FEYZ

is. [ ər. ] Nemət, bərəkət, rifah, bolluq.
// İnsanın hər hansı maddi və mənəvi tələbini təmin edən, ona zövq verən, məmnunluq hissi törədən, fayda verən şey.
[Məlikşah:] Səfər et, bax, nə gözəldir dünya; Çox olur feyzi xəyal aləminə. H.Cavid.
Öz feyzini hər yanda təbiət; Vermiş bizə zəhmətlə, əməklə. M.Müşfiq.

□ Feyz almaq (aparmaq) – bax feyzlənmək.
Padşah o qədər feyz apardı ki, naxoşluğu tamam sağaldı. Məsum”.
Dünyaya gəlmişik; Həyatdan, dünyadan feyz alaq; Dünyaya gəlmişik; Dünyada ucalaq. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FEYZ rifah — nemət — fayda
FEYXOÁ
FEYZLƏNMƏ

Digər lüğətlərdə