FİKİR-XƏYAL

is. [ ər. ] bax fikir.
[Ataş Mürsələ:] Mən qorxuram, biz tətili qurtarandan sonra da sən fikir-xəyaldan aralanmayasan. Ə.Vəliyev.
Ümid başını aşağı salıb fikir-xəyalı ilə əlləşirdi. B.Bayramov.

FİKİR
FİKİRLƏŞMƏ
OBASTAN VİKİ
Fikir
Təfəkkür — cisim və hadisələr arasındakı qanunauyğun əlaqə va münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan mürəkkəb idrak prosesidir. Təfəkkür başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirir. Bunsuz xarici aləmi dərk etmək, onun qanunauyğunluqlarından istifadə etmək mümkün olmazdı. Hiss və duyğular vasitəsilə toplanan məlumatın beyində cəmlənməsi və istehsalı ′′′təfəkkür′′′ adlanır. Təfəkkür cism və hadisələrin mahiyyətinin onlar arasında asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inkasından ibarət idrak prosesidir. Şüur onun özəyi, duyğu və qavrayış isə mənbəyidir. == Təfəkkür anlayışı == Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) qabiliyyət təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar. Duyğu, qavrama, təsəwür proseslərindən fərqli olaraq təfəkkür zamanı insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür.
Xəyal
Röya ya da yuxugörmə — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
"Fikir" qəzeti
Naxçıvan Dövlət Universiteti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Naxçıvan Dövlət Universitetinin tarixi 1967-ci ildən başlayır. Belə ki, həmin ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 5 il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutu olmuşdur. Ona görə də Naxçıvan Dövlət Universiteti onların varisidir. === Filial dövrü === 1960-cı illərdə Sovetlər birliyində ali təhsil ocağı olmayan yeganə Muxtar Respublika Naxçıvan idi. Ə. Əhmədov göstərişə əsasən Naxçıvana gələrək burada APİ-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filialı üçün bina (həmin bina 1967-ci ildən 1972-ci ilə kimi keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar institutunun yerləşdiyi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsələsi də müzakirə olundu. APİ-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-cil il tarixdə yenicə təşkil olunmuş APİ-nin Naxçıvan filialına Əli Əliyevi direktor vəzifəsinə təyin olunması haqda əmr vermişdi. Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdı.1967-ci il sentyabrn 1-də APİ-nin Naxçıvan filialına tələbələrin qəbulu təşkil olunmuş və fəaliyyətə başlamışdı. 1967-ci ilin sentyabr ayında APİ-nin Naxçıvan filialında 3 pedaqoji ixtisas Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 ştatda müəllim- tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı. APİ-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə 105 tələbə qəbulu həyata keçirilmişdi.
Yeni Fikir
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib.2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir.Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
Xəyal Abdullayev
Xəyal Adası
Xəyal Adası — "Azərsun Holdinq" Şirkətlər Qrupunun layihəsi. Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir. == Ərazisi == Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşir. Ərazisi 320 hektardır. == Yaşayış sahəsi == 12 yanvar 2015-ci il tarixə olan məlumata görə, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur.
