FİKİR

is. [ ər. ]
1. Düşünmə, düşüncə, təfəkkür; təfəkkür prosesi.
2. Niyyət, məqsəd, məram. Fikrini başa düşmək. Fikrini anlatmaq. Getmək fikrindən daşınmaq.
[Süleyman:] Yaxşı, xala, bəs sənin fikrin? Ü.Hacıbəyov.
Qızın fikrində bunların heç biri yox idi. Mir Cəlal.

3. Fikirləşmə, düşünmə, mühakimə nəticəsində hasil olan qənaət, ideya. Dərin fikir. Maraqlı fikir. Ciddi fikir. Boş fikir. Ağlıma belə fikir gəldi.
[Sərvər:] Doğru deyirsən, mən dünəndən bəridir ki, fikirdəyəm. Ü.Hacıbəyov.

4. Rəy, görüş, mülahizə.
Nə fikriniz var? Bu barədə fikrin nədir? – [İkinci fəhlə:] Gedək görək camaatın fikri nədir? H.Nəzərli.
[Qoşqar:] Soyuqqanlı fikir mübadiləsi olmayan yerdə heç vaxt ümumi işə xeyir dəyməz, yoldaş Əmirli! İ.Hüseynov.

5. Bilik. Elmi fikir. Bədii fikir.
6. Adamın ağlını məşğul edən şey, daim düşünülən şey (bəzən “fikir-zikir” şəklində işlənir). Öz fikirləri ilə məşğul olmaq. Fikrindən ayrıla bilməmək. Fikri özgə yerdədir.
Başında ancaq bir fikir var: – Uçmaq! Uşağın fikri oynamaqda qalıb.
– Mirzə Cəmilin dedikləri Ataşın başına girmirdi, çünki bütün fikri-zikri Qönçənin yanında qalmışdı. Ə.Vəliyev.
Cəmilə Manafovanın isə fikri-zikri kitabdır. H.Seyidbəyli.

7. Hafizə qüvvəsi, yaddaş, xatır. Fikrimdə qalmadı. Fikrindən çıxmaq. Fikrində saxlamaq.
8. Əqidə, görüş, baxış. Fikrinlə razı deyiləm.
[Vəzir:] Mən də o fikirdəyəm. Ü.Hacıbəyov.

9. Fikrimcə, fikrincə, fikrimizcə, fikrinizcə və s.
şəkillərdə – məncə, mənə görə; səncə, sənə görə; bizcə, bizə görə; sizcə, sizə görə.
Sonanın fikrincə, Bahar hər incə mətləbi gözdən oxuyan bir qızdı. B.Bayramov.

◊ Fikir aparmaq (götürmək)1) bir şey, hadisə haqqında fikir etmək, fikirləşmək, fikrə getmək, fikrə dalmaq, düşünmək.
Fikir məni apardı, heykəl kimi dayandım. M.Rahim.
Qız danışdıqca məni fikir aparırdı. M.İbrahimov;

2) təşvişə düşmək.
Fikir çəkmək1) dərd çəkmək, ruhən iztirab çəkmək, narahat olmaq.
[Gültəkin Aydına:] Paltar da istəmirəm, təki sən fikir çəkməyəsən, nə eləyirəm paltarı? C.Cabbarlı;

2) gələcəyi haqqında fikirləşmək, taleyini düşünmək.
Fikir dəryasına qərq olmaq – çox dərin fikrə getmək, fikrə dalmaq.
Fikir eləmək (etmək)1) fikirləşmək, düşünmək.
[Mozalanbəy:] Bu gecə dürüst fikir elə, peşman olmazsan. Ə.Haqverdiyev;

2) bir şeyin fikrini çəkmək, bir şeyin dərdinə qalmaq.
Çox fikir eləmə… – [Gülnisə Bəhrama:] Vallah, öz qızımçın nə qədər fikir edirəmsə, sənin üçün də o qədər fikir edirəm. C.Cabbarlı.

Fikir götürmək – fikrini məşğul etmək, fikrə qərq olmaq, təşvişə, narahatlığa səbəb olmaq.
Ənuşirəvanı fikir götürdü, çünki onun heç övladı olmayırdı. (Nağıl).

Fikir vermək – fikrinə qalmaq, diqqət vermək, diqqət yetirmək, qayğı göstərmək, qeydinə qalmaq.
Ekskavatorçular … çox qazmağa çalışmaqla bərabər, yanacağa qənaət etməyə də xüsusi fikir verirdilər. Ə.Sadıq.
[Həsrət Hümmətə:] İndi camaatın yaşayışına fikir vermək lazımdır. B.Bayramov.

