FEYZƏDDİN
FEYZİYƏ
OBASTAN VİKİ
Feyzi Ağüzüm
Feyzi bəy Əsədulla bəy oğlu İskəndərbəyov və ya Feyzi Ağüzüm (1922, Qars, Qars ili – 26 dekabr 1991, Ankara) — yazıçı, Azərbaycan Kültür Dərnəyinin rəhbəri (1973–1990) == Həyatı == Feyzi Ağüzüm 1922-ci ildə Qarsda doğulmuşdur. İlk və orta təhsilini Qarsda başa vurduqdan sonra Ankara Universitetinin Ziraət fakültəsinə daxil olmuşdur. Təhsilini bitirdikdən sonra Türkiyə Kənd Təsərrüfatı Nazirliyində çalışmışdır. O, burada yüksək vəzifələrdə işləmişdir. 1949-cu ildən isə Azərbaycan Kültür Dərnəyinin işlərində böyük fəallıq göstərmişdir. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın təmasda olmuşdur. Sonralar Azərbaycan Milli Mərkəzinin üzvü və Azərbaycan Kültür Dərnəyinin başqanı olan Feyzi Ağüzüm "Azərbaycan" dərgisində çoxlu sayda dəyərli yazılar çap etdirmişdir. Feyzi Ağüzüm 1991-ci ildə 26 dekabrda Ankarada vəfat etmişdir == Ailəsi == Atası Əsədulla bəy İskəndərbəyov — Şörəyel Milli Şurasının sədri. Lətif, İsgəndər və Feyzi Ağüzümün atası. Ulu babaları XVIII əsrdə Şuşadan Qarsın Arpaçay ilçəsinə köçmüşdü.
Feyzi Hindi
Əbül-Feyz ibn Şeyx Mübarək əl-Məhdəvi (d.24 sentyabr 1547 - ö. 5 oktyabr 1595)— Hindistan şairi. == Həyatı == Əbülfeyz 24 sentyabr 1547-ci ildə Aqrada (Əkbərabad) doğuldu. Ailəsi Ərəb əsilli olub, Yəməndən Sində, daha sonra da Hindistana köç edərək Racastandakı Nagora yerləşmişdi. 1505-ci ildə burada dünyaya gələn atası Şeyx Mübarək ibn Xızır gəncliyində Qucarata gedib Əbül-Fazl-ı Kazəruni və Mövlanə İmad-i Lari kimi tanınmış alimlər yanında təhsil gördü. 1543-cü ildə getdiyi Aqrada evləndi. Feyzi təhsilini atasının yanında aldı. İmamiyyə şiəsinə mənsub olan ata ilə oğul mülhidliklə ittiham edilərək öldürülmələrinə qərar verildi. Ölümdən ancaq gizlənərək qurtula bilən Feyzi və Şeyx Mübarək, Əkbər şahın süd qardaşı Mirzə Əziz vasitəsiylə Əkbərlə tanış olma imkanını tapdılar (1566). Əkbər tərəfindən çox yaxşı qarşılanan Feyzi yazdığı bir qəsidə ilə hökmdarın könlünü fəth etdi və saraya alındı.
Mirheydər Feyzi
Mirheydər Feyzullin (tam adı: Mirheydər Mustafa oğlu Feyzullin, başq. Мирхәйҙәр Мостафа улы Фәйзуллин, tatar. Мирхәйдәр Мостафа улы Фәйзуллин rus. Мирхайдар Мустафович Файзуллин; təxəllüsü: Mirheydər Feyzi, başq. Мирхәйҙәр Фәйзи, tatar. Мирхәйдәр Фәйзи, rus. Мирхайдар Файзи; 19 oktyabr 1891, Orsk qəzası[d], Orenburq quberniyası[d] – 9 iyul 1928, Baymaq, Başqırd MSSR, RSFSR, SSRİ) — Başqırdıstan və Tatarıstan yazıçısı, şairi, dramaturqu və publisisti. == Həyatı == Mirheydər Mustafa oğlu Feyzullin 19 oktyabr 1891-ci ildə Rusiya imperiyasının Orenburq quberniyasının Orsk mahalında anadan olmuşdur. Onun atası – Mustafa Feyzullin Orenburq sahibkarı Hüseynovun fermasını idarə edirdi. Bir müddət sonra o, ailəsi ilə birlikdə Orska köçür.
