Berlin‎, Berlinale) — Almaniyada hər il Berlində keçirilən film festivalıdır. 1951-ci ildə Qərbi Berlində təşkil edilən festival, 1978-ci ildən bu yana hər fevral ayında keçirilir.Hər il təxminən 300.000 bilet satılıb və hər il 500.000 abituriyentlə hər illik film festivalının ən böyük ictimai iştirakına malikdir. Kinematik janrlarda bir çox hissədə 400-ə qədər film nümayiş etdirilir. Festivalın ən yaxşı mükafatları, "Qızıl Ayı" və bir neçə Gümüş Ayılar adlı iyirmi film çəkilib. 2001-ci ildən festival direktoru Dieter Kosslik olmuşdur. == Tarix == Berlin Beynəlxalq Film Festivalı, 1951-ci ildə Berlin şəhərində, film direktoru Dr. Alfred Bauyer tərəfindən 1976-cı ilə qədər davam edəcək bir mövqedə fəaliyyətə başladı. Alfred Hitçkok 6–17 iyun tarixləri arasında ilk festivalını açdı. Bauyer 1976-cı ildə rejissor Volf Donner tərəfindən müvəffəqiyyətə imza atdı.
Beynəlxalq Kann Kino Festivalı
Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) — dünyanın ən məşhur kinofestivallarından biri. Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı Qızıl Palma Budağıdır. Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilmişdir. Lakin sonralar may ayında keçirilməyə başladı. Bu festival A kateqoriyasına aiddir. Kann Film Festivalı Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalında biridir. Kann Film Festivalında hər il təxminən 20 film yarışırdı.

Значение слова в других словарях

аборда́жный ворона́я вска́пывать дехка́нство му́читься мы́кнуть на́ нос налипа́ние репланти́рование аллерги́я конверта́бельность кошу́рка пойти, направиться по стопа́м се́точка эрзя́нин barn biomorphism chestful corblimey creation nympholepsy talkfest исполнительница продолжать умывание