Xəyal Aslanov
Xəyal Qüdrət oğlu Aslanov (5 mart 1994; Tərtər rayonu, Azərbaycan — 28 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Aslanov 1994-cü il martın 5-də Tərtər rayonunun Çardaqlı kəndində anadan olub. Ailəli idi. Umud və Uğur adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Xəyal Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Aslanov sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Aslanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Aslanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Aslanov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Ağaməmmədov
Xəyal Salam oğlu Ağaməmmədov (23 avqust 1992; Hacıqabul rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Ağaməmmədov 1992-ci il avqustun 23-də Hacıqabul rayonunun Kolanı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyal Ağaməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Ağaməmmədov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Balakişiyev
Xəyal Müseyib oğlu Balakişiyev (17 oktyabr 1994; Bakı, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Balakişiyev 1994-cü il oktyabrın 17-də Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Yasamal rayonunda H. Aslanov adına 175 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Xəyal Balakişiyev 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Balakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Balakişiyev oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Balakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Balakişiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Balakişiyev ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Balakişiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Cəbrayılov
Xəyal Rafiq oğlu Cəbrayılov (1 sentyabr 1998; Lək, Ucar rayonu, Azərbaycan — 4 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Cəbrayılov 1998-ci il sentyabrın 1-də Ucar rayonunun Lək kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Xəyal Cəbrayılov 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Cəbrayılov noyabrın 4-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəbrayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəbrayılov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Cəfərli
Xəyal Xəlil oğlu Cəfərli (9 iyul 1992; Salyan rayonu, Azərbaycan — 23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Cəfərli 1992-ci il iyulun 9-da Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Xəyal Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Cəfərli oktyabrın 23-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəfərli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Həsənov
Xəyal Həsənov (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Xəyal Həsənov (əsgər, 2002) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Xəyal Həziyev
Xəyal Feyruz oğlu Həziyev (20 dekabr 1987; Ağcabədi, Azərbaycan SSR — 15 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Həziyev 1987-ci il dekabrın 20-də Ağcabədi şəhərində anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra Bakıda texniki peşə məktəbində qaynaqçı ixtisası üzrə təhsilini davam etdirmişdir. == Hərbi xidməti == Xəyal Həziyev 2005-2006-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Murovdağda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə qaynaqçı olaraq davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Həziyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xəyal Həziyev 15 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Xəyal Mustafayev
Xəyal Əvəz oğlu Mustafayev — Azərbaycan futbolçusu. == Həyatı == Xəyal Mustafayev futbol oynamağa 1990-cı ildə Türkmənistanın Büzmennqress şəhərində başlayıb. 1992-ci ildə ailəliklə Gəncəyə köçüblər. Burada məşqçisi əvvəlcə atası, sonra isə Fuad İsmayılov olub. Azərbaycan çempionatlarının güclülər dəstəsində 2006-2007-ci il mövsümünədək 93 dəfə meydana çıxıb və 5 qol vurub. 15-ci Azərbaycan çempionatından "İnter"in (Bakı) müdafiəçisidir.
Xəyal Məmmədov
Xəyal Məmmədov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi. Xəyal Məmmədov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi. Xəyal Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Xəyal Namazov
Xəyal Xudaverdi oğlu Namazov (23 may 1986; Füzuli, Azərbaycan SSR — 3 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Namazov 23 may 1986-cı ildə Füzuli şəhərində anadan olmuşdur. Əslən Xocavənd rayonunun Muğanlı kəndindən idi. Əvvəlcə, İsmayıllı rayon Aşıqbayramlı kənd tam orta məktəbində təhsil almışdır. Xocavənd rayon Tuğ kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 11-ci sinfi Xocavənd rayon 4 saylı tam orta məktəbdə tamamlamışdır. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin neft-qaz fakültəsinə qəbul olmuşdur. 2006-cı ildə təhsilini donduraraq hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət fərdi əməklə məşğul olmuşdur. Ailəli idi. 2 övladı yadigar qaldı.
Xəyal Nuri
Xəyal Şakir oğlu Nuri (12 fevral 1997, Ağayrı, Biləsuvar rayonu – 4 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Nuri 1997-ci il fevralın 12-də Biləsuvar rayonunun Ağayrı kəndində anadan olub. 2002–2013-cü illərdə Ağayrı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyal Nuri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Nuri noyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Ağayrı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24. dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (25.
Xəyal Quliyev
Xəyal Quliyev (tam adı:Quliyev Xəyal Yusif oğlu) — Qarışıq döyüş növləri – MMA (Mixed Martial Arts) və BUDO idman növü üzrə peşəkar idmançı, Dünya çempionatının 4 qat qızıl, Avropa çempionatının 2 qat qızıl, 1 qat gümüş mükafatçısı, 2020-ci ildən FULL kontakt və MMA versiyası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, "Azərbaycan Respublikasının əməkdar idman ustası". == Həyatı == Xəyal Quliyev 1 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur. Orta məktəb təhsilinə 1998-ci ildə Bərdə şəhərində başlamışdır. Daha sonra ailəsi ilə birlikdə Azərbaycan Respublikasının Sumqayıt şəhərinə köçmüşdür. Orta təhsilini Sumqayıt şəhəri 16 saylı orta məktəbdə davam etdirmişdir. 2008-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt texniki kollecinə qəbul olmuşdur. 2011-ci ildə oranı bitirdikdən sonra Avropa çempionatında qazandığı yüksək nailiyyətə görə Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. 2015-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. == Karyerası == İdmançı karyerasına 1998-ci ildə idmanın sərbəst güləş növü üzrə başlamışdır. 2004-cü ildən etibarən idmanın kikboksinq növü ilə də məşğul olmuşdur.
