FİDEİZM

[ fr. əsli lat. fides – inam və …ism] Dini etiqadı elmi idrakdan üstün tutan, etiqadın (inamın) ağıldan üstün olduğunu iddia edən dünyagörüşü və elmi dinə tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiəsində istifadə etməyə çalışan mürtəce təlim. Fideizm müasir fəlsəfənin və ilahiyyatın ideya ittifaqının əsasıdır.
FİDEİ́ST
FİDYƏ
OBASTAN VİKİ
Fideizm
Fideizm (fr. fideisme, lat. fides - etiqad, inam) — elmi dinə tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiəsində istifadəyə çalışan təlim. Əsasında belə fikir durur ki, elm yalnız hadisələr, faktlar haqqında, törəmə (fiziki) səbəblər haqqında bilik verir. Lakin ilkin (fövqəltəbii) səbəbləri aşkara çıxarmağa, varlığın daha dərin mənbələrini izah etməyə qadir deyil. Fideistlər bildirirlər ki, elmi idrak həqiqəti axıra qədər aça bilməz, onların fikrincə əsasən din dünya binasının mövcudluğu və qayəsi prinsiplərinə həqiqi izah verir, insan həyatına məna və məzmun gətirir, elm isə bunun həyata keçirilməsi üçün yalnız müəyyən vasitələr verir. Əslində, istər elm, istərsə də fəlsəfə yalnız insan şüurunun çərçivəsində hərəkət edə bilir və insan şüurunun imkanlarından kənarda olan məsələləri izah etməkdə çətinlik çəkir. Belə hallarda yalnız din köməyə gəlir və bu cür qaranlıq məsələlərin izahında yol göstərir.

Digər lüğətlərdə

городо́шник кофемо́лка кустова́тый неве́село непреста́нно пирами́дный подсыха́ние точь-в-то́чь ханжа́ чу́вственница обсека́ться огоро́д очередно́й пластово́й разве́шать ссыльнока́торжный сторгова́ть щито́к палья подлый confide culottes mise tattler нижеприведённый