FEYSƏL

hakim, hökmdar; qərar, hökm, həll etmə.
FEYRUZ
FEYYAZ
OBASTAN VİKİ
Feysəl Rerras
Feysəl Rerras (fr. Fayçal Rherras, ərəb. فيصل غراس‎ – Feyṣəl Ğərras 7 aprel 1993, Lyej, Valloniya[d]) — Belçikada doğulmuş Mərakeşli peşəkar futbolçu.
Kral Feysəl Fondu
Kral Feysəl Fondu — Səudiyyə Ərəbistanında fond Kral Feysəl Fondu 1976-cı ildə qurulmuşdur. Elə həmin ildən islam dünyasına və islama xidmət edənlərə, riyaziyyat, kimya, fizika, biologiya kimi sahələrdə kəşflərə imza atan elm xadimlərinə təsis etdiyi Kral Feysəl mükafatını verir.
Kral Feysəl mükafatı
Kral Feysəl mükafatı — Ərəb dünyasının nüfuzlu elmi mükafatı. == Ümumi məlumat == 1976-cı ildə qurulan Kral Feysəl Fondu 1976-cı ildən bu mükafatları islam dünyasına və islama xidmət edənlərə, riyaziyyat, kimya, fizika, biologiya kimi sahələrdə kəşflərə imza atan elm xadimlərinə verir. Dünyanın ən prestijli mükafatlarından sayalan Kral Feysəl mükafatı “Ərəb dünyasının Nobeli” hesab edilir. Mükafata əl yazması ilə sertfikat, 24 əyarlıq xatirə medalı, 200 qram qızıl medalyon və 200 min dollar pul daxildir. Mükafata layiq görülənlərin adları yanvar ayında açıqlanır və bu açıqlamadan iki ay sonra mükafat Əl-Riyadda təqdim olunur. Kral Feysəl mükafatına 2010-cu ildə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan layiq görülüb. İslam Konfransı Təşkilatının (İKT) baş katibi və Kral Feysəl mükafatı Münsiflər Heyətinin üzvü Ekmeleddin İhsanoğlu deyib ki, "Rəcəb Tayyib Ərdoğanın belə bir mükfata layiq görülməsi Türkiyə üçün sevindirici bir xəbərdir". Rəcəb Tayyib Ərdoğanın islam dünyasında haqlı mübarizəyə, xüsusən Fələstin xalqının mücadiləsinə dəstək verdiyini söyləyən İKT-nin baş katibi Türkiyənin islam coğrafiyasında önəmli yer tutduğunu söyləyib.
II Feysəl (İraq kralı)
II Feysəl (ərəb. الملك فيصل الثاني‎ əl-Məlik Feysəl əs-Sani; tam adı: Feysəl bin Qazi bin Feysəl bin Hüseyn bin Əli; 2 may 1935[…], Bağdad – 14 iyul 1958[…], Bağdad) — İraq krallığının sonuncu kralı. == Həyatı == II Feysəl uzun adı ilə Feysəl bin Qazi bin Feysəl bin Hüseyn bin Əli 2 may 1935-ci ildə Bağdadda, İraq krallığında anadan olub. Atası I Qazi 2-ci arvadının oğlunun adını Mustafa qoymaq istəsə də, sonra fikrini dəyişib öz atasının, Feysəlın adını qoydu. Sünni kral ailəsində doğulan Feysəl atası ilə çox vaxt keçirməyi sevərdi. Hər zaman texnikaya həvəsi olan oğul böyüyüb mühəndis olmaq istəsə də, sonralar atasının vəfat etməsi(4 may 1939) ilə 4 yaşında kral (regent) olur. Daha sonra suriya qadınla evlənib. Daha sonra Pakistanlı, əfqan və ərəb hətta fars əsilli qadınlarla evlənib:Pakistanlı əfqan və ərəb qadınlarından 4 uşağı olub: 2 -si qız, 2-si oğlan. Fars əsilli arvadı sonralar vəfat edib. II Feysəl 14 iyul 1958-ci ildə Bağdadda, İraq Respublikasında vəfat edib.
Feysəl ibn Hüseyn əl-Haşimi