Camal Feyziyev
Camal Cəlal oğlu Feyziyev (17 iyun 2000; Lənkəran, Bakı) — Azərbaycanı təmsil edən güləşçi. Uşaq yaşlarından Yunan-Roma güləşi üzrə məşqçi Akif Əliyevin yanında məşqlərə başlayan Camal Feyziyev 2015-ci ildə Serbiyanın Subotitsa şəhərində yeniyetmələrin Avropa birincliyində 100 kq çəki dərəcəsində 1-ci yeri tutub. 2016-cı ildən idman növünü dəyişib Sumoya keçərək yeniyetmələr, gənclər və böyüklər arasında Avropa çempionatlarında 4 dəst medal qazanıb. Paralel olaraq, kəmər güləşi və mas-reslinqdə gücünü sınayıb. Adı son çəkilən idman növü üzrə Avropa çempionatında (Bakı, Azərbaycan) 2-ci, Dünya çempionatında (Ər-Riyad, Səudiyyə Ərəbistan) 3-cü yerlər tutub və dünya kubokunda (Pabyanitsa, Polşa) gümüş mükafata yiyələnib. Kəmər güləşində dünya çempionatında 1 dəst medala sahiblənib. 2019-cu ildə Tatarıstanın paytaxtı Kazanda klassik kəmər güləşində 2, mütləq çəkidə 3 yer, həmin ilin sonunda Qazaxıstanın paytaxtı Nur-Sultanda sərbəst üsulla kəmər güləşində baş mükafatı qazanıb. 2020-ci ildə, Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında keçirilən Avropa birinciliyində bürünc medal qazanıb. 2021-ci ildə, Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan idmançısı Camal Feyziyev iki idman növündə medal qazanıb. İdmançı əvvəlcə Kureş yarışında çıxış edib.
Cavanşir Feyziyev
Cavanşir Əyyub oğlu Feyziyev (12 iyul 1963, Böyük Dəhnə, Nuxa rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı , Mədəniyyət komitəsinin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü. == Həyat və fəaliyyəti == Cavanşir Feyziyev 1963-cü ildə Nuxa rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. 1970–1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 1977–1980-ci illərdə Turan qəsəbəsi riyaziyyat təmayüllü internat məktəbdə orta təhsil almışdır. 1983–1985 Qazaxıstanda həqiqi hərbi xidmətdə olmuşdur. 1986–1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil almış və institutu tərcüməçi-müəllim ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir. 1992–1994-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi vəzifəsində işləmişdir. 1994–1995-ci illərdə Belçikanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışmışdır. 1995–1998-ci illərdə ABŞ-nın Filip Morris ing. Philip Morris şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləmişdir. 1998–2002-ci illərdə ing.
Feyziyev Sadiq Tahir oğlu
Feyziyev Sadiq Tahir oğlu (1 sentyabr 1993; Zevin, Yardımlı rayonu – 29 sentyabr 2020; Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Feyziyev Sadiq Tahir oğlu 01 sentyabr 1993-cü il Yardımlı rayonu Zevin kəndində doğulmuşdur. Şəhid Feyziyev Sadiq 2013-cü ildə hərbi xidmətə gizir(feldşer) kimi başlamışdır.Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)” Azərbaycan Respublikasının yubileyi medalı təltif olunmuşdur.Vətən Müharibəsində iştirak etmişdir və 29 sentyabrda Ağdərə istiqamətində həlak olmuşdur.18 noyabrda Yardımlı rayon Zevin kəndində dəfn olunmuşdur.Ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Feyziyev Sadiq Tahir oğlu 29 sentyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə döyüşlərində vuruşaraq həlak olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyziyev Sadiq Tahir oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həsən Feyziyev
Həsən Feyziyev (10 sentyabr 1936, Tahirli, Astraxanbazar rayonu) — Tanınmış alim, Azərbaycan Respublikasının əməkdar müəllimi, texnika elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü. == Həyatı == Həsən Qulu oğlu Feyziyev 1936-cı il sentyabrın 10-da Azərbaycan Respublikasının Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuşdur. 1953-cü ildə Bakı Energetika Texnikumuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci) daxil olmuş, 1957-ci ildə oranı “İstilik Energetikası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsində təhsilini davam etdirərərk, 1962-ci ildə “Elektrik stansiyalarının istilik energetik qurğuları” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmən ildən AzNKİ-nin “Buxar və qaz turbinləri və istilik elektrik stansiyaları” kafedrasında assistent, 1967-ci ildən baş müəllim, 1970-ci ildən isə dosent vəzifələrində çalışmışdır. Həsən müəllim 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ”İstilik qaz təchizatı və ventilyasiya” kafedrasına müdir seçilmiş, 1981-ci ildən 2012-ci ilədək isə “İstilik təchizatı və istilik texnikası” kafedrasının müdiri vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi məsləhətçidir. Həsən müəllim Türkiyə, Kipr və İsrail dövlətlərinə elmi konfrans və müşavirələrə dəvət olunmuş və elmi məruzələrlə çıxış etmişdir. Professor Feyziyev bir neçə ixtisaslaşdırılmış Elmi Şuranın, AAK-nın Ekspert Şurasının üzvi və bir neçə birdəfəlik İxtisaslaşdırılmış Elmi Şuranın sədri olmuşdur. Professor Həsən Feyziyev suyun emal texnologiyası sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeniliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış alimdir. O insanlar xoşbəxtdilər ki, təkçə özləri üçün yaşamırlar.