Xəyal Rza
Xəyal Rza (17 aprel 1980, Kəbirli, Jdanov rayonu) — şair, jurnalist Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, Mikayıl Müşfiq Komissiyasının sədri, AYB.az saytının baş redaktorudur. == Həyat və fəaliyyəti == Xəyal Rza 17 aprel 1980-ci ildə Beyləqan rayonunda anadan olub. 1997-ci ildən mətbuatdadır. Müxtəlif qəzetlərdə müxtəlif vəzifələrdə calışmışdır. 1997-ci ildən Yeni Nəsil Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Redaktorlar Birliyinin üzvü olmuşdur. Qəzetdə şöbə müdiri, redaktor, baş redaktor vəzifələrində çalışmışdır. Elə ilk kitabı da 2001-ci ildə "O dünyaya məktublar" (məqalələr) adlanır. Şair olaraq şeirə klipi ilk dəfə Xəyal Rza çəkdirmişdir. Beynəlxalq Türkdilli Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvüdür.
Xəyal Rəhimli
Xəyal Rahil oğlu Rəhimli (9 iyun 1992; Əlinəzərli, Beyləqan rayonu, Azərbaycan — 7 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Rəhimli 1992-ci il iyunun 9-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 1999-2008-ci illərdə K. Əliyev adına Orta Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Xəyal Rəhimli 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə döyüşlərdə savaşıb. Xəyal Rəhimli oktyabrın 7-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Beyləqan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Rəhimli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Süleymanov
Xəyal Elxan oğlu Süleymanov (27 noyabr 1996; Şeidlər, Şəmkir rayonu, Azərbaycan — 13 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi iştirakçısı. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Xəyal Süleymanov 27 noyabr 1996-cı ildə Şəmkir rayonunun Şeidlər kəndində anadan olmuşdur. 2003-cü ildə Şəmkir rayon Şeidlər kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2014-cü ildə məktəbdən məzun olmuşdur. Subay idi. == Hərbi xidməti == Xəyal Süleymanov 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayonu üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə qayıtmışdır. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
Xəyal TV
Qafqaz TV — Telekanal 09 avqust 2017-ci il tarixində Qafqaz TV adı ilə fəaliyyətə başlamış, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası 09 avqust 2017-ci il tarixində “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə bağlı müraciətinə baxmış və telekanal Qafqaz TV adlandırılmışdır. Azərbaycanın özəl telekanallarından biri. == Tarixçə == Telekanal ilk dəfə "Qafqaz" Müstəqil Televiziya və Radio Şirkəti adı altında 09 avqust 2017-ci ildə Quba şəhərində yaradılmışdır. 39-cu kanalda efirə çıxan "Qafqaz" TV 09 avqust 2017-ci il tarixdən verilişlərini əsasən Quba, Qusar, Xaçmaz rayonları ərazisində yayımlamağa başlamışdır. == Fəaliyyəti və yayım prinsipləri == Telekanal Quba şəhərindən yayımlanır. Televiziyanın şimal bölgəsinin 6 rayonu olmaqla 500 minə yaxın tamaşaçı auditoriyası var. 1 ildən artıqdır ki, yeni inkişaf dövrünə qədəm qoyan Qafqaz TV-nin birinci işi yayım keyfiyyətini yaxşılaşdırmaq və kanalı yeni müasir avadanlıqlarla təchiz etməkdir. Bunun üçün televiziya yeni inzibati bina ilə təmin olunub. Bundan başqa telekanal ən son, müasir texnologiya ilə də təchiz olunub. Məqsəd ölkənin şimal bölgəsində yaşayan əhaliyə dolğun informasiya vermək, rəngarəng televiziya proqramları, yerli televiziya verilişləri və video proqramları çatdırmaqdır.
Xəyal Televiziyası
Qafqaz TV — Telekanal 09 avqust 2017-ci il tarixində Qafqaz TV adı ilə fəaliyyətə başlamış, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası 09 avqust 2017-ci il tarixində “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə bağlı müraciətinə baxmış və telekanal Qafqaz TV adlandırılmışdır. Azərbaycanın özəl telekanallarından biri. == Tarixçə == Telekanal ilk dəfə "Qafqaz" Müstəqil Televiziya və Radio Şirkəti adı altında 09 avqust 2017-ci ildə Quba şəhərində yaradılmışdır. 39-cu kanalda efirə çıxan "Qafqaz" TV 09 avqust 2017-ci il tarixdən verilişlərini əsasən Quba, Qusar, Xaçmaz rayonları ərazisində yayımlamağa başlamışdır. == Fəaliyyəti və yayım prinsipləri == Telekanal Quba şəhərindən yayımlanır. Televiziyanın şimal bölgəsinin 6 rayonu olmaqla 500 minə yaxın tamaşaçı auditoriyası var. 1 ildən artıqdır ki, yeni inkişaf dövrünə qədəm qoyan Qafqaz TV-nin birinci işi yayım keyfiyyətini yaxşılaşdırmaq və kanalı yeni müasir avadanlıqlarla təchiz etməkdir. Bunun üçün televiziya yeni inzibati bina ilə təmin olunub. Bundan başqa telekanal ən son, müasir texnologiya ilə də təchiz olunub. Məqsəd ölkənin şimal bölgəsində yaşayan əhaliyə dolğun informasiya vermək, rəngarəng televiziya proqramları, yerli televiziya verilişləri və video proqramları çatdırmaqdır.
Xəyal velosipedi
Xəyal velosipedi və ya White Cycle — Velosipedçinin adətən avtomobilin sürücüsü tərəfindən öldürüldüyü və ya ağır yaralandığı yerə qoyulan yol kənarındakı velosiped abidəsidir. Xatirə olmaqdan başqa, adətən yoldan keçən sürücülərə yolu bölüşmək üçün xatırlatma kimi nəzərdə tutulur. Xəyal velosipedləri adətən ağ rəngə boyanmış, bəzən plakat yapışdırılmış və qəza yerinə yaxın uyğun bir obyektə kilidlənmiş köhnə velosipedlərdir. == Tarixi == Velosipedlərin ağ rəngə boyanması ideyası 1960-cı illərdə Amsterdamda ikitəkərli nəqliyyatı azad etmək üçün anarxist bir layihə olaraq ortaya çıxdı — ağ velosipedlər pulsuz idi, özünüzə kömək edin və sonra başqasına buraxın. Oxşar layihələr 2004-cü ildə Nyu-York şəhərində, 2005-ci ildə, Albuquerque, və 2006-cı ildə Torontoda başladı. 2005-ci ilin avqustunda Sietldə təxminən 40 xəyal velosipedi yerləşdirildi. qəzaların, qaçırılmaların və pis yol şəraitinin yerləri barədə məlumatlandırmaq. Dupont Circle, Vaşinqtonda 2008-ci ildə zibil maşını tərəfindən öldürülən atlının xatirəsinə həsr olunmuş xəyal velosipedi tam bir il qaldı. Şəhər işçiləri tərəfindən çıxarıldıqda, sürücünün dostları onu hər işıq dirəyindən bir 22 xəyal velosipedi ilə əvəz etdilər. London Ghostcycle 2005 və 2006-cı illərdə aktiv idi.
Xəyal İdrisov
Xəyal İbrahim oğlu İdrisov (24 fevral 2000; Ərəbocağı, Ağdaş, Azərbaycan — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal İdrisov 2000-ci il fevralın 24-də Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olub. 2006-2017-ci illərdə Ərəbocağı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyal İdrisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal İdrisov oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Ağdaş rayonunun Ərəbocağı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal İdrisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal İdrisov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

верхола́зный ви́за лёживать нада́вливать накола́чиваться разувери́тельный скандина́вка сожму́риваться незамутнённость подкладна́я просце́ниум раздра́знивать трубаду́р bespattered combatant conquer do over Fabian lorgnette ovicell pistol-carbine time-signal обваливать перкаль холод