Feysəl ibn Hüseyn əl-Haşimi (ərəb. فيصل بن الحسين بن علي الهاشمي‎; tam adı: Feysəl ibn Hüseyn ibn Əli əl-Haşimi; 20 may 1883[…], Taif, Məkkə bölgəsi[d] və ya Məkkə, Hicaz vilayəti – 8 sentyabr 1933, Bern) - 1920-1921-ci ildə Suriya Ərəb Krallığının, 1921-1933-cü illərdə İraqın 1-ci kralı. 1916-1924-cü illərdə hakimiyyətdə olmuş Hicaz kralı Hüseyn ibn Əlinin oğlu idi. == Həyatı == Feysəl ibn Hüseyn, 1883-cü ildə Məkkə yaxınlığındakı Taif şəhərində anadan olmuşdu. I Dünya müharibəsi zamanı bəzi ərəb sülalə liderləri Osmanlılara qarşı çıxmağa başlamışdılar. İçində Suriya ərəblərinində olduğu bir çox sülalə Hüseyn ibn Əlini öz liderləri kimi görürdü. 1915-ci ildə Feysəl Osmanlılara qarşı mübarizədə ərəblərin onları hansı şərtlər daxilində dəstəkləyəcəyini öyrənmək üçün Şam şəhərinə getdi. 1916-cı ildən başlayan Ərəb hərəkatında Feysəlin önəmli rolu vardır. 1918-ci ilin sentyabrında Şam işğal edildi və Feysəl Suriya kralı elan edilir (1920). Ancaq, Feysəl Versal konfransına qatılmaq üçün 1919-cu ildə Parisə getdi.
Feysəl ibn Əbdüləziz Əl Səud
Feysəl ibn Əbdüləziz Əl Səud (ərəb. فيصل بن عبدالعزيز آل سعود‎‎‎; 14 aprel 1905, Ər-Riyad – 25 mart 1975[…], Ər-Riyad) — Səudiyyə Ərəbistanının kralı (1964-1975). == Həyatı == 1964-1975-ci illər arasında Səudiyyə Ərəbistanı Krallığının başçısı olmuş Feysəl kral Əbdüləziz Əl Səudun üçüncü oğludur. Anası isə Şeyx Məhəmməd ibn Əbdülvəhhabın nəslindən olan Tərfə bint Abdullah ibn Əbdüllətif əl-Şeyx idi. 1906-cı ildə Ər-Riyad şəhərində anadan olmuş Feysəl anasının valideynlərinin evində tərbiyə almış, onlardan dövrün müxtəlif elmlərini öyrənmişdi. Anasının vəfatından sonra da bu ailədə yaşayan Feysələ atası kral Əbdüləziz erkən yaşlarından siyasətlə məşğul olmağı öyrətmişdir. Belə ki, o, 13 yaşlı Feysəli Birinci dünya müharibəsinin başa çatması ilə əlaqədar İngiltərə və Fransada keçirilən müxtəlif konfranslarda iştirak etmək üçün xaricə göndərir. Artıq 1939-cu ildə Feysəl, Fələstin problemi ilə əlaqədar keçirilən və "Dəyirmi masa" adı ilə məşhur olan "London" konfransında iştirak edən Səudiyyə nümayəndə heyətinin başçısı idi. Eləcə də o, 1945-ci ildə "San-Fransisko" konfransında BMT-nin təsis müqaviləsini imzalayan Səudiyyə nümayəndə heyətinə rəhbərlik edir. Ölkə müstəvisində isə Feysəl 1922-ci ildə Əsir bölgəsindəki gərgin vəziyyətin aradan qaldırıması üçün Səudiyyə ordusuna komandanlıq edir.
Feysəlabad
Feysəlabad urdu فیصل آباد, ing. Faisalabad, q.pənc. فیصل آباد) - Pakistanda şəhər. == Tarixi == Feysəlabad 1895- ci ildə ingilislər tərəfindən salınıb.

Digər lüğətlərdə

домога́ться драгоце́нная жити́йный заму́сленный землеко́п кро́личий мно́житься объедини́тельница опа́л политона́льность со́циум бледнёшенький калейдоско́п неофициа́льность сдуть -ent monastery palimpsest tea-basket бессознательный калькулировать прилегать сам-друг сарделька строфант