Sadiq Feyziyev
Feyziyev Sadiq Tahir oğlu (1 sentyabr 1993; Zevin, Yardımlı rayonu – 29 sentyabr 2020; Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Feyziyev Sadiq Tahir oğlu 01 sentyabr 1993-cü il Yardımlı rayonu Zevin kəndində doğulmuşdur. Şəhid Feyziyev Sadiq 2013-cü ildə hərbi xidmətə gizir(feldşer) kimi başlamışdır.Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)” Azərbaycan Respublikasının yubileyi medalı təltif olunmuşdur.Vətən Müharibəsində iştirak etmişdir və 29 sentyabrda Ağdərə istiqamətində həlak olmuşdur.18 noyabrda Yardımlı rayon Zevin kəndində dəfn olunmuşdur.Ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Feyziyev Sadiq Tahir oğlu 29 sentyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə döyüşlərində vuruşaraq həlak olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyziyev Sadiq Tahir oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Toğrul Feyzizadə
Toğrul İlqar oğlu Feyzizadə (15 aprel 2002; Səbail rayonu, Azərbaycan — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Toğrul Feyzizadə 2002-ci il aprelin 15-də Səbail rayonunun Bayıl qəsəbəsində İlqar və Günel Feyziyevlərin ailəsində anadan olub. 2008-ci ildə Naxçıvan Muxtar respublikasının Culfa rayonunun 2 nömrəli tam orta məktəbdə, 2009-2019-cu illərdə Binə qəsəbəsində Pənah Məmmədov adına 46 nömrəli tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Toğrul Feyzizadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Toğrul Feyzizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Feyzizadə noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Binə qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Feyzizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Feyzizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əli Feyziyev
Əli Malik oğlu Feyziyev (d. 11 iyul 1994; Astara – ö. 8 noyabr, 2020; Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Feyziyev Əli Malik oğlu 11 iyul 1994-cü ildə Astara rayonunun Ərçivan kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Ərçivan kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. === Ailəsi === 2015-ci il yanvar ayının 25 də Afaq Feyziyeva ilə ailə həyatı qurmuşdur. == Hərbi xidməti == Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə ürəyindən yaralanmış və şəhadətə yüksəlmişdir. İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Feyziyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Turhan Feyzioğlu
Turhan Feyzioğlu (1922, Kayseri – 24 mart 1988, Ankara) — Türkiyəli akademik və siyasətçi == Həyatı == Turhan Feyzioğlu Türkiyənin Kayseri şəhərində anadan olub. İbtidai məktəbi Kayseridə bitirdikdən sonra Galatasayar liseyində, daha sonra is və İstanbul Universitetinin Hüquq fakültəsində təhsil alıb. Böyük Britaniyada magistratura təhsili aldıqdan sonra Türkiyəyə qayıdıb və Ankara Universitetinin professoru olub. 1955-ci ildə o, Ankara Universitetinin Siyasi elmlər fakütləsinin dekanı seçilib. Həmçinin o, məktəbin bülletenində məqalələr yazmağa başlayıb, lakin onun məqalələri Demokrat Partiyası hökumətini qıcıqlandırıb və o istefa verib. 1960–1961-ci illərdə qısa müddətə akademik sahəyə qayıdaraq Ankarada Orta Şərq Texniki Universitetinin rektoru olaraq çalışıb, amma onun əsas maraq dairəsi siyasət olub. == Siyasi fəaliyyəti == 1957-ci ildə o, siyasətə atılıb və Cümhuriyyət Xalq Partiyasının üzvü olub. Eyni ildə Sivas vilayətinin millət vəkili seçilib. 1960-cı ildə (ODTÜ-də işlədiyi müddətdə) təsis məclisində də çalışıb və I Gürsəl Kabinetində Təhsil Naziri təyin edilib. Daha sonra 1961-ci ildə keçirilən seçkilərdə öz bölgəsi olan Kayseri vilayətindən millət vəkili seçilib.
атако́вываться ве́нчик вы́прыгнуть дева́ться поседе́лый поуе́здно прогно́з пропито́й расти́ стра́усовый военно-возду́шный муля́жный ополча́ться подразба́лтываться ску́чный шарма́ночный бублик banns breaking and entering cantraip dazzle paint fetch up mix pejorative неискушённый