Fikir verməmək – əhəmiyyət verməmək, qulaqardına vurmaq, etinasızlıq göstərmək. O, deyilənlərə fikir vermir.
– Bəy arvadın yalvarışına fikir vermədi. Ə.Abasov.

Fikir yürütmək – bir şey haqqında fikir irəli sürmək, fikir söyləmək, yeni söz demək.
Fikrə dalmaq – bax fikrə getmək.
[İsmət:] Keçən gecə bir xeyli fikrə daldım; Düşündüm, düşündüm, uyqusuz qaldım. H.Cavid.
Şəkərəli böyük bir fikrə dalaraq irəliləyir və sürüdən dala qalan qoyunların qılcalarına əlindəki ağacını endirirdi. T.Ş.Simurq.

Fikrə düşmək – bir iş görmək qərarına gəlmək, niyyətində olmaq. [Abbas:] Sizin fikriniz başqadır, elə fikrə düşməyin. “Abbas və Gülgəz”.
[Müəllimin] qarşısını alan, hətta başqa fikirlərə düşməsinə yol verməyən ancaq Telliyə qarşı bəslədiyi hörməti, səmimi bir məhəbbəti idi. S.Hüseyn.

Fikrə getmək – fikirləşmək, düşünmək.
Bir an fikrə getdikdən sonra [yolçu] yenə qaranlığı yarıb irəli getməyə başladı. Ə.Məmmədxanlı.

Fikrə gəlmək – qərara gəlmək, qət etmək.
[Məsmə:] Mən qəti bir fikrə gəldim. S.Hüseyn.

Fikrə qərq olmaq – bax fikir dəryasına qərq olmaq.
Bu halda Zeyd ki o da Leylaya aşiqdir, xəyal və fikrə qərq olmuş bir surətdə zahir olub deyir… Ü.Hacıbəyov.

Fikrə salmaq – fikirləşməyə, fikrə getməyə, düşünməyə məcbur etmək.
Rüstəm bəy Məcidi nəzərdən keçirdi, onun sadəlövh siması və axmaq sözləri Rüstəm bəyi bir az fikrə saldı. Çəmənzəminli.

Fikri dəyişmək – əvvəlki fikrindən əl çəkib ayrı fikrə düşmək, rəyini dəyişmək.
Bir il o dağılmışda qalıb var-yoxu qandı; Az vəqtdə fikri dəyişib, rəyi dolandı. Ə.Nəzmi.

Fikri dolanmaq – bax fikri çaşmaq.
[Sərvinaz Əsədə:] Ağlına gələn dağa-daşa, ay kişi, yenə fikrin niyə dolanıb? B.Bayramov.

Fikri özündə olmamaq – dalğın, fikri dağınıq halda olmaq.
Fikrində durmaq – bax fikrinin üstündə durmaq.
Kazım … yenə fikrində durub dedi… Mir Cəlal.

Fikrində (fikrinə) qoymaq – qərara gəlmək, qərarlaşdırmaq.
[Qurbani] fikrində qoymuşdu ki, gedib qonşunun həyətində gizlənsin… Qurbani”.
Molla fikrinə qoyur ki, sövdəgərə bir-iki şirin söz desin. “M.N.lətif.
” Fikrindən daşındırmaq – fikrindən əl çəkməyə məcbur etmək, fikrini dəyişdirmək.
[Əbülhəsən bəy:] O səsin qüvvəti … məni qayıdıb getmək fikrindən daşındırdı. M.S.Ordubadi.

Fikrindən daşınmaq – fikrindən əl çəkmək, niyyətindən, istədiyi şeydən vaz keçmək, fikrini dəyişmək.
Qoca kişi … qapını açıb içəri girmək, palaz atıb taxtın üstündə uzanmaq fikrindən daşındı. İ.Şıxlı.

Fikrindən dönmək – fikrindən əl çəkmək, fikrindən qaçmaq, dəbbələmək.
Zəfər fikrimdən dönə biləcəyimi görüb qəribə bir çevikliklə məndən aralandı. M.Hüseyn.

Fikrindən keçirmək – xəyalən yadına salmaq, xəyalından keçirmək, təsəvvürünə gətirmək.
Düşündü yazıqlar gələn boranı; Keçirtdi fikrindən dağı, aranı. H.K.Sanılı.
İdris bütün bunları bir anda fikrindən keçirirkən alman tankı artıq komanda məntəqəsinə yaxınlaşmışdı. Ə.Məmmədxanlı.

Fikrindən keçmək1) xəyalından keçmək, xəyalən yada salmaq, arzulamaq.
Göy üzündə görür-görməz hilalı; Keçər fikrimdən yarın xəyalı. H.Cavid;

2) fikrən bir şeyi arzulamaq, ürəyindən keçmək.
Aşıq Ələsgərin fikrindən keçdi ki, bu gözələ bir tərif desin. Aşıq Ələsgər”.

Fikrinə düşmək – bir iş görmək qərarına gəlmək.
Kişi qonaqlıq fikrinə düşdü. Mir Cəlal.

Fikrinə gəlmək1) ağlına gəlmək, təsəvvürünə, xəyalına gəlmək. Fikrinə min cür şeylər gəlir;
2) qərara gəlmək.
İslamın fikrinə gəlmişdi ki, yuxarı kəndə getsin. S.Hüseyn.

Fikrinə (fikrimə) gətirmək – təsəvvürünə gətirmək, təsəvvür etmək, mümkün hesab etmək.
Belə bir növ fikrimə gətirə bilərəm ki, məsələn, 100, 200, 500 adam bir yerdə necə otururlar?… H.Nəzərli.

Fikrini açmaq – fikrində olanları açıb söyləmək, niyyətini bildirmək, ürəyini açmaq.
Telefonda fikrimi açarkən sənə; Həsrətlə baxdığım üzün də bəlkə; Uzaqdanuzağa görünər mənə. M.Müşfiq.

Fikrini azdırmaq – azdırmaq, karıxdırmaq.
Mən yolumu azmadım; Mənə “Az!” deyənlərin; Fikrini azdırmışam. B.Vahabzadə.

Fikrini çəkmək1) qayğısına qalmaq, qeydinə qalmaq, haqqında düşünmək.
[Bəhram Pəriyə:] Əlbət ki, ana öz övladının fikrini hamıdan artıq çəkir. C.Cabbarlı.
[Gülzar Bəhruza:] [Atan və Fərhad] da sənin fikrini çəkirlər, bala. Ə.Məmmədxanlı;

2) narahat olmaq (bir adam haqqında).
Fikrini dağıtmaq1) dərdini, kədərini dağıtmaq, kefini açmaq, şənləndirmək, pis fikirlərdən uzaqlaşdırmaq. Qızlar Pərinin fikrini dağıtmaq üçün çalıb-oynadılar… “Abbas və Gülgəz”;
2) fikirləşməsinə, fikrini toplamasına mane olmaq, fikrini bir yerə yığmağa qoymamaq, fikrini yayındırmaq. Səsküy adamın fikrini dağıdır.
Fikrini dəyişmək – bax fikri dəyişmək.
İzzət qarı obaya yaxınlaşıb dincini almaq istədisə də, lakin üfüqdə qızartı işarəsi görüb fikrini dəyişdi… Ə.Məmmədxanlı.

Fikrini yayındırmaq – qəsdən birinin diqqətini başqa şeyə cəlb etmək.
Cavahirin fikrini yayındırmaq … üçün Ləman böyük fədakarlıq göstərir. H.Seyidbəyli.

Fikrinin üstündə durmaq – öz dediyində israr etmək, sözünün üstündə durmaq, fikrindən dönməmək.
[Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FİKİR 1. FİKİR, QƏNAƏT Belə bir qənaət var idi ki, artist mütləqa suflyor altında getməlidir (S.Rəhman); ƏQİDƏ [Vəli:] Mənim əqidəmcə, duel haram bir əlamət
  • FİKİR əql — zehin — düşüncə — təfəkkür
  • FİKİR qayğı — qeyd — dərd
  • FİKİR niyyət — məram — məqsəd
FİDYƏ
FİKİR-XƏYAL
OBASTAN VİKİ
Fikir
Təfəkkür — cisim və hadisələr arasındakı qanunauyğun əlaqə va münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan mürəkkəb idrak prosesidir. Təfəkkür başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirir. Bunsuz xarici aləmi dərk etmək, onun qanunauyğunluqlarından istifadə etmək mümkün olmazdı. Hiss və duyğular vasitəsilə toplanan məlumatın beyində cəmlənməsi və istehsalı ′′′təfəkkür′′′ adlanır. Təfəkkür cism və hadisələrin mahiyyətinin onlar arasında asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inkasından ibarət idrak prosesidir. Şüur onun özəyi, duyğu və qavrayış isə mənbəyidir. == Təfəkkür anlayışı == Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) qabiliyyət təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar. Duyğu, qavrama, təsəwür proseslərindən fərqli olaraq təfəkkür zamanı insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür.
"Fikir" qəzeti
Naxçıvan Dövlət Universiteti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Naxçıvan Dövlət Universitetinin tarixi 1967-ci ildən başlayır. Belə ki, həmin ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 5 il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutu olmuşdur. Ona görə də Naxçıvan Dövlət Universiteti onların varisidir. === Filial dövrü === 1960-cı illərdə Sovetlər birliyində ali təhsil ocağı olmayan yeganə Muxtar Respublika Naxçıvan idi. Ə. Əhmədov göstərişə əsasən Naxçıvana gələrək burada APİ-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filialı üçün bina (həmin bina 1967-ci ildən 1972-ci ilə kimi keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar institutunun yerləşdiyi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsələsi də müzakirə olundu. APİ-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-cil il tarixdə yenicə təşkil olunmuş APİ-nin Naxçıvan filialına Əli Əliyevi direktor vəzifəsinə təyin olunması haqda əmr vermişdi. Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdı.1967-ci il sentyabrn 1-də APİ-nin Naxçıvan filialına tələbələrin qəbulu təşkil olunmuş və fəaliyyətə başlamışdı. 1967-ci ilin sentyabr ayında APİ-nin Naxçıvan filialında 3 pedaqoji ixtisas Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 ştatda müəllim- tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı. APİ-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə 105 tələbə qəbulu həyata keçirilmişdi.
Yeni Fikir
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib.2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir.Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
"Yeni fikir" qəzeti
Azad Fikir Universiteti
Azad Fikir Universiteti — alternativ təhsil layihəsi. 2009-cu ilin oktyabrından fəaliyyət göstərir. == Ümumi məlumat == Azad Fikir Universiteti 2009-cu ilin oktyabrında öz fəaliyyətində başlamışdır. Layihənin məqsədi gəncliyin rahat toplaşaraq bilik əldə etməsi, müasir, demokratik dəyərlərlə tanış olması, sərbəst müzakirələr apara bilməsi, bir sözlə öz tələbəlik həyatını zənginləşdirməsidir. Azad Fikir Universiteti gənclər və tələbələr üçün alternativ bir təhsil və müzakirə məkanıdır. Layihə çərçivəsində hər çərşənbə axşamı və cümə axşamı iki saat uzunluğunda interaktiv mühazirələr keçirilir.Azad Fikir Universitetinin uğuru sərbəst mühitdə keçirilən mühazirələrin mövcudluğu və həmin mühazirələrin video və audio yazılarının internet vasitəsilə müxtəlif sosial şəbəkələrdə yayılması ilə əlaqədardır. 2010-cu ildə Azad Fikir Universiteti İnternetdə İfadə Azadlığı üzrə ilk illik diplomatik mükafatına layiq görülüb. 2011-ci ildə layihənin vebsəhifəsi Milli Net — Milli İnternet Mükafatının Elm və Təhsil kateqoriyası üzrə qalibi seçilmişdir. Layihə OL! Azərbaycan Gənclər Hərəkatı tərəfindən həyata keçirilir.
Makroiqtisadi fikir tarixi
İlk iqtisadçılar monetar amillərin real istehsala təsir etməsinə inanmırdılar, bazarın özü-özünü tənzimlədiyini və ona müdaxilənin çox cüzi, hətta olmamasının tərəfdarı idilər. Con Meynard Keyns isə belə klassik düşüncələri təkzib edirdi və iqtisadiyyata mikroiqtisadi və fərdi cəhətdən yox, məcmu halda yanaşan ümumi nəzəriyyəni formalaşdırdı. Bu isə makroiqtisadi düşüncəyə (nəzəriyyəyə) ilk addım idi. O, işsizlik və böhranları izah etməyə çalışan zaman müəyyən edib ki, böhtan zamanı insanların və şirkətlərin pula olan ehtiyacı artır və investisiya qoyuluşu həyata keçirməkdən qaçırlar. Həmçinin Keyns, klassik məktəbin nümayəndələrinin “bazarlar həmişə tarazlıqdadır, bazarda əlavə məhsul qalmır və hamsı reallaşır və işçi qüvvəsi boş dayanmır” kimi ideyalarını etibarsızlığını irəli sürüb. Keynsin davamçıları onun nəzəriyyəsi ilə neoklassik nəzəriyyəni birləşdirərək neoklassik sintez yaradıblar. Baxmayaraq ki, Keynsin nəzəriyyəsi qiymət səviyyəsi və inflyasiyaya diqqət yetirməmişdi, sonradan Keynsçilər qiymət səviyyəsinin dəyişməsi modeli olan “Fillips əyrisini” qəbul ediblər. Bəzi Keynsçilər isə bu nəzəriyyənin bazar tarazlığı modeli ilə sintez edilməsinə qarşı idilər. Onlar qeyri-tarazlıq modelini müdafiə edirdilər. Milton Fridman tərəsindən əsası qoyulmuş nəzəriyyənin davamçıları olan Monetaristlər bəzi Keynsçi ideyaları, xüsusilə pula olan tələbin vacibliyini qəbul edir, amma pul təklifinin inflyasiyaya təsirinin olmamasını təkzib edirdilər.
Yeni Fikir Müsabiqəsi
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib.2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir.Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
Yeni fikir (qəzet)
Yeni fikir — Tiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet. == Tarixi == İlk nömrəsi 1922-ci ilin yanvarında, son nömrəsi 1927-ci ilin mayında (cəmi 1397 nömrə) çıxmışdır. 1923-cü ilin yanvarından Zaqafqaziya MİK və XKŞ-nın orqanı kimi gündəlik nəşr edilirdi. Müxtəiif vaxtlarda Həsən Səbri, Böyükağa Talıblı, Dağlı Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov qəzetin baş redaktoru olmuşlar. "Yeni fikir"-də Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun Tiflis teatrının səhnəsində tamaşaya qoyulmuş əsərlərinə, fəaliyyətinin Tiflis dövrünə dair məqalə və resenziyalar nəşr edilirdi. == Fəaliyyəti == Qəzet öz nəşrini Bakıda davam etdirən "Molla Nəsrəddin" jurnalı, onun ideya məzmunu, əsas tənqid hədəfləri, dili və s. bağlı müxtəlif yazılar da vermişdir. Ümumiyyətlə, 1923-1926 illərdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında baş verən bütün əsas hadisələr "Yeni fikir"-in səhifələrində öz əksini tapmışdır. Lakin qəzetdə Cəlil Məmmədquluzadənin haqqında obyektiv, əsaslı məqalə və resenziyalarla birlikdə, bir sıra qeyri-dəqiq, iddialı, yazıçının yaradıcılığını proletkultçuluq mövqeyindən təftiş edən materiallara da yer verilirdi. == Həmçinin bax == Azərbaycan mətbuatı Molla Nəsrəddin jurnalı == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası.
Yeni fikir (dəqiqləşdirmə)
Yeni fikir — Tiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet. "Yeni fikir" qəzeti — Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən ali məktəb qəzeti. Yeni Fikir — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi.
Yeni fikir (qəzet, 1922)
Yeni fikir — Tiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet. == Tarixi == İlk nömrəsi 1922-ci ilin yanvarında, son nömrəsi 1927-ci ilin mayında (cəmi 1397 nömrə) çıxmışdır. 1923-cü ilin yanvarından Zaqafqaziya MİK və XKŞ-nın orqanı kimi gündəlik nəşr edilirdi. Müxtəiif vaxtlarda Həsən Səbri, Böyükağa Talıblı, Dağlı Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov qəzetin baş redaktoru olmuşlar. "Yeni fikir"-də Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun Tiflis teatrının səhnəsində tamaşaya qoyulmuş əsərlərinə, fəaliyyətinin Tiflis dövrünə dair məqalə və resenziyalar nəşr edilirdi. == Fəaliyyəti == Qəzet öz nəşrini Bakıda davam etdirən "Molla Nəsrəddin" jurnalı, onun ideya məzmunu, əsas tənqid hədəfləri, dili və s. bağlı müxtəlif yazılar da vermişdir. Ümumiyyətlə, 1923-1926 illərdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında baş verən bütün əsas hadisələr "Yeni fikir"-in səhifələrində öz əksini tapmışdır. Lakin qəzetdə Cəlil Məmmədquluzadənin haqqında obyektiv, əsaslı məqalə və resenziyalarla birlikdə, bir sıra qeyri-dəqiq, iddialı, yazıçının yaradıcılığını proletkultçuluq mövqeyindən təftiş edən materiallara da yer verilirdi. == Həmçinin bax == Azərbaycan mətbuatı Molla Nəsrəddin jurnalı == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası.
Şotlandiya sağlam fikir məktəbi
Şotlandiya sağlam fikir məktəbi — XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şotlandiyada yaranan fəlsəfi məktəb. == Tarixi == 1760–1780-ci illərdə Şotlandiya məktəblərində yaranıb yayılmışdır. Ağlın intuitiv qabiliyyəti, anadangəlmə prinsiplərdən ibarət "sağlam fikir" fəlsəfəsinə əsaslanır. Devid Yumun skeptisizmi və fransız materializmi ilə mübahisələrdə formalaşmışdir. Banisi Tomas Rid, görkəmli nümayəndələri C. Osvlld, Ç. Bitti, D. Stüartdır. Ali ruhi aləmin, yəni tanrının varlığı fikrini müdafiə edirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Шотландская школа / Л. Б. Макеева // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
Azərbaycanda ictimai-siyasi fikir. XX əsr
"Azərbaycanda İctima-siyasi fikir. XX əsr" - 12 may 1996-cı ildə Xəzər Universiteti ndə keçirilmiş konfrans və həmin konfransın materialları əsasında hazırlanmış və 1996-cı ildə Xəzər Universiteti Nəşriyyatında işıq üzü görmüş kitab. Redaktor: Prof. Hamlet İsaxanlı == Məzmun == Hamlet İsaxanlı - Mərkəzi Zaqafqaziyanın sovetləşmə və kollektivləşdirilməsi dövrünün ictimai-siyasi mənzərəsi və İsaxan üsyanı Rafael Hüseynov - XX yüzil Azərbaycanında etiraz ədəbiyyatı Həsən Həsənov - Düvlətimiz, dilimiz, millətimiz...adımız... Süleyman Əliyarlı - Azərbaycan milli hərəkatının ilkin dönəmi Cəmil Həsənov - Azərbaycanın XX əsr siyası tarixinin dövrələşdirilməsinə dair Tahir Qafarov - Bolşevik ideologiyası inhisarı və Azərbaycanın mədəni həyatı: (20-30-cu illər) bəzi qeydlər Firidun Köçərli - Böyük vətəndaş - Nəriman Nərimanov Rauf Xudiyev - Müsavat partiyasının proqramında və taktikasında sosializm ideyaları (rusca) Aydın Hacıyev - Cənubi-Qərbi Qafqaz (Qars) Demokratik və Araz-Türk Respublikasının yaranmasında Azərbaycan ictimai-siyasi fikrinin özünəməxsusluqlarının təzahürü (rusca) Pərvin Darabadi - XX əsrin əvvəllərində İ.V. Stalinin inqilabi-demokratik hərəkatında iştirakı haqqında (rusca) Rafiq Əliyev - Azərbaycanda müasir islami cərəyanlar (rusca) Cəmil Quliyev - Qarşıdurmadan sülhə doğru (rusca) Ağababa Rzayev - Siyasi kompromis.
Dövlət və Din İctimai fikir toplusu
"Dövlət və Din" İctimai fikir toplusu — Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşridir. Redaktoru Sadiq Mirzəyevdir. == Tarixi == İlk nömrəsi 2006-cı ilin noyabr ayında nəşr olunmuşdur. 2010-cu ilin sentyabr-oktyabr aylarında işıq üzü görmüş 5 (19)-cu sayından etibarən jurnalda rus dilində də məqalələr çap olunur. Bir müddət fəaliyyətini dayandırsa da, 2015-ci ilin yanvar ayından yenidən fəaliyyətini bərpa etmişdir.Jurnal dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçmişdir. == Məzmunu == İctimai fikir toplusunun əsas qayəsi dini dəyərləri və dövlət-din münasibətlərini sağlam mövqedən işıqlandırmaq, müxtəlif millətlərin və dinlərin yaşadığı Azərbaycanda əsrlərdir mövcud olan və bu gün dünyanın bir çox dövləti üçün nümunə göstərilən tolerantlığın, birlik və bütövlüyünün zəmanəti olan azərbaycançılıq məfkurəsinin təbliğ etməkdir. Bununla yanaşı, topluda yer alan məqalələrdə dünyanın, az qala, yarısını ağuşuna almış dini radikalizm, ekstremizm və təriqətçilik, dinin siyasi alətə çevrilməsi cəhdlərinin törətdiyi və törədə biləcəyi fəsadlar diqqətə çatdırılır, müxtəlif din və milli mənsubiyyətə mənsub insanlar kimi, elm ilə dinin də "birgəyaşayışının" mümkünlüyü elmi-dini nöqteyi-nəzərdən göstərilir. Bir sözlə, "Dövlət və Din" dinindən, dilindən, irqindən asılı olmayaraq bütün dünya xalqlarının bu gün ən çox ehtiyac duyduğu maarifləndirmə missiyasının daşıyıcısıdır. Bundan əlavə, topluda dünya dilnləri, məzhəblər, təriqətlər, cərəyanlar, din fəsəfəsi, ümumilikdə, dinin bütün sahələri və dövlət-din münasibətləri ilə yanaşı, milli-mənəvi dəyərlər, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı elmi-publisistik məqalələrlə də oxucuları tanış edir. "Dövlət və Din" ictimai fikir toplusu həm dinşünaslıq və ilahiyyat sahəsi ilə məşğul olan tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün çox maraqlıdır.
Dəli fikirlər (mahnı)
Dəli fikirlər — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Aygün Kazımova mahnını 20 mart 2020-ci ildə Novruz bayramı gününə özəl təqdim etmişdir. == Mahnı haqqında == Sözləri reper Orxan Qarabasmaya , musiqisi bəstəkar muğənni Kazımcana aiddir.
Makroiqtisadi fikirlərin tarixi
İlk iqtisadçılar monetar amillərin real istehsala təsir etməsinə inanmırdılar, bazarın özü-özünü tənzimlədiyini və ona müdaxilənin çox cüzi, hətta olmamasının tərəfdarı idilər. Con Meynard Keyns isə belə klassik düşüncələri təkzib edirdi və iqtisadiyyata mikroiqtisadi və fərdi cəhətdən yox, məcmu halda yanaşan ümumi nəzəriyyəni formalaşdırdı. Bu isə makroiqtisadi düşüncəyə (nəzəriyyəyə) ilk addım idi. O, işsizlik və böhranları izah etməyə çalışan zaman müəyyən edib ki, böhtan zamanı insanların və şirkətlərin pula olan ehtiyacı artır və investisiya qoyuluşu həyata keçirməkdən qaçırlar. Həmçinin Keyns, klassik məktəbin nümayəndələrinin “bazarlar həmişə tarazlıqdadır, bazarda əlavə məhsul qalmır və hamsı reallaşır və işçi qüvvəsi boş dayanmır” kimi ideyalarını etibarsızlığını irəli sürüb. Keynsin davamçıları onun nəzəriyyəsi ilə neoklassik nəzəriyyəni birləşdirərək neoklassik sintez yaradıblar. Baxmayaraq ki, Keynsin nəzəriyyəsi qiymət səviyyəsi və inflyasiyaya diqqət yetirməmişdi, sonradan Keynsçilər qiymət səviyyəsinin dəyişməsi modeli olan “Fillips əyrisini” qəbul ediblər. Bəzi Keynsçilər isə bu nəzəriyyənin bazar tarazlığı modeli ilə sintez edilməsinə qarşı idilər. Onlar qeyri-tarazlıq modelini müdafiə edirdilər. Milton Fridman tərəsindən əsası qoyulmuş nəzəriyyənin davamçıları olan Monetaristlər bəzi Keynsçi ideyaları, xüsusilə pula olan tələbin vacibliyini qəbul edir, amma pul təklifinin inflyasiyaya təsirinin olmamasını təkzib edirdilər.
Ünsal Fikirci
Ünsal Fikirci (d. 3 oktyabr 1939) — Türkiyəli keçmiş üzgüçü. Ünsal Fikirci Türkiyəni 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ünsal Fikirci birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:03.0 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.

Digər lüğətlərdə

адсорби́ровать анаэробио́з вра́ться докоси́ть заскупи́ться засто́пориться комеди́йный наточи́ться перета́лкиваться расчека́нка сторо́нник экили́бр активи́ровать военно-промы́шленный вы́щербинка гидроаку́стика исцара́пываться смо́тришь adder-subtractor lighthouse monosexual валка заупрямиться лира